Məhkəmə qərarları › İş №2-1(102)-1610/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1610/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1610/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qoyunçuluq yatağına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (FİN:xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pu blik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Siyəzən rayonunda yerləşən Yuxarı Qalaşıxı qoyunçuluq yatağının X4 adına qeydə alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)323/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Siyəzən rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli xx.xx.1997-ci il tarixli protokoluna əsasən, Siyəzən rayon Qalaşıxı qoyunçuluq yatağının və çoban evinin X1 qərara alınmışdır.

2. AZ-İ № 995057 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1998-ci ildə vəfat etmişdir. 3. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətn aməyə əsasən, xx.xx.1998-ci ildə vəfat etmiş X5 vərəsəsi İddiaçıdır.

3. İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Siyəzən rayonunda yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X4 adına qeydə alınmasını xahiş etmişdir.

4. Cavabdeh 4 iyun 2020-ci il tarixli məktubla iddiaçının müraciətindən imtina etmişdir. Cavabdeh imtinasının belə əsaslandırmışdır ki, “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin müəyyən edilmiş sənədlər əsasında aparılır. Sözügedən daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması məsələsinə qanunvericiliyi n tələbinə uyğun baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Siyəzən rayonunda yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X4 adına qeydə alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X10 ilə 6.11.1987-ci il tarixdə nikaha daxil olmuşlar. Ağayev Qabil xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı mərhum həyat yoldaşı X4 yeganə vərəsəsidir. İddiaçının həyat yoldaşı X10 vəfat etməmişdən öncə X11 Komissiyasının qərarına əsasən Siyəzən rayonu Qalaşıxı kəndində yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının dəyərini ödəməklə almışdır. Bununla bağlı iddiaçı tərəfindən DƏDRXnin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmişdir, lakin 4 iyun 2020-ci il tarixdə imtina cavabı verilmişdir.

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil1 müraciəti araşdırılarkən müraciətə əlavə olunmuş “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X2 barədə X15 İslahat Komissiyasının üzvlərinin imzası ilə təsdiq olunmuş 30 dekabr 1997-ci il tarixli 08 saylı protokolun itməsi barədə polis arayışı və qəzet elanı adıçəkilən daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün əsas olmadığı bildirilmişdir. Sözügedən sənədin X15 İsl ahat Komissiyasının üzvlərinin imzası ilə təsdiq olunmuş 30 dekabr 1997-ci il tarixli 08 saylı protokolun Siyəzən rayon Dövlət Arxivi tərəfindən təsdiq olunmuş surəti X6 22 sentyabr 2019-cu il tarixli ərizəsi ilə idarəyə daxil olmuş və müraciətə 02 oktyabr 2019-cu il tarixli **********66 nömrəli məktubla münasibət bildirilmişdir. Təkrar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 bildirilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əml ak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Sözügedən daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması məsələsinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacağı İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 bildirilmiş və bu barədə ona 04 iyun 2020-ci il tarixli **********96 qeydiyyat nömrəli cavab göndərilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 12 aprel 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

9. Sumqayıt İnzibati Məhkəmə sinin (hakim V.E.Əzizova) 28 dekabr 2021-ci il tarixli, 2-1(118)-353/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sovxoz və kolxoz əmlakının satılması, yəni müəyyən qiymətin müqabilində pay almaq hüququ olan subyektə verilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Bununla yanaşı məhkəmədə Q.Ağayevin həmin kolxozda işləməsi faktı öz təsdiqini tapmamışdır. İddiaçı tərəf protokolun məzmununa istinad edərək mərhum Q.Ağayev tərəfindən ödənişin edildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasın ı xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-323/2022 nömrəli iş üzrə 16 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: F.Ə.Məmmədov-sədrlik edən H.Ç.Babayeva və Z.İ.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(118)-353/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətin də qeyd edilmişdir ki, məhkəmə işdə olan sübutlara qeyriobyektiv, birtərəfli münasibət bildirməklə istinad etdiyi maddi və prosessual normalarını düzgün təfsir etməmiş, sübutları və qanunvericiliyi sadalamaqla kifayətlənərək, əlaqəli şəkildə əsaslandırmalar aparmamışdır. İşə baxan məhkəmələr formal mülahizələrə əsaslanaraq iddianı rədd etmişlər. İddianın rədd edilməsinin əsaslarından biridə ondan ibarətdir ki, iddiaçı tərəfindən ödəniş etmələri ilə bağlı hər hansı sübutun işə əlavə olunmamasıdır. İddiaçı bu dəlillə bağlı qeyd etmişdir ki, məhkəmənin bu dəlili sırf formallıqla bağlıdır. Belə ki, 1997-ci ildən etibarən hər hansı ödəniş aparılmasaydı, iddiaçı tərəfın hüquqlarına xitam verilmiş olardı. Ümumiyyətlə 1997-ci ildən iddia qaldırılana kimi iddiaçı tərəfin hüquqlarının xitamı ilə bağ lı hər hansı qərar qəbul edilməmişdirsə, bu hüquqlar qüvvədədir. Siyəzən rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli xx.xx.1997-ci il tarixli protokoluna əsasən, Siyəzən rayon Qalaşıxı qoyunçuluq yatağının və çoban evinin göstərilən qiymətə Ağayev Qabilə satılması qərara alınmışdır. X10 X11 Komissiyasının qərarına əsasən Siyəzən rayonu Qalaşıxı kəndində yerləşən "Yuxarı Qalaşıxı" qoyunçuluq yatağının dəyərini ödəməklə almışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bə lədiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə

9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyy atının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyar ı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2. Müqavilə və ya digə r əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol v erilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişd irmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

22. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun (mərhum ərinin mülkiyyət hüquqlarının) dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.

23. İş materiallarının 46-cı səhifəsində olan Siyəzən rayon Aqrar İslahat Komissiyasının 8 nömrəli xx.xx.1997-ci il tarixli protokoluna əsasən, Siyəzən rayon Qalaşıxı qoyunçuluq yatağının və çoban evinin X1 qərara alınmışdır.

24. X9 xx.xx.1998-ci ildə vəfat etmişdir. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 vərəsəsi İddiaçıdır.

25. İddiaçı Siyəzən rayonunda yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X4 adına qeydə alınmasını xahiş etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

27. İddiaçının əri aqrar islahat komissiyasının qərarı əsasında qoyunçuluq yatağını əldə etmiş, lakin bu barədə qeydiyyat orqanından çıxarış almadan ölmüşdür. Belə olan halda iddiaçı qoyunçuluq yata ğına məxsus hüququn ərinə məxsus alması barədə cavabdehdən arayış almaq hüququ olmuş, bununla bağlı məhkəmə İPM-in 13-cü maddəsinə əsasən yardım etmə vəzifəsini yerinə yetirməmiş, yanlış iddia növünün münasibi ilə əvəz edilməsi ilə bağlı yardım etməmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi X3 qoyunçuluq yatağı üçün onun tərəfindən hər hansı ödənişin edilib edilməməsinə dair heç bir sənədin aşkar edilmədiyi barədə Siyəzən rayon İcra Hakimiyyətinin 17 noyabr 2021-ci il tarixli məktubuna istinad edərək bildirmişdir ki, qoyunçuluq yatağının və çoban evinin dəyəri Q.Ağayev tərəfindən ödənilməmiş, qoyunçuluq yatağının Q.Ağayevə satılması prosesi qanunvericiliklə müəyyən edilmiş qaydada başa çatmamışdır.

29. Apellyasiya instansiyası məhkəməsi Siyəzən rayon Aqrar İslahat Komissiyasının 8 nömr əli xx.xx.1997-ci il tarixli protokoluna əsasən, Siyəzən rayon Qalaşıxı qoyunçuluq yatağının və çoban evinin X1 ilə əlaqədar yataqdan və çoban evindən iddiaçının hansı vaxtdan istifadə etməsini, istifadə etdiyi müddətdə Siyəzən rayon İcra Hakimiyyətinin hər hansı etirazının olmasını, hazırda həmin yatağa qeydiyyatın (arayışın) iddiaçının ərinin adına verilməsi ilə bağlı Siyəzən rayon İcra Hakimiyyətinin hər hansı etirazının olmasını, etirazı olduğu halda, onun əsaslarını müəyyən etməmiş, bundan asılı olaraq mübahisəyə hüquqi qiymət verməmişdir.

30. Bəhs olunanların müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün əhəmiyyət daşıyır.

31. Apellyasiya məhkəməsi tərəfindən İPM-in 12, 13, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, yekun qərar qəbul edilməsi üçün əsaslar olmadığından həmin hissədə şikayət təmin edilməməlidir.

32. Şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-323/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar