Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-161/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-161/2022) Bakı şəhəri 12 yanvar 2022-ci il (Açar sözlər: vergilərin hesablanması barədə qərarın ləğvi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergilərin hesablanması barədə qərarların ləğv edilməsi təl əbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli, 2-1(103)-978/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 12 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC-yə cavabdehin “Vergilərin hesablanması barədə” 27.03.2019-cu il tarixli, **********646800 nömrəli qərarına əsasən 2018-ci ilin yanvar ayı üzrə 27388,85 manat, 27.03.2019-cu il tarixli **********348500 nömrəli qərarına əsasən 2018-ci ilin iyun ayı üzrə 8100,32 manat, 05.04.2019-cu il tarixli **********872400 nömrəli qərarına əsasən 2018-ci ilin iyul ayı üzrə 13132,35 manat məbləğində əlavə vergi hesablanmışdır.
2. Sözügedən qərarları əsassız hesab edən iddiaçı həmin qərarların ləğv ed ilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə heç bir cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergilərin hesablanması barədə” 27.03.2019-cu il tarixli **********646800 saylı və **********348500 saylı, 05.04.2019-cu il tarixli **********872400 saylı qərarlarının ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən vergilərin hesablanması haqqında qərarlarla kameral qaydada iddiaçıya münasibətdə əsassız olaraq ƏDV hesablanmışdır. Müvafiq dövrlər üzrə ilkin sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən müvafiq dövrün hesablamaları qanunamüvafiq aparılmış və vergilər ödənilmişdir. Belə ki, 2018-ci ilin yanvar ayı üzrə ƏDV-yə 140,00 manat dövriyyə cəlb edilmiş, 25,20 manat ƏDV hesablanmış, alınmış e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 77240,99 manat, büdcədən qaytarılan ƏDV məbləği 13878,18 manat, 2018-ci ilin iyun ayı üzrə ƏDV-yə 37438,75 manat dövriyyə cəlb edilmiş, 6738,98 manat ƏDV hesablanmış, alınmış e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 93539,9 manat büdcədən qaytarılan ƏDV məbləği 10098,20 manat, 2018-ci ilin iyul ayı üzrə ƏDV-yə 21624,00 manat dövriyyə cəlb edilmiş, 3892,32 manat ƏDV hesablanmış, alınmış e-VHF üzrə əvəzləşdirilmiş məbləğ 83302,48 manat, YGB üzrə 573,61 manat cəmi ə vəzləşdirilən məbləğ 83876,09 manat, büdcədən qaytarılan ƏDV məbləği 11205,38 manat dövlət büdcəsinə hesablanmış və ödənilmişdir. Cavabdehin 27.03.2019-cu il tarixli **********646800 saylı və **********348500 saylı, 05.04.2019-cu il tarixli **********872400 saylı qərarlarının ləğvi barədə Vergilər Nazirliyinə (indiki Dövlət Vergi Xidmətinə) şikayət ünvanlansa da, şikayətlə bağlı heç bir tədbir görülməmişdir.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı MMC tərəfindən 29.01.2019-cu il tarixində 2018-ci ilin yanvar ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində cəmi dövriyyə 777582,04 manat göstərilməsinə baxmayaraq, 13.02.2019-cu il tarixində təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində cəmi dövriyyə 625421,76 manat olduğu, 24.07.2018 -ci il tarixində 2018ci ilin iyun ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində cəmi dövriyyə 875788,0 manat göstərilməsinə baxmayaraq, 28.02.2019-cu il tarixində təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində cəmi dövriyyə 253817,68 manat olduğu, 25.01.2019-cu il tarixində 2018-ci ilin iyul ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində cəmi dövriyyə 237483,26 manat göstərilməsinə baxmayaraq 15.02.2019-cu il tarixində təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində cəmi dövriyyə 164762,26 manat olduğu müəyyən olunmuşdur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannamələrində dövriyyənin azalmasına əsas verən təsdiqedici sənədlər vergi orqanına təqdim olunmadığı üçün kənarlaşma yaranmışdır.
6. Yaranmış kənarlaşma ilə bağlı iddiaçıya müvafiq məktublar göndərilərək dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin təqdim edilməsi tələb olunmuş, lakin iddiaçı tərəfindən zəruri sənədlər və dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmədiyindən “Vergilərin hesablanması barədə” müvafiq qərarlar qəbul edilmişdir. Göstərilənlərə istinad edərək cavabdeh iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2019-cu il tarixli, 2-1(82)1835/2019 nömrəli qərarı ilə (sədrlik edən hakim Rüstəm Kərimli) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” 27.03.2019-cu il tarixli **********646800 saylı və **********348500 saylı, 05.04.2019-cu il tarixli **********872400 saylı q ərarların ləğv edilməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən qərarlar cavabdeh orqan tərəfindən yazılı şəkildə tam əsaslandırılmamışdır. Belə ki, həmin qərarlarda yalnız Vergi Məcəlləsinin 59.1-ci maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Beləliklə, mübahisələndirilən inzibati aktlar qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin aktlar iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borclarını ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz.
9. Məhkəmə qərarından cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2019-cu il tarixli, 2-1(82)-1835/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.06.2020-c i il tarixli, 2-1(103)-1024/2020 nömrəli qərarı ilə (hakimlər Valeh Ağayev- sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2019-cu il tarixli, 2-1(82)-1835/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 2017-ci ilin dekabr ayına dövriyyəsi üzrə təqdim etdiyi bəyannamədə 18%-lə vergiyə cəlb edilməklə göstərilən 102141,76 manat məbləğ sonradan dəqiqləşdirilmiş bəyannamə ilə 677594,49 manat artırılaraq 779736,25 manat məbləğində bəyan olunmuşdur. Bunun müqabilində isə 2018ci ilin yanvar, iyun və iyul ayları üzrə 18%-lə vergiyə cəlb edilməklə bəyan olunan dövriyyələrə münasibətdə də dəqiqləşdirilmiş bəyann amələr təqdim edilmişdir. Yeni bəyannamələr üzrə dövriyyələr 2018-ci ilin yanvar ayı üzrə 140 manat bəyan olunmaqla 152160,28 manat azaldılmış, 2018-ci ilin iyun ayı üzrə 31465 manat bəyan olunmaqla 40660 manat azaldılmış, 2018-ci ilin iyul ayı üzrə 21624 manat bəyan olunmaqla 72957,5 manat azaldılmışdır. Həmin üç ay üzrə azaldılmış dövriyyə məbləğləri isə ümumilikdə 265777,78 manat təşkil edir ki, bu da 2017-ci ilin dekabr ayı üzrə artırılmış dövriyyə məbləğindən azdır. Belə olan halda, məhkəmə iddiaçıya 2018-ci ilin yanvar, iyun və iyul ayları üzrə əlavə vergi məbləğlərinin (ƏDV) hesablanması mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, cavabdeh mübahisələndirilən inzibati aktları tam əsaslandırmamışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 09.06.2020-ci il tarixli, 2-1(103)-1024/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2020ci il tarixli, 2-1(102)-1940/2020 nömrəli qərarı ilə (hakimlər Nigar Rəsulbəyova- sədrlik edən və məruzəçi, İlqar Hüseynov və Kəmaləddin Bədəlov) cavabdehin kassasiya şikayətinin qismən təmin ediməsi, apellyasiya instansiyası məhkəməsinin 09.06.2020-ci il tarixli, 2-1(103)- 1024/2020 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 37.3, 37.4, 67.1, 130.1-ci maddələrinin tələbinə uyğun olaraq dəqiqləşdirilmiş ƏDV bəyannamələrində dövriyyənin azalmasına əsas verən təsdiqedici sənədləri (bank çıxarış sənədləri və dövriyyəni təsdiq edən digər sənədlər) iddiaçıdan tələb etmiş, lakin iddiaçı həmin sənədləri vergi orqanına təqdim etməmişdir. İddiaçı yuxarıda göstərilən sənədləri təqdim etmədiyindən cavabdeh haqlı olaraq belə nəticəyə gəlmişdir ki, qeyd olunan dövriyyə heç bir səbəb olmadan və dəqiqləşməni zəruri edən hallar, sübutlar təqdim edilmədən əsassız olaraq azaldılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli, 2-1(103)-978/2021 nömrəli qərarı ilə (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Rəşad Həsənov və Vidadi Məmmədov) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2019-cu il tarixli, 2-1(82)1835/2019 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin hazırkı apellyasiya icraatı zamanı iddiaçıya iş üzrə iddia tələbini əsaslandıran sənəd-sübut təqdim edilməsi təklif edilmiş, iddiaçı isə dəqiqləşdirilmiş ƏDV bəyannamələrində dövriyyənin azalmasına əsas verən təsdiqedici sənədləri (bank çıxarış sənədləri və dövriyyəni təsdiq edən digər sənədlər) məhkəməyə təqdim etməmişdir. İddia predmetini təşkil edən cavabdeh inzibati orqan tərəfindən qəbu l edilmiş qərarlar qüvvədə olan qanunvericiliyin tələblərinə və işin faktiki hallarına uyğun olaraq qəbul edildiyindən, iddiaçı tərəfindən qərarların ləğv edilməsi üçün sübutetmə yükü onun üzərinə düşdüyündən, iddiaçı sübutetmə yükünu yerinə yetirə bilməmişdir.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli, 2-1(103)-978/2021 nömrəli nömrəli qərarının ləğv edilməsini və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin hesablanması barədə” 27 mart 2019-cu il tarixli, **********64800 saylı və **********348500 saylı, 5 aprel 2019-cu il tarixli, **********872400 saylı qərarların ləğv edilməsinə dair 2 saylı Bakı İnzibati-İqt isad Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 2-1(82)-1835/2019 saylı qərarın qüvvədə saxlanılması barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(103)- 978/2021 nömrəli qərarının 5-ci səhifəsinin 2-ci abzasında göstərilmişdir ki, iddia tələbini əsaslandıran sənəd və sübutlar iddiaçıya təqdim edilməsi üçün təklif olunsa da, iddiaçı dəqiqləşdirilmiş ƏDV bəyannamələrində dövriyyənin azaldılmasına əsas verən təsdiqedici sənədləri yəni bank çıxarış sənədləri və dövriyyəni təsdiq edən digər sənədlər məhkəməyə təqdim edilməmişdir. Halbuki qeyd olunan sənədlər (malların alış aktlarının surəti) dəfələrlə vergi orqanına təqdim edilmiş və vergi orqanının bu sənədlərdən məlumatı olmuşdur. Məhkəmədə isə həmin sənədlər sübut kimi işə əlavə olunması üçün təqdim olunmuşdur. Cavabdeh tərəfindən həmin sübutlar əvvəllər dəfələrlə araşdırılmış lakin cavabdeh vergi orqanı iddiaçının dediklərinin əksini iddia etmiş və əsassız olaraq qəbul edilmiş qərarlar qəbul etmişdir. Məhz həmin sənədlərin vergi orqanına təqdim edilməsinə baxamayaraq qərarların qəbul edilməsi hazırkı, mübahisələrin yaranmasına səbəb olmuşdur. Həmin sözügedən sübut və sənədlər qoşma olaraq təqdim edilir.
19. Həmçinin iddiaçı, müvafiq dövrlər üzrə ilkin sənədləri təqdim edərək bildiririk ki, müvafiq dövrün hesablamaları qanunamüvafiq aparılmış və vergilər ödənilm işdir. ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 159 və 166-cı maddələrində nəzərdə tutulmuşdur. 20. 2018-ci il yanvar ayı üzrə ədv-yə 140.00 manat dövriyyə cəlb edilmiş, 25.20 manat ədv hesablanmış, alınmış e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 77 240.99 manat, büdcədən qaytarılan ədv məbləği 13 878.18 manat. 21. 2018-ci il iyun ayı üzrə ədv-yə 37 438.75 manat dövriyyə cəlb edilmiş, 6 738.98 manat ədv hesablanmış, alınmış e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 93 539,9 manat büdcədən qaytarılan ədv məbləği -10 098.20 manat. 22. 2018-ci il iyul ayı üzrə ədv-yə 21 624.00 manat dövriyyə cəlb edilmiş, 3 892.32 manat ədv hesablanmış, alınmış e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 83 302.48 manat, YGB üzrə 573.61 manat cəmi əvəzləşdirilən məbləğ 83 876.09 manat, büdcədən qaytarılan ədv məbləği 11 205.38 manat dövlət büdcəsinə hesablanmış və ödənilmişdir.
23. Yuxarıda göstərilən 27.03.2019 tarixli, **********646800 saylı, 27.03.2019 tarixli, **********348500 saylı, 05.04.2019 il tarixli, **********872400 saylı vergilərin hesablanması barədə qərarların ləğvi barədə cavabdeh vergi orqanına şikayətlər ünvanlansada, heç bir tədbir görülməmişdir.
24. Kasasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı MMC-nin 2018-ci ilin yanvar, iyun və iyul ayları üçün təqdim etdiyi dəqiqləşdirilmiş ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması aparılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sözügedən aylar üzrə 18% dərəcə ilə ƏDV cəlb edilən dövriyyələr əsassız olaraq azaldılmışdır. Belə ki, 29.01.2019-cu il tarixdə 2018-ci ilin yanvar ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş Ə DV bəyannaməsində 18% dərəcə ilə ƏDV cəlb edilən dövriyyə 152.300,28 manat göstərilməsinə baxmayaraq, 13.02.2019-cu il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində 18% dərəcə ilə ƏDV cəlb edilən dövriyyə 152.160,28 manat azaldılaraq 140,0 manat əks etdirilmişdir. 24.07.2018-ci il tarixdə 2018ci ilin iyun ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində 18% dərəcə ilə ƏDV cəlb edilən dövriyyə 82.440,53 manat göstərilməsinə baxmayaraq, 28.02.2019-cu il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində 18% dərəcə ilə ƏDV cəlb edilən dövriyyə 45.001,75 manat azaldılaraq 37.438,75 manat əks etdirilmişdir, 25.11.2019- cu il tarixdə 2018-ci ilin iyul ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində 18% dərəcə ilə ƏDV cəlb edilən dövriyyə 94.581,50 mana t göstərilməsinə baxmayaraq, 28.02.2019-cu il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində 18% dərəcə ilə ƏDV cəlb edilən dövriyyə 72.957,50 manat azaldılaraq 21.624,0 manat əks etdirilmişdir.
25. Beləliklə, yuxarıda qeyd edilən 2018-ci ilin yanvar, iyun və iyul ayları üzrə iddiaçı tərəfindən 18% dərəcə ilə ƏDV cəlb edilən dövriyyə 270.119,53 manat və büdcəyə hesablanan ƏDV məbləği isə 48.621,52 manat azaldılmışdır. Lakin cəmiyyət tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannamələrində dövriyyənin azalmasına əsas verən təsdiqedici sənədlər (bank çıxarış sənədləri və dövriyyəni təsdiq edən digər sənədlər) vergi orqanına təqdim olunmamışdır. Başqa sözlə desək iddiaçı tərəfindən qeyd olunan dövriyyə heç bir səbəb olmadan və dəqiqləşməni zəruri edən hallar, sübutlar təq dim edilmədən əsassız olaraq azaldılmışdır. Bununla bağlı vergi ödəyicisinə 11.03.2019-cu il tarixli **********473600 nömrəli və 01.04.2019-cu il tarixli **********079100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş və 5 gün ərzində həmin dövr üçün kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyici tərəfindən zəruri olan sənədlər və dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmədiyindən, kameral vergi yoxlaması ilə 2018-ci ilin yanvar, iyun və iyul ayları üzrə ümumilikdə 48.621,52 manat ƏDV məbləği bərpa edilmiş və 27.03.2019-cu il tarixli **********646800, **********348500 nömrəli və 05.04.2019-cu il tarixli **********872400 nömrəli “Vergilə rin hesablanması barədə Qərar’lar qəbul edilərək iddiaçıya göndərilmişdir.
26. Əlavə olaraq bildiririk ki, vergi ödəyicisində keçirilmiş son xronometraj metodu ik müşahidənin nəticələrinə (24-26 iyul 2016-cı il) əsasən iddiaçının 1 günlük dövriyyəsi 1.644,9( manat olmasına baxmayaraq 2018-ci ilin təkcə 1 ayı üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb edilər dövriyyəsini 140,0 manat əks etdirməsi tamamilə əsasız olmuşdur. Onu da qeyd etməl lazımdı ki, vergi ödəyicisinin ərizəsinə əsasən xronometraj müşahidələrin nəticələri kameral verg yoxlamasının şamil olunduğu aylardan bir neçə ay sonra, yəni 28.11.2018-ci il tarixdəı passivləşdirilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sü butlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı ya lnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hall arda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməy i zəruri hesab edir ki, həmin dəlillər əsaslıdır.
31. Məhkəmə kollegiyası iş materiallarına baxaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Belə ki 2018-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir (maddə 153.1). Həmin Məcəllənin 159-cu maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV üzrə vergitutma obyektidir (maddə 159.1) Həmçinin vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin g östərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır (maddə 159.2). Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Həmçinin Vergi Məcəlləsinin 166-cı maddəsi vergi tutulan əməliyyatın aparıldığı vaxtı müəyyən edir.
33. Yuxarıda əksini tapmış müddəalara əsasən belə nəticəyə gəlinir ki, büdcəyə ödənilməli ƏDV, Vergi Məcəlləsinin 166-cı maddəsinin müddəaları nəzərə alınmaqla təqvim ayı ərzində təqdim edilmiş malların (görülmüş işlərin və göstərilmiş xidmətlər in) dəyərindən hesablanan vergi məbləği ilə həmin ayda əldə edilmiş elektron vergi hesabfakturaları üzrə (idxalda gömrük bəyannamələri üzrə) Vergi Məcəlləsinin 175-ci maddəsinin müddəaları nəzərə alınmaqla ödənilən ƏDV məbləği arasındakı fərqdir. Büdcəyə ödənilən ƏDV məbləği hər bir təqvim ayı üçün növbəti ayın 20-nədək vergi ödəyiciləri tərəfindən vergi orqanına təqdim olunmuş ƏDV bəyannaməsi əsasında hesablanır. Eyni zamanda ƏDV bəyannamələri elektron vergi hesab-fakturaları, ödəniş sənədləri əsasında Vergi Məcəlləsinin 166-cı və 175-ci maddəsinin müddəaları nəzərə alınmaqla tərtib olunur. Vergi Məcəlləsinin 37-ci maddəsinin müddəalarına əsasən vergi orqanı yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanı nda olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında kameral vergi yoxlaması keçirir (maddə 37.1).
34. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 2018-ci ilin yanvar, iyun və iyul hesabat ayları üzrə bir neçə dəfə dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim edilsədə sonda mübahisələndirilən qərarlar (inzibati aktlar) qəbul edilmişdir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (maddə 61.1.). Həmin qanuna əsasən yazılı inzibati aktın əsaslandırma zamanı işin faktiki və hüquqi ha lları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (maddə 61.2.). İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır (maddə 61.3.).
35. Yuxarıdada qeyd olunduğu kimi vergi orqanı yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında kameral vergi yoxlaması keçirməli və əsas olduqda əlavə vergi məbləği hesablamalıdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, həm 1-ci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsındə aparılan icraat zamanı cava bdeh vergi orqanı mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarların qanuniliyini sübut edə bilməmişdir. Başqa sözlə desək, iddiaçı tərəfindən təqdim edilən ƏDV bəyannaməsində əksini tapmış dövriyyədən hesablanan ƏDV məbləği ilə əvəzləşdirilən ƏDV məbləğinin hansı səbəbdən düzgün bəyan edilməməsini və mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən digər halları məhkəmədə əsaslandıra bilməmişdir.
37. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati mübahisə üzrə sübutetmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür.
38. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həm in aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
39. Lakin buna baxmayaraq iddiaçı hazırkı inzibati mübahisə istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsində həll edildiyi zaman inzibati mübahisəyə və buna dair öz hüquqi mövqeyinə aid zəruri olan sənədləri həmin məhkəmələr, eyni zamanda cavabdehə təqdim etmiş, hətta kassasiya şikayətinə də əlavə etmişdir.
40. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi vergi orqanının vergi ödəyi cisi kimi hazırkı İddiaçı MMC-yə 2018-ci ilin yanvar, iyun və iyul ayları üzrə əlavə vergi məbləğlərinin (ƏDV) hesablanması mövqeyi ilə razılaşmayaraq düzgün olaraq hesab etmişdir ki, “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin qeyd olunan dövrlər üzrə “Vergilərin hesablanması barədə” 27 mart 2019-cu il tarixli **********646800 saylı və **********348500 saylı, 5 aprel 2019-cu il tarixli **********872400 saylı qərarları qanuna ziddir. Eləcə də inzibati orqanın 27 mart 2019- cu il tarixli **********646800 saylı və **********348500 saylı, 5 aprel 2019-cu il tarixli **********872400 saylı qərarları – əlverişsiz inzibati aktları yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktların özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödəni lməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsasland ırılması yeterli qiymətləndirilmir.”
41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 27.04.2021-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının hazırkı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
42. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli, 21(103)-978/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı MMC-nin iddiası təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilər in hesablanması barədə” 27 mart 2019-cu il tarixli, **********646800 saylı və **********348500 saylı, 5 aprel 2019-cu il tarixli, **********872400 saylı qərarları ləğv edilsin. Qərar qətidir.