Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-161/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-161/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə (bundan sonra cavabdeh və ya DSM F-in Balakən rayon şöbəsi) qarşı «xxxx 1971-ci il tarixdən xxxx 1973-cü il tarixədək Bakı peşə məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbi barədə inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(107)-536/2018) saylı, xxxx 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək, 1971-ci ildə Bakı peşə məktəbinə daxil olub 1973-cü ildə həmin təhsil müəssisəsini bitirərək 565 nömrəli attestat aldığını, İm tahan Komissiyasının qərarı ilə ona 3-cü dərəcəli çilingər-santexnik ixtisası verildiyini, əyani təhsil aldığı müddətin iş stajı kimi hesablanması barədə DSMF-in Balakən rayon şöbəsinə müraciət etsə də, cavabdehin xxxx 2018-ci il tarixli, 155 nömrəli məktubla təhsil müddətinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda iş stajı kimi hesablanması nəzərdə tutulmadığı üçün əyani təhsil müddətinin iş stajı kimi hesablanmasından imtina etdiyini bildirərək, xxxx 1971-ci il tarixdən xxxx 1973-cü il tarixədək Bakı peşə məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli 21(84)-1150/2018 nömrəli qərarı ilə iddia təm in edilərək, DSMF-in Balakən rayon şöbəsinin üzərinə İddiaçı xxxx 1971-ci il tarixdən xxxx 1973-cü il tarixədək Bakı peşə məktəbində əyani təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuş, məhkəmə xərci iddiaçıya aid edilmişdir (hakim Kənan Vəliyev). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-536/2018) saylı qərarı ilə (G.Abbasov-sədrlik edən və məruzəçi, hakimlər R.Rəfiyev və E.Hüseynov) DSMF-in Balakən rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Balakən rayo n şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Cavabdehin kassasiya şikayəti ounla əsaslandırılmışdır ki, “Sosial sığorta stajı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır, İddiaçı məcburi dövlət sosial sığortaya cəlb olunan əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmır. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əyani təhsil müddətinin iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, apellyasiya instansiya məhkəm əsi sosial sığorta haqqında və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə zidd qərar qəbul edərək, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və qanunvericiliyin tələblərinə zidd qərar çıxarmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh DSMF-nun Balakən rayon şöbəsi məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bi lər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən i şin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-536/2018) saylı qərarı ləğv edilərək, iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən tə min edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 1971-ci ildə Bakı peşə məktəbinə daxil olmuş və 1973-cü ildə həmin təhsil müəssisəsini bitirərək xxxx 1973-cü il tarixli, 565 saylı attestat almış, İmtahan Komissiyasının qərarı ilə ona “çilingər-santexnik” ixtisası verilmiş, əyani təhsil aldığı müddətin iş stajı kimi hesablanması barədə DSMF-in Balakən rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh xxxx 2018-ci il tarixli, 155 nömrəli məktubla təhsil müddətinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda iş stajı kimi nəzərdə tutulmadığı üçün əyani təhsil müddətinin iş stajı kimi nəzərə alınmasından imtina etmişdir. İddia tələbinin təmin edilməsi barədə qərarı qüvvədə saxlayan apellyasiya məhkəməsi ona istinad etmişdir ki, İddiaçı 1971-1973-c ü illərdə Bakı peşə məktəbində təhsil almış və İmtahan Komissiyasının qərarı ilə ona 3-cü dərəcəli çilingər-santexnik ixtisası verilmiş, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək əyani təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulması olmaqla, iddiaçının 1971-1973-cü illərdə peşə məktəbində əyani təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. İşə kasssiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyasının iş üzrə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensi yası almaq hüququna malikdirlər, həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Apellyasiya şikayətinin, xxxx 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyalar ı haqqında” Azərbaycan Respublikası Qanununda əyani təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulmaması dəlili ilə bağlı apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan iddiaçı bu hüquqdan məhrum edilə bilməz, iddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, təhsil müddətinin sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğu dövrdə yox, 1971-1973-cü illərdə əldə etdiyindən və bu hüquq onun qazanılmış hüququ olduğundan yuxarıda qeyd olunan maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz və buna görə də apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Bununl a belə, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən aşağıda qeyd edilən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol verilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il xxxx yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il xxxx başlayaraq 2021-ci il xxxx, qadınları n yaş həddi 2017-ci il xxxx başlayaraq 2027-ci il xxxx hər il 6 ay artırılır. İddiaçı xx xxxxxx 1954-cü ildə anadan olmaqla məhkəməyə müraciət edərkən 63 yaşında olmuş, istinad edilən qanunvericiliyin tələbinə əsasən müvafiq pensiyaya təyin edilməsi üçün onun 63,5 yaşı olmalıdır və iş materiallarına əsasən iddiaçının pensiya yaşı kifayət etsə də, bunun üçün zəruri olan digər tələb - 25 il sığorta stajı olduğu iş materiallarından aydın olmur. İş materiallarında iddiaçıya məxsus əmək kitabçası, yaxud bu illər ərzində hər hansı müəssisədə həqiqətən işləməsinə dair sübutlar olmadığı bir vəziyyətdə onun iki il peşə məktəbində əyani təhsil aldığı dövrün sonuncunun sığorta stajına daxil edilməsi iddiaçının hüquqi vəziyyətində pensiya təyin edilməsi baxımından uğurlu bir dəyişikliyə səbəb ola bi lməz. İşə baxmış məhkəmələr isə İPM-nin 12-ci maddəsinin tələblərini pozaraq iddiaçının təhsil aldıqdan sonra ümumiyyətlə işləyib-işləmədiyini, pensiya təyin edilməsi üçün yetərli olan digər sığorta stajının olub-olmadığını araşdırmağa zərurət görməmişlər, işləmədiyi təqdirdə isə, hüquqi vəziyyətində pensiya təyin edilməsi baxımından hər hansı bir dəyişikliyə səbəb ola bilməyəcək iki illik əyani peşə təhsili müddətinin sığorta stajına daxil edilməsi barədə iddianın mümkünlük tələbləri baxımından əsaslandırılmadığına da əhəmiyyət verməmişlər, bunun məhz hansı məqsədlər üçün iddiaçıya lazım olduğunu dəqiqləşdirməmiş, icra edildiyi təqdirdə isə bu qərarın digər sığorta stajı olmadığı halda əhəmiyyətsiz və nəticə doğurmayacaq bir məhkəmə aktı olacağını nəzərə almamışlar. Cavabdeh isə ilkin eti razı, sonradan apellyasiya şikayətində İddiaçı məcburi dövlət sosial sığortaya cəlb olunan əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmadığını dəfələrlə qeyd etsə də, bu hala istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi hər hansı əhəmiyyət verməmiş, cavabdehin iş üçün əhəmiyyətli bu dəlilinin nə üçün qəbul edilmədiyi qərarlarda əsaslandırılmamışdır. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenunmunun xxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyy ən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Bununla əlaqədar məhkəmələrə lazım gəlirdi ki, iş üçün mühüm əhəmiyyət daşıdığına görə iddiaçının təhsil aldıqdan sonra ümumiyyətlə işləyib-işləmədiyini, pensiya təyin edilməsi üçün yetərli olan digər sığorta stajının, buna dair müvafiq əmək kitabçasının, yaxud iş stajını təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlərin olub-o lmadığını araşdırsınlar və nəticəsindən asılı olaraq mübahisənin qanuni həllini təmin etsinlər. Azərbaycan Respublikası İPM-nin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçının təhsil aldıqdan sonra ümumiyyətlə işləyib-işləmədiyi, pensiya təyin edilməsi üçün yet ərli olan digər sığorta stajının, buna dair müvafiq əmək kitabçasının, yaxud iş stajını təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlərin olub-olmadığı hərtəfəli tam və obyektiv surətdə araşdırılmalı və məhkəmə araşdırmalarının nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə ha qlıdır. İş üzrə hərtərəfli məhkəmə araşdırması aparılması, yeni sübutların əldə edilərək qiymətləndirilməsi zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırkı halda kassasiya şikayətinin tam təmin edilməsini mümkün saymır. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, iş üzrə sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(107)-536/2018) saylı qərarı ləğv edilərək, iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.5 və 98-ci maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-536/2018) saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qismən təmin olunsun. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-161/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-161/2019
13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver