Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1610/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi ) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Svetlana Rzayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı ona xx xxxxx 2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-825/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı ona xx xxxxx 2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri sənədlər tərəfindən 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinə təqdim edilmişdir. O, xx xxxx 1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. “Asan Xidmət” mərkəzinə təqdim etdiyi əmək kitabçasına əsasən onun əmək stajı xx xxxxxx 1980-ci ildən xx xxxx 2006-cı ilədək davam etmişdir və 25 ildən çox təşkil edir. Bu faktlar əsas götürülərək sənədləri qəbul olunmuş və pensiyanın hesablanması üçün cavabdehə göndərilmişdir. Həmin Şöbənin xx.xx.2019-cu il tarixli, **********9 nömrəli məktubu ilə əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci ildən - xx.xx.2006-cı ilədək iş stajının düzgünlüyü yoxlanıldıqdan sonra pensiya hüququna yenidən baxılacağı bildirilmişdir. O, yenidən “ASAN xidmət” Mərkəzinə müraciət edib, Azərbaycan Respublikası Dövlət Elm və X2 aldığı xx.xx.2019-cu il tarixli, 337/365 nömrəli arayışda onun “X1 İdarəsində”ki əmək stajı təsdiqlənmişdir. Tələb olunan və tərəfindən təqdim edilən sənədin olmasına baxmayaraq cavabdeh xx xxxx 2019-cu il tarixli, **********0 nömrəli məktubunda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajının və pensiya kapitalının olmadığı səbəbindən ərizənin təmin edilməsinin mümkün olmadığını bildirmişdir. Aldığı cavabla razılaşmayaraq o, Fonda apelyasiya vermiş, eyni zamanda həmin fondun və Nəsimi rayon Şöbəsinin ayrı-ayrı vəzifəli şəxslərinin qəbulunda olmuş, ona bildirmişlər ki, səhv etdiklərindən yenidən “ASAN Xidmət” mərkəzinə müraciət etsin. xx xxxxxx 2019-cu il tarixdə o, sənədləri yenə “ASAN Xidmət” mərkəzinə təqdim etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli **********1 nömrəli məktub ilə xx xxxx 2019-cu il tarixdə ünvanına göndərdiyi məktubun mətnini təkrarlayaraq ona yenə rədd cavabı vermişdir. Cavabdehlərin imtina məktublarının hər ikisi eyni məzmunludur və bir birini təkrarlayır. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4493/2019 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddia tələbinin təmin edilməsi, All a PavlovnaDovqoşeyanın xx.xx.1992-ci il tarixdən - xx.xx.2006-cı il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə ona xx xxxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-825/2020 nömrəli (hakimlər Vüqar Həsənov - səd rlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçı DSMF-nin Nəsimi rayon şöbəsinə yazılı olaraq müraciət etmiş və DSMF-nin Nəsimi rayon şöbəsi iddiaçıya müraciətinin təmin olunmaması barədə imtina cavabı vermişdir. Həmin imtinaya əsas kimi sözügedən dövrün düzgünlüyünü qarşılıqlı yoxlamaq mümkün olmadığı qeyd olunmuşdur. Göstərilənlərə əsasən Nəsimi rayon şöbəsinin imtinası tam əsaslı olmuşdur. İş materiallarından da göründüyü kimi sözügedən dövrün düzgünlüyünü qarşılıqlı yoxlamaq mümkün deyildir. İddiaçı xx xxxxxx 1992-ci il dən - xx xxxx 2006-cı ilədək olan iş stajının qarşılıqlı yoxlanılması mümkün olmamış, məhkəmənin isə Dövlət Elm və Texniki sənədlərin Arxivi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli arayışa istinad edərək iddiaçının 25 il stajına malik olması qənaətinə gəlməsi qanunvericiyilin tələbinə ziddir. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)825/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə i clasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili S.Rzayeva kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasi ya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili S.Rzayevanın çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunan ları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq norm alarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçı DSMF-nin Nəsimi rayon şöbəsinə yazılı olaraq müraciət etmiş və DSMF-nin Nəsimi rayon şöbəsi iddiaçıya müraciətinin təmin olunmaması barədə imtina cavabı vermişdir. Həmin imtinaya əsas kimi sözügedən dövrün düzgünlüyünü qarşılıqlı yoxlamaq mümkün olmadığı qeyd olunmuşdur. Göstərilənlərə əsasən Nəsimi rayon şöbəsinin imtinası tam əsaslı olmuşdur. İş materiallarından da göründüyü kimi sözügedən dövrün düzgünlüyünü qarşılıqlı yoxlamaq mümkün deyildir. İddiaçı xx xxxxxx 1992-ci ildən - xx xxxx 2006-cı ilədək olan iş stajının qarşılıqlı yoxlanılması mümkün olmamış, məh kəmənin isə Dövlət Elm və Texniki sənədlərin Arxivi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli arayışa istinad edərək iddiaçının 25 il stajına malik olması qənaətinə gəlməsi qanunvericiyilin tələbinə ziddir. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydaları”nın 3.1.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186-cı Qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, istər əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununda, istərsə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi və baxılması və saxlanması qaydaları”nda sığorta olunanın sığorta stajının əmək ki tabçasına əsasən müəyyən edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiya hüququq olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olma yan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsa sında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. Hazırda iddiaçı pensiyaçı deyil və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.1992-ci il tarixdən - xx.xx.2006-cı il tarixədək olan iş stajının qarşılıqlı yoxlanmasının mümkün olmaması səbəbindən ona yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Halbuki, cavabdehə və məhkəməyə təqdim edilmiş əmək kitabçasına və arayışa əsasən onun ümumilikdə 25 ildən çox iş stajının olmas ı təsdiq olunur. Belə olan halda, iddiaçı pensiya təyin olunması üçün müraciət etdiyi vaxtdan yəni xx xxxxx 2019-cu ildən pensiya hüququ təmin olunmalıdır ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020 -ci il tarixli,21(103)-825/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1610/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1610/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver