Məhkəmə qərarları › İş №2-1(102)-161/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-161/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-161/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın və texniki sənədin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qar şı “bələdiyyə qərarına əsasən satılmış torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2-1(105)-15/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qusar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 3/4-27 nömrəli qərarı ilə iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Qusar şəhəri, A.Xammədov küçəsində yerləşən 600 kv.m torpaq sahəsi satılmışdır.

2. Həmin torpaq sahəsinin satılması müqabilində iddiaçı tərəfindən xx.xx.2004-cü il tarixli, 37 nömrəli q əbzə əsasən 600000 manat haqq ödənilmiş və tərəflər arasında xx.xx.2014-cü il tarixli torpaqların alqı-satqısına dair akt tərtib olunaraq imzalanıb təsdiq edilmişdir. Həmin akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində xx.xx.2014-cü il tarixdə 51 nömrə ilə qeydiyyata alınmışdır.

3. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən A 456040 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilmiş, Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2014-cü il tarixdə 01-35 nömrə ilə uçota alınmışdır.

4. İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və müvafiq texniki sənədin verilməsi barədə cavabdehə müraci ət etmişdir.

5. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, araşdırma zamanı iddiaçıya satılmış torpaq sahəsinin alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində xx.xx.2014-cü il tarixdə qeydə alındığı aşkar edilmişdir. Halbuki, 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD nömrəli Qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Bununla bağlı iddiaçının müraciətinin təm in edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Qusar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 3/4-27 nömrəli qərarına əsasən ona satılmış 0,06 ha torpaq sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə çıxarış və texniki pasportun hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, torpaq sahəsinin alqı-satqısına dair akt xx.xx.2014-cü il tarixdə qeydiyyata alınsa da, h əmin akt Qusar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 3/4-27 nömrəli qərarı əsasında tərtib edilmişdir və onun tərəfindən həmin torpaq sahəsinin satılması müqabilində bələdiyyənin hesabına ödəniş edilmişdir. Qərardan uzun müddət keçdikdən sonra aktın qeydiyyata alınması onun iradəsindən kənar olmuşdur.

8. Cavabdeh imtinasındakı dəlillərə istinad edərək iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında iddianın təmin olunmamasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Qusar rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6 və 6.5-ci maddəsinin sözügedən torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin m ülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyənin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Lakin Qusar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 3/4-27 nömrəli qərarına əsasən iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün şəhərin A.Xammədov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi satılarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əməl edilməmiş, Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəyi alınmamışdır. Bununla belə bildirilir ki, həmin torpaq sahəsi Qusar bələdiyyəsinin yerquruluşu təsərrüfa t planına, ərazilərin planlaşdırılması və tikintisi layihəsinə uyğundur. Həmin ərazidə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikintisinə icazə alınmadan tikilmiş və halhazırda fəaliyyət göstərən zirzəmi və iki mərtəbədən ibarət ticarət obyekti mövcuddur.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Vəfa Əzizova) 18 yanvar 2022-ci il tarixli, 2-1(118)-206/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Qusar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 3/4-27 nömrəli qərarına əsasən iddiaçıya satılmış 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə çıxarış və texniki pasportun hazırlanıb verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni on unla əsaslandırmışdır ki, məhkəmə torpaq sahəsinin satılması barədə bələdiyyənin qərarının və iddiaçı tərəfindən ödənişin edildiyi tarixləri nəzərə alaraq hesab edir ki, sözügedən torpaq sahəsi iddiaçıya həqiqətən də 2004-cü ildə satılmışdır. Lakin alqı-satqı aktının rəsmiləşdirilməsi vaxtında həyata keçirilməmiş və yalnız 2014-cü ildə qeydə alınmışdır. Torpaq sahəsinin ayrılmasına dair qərar müəyyən pozuntularla müşayiət edilsə də, bələdiyyənin istinad olunan qərarı hazırda qüvvədədir, ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Alqı-satqı aktının vaxtında bağlanması və qeydə alınması bələdiyyənin və ləğv edilmiş DTXK-nın Qusar rayon şöbəsinin vəzifəli şəxslərinin vəzifəsi olmuşdur. Bu səbəbdən həmin əsasla iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina olunması əsassız h esab edilməlidir.

12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə müraciət olunaraq, torpaq sahəsinin yerində müayinə edilərək, müayinə aktının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.

14. Cavabdeh tərəfindən təqdim olunmuş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi A.Xammədov küçəsi, ara küçə, həyətyanı və sahibkarlıq məqsədli torpaq sahələri və obyektləri ilə həmsərhəddir. Torpaq sahəsində hal-hazırda istifadə olunan bütövlükdə torpaq sahəsində tikintialtı sahəsi 600 kv.m olan yarımzirzəmili 2 mərtəbəli ticarət obyekti (hal-hazırda inşaat materiallarını n satışı kimi fəaliyyət göstərir) inşa olunmuşdur. Torpaq sahəsi yerləşdiyi obyektin tikintialtı sahəsidir. Sahənin naturadakı ölçüləri ilə koordinatlarının sahəyə verilmiş plan və ölçüdəki ölçü və koordinatları ilə müqayisədə ölçülərdə fərq mövcud deyildir, lakin koordinatlarda cüzi sürüşmə mövcuddur. Sahə yaşayış məntəqələrinin torpaq sahələrinə uyğundur. Torpaqla bağlı mübahisə yoxdur. Torpaq sahəsindən 3 m aralı olmaqla 10 kv-luq elektrik xətti (sahənin 133 kv.m hissəsi qoruma zolağına düşür) və 2 m aralı olmaqla 250 mm-lik orta təzyiqli qaz xətti (35 kv.m hissəsi qoruma zolağına düşür) keçir.

15. Torpaq sahəsinin yaxınlığından elektrik və orta təzyiqli qaz xəttinin keçməsi barədə müayinə aktında göstərilən halların araşdırılması məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən "xxxx" ASC “Şimal” RETSİ-nin Qusar Elektrik Şəbəkəsinə və “Azəriqaz” İB Xaçmaz RQİİ-nin Qusar xidmət sahəsinə sorğular verilərək mübahisə gedən torpaq sahəsindən yüksək gərginlikli elektrik xəttinin və orta təzyiqli qaz xəttinin keçib-keçməməsi, keçdiyi təqdirdə həmin xəttin hansı tarixdən quraşdırılması və kimə məxsus olması barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur.

16. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna əsasən "xxxx" ASC “Şimal” RETSİ-nin Qusar Elektrik Şəbəkəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsindən 3 metr aralıdan keçən şəbəkənin balansında olan “17 saylı 10 kv-luq şəhər” hava elektrik veriliş xətti, şəhərdə Olimpiya İdman Kompleksinin inşa edilməsi ilə əlaqədar 2010-cu ildə çəkilmişdir. 2010-cu ilə kimi A.Xa mmədov küçəsində adı çəkilən 10 kv-luq EVX-i mövcud olmamışdır. İddiaçıya məxsus torpaq sahəsinin 10 kv-luq elektrik veriliş xəttinə heç bir maneçiliyi yoxdur, torpaq sahəsinin cavabdeh tərəfindən qeydiyyata alınmasına və çıxarışın verilməsinə etiraz etmirlər.

17. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna əsasən “Azəriqaz” İB Xaçmaz RQİİ-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, tərəflərindən sözügedən torpaq sahəsinə baxış keçirilmiş və həmin torpaq sahəsinin Xaçmaz RQİİ-nin Qusar xidmət sahəsinə məxsus qaz kəmərlərinin mühafizə zonasında yerləşmədiyi aşkar olunmuşdur.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Fuad Məmmədov /sədrlik edən və məruzəçi/, Lalə Rəhimli və Zahid Məmmədov) 12 iyul 2023cü il tarixli, 2-1(105)-15/2023 nö mrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya ayrılarkən qanunun tələbləri gözlənildiyindən cavabdeh iddiaçının hüququnu qeydə almaqdan imtina etməkdə haqlı olmamışdır. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və imtinasını əsaslandırdığı hallar qanuni əsaslarla iddiaçıya ayrılmış daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun qeydə alınmasınd an imtinaya səbəb ola bilməz. Odur ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.

20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sa hibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınm az əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilən tarixdə qüvvədə olan redaksiyada) 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxsl ərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələd iyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu ba rədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəm ələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetə rli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə müvafiq çıxarışın və müvafiq texniki sənədin verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apel lyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Qusar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 3/4-27 nömrəli qərarı əsasında ona satılmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın və texniki sənədin verilməsinə nail olmaqdan ibarətdir. Nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən texniki sənəd qismində torpaq sahələrinə münasibətdə “Torpaq sahəsinin planı və ölçüsü”, tikililərə münasibətdə isə “Texniki pasport” çıxış edir. Sözügedən torpaq sahəsinə mülkiyy ət hüququnun qeydə alınmasına nail olmaq istəyən iddiaçı tələbində həmçinin həmin torpaq sahəsi ilə bağlı “texniki pasportun hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını” xahiş etsə də, eləcə də məhkəmələr tərəfindən həmin məsələyə münasibət bildirilmədən iddia tələbinə uyğun qərarlar qəbul edilsə də, iddiaçının həqiqətdə niyyəti üzərində mülkiyyət hüququ qeydə alınacaq torpaq sahəsinə münasibətdə müvafiq texniki sənəd olan “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsinə yönəlmişdir.

37. Məhkəmə kollegiyası cavabdehin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı cavabdehin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə cavabdeh əksər hallarda hüququn q eydiyyatı haqqında müvafiq çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair müvafiq texniki sənədin (texniki pasportun və ya plan-ölçü sənədinin) verilməsi barədə yenidən cavabdehə müraciət etməli olur və hətta müəyyən hallarda cavabdeh tərəfindən çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur.

38. Bu da, növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqları n qeydiyyatı ilə bağlı cavabdeh tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə çıxarışla eyni zamanda həmin çıxarışın ayrılmaz hissəsi olan, barəsində çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki sənədin (texniki pasportun və ya plan-ölçü sənədinin) verilməsi də təmin edilməlidir.

39. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə çıxarışın, həm də həmin çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq texniki sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir (bununla bağlı bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-420/2023 nömrəli qərarı).

41. Hazırkı mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Qusar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 3/4-27 nömrəli qərarı ilə iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Qusar şəhəri, A.Xammədov küçəsində yerləşən 600 kv.m torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin satılması müqabilində iddiaçı tərəfindən xx.xx.2004-cü il tarixli, 37 nömrəli qəbzə əsasən 600000 manat haq q ödənilmiş və tərəflər arasında xx.xx.2014-cü il tarixli torpaqların alqı-satqısına dair akt tərtib edilərək imzalanıb təsdiq edilmişdir. Həmin akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində xx.xx.2014-cü il tarixdə 51 nömrə ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən A 456040 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2014-cü il tarixdə 01-35 nömrə ilə uçota alınmışdır.

42. İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh iddia çıya satılmış torpaq sahəsinin alqı-satqısına dair aktın xx.xx.2014-cü il tarixdə qeydə alındığını, 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD nömrəli Qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə biləcəyini əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.

43. Bununla bağlı qeyd edilməlidir ki, şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı torpaqların alqı-satqısına dair aktın tərtib olunması və ya müqavilənin bağlanması torpaq sahəsinin ayrılması üzrə inzibati icraatın tərkib his səsi kimi qəbul olunmalıdır. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı hakimiyyət iradəsi məhz bu barədə qərarda ifadə olunur. Alqı-satqı aktı və ya müqavilə həmin qərara əsaslanır, həmin qərarın icrasının və torpaq sahəsinin dəyərinin ödənilməsinin təmin olunması məqsədlərinə xidmət edir.

44. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması üzrə icraat, eləcə də həmin icraat çərçivəsində tərtib edilən torpaqların alqı-satqısına dair akt və ya müqavilə yalnız torpaq sahəsinin ayrılması ilə bağlı suveren iradəni ifadə edən inzibati aktın, yəni qərarın qəbul olunması və icrası məqsədlərinə xidmət edir. İşin faktiki hallarından da görünür ki, iddiaçı tərəfindən bələdiyyənin bank hesabına müəyyən olunmuş məbləğdə vəsaitin ödənilməsi ilə həmin qərarın məqsədlərinə nail olunmuşdur, yəni iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alqı-satqısı baş tutmuşdur. Bununla bağlı həm də nəzərə almaq lazımdır ki, məhz icraatın yekununda qəbul edilən həmin qərar şəxsə münasibətdə hüquqi təsirə malikdir və ona münasibətdə hüquqi nəticə yaradır, yəni ona torpaq sahəsinin ayrılması ilə bağlı məsələni tənzimləyir və həll edir. Başqa sözlə, şəxsə torpaq sahəsinin ayrıldığını, onun həmin sahəyə hüququnun yarandığını müəyyən edən konstitutiv və hüquqmüəyyənedici sənəd qismində məhz həmin qərar çıxış edir. Bu mənada hüququn yaranma anının da həmin qərara bağlı olduğu diqqətə alınmalıdır. 45. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbləri baxımından, müvafiq icraat nəticəsində qəbul edilmiş yekun qərar – inzibati akt qanunla müəyyən olunmuş qayda da geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə yanaşma “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqedən də irəli gəlir. İstinad olunan həmin hüquqi mövqeyə görə, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inz ibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində qəbul etdikləri inzibati aktlara münasibətdə vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilər yaranmış olsun (bununla bağlı bax: “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı).

46. Torpaq sahəsinin alqı-satqı aktının qeydiyya ta alındığı tarixdə qüvvədə olan qanunvericilikdə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsinin nəzərdə tutulması ilə bağlı xüsusatlar torpaq sahəsinin ayrılması barədə inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını istisna edən, eləcə də həmin inzibati akta əsaslanan hüququn dövlət qeydiyyatına alınmasından imtinaya səbəb olan hallar kimi qiymətləndirilə bilməz. Belə ki, torpaq sahəsinin alqı-satqısının akt (və ya müqavilə) formasında həyata keçirilməsi (hətta sonraki tarixlərdə belə) mahiyyət baxımından hüquqmüəyyənedici sənəd olan qərardan irəli gələn, ona əsaslanan və onun icrasına yönəlik hərəkət kimi qəbul edilməlidir. Bu zaman önəmli olan və həlledici əhəmiyyət kəsb edən alqı-satqının hə yata keçirildiyi forma və ya zaman deyil, tərəflər arasında alqı-satqının (bunun forma ilə bağlı tələbin pozulması ilə müşayiət olunduğuna və ya uzun müddət sonra tərtib edildiyinə rəğmən) baş tutduğuna dair iradə ifadəsidir. Hazırkı mübahisəyə münasibətdə tərəflərin alqı-satqı ilə bağlı iradəsi onların istifadə etdiyi alqı-satqı aktında ifadə olunmuşdur. Torpaq sahəsinə görə müəyyən olunmuş vəsaitin Qusar bələdiyyəsinin hesabına ödənilməsi və bu ödənişin bələdiyyə tərəfindən qəbul olunması da tərəflər arasında torpaq sahəsinin alqı-satqısının baş tutduğunun təsdiqi kimi qiymətləndirilməlidir.

47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, alqı-satqı ilə bağlı forma tələbinə riayət olunmasını və ya vaxtında tərtib olunmasını təmin etmək şəxsin deyil, müvafiq səlahiyyətli orqanların məsuliy yət sferasına aiddir. Bu baxımdan qeyd edilən hallar şəxsin ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticələr doğura bilməz. Həmin hallar yuxarıda istinad edilən normaların mahiyyəti, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələbləri baxımından iddiaçının hüququnun qeydə alınmasından imtina üçün yetərli əsas sayıla bilməz.

48. Eyni zamanda qeyd edilməlidir ki, sözügedən bələdiyyə qərarı qəbul edilən tarixdə cavabdehin istinad etdiyi dəyişiklik hüquqi qüvvədə olmamışdır. Belə ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli, 466-İİİQD nömrəli Qanunu xx.xx.2007-ci il tarixdə qüvvəyə minmişdi r. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun qeyd edilən tarixədək qüvvədə olmuş redaksiyada 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər.

49. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıd ır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

51. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qey d edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2-1(105)-15/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar