Məhkəmə qərarları › İş №2-1(102)-161/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-161/2020

08.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-161/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı XXXqızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı 1 saylı Ərazi İdarəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-161/2020) Bakı şəhəri xx xxxxxx 2020-ci il (açar sözlər: cavabdeh qanuni əsaslar olmadan hüquqların qeydiyyatından imtina etmişdir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı, N.Əhmədovun katibliyi ilə, İddiaçı XXXqızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı 1 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1649/2019 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı XXXqızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinə müraciət edərək, Abşeron rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli, 234 nömrəli qərarına əsasən Bakı şəhəri, XXX ərazisində 600 kv.m həyətyanı torpaq sahəsinin ona ayrıldığını, ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə müraciət etdiyini, sonuncu, xx.xx.2018-ci il tarixli məktubla Xətai rayonu, XXX sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair yerləşmə cizgisinin təqdim edilmədiyinə və torpaq sahəsinin azalması (sənəd üzrə 600.0 kv.m, faktiki olaraq 452.6 kv.m) ilə bağlı razılıq ərizəsinin əlavə olunmadığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, Bakı şəhəri, Xətai rayonu, XXX sovxozu ərazisində yerləşən, ümumi sahəsi 452 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüq uqunun daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)359/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, XXX Sovxozu ərazisində yerləşən, ümumi sahəsi 452 kv.metr olan torpaq sahəsi üzərində İddiaçı XXXqızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim – X.X.İmanov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1649/2019 saylı qərarı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və V.Ə.Baxışova) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq n ormalarının pozuntusuna yol verilmiş, İddiaçı XXXqızı müvafiq torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı 1 saylı Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixdə müraciət etmiş, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq torpaq sahəsinə dair yerləşmə cizgisi İdarəyə təqdim edilməmiş, bundan əlavə müvafiq torpaq sahəsi sənəd üzrə 600 kv.m göstərilsə də, faktiki olaraq torpaq sahəsinin ölçüsü 452,6 kv.m-dir və sənəddə qeyd olunandan 147,4 kv.m. az olduğundan, ərizənin icrası mümkün olmamış, məhkəmə tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1, 12.1-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılm asa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1649/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, XXX s ovxozu üzrə xx xxx 1991-ci il tarixli, 31 saylı əmrlə Abşeron rayon XDS İcraiyyə Komitəsinin XXX sovxozunun ərazisindəki kənd təsərrüfatına yararsız olan 6 ha torpaq sahəsi fərdi yaşayış evi tikdirmək üçün torpaq ayrılması haqqında xx.xx.1988-ci il tarixli, 234 saylı qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli və 84 saylı qərarına əsasən sovxozun fəhləsi İddiaçı XXXqızı, onun ailəsi və uşaqları ilə qayınanasının evində darısqal şəraitdə yaşadığını və ailəsini ərzaqla təmin etmək üçün torpaq sahəsinə ehtiyacını nəzərə alaraq, tikinti üçün ayrılmış sahədən fərdi yaşayış evi tikmək məqsədilə ona 0.06 hektar torpaq sahəsi ayrılmış, xx.xx.1991-ci il tarixli akta görə sovxoz həmkarlar təşkilatının xx.xx.1991ci il tarixli, 7 nömrəli protokoluna əsasən İddiaçı XXXqızın a ayrılmış torpaq sahəsi onun sərhədlərində taxta nişangah qoyulduqdan sonra İddiaçı XXXqızına təhvil verilmiş, bu sahədə İddiaçı XXXqızı 1 nömrəli ixtisaslaşdırma aqrarsənaye tikinti tresti ilə bağlanmış müqavilə əsasında 1 mərtəbəli 3 otaqlı, yaşayış sahəsi 50 kv.metr olan ev tikdirməlidir, iddiaçı, cavabdeh inzibati orqana müraciət edərək, ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, sonuncu, xx.xx.2018-ci il tarixli məktubla Xətai rayonu, XXX sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair yerləşmə cizgisinin təqdim edilmədiyinə və torpaq sahəsinin azalması (sənəd üzrə 600.0 kv.m, faktiki olaraq 452.6 kv.m) ilə bağlı razılıq ərizəsinin əlavə olunmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etm işdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən məhkəməyə imtinaya əsas olan hallar barəsində hər hansı sübut təqdim edilməmiş, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 234 nömrəli qərarına əsasən iddiaçıya Bakı şəhəri, XXX ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr həyətyanı torpaq sahəsi ayrıldığı halda, faktiki olaraq istifadəsində olan 452 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi 452 kv.m torpaq sahəsi məhz icra hakimiyyəti orqanının qərarı əsasında verilmiş və həmin qərar hazırda qüvvəsində olmaqla dəyişdirilməmiş və ləğv edilmədiyindən, torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanuni əsaslar mövcuddur, xx.xx.1991-ci il tarixli akta görə iddiaçıya ayrılmış torpaq sahəsinin sxematik planı olmuşdur və iddiaçı ona torpaq sahəsinin ayrılması ilə bağlı ona verilmiş bütün hüquqmüəyyənedici sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, beləliklə, qanunvericiliklə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları müəyyən edilsə də, cavabdeh qeyd edilən əsasların heç birinə istinad etmədən iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reye stri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyya tının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqların yaranmasına əsaslardan biri kimi daxil edilmişdir. Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Məcəllənin 67-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evl ərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəz-siz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşın-maz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzər ində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 234 nömrəli qərarına əsasən iddiaçıya Bakı şəhəri, XXX ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr həyətyanı torpaq sahəsinin ayrıldığını, iddia çının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi 452 kv.m torpaq sahəsinin məhz icra hakimiyyəti orqanının qərarı əsasında verildiyini və həmin qərarın hazırda qüvvəsində olmaqla dəyişdirilmədiyini və ləğv edilmədiyini, beləliklə, torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanuni əsasların mövcud olduğunu, cavabdeh tərəfindən məhkəməyə imtinaya əsas olan hallar barəsində hər hansı sübutun təqdim edilmədiyini, beləliklə, qanunvericiliklə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları müəyyən edilsə də, cavabdehin qeyd edilən əsasların heç birinə istinad etmədən iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etdiyini nəzərə alaraq kassasiya şikayətinin məhkəmə tərəfindən Azərbaycan Respubli kası Torpaq Məcəlləsinin 67, 68 və 111.1-ci maddələrinin pozulması barədə dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)1649/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respubli kası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1649/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar