Məhkəmə qərarları › İş №2-1(102)-161/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-161/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-161/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi) iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli əsaslarla ikinci dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi) “mənzil növbəsinə götürülmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)1270/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidməti 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinəsinə dair məlumatdan görünür ki, İddiaçı təkrar müayinə edilmiş və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Səbəb: Ümumi xəstəlik - gözdən əlil.

2. O güzəştli əsaslarla ikinci dərəcəli gözdən əlil kimi mənz il növbəsinə götürülməsi üçün aidiyyəti üzrə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişdir.

3. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir ki, qanunvericilik sahəsində aparılmış islahatlara əsasən xx.xx.2018-ci il tarixdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş və Qanunun 31.1-ci maddəsində əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması vətəndaşların yaşa yış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdur. Lakin, bu günədək uçot norması təsdiq olunmadığından vətəndaşların mənzil növbəsinə götürülən zaman hansı minimal ölçünün əsas götürülməsi məsələsinə münasibət bildirilməsi məqsədi ilə tərəfimizdən xx.xx.2020-ci il tarixli 01/09-11-32/318 saylı məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. Müraciətimizə cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaşların mənzil növbəsinə götürülən zaman hansı minimal ölçünün əsas götürülməsi məsələsinə qüvvədə olan mövcud Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması məqsədəuyğun hesab edilmişdir. Bu səbəbdən də, gələcəkdə miivafıq qaydalar qəbul edildikdən sonra mənzil sahəsinə ehtiyacı olan qismində uçota alınmağınıza müraciətiniz əsasında yenidən baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun (övladı X1 ilə birlikdə) yaşayış yeri üzrə güzəştli əsaslarla ikinci dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsas landırmışdır ki, o, ikinci dərəcəli gözdən əlildir və tənha anadır. xx.xx.2013-cü il təvəllüdlü bir övladı X1 ilə birlikdə kirayədə yaşayır. Qeydiyyatda olduğu ünvan ata evidir və yaşayış sahəsi ümumilikdə 25.88 kv.m olan iki darısqal otaqdan ibarətdir ki, burada atası, qardaşı və anası pasport qeydiyyatında olmaqla yaşayırlar. O, uzun illərdir göz zəifliyindən əziyyət çəkdiyi üçün daimi iş yeri yoxdur. İş yeri olmadığına görə də övladını və özünü yalnız dövlət qayğısı ilə verilən cuzi əlillik pensiyası və daimi olmayan aliment ilə dolandırır. Bu isə kommunal və kirayə xərclərini qarşılamır. O, xx.xx.2020-ci il tarixdə güzəştli əsaslarla ikinci dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülməsi üçün aidiyyəti üzrə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətində ondan çox sayda sənəd tələb edilərək dəfələrlə aidiyyəti olmayan yerlərə göndərərək sənədlər toplatdırılmış və sonda ona mənzil növbəsinə götürülüb-götürülməməsi barədə heç bir cavab verilməmişdir. O, yenidən Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etdikdə, bu dəfə ona absurd bir məktubla cavab verilərək guya qanunda boşluq olduğu üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edildiyi və onlardan cavab gələcəyi təqdirdə mənzil növbəsinə götürüləcəyi bildirilmişdir. O, bir müddət gözlədikdən sonra dəfələrlə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, bu dəfə ona başqa bir yalan uydurularaq pandemiya ilə əlaqədar işçilərin olmadığı və ya işçinin nədənsə ezamiyyətə getdiyi üçün onun məktubuna cavab verilmədiyi və s. yalanlarla vaxt uzadılmış və yenə də ona nəticə barədə heç bir rəsmi cavab v erilməmişdir. Nəhayət, o, gözdən əlil olduğu üçün dəfələrlə gedib-gələ bilmədiyinə görə aidiyyəti üzrə üzvü olduğu Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə müraciət etmişdir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən onun məktubunun cavabı olaraq təkrarən Binəqədi rayon İcra Hakimiyyətinə, eləcə də Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Lakin bir neçə ay keçsə də, yenə də bu məktuba da cavab verilməmişdir. O, təkrar Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etdikdə, ona məktuba guya baxıldığı və ona məlumat veriləcəyi barədə şifahi bildirilmişdir. Lakin yenə də cavab gəlməmişdir. O, gözdən əlil ola-ola təkrar Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etdikdə, yenə də absurd bir cavabla qarşılaşmışdır. Savadsızca yazılmış bir rədd cavabı ilə guya qanunvericilikdə boşluq oldu ğu və vətəndaşların mənzil sahəsi ilə təmin edilməsi üçün Nazirlər Kabineti tərəfindən uçot normasının olmadığı və yalnız gözdən birinci dərəcəli əlillər üçün uçot normasının adambaşına 9 kv.m olduğuna görə onu mənzil növbəsinə götürmək üçün əsasın olmadığı bildirilmişdir. Onun əlil olmasını və ümumiyyətlə heç bir yerdə mənzili olmadığını nəzər almayan cavabdeh ona absurd bir cavab verərək onu mənzil növbəsinə götürməkdən imtina edir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5858/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia tələbi təmin edilmiş İddiaçı övladı X1 ilə birlikdə yaşayış yeri üzrə güzəştli əsaslarla ikinci dərəcə gözdən əlil kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ikinci dərəcə gözdən əlildir. O, gözdən əlil kimi mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, qanunvericilikdə mənzil uçot normasının nəzərdə tutulmaması əsas gətirilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Lakin məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilir ki, iddiaçı ikinci dərəcə gözdən əlil olmaqla yanaşı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilir. Onun adına daşınmaz əmlak qeydə alınmamışdır. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymət ləndirilməlidir..

8. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)5858/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1270/2022 nömrəli qərarı ilə (sədrlik edən – A.S.Hüseynov, hakimlər – S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(112)-5858/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1270/2022 nömrəli qərarını ləğv edib, iddia tələbinin qeyri-mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmunu ilə oxşardır. Şikayətdə həmçinin “ Əlilliyi olan şəxslərin hüquqları haqqında ” Qanunun 31-ci maddəsinə, “ Mənzil Məcəlləsinin 49.4 və 49.5-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabil itasiyası və sosial müdafiəsi haqqında » Qanun. Maddə

43. Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman 1 qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar.

15. « Əlilliyi olan şəxslərin hüquqları haqqında » Qanun. Maddə 27.0 Dövlət əl illiyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir:. Maddə 27.0.1 Əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; Maddə 27.0.2 Əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir; Maddə

31. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.

16. Mənzil Məcəlləsi. Maddə 50.1 Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaş ayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 50.2 Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir.

17. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şika yətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan z aman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmeti ni yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmal arı yetərli hesab olunur.

23. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının güzəştli əsaslarla ikinci dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də r azılaşır.

25. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı təkrar müayinə edilmiş və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. O, güzəştli əsaslarla ikinci dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülməsi üçün aidiyyəti üzrə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçı gözdən əlil kimi mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, qanunvericilikdə mənzil uçot normasının nəzərdə tutulmaması əsas gətirilməklə müraciətin təmin edilməsi ndən imtina edilmişdir. Lakin araşdırılmış sübutlarla müəyyən edilir ki, iddiaçı ikinci dərəcə gözdən əlil olmaqla yanaşı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilir. Onun adına daşınmaz əmlak qeydə alınmamışdır.

28. Kollegiya hesab edir ki, iddiaçının adına daşınmaz əmlak qeydə alınmadığından bu qərarın 14-16-cı bəndlərinə uyğun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi gözdən əlil olan şəxslərin sırasında mənzil növbəsinə götürülməsindən imtina barədə cavabdehin hərəkəti qanunsuz olmuşdur.

29. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 21(103)-1270/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar