Məhkəmə qərarları › İş №2-1(102)-1610/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1610/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1610/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1985-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2-1(103)297/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2011-ci il tarixdə Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş və xx.xx.2021-ci il tarixədək vergi orqanında müxtəlif vəzifələrdə çalışmış, tutduğu sonuncu vəzifə isə Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəs inin rəisi olmuşdur. 2. xx.xx.2021-ci il tarixli, **********408100 nömrəli “Vəzifədən müvəqqəti olaraq kənar edilmə haqqında” əmrə əsasən, digərləri ilə yanaşı İddiaçı da “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xidməti araşdırma başa çatana qədər tutduğu vəzifədən müvəqqəti olaraq kənar edilmişdir.

3. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Həmkarlar ittifaqının xx.xx.2021-ci il tarixli protokoluna əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. 4. xx.xx.2021-ci il tarixli, **********039800 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrlə İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Döv lət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir.

5. Əmr onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən vergi orqanında qeydiyyatda olan "xxxx" MMC-yə (VÖEN: **********) himayədarlıq edilməsi barədə daxil olmuş məlumat əsasında Daxili təhlükəsizlik baş idarəsində xidməti araşdırma aparılmışdır. Araşdırma zamanı digərləri ilə yanaşı İddiaçı da xidməti fəaliyyəti zamanı vəzifə və funksiyalarını yerinə yetirərkən kobud nöqsanlara, eləcə də vergidən yayınma hallarına şərait yaradan hərəkətlərə (hərəkətsizliyə) yol verdiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bak ı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli, **********039800 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli **********039800 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmr qanunsuz və əsassızdır. Belə ki, o, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə və xidməti nöqsanlara yol verməməyə çalışmış, rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında icra etmişdir. Bütün bunlara baxmayaraq, cavabdehin xx.xx.2021-ci il tarixli, **********408100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarınd a xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən barəsində aparılan xidməti araşdırma ilə əlaqədar vəzifədən kənar edilmişdir. Xidməti araşdırma qərəzli şəkildə aparılmış, göstərdiyi dəlillərə və ümumi problemlərə aydınlıq gətirilməmiş, işin halları barədə Dövlət Vergi Xidmətinin rəhbərliyinə qəsdən yanlış məruzə edilmişdir. Qeyd olunan əmrin məzmunu xidməti araşdırma aparan Daxili təhlükəsizlik baş idarəsinin əməkdaşları tərəfindən işin faktiki hallarına və izahatında göstərdiyi dəlillərə uyğun olmayaraq formalaşdırılmışdır. Onun tərəfindən "xxxx" MMC-yə (VÖEN **********) himayədarlıq edilməmiş, habelə onun qeyd olunan müəssisə və müəssisənin heç bir vəzifəli şəxsi və nümayəndəsi ilə əlaqəsi olmamış, heç bir vəzifəli şəxsini və nümayəndəsini tanımamış, eləcə də həmin müəssisənin heç bir vəzifəli şəxsi və nümayəndəsi onu tanımamışdır. Vergi orqanlarında xidmətinə xitam verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsas götürülsə də, cavabdeh qurum tərəfindən hərəkətində həmin bənddəki pozuntunun nədə ifadə edildiyi əsaslandırılmamışdır. Belə ki, barəsində vergi orqanlarında xidmətinə xitam verilməsi üçün əsas götürülmüş Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin 2 halını özündə ehtiva edir. Onlardan biri işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, digəri isə həmin Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Hazırkı halda isə barəsində qəbul edilmiş əmrdə vergi orqanlarında xidmətinə Əmək Məcəlləsinin 70-c i maddəsinin “ç” bəndinin hansı hissəsi ilə xitam verildiyi qeyri-müəyyəndir. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hazırkı halda isə cavabdeh orqan onun hərəkətləri nəticəsində hansı ziyana düşdüyünü barəsində qəbul etdiyi əmrdə göstərməmiş, başqa sözlə, vergi orqanlarında xidmətinə xitam verilməsi üçün əsas götürdüyü Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini tətbiq edərkən, həmin Məcəllənin 71-ci maddəsinin 2 və 3-cü hissəsinin tələblərini açıq-aşkar pozmuşdur. Bundan başqa, mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə zidd olaraq cavabdeh orqan tərəfindən vergi orqanlarında xidmətinə xitam verilməsinin, başqa sözlə, aralarında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Həmçinin, cavabdeh orqan tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinin tələbləri də pozulmuşdur. Belə ki, mübahisələndirilən əmrdə intizam xətasının nə vaxt törədilməsi barədə heç bir qeyd yoxdur. Yalnız xidməti araşdırma aparılan zaman ona bildirilmişdir ki, intizam xətası 2020-ci ilin i yun ayında baş vermişdir. Əgər həqiqətən də həmin pozuntu 2020-ci ilin iyun ayında baş vermişdirsə, o zaman, intizam xətasının törədildiyi gündən altı ay keçmişdir. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, 6 ay müddətinə aşağı vəzifəyə keçirmə, xüsusi rütbəni bir pillə aşağı salma kimi intizam tənbehlərindən biri tətbiq edilə bildiyi halda, hansı kobud qanun pozuntusunun vergi orqanlarında xidmətinə xitam verilməsinə səbəb olması əmrdə əsaslandırılmamışdır.

8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən vergi orqanında qeydiyyatda olan "xxxx" MMC-yə (VÖEN: **********) himayədarlıq edilməsi barədə daxil olmuş məlumat əsasında Daxili təhlükəsi zlik baş idarəsində xidməti araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC vergi ödəyicisi kimi xx.xx.2019-cu il tarixdə 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmışdır. Cəmiyyət barəsində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində ümumilikdə külli miqdar təşkil edən 1873426,70 manat məbləğində vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının büdcəyə ödənilməsindən yayınma faktı üzrə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. AVlS-in “İş qovluqları” alt modulunda olan sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən, Cəmiyyətin Abşeron rayonu, Saray qəs əbəsi, Körpünün yaxınlığı ünvanında **********-31001 kodla qeydiyyatda olan anbar tipli təsərrüfat subyektində (obyektdə) xx.xx.2021-ci il tarixdə baş idarənin əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş, təsərrüfat subyektinin (anbarın) boş olduğu, heç bir tikinti materiallarının olmadığı aşkar olunmuş və bu hal, xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 001684 nömrəli aktla rəsmiləşdirilmişdir. Uçotbaza məlumatlarında olan, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin rəisi Ələddin Babayev tərəfindən xx.xx.2020-ci il tarixdə **********328000 nömrə ilə qeydiyyata alınmış “Mal qalığının araşdırması aktı” adlı “ZİP” fayla baxış keçirilərkən Abşeron rayonu, Saray qəsəbəsi, Körpünün yaxınlığı ünvanında yerləşən anbarı n içərisi dolu şəkilləri, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi X2 və Cəmiyyətin direktoru X4 iştirakı ilə xx.xx.2020-ci il tarixdə keçirilmiş müşahidənin nəticəsi barədə tərtib edilmiş sərbəst akt və Cəmiyyətin “İSKO" QTSC-nin Bakı filialı (VÖEN:**********) və vergi ödəyicisi X7 (VÖEN: **********) ilə bağladığı icarə müqavilələrinin surətləri aşkar olunmuşdur. Qeyd olunan ziddiyyətli məqamların araşdırılması məqsədi ilə aidiyyəti vəzifəli şəxslərdən yazılı izahatlar alınmışdır. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi İddiaçı xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, işlədiyi baş idarənin rəisi Namik Bağıro vun şifahi tapşırığına əsasən həmin baş idarənin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin rəisi Ələddin Babayev ona Cəmiyyətin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin əhatə dairəsində yerləşən anbarlarında malların mövcud olması vəziyyətinin müəyyənləşdirilməsi üçün ora getməli olduğunu bildirmiş, lakin özünün həmin ünvana getmək imkanı olmadığına görə, əvvəllər bir yerdə işlədiyi və şəxsi münasibətləri olduğu 2 saylı Ərazi Vergilər Baş İdarəsinin şöbə rəisi Orxan Əsgərovdan bu işlərin görülməsini şifahi olaraq xahiş etmişdir. Bu məqsədlə Cəmiyyətə aid mobil telefon nömrəsini uçot-baza məlumatlarından əldə edərək O.Əsgərova təqdim etmiş, keçirilmiş baxış tədbirinin nəticəsi barədə tərtib edilmiş sərbəst akt və anbarın şəkilləri P.Şahbazov tərəfindən “Whatsapp” proqramı vasitəsi ilə ona göndərilmişdir. Lakin şəkillər iki obyektdə çəkildiyindən vergi orqanında qeydiyyatda olmayan obyektin də icarə müqaviləsinin Cəmiyyətin nümayəndəsindən alınmasını P.Şahbazova tapşırmış, sonuncu tərəfindən bütün sənədlər və şəkillər ona təqdim edildikdən sonra həmin sənədləri “BigAnt Messenger” proqramı vasitəsi ilə Ə.Babayevə göndərmişdir. P.Şahbazov xx.xx.2021-ci il tarixli izahatında işlədiyi şöbənin rəisi Orxan Əsgərovun şifahi tapşırığına əsasən sonuncu tərəfindən qeyd kağızına yazıb verdiyi mobil nömrəyə zəng edərək, Sumqayıt şəhərində yerləşən “Daş bazarı”nda özünü Cəmiyyətin rəhbəri kimi təqdim edən şəxslə görüşdüyünü, daş bazarının və Saray qəsəbəsində yerləşən tikinti materialları bazarının ərazisində həmin şəxs tərəfindən ona göstərilən yerlərin şəkillərini çəkd iyini, lakin həmin şəxsin şəxsiyyətini, onun və şəkillərini çəkdiyi obyektlərin cəmiyyətə aidiyyətini müəyyən etmədiyini, obyektlərin təsərrüfat subyekti kimi vergi orqanında qeydiyyatda olmasını araşdırmadığını, sərbəst aktın özünü Cəmiyyətin rəhbəri kimi təqdim edən şəxs tərəfindən tərtib edildiyini, Cəmiyyətin rəhbərinin ad və soyadını qeyd edərək ora imza atdığını, möhürlədiyini, obyektlərin özü tərəfindən çəkilmiş şəkillərini və icarə müqavilələrini 6 saylı Ərazi Vergilər Baş İdarəsinin adını və mobil telefon nömrəsini xatırlamadığı əməkdaşına “Whatsapp” proqramı vasitəsi ilə göndərdiyini və gördüyü işlər barədə yalnız öz şöbə rəisinə məlumat verdiyini bildirmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin rəisi X6 xx.xx.2021 -ci il tarixli izahatında bildirmişdir ki, Cəmiyyət 2020-ci ilin aprel ayından mallar əldə etməsinə baxmayaraq, satış həyata keçirməmişdir. Mal qalığının müəyyən edilməsi məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilməsi üçün baş idarə rəisi N.Bağırovun qarşısında məsələ qaldırmış, sonuncu isə pandemiya ilə əlaqədar Cəmiyyətin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin əhatə dairəsində yerləşən anbarlarında baxış keçirilməsi variantının üzərində dayanmışdır. Cəmiyyətin təsərrüfat subyektlərinin şəkilləri və sərbəst akt ona İddiaçı tərəfindən “BigAnt Messenger” proqramı vasitəsilə göndərilmiş, şəkillərdə malların mövcudluğunu görüb kifayətlənmiş, ona görə də digər halları araşdırmamışdır. Həmçinin, araşdırma zamanı Cəmiyyətin iş qovluğu sənədlərinə baxış keçirilərkən, Lənkəran şəhər İcra H akimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Cəmiyyətin həmin kənddə 130 kv.m anbarının olması barədə xx.xx.2020-ci il tarixdə verilmiş arayışın (icra nümayəndəsi X16 və onun müavini X8 tərəfindən imzalanmışdır) mötəbərliyi şübhə doğurduğundan, həmin arayışın kim tərəfindən tələb edilməsi və kimə verilməsi hallarının aydınlaşdırılması məqsədi ilə xx.xx.2021-ci il tarixdə Vilvan kənd inzibati ərazi dairəsi üzrə hazırkı nümayəndə X3 ilə telefon vasitəsilə əlaqə saxlanılmışdır. Y.Əzimzadə həmin arayışın nümayəndənin müavini G.İbayeva tərəfindən verildiyini söylədiyi üçün G.İbayeva ilə aparılmış danışıqlar zamanı o, bildirmişdir ki, həmin arayışın verilməsini ondan daha əvvəldən tanıdığı və mobil telefon nömrəsi (050) ***-**-** olan 6 saylı Ərazi Vergi lər Baş İdarəsinin Zaur adlı əməkdaşı zəng edərək xahiş etmişdir. Zaura Cəmiyyətin həmin kənddə anbarının olmadığını bildirdikdə, o, “boş şeydir, narahat olma, bir-iki aylıq yaranmış müəssisədir, sonradan bağlanacaq” kimi ifadələr işlədərək, arayışın verilməsini ondan təkidlə istəmişdir. Bundan sonra arayışı hazırlayaraq imzalamış, eyni zamanda, keçmiş icra nümayəndəsi X5 da imza etdirmiş və Zaurun xahişinə əsasən Elnur adlı gənc bir vergi əməkdaşına təqdim etmişdir. Araşdırma zamanı G.İbayevanın adını çəkdiyi Zaur adlı şəxsin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin Vergi borclarının alınması şöbəsinin baş dövlət vergi müfəttişi X10 olduğu müəyyən edilmiş və ondan qeyd olunan xüsusatlar üzrə izahat alınmışdır. Z.Axundov araşdırmaya təqdim etdi yi xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, 2020-ci ilin əvvələrində İddiaçı təşəbbüsü və xahişi ilə onu daha əvvəldən şəxsi münasibəti olduğu Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Gülnar İbayeva ilə tanış etmiş, Cəmiyyətin Vilvan kəndi ərazisində guya anbarının olması barədə verilən arayışın mətnini özü hazırlamış, həmin mətni nümayəndəliyə İddiaçı təqdim etmiş, telefon əlaqəsi yaradaraq G.İbayevadan həmin mətnə uyğun arayış verməsini xahiş edərək, Cəmiyyətin müvəqqəti yaranmış müəssisə olduğu üçün narahat olmamasını ona söyləmiş, hazırlanmış arayışı nümayəndəlikdən İddiaçı götürmüşdür. Bu xüsusat üzrə aparılmış araşdırma zamanı 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin xx.xx.2021-ci il tarixli, **********164400 nömrəli “Təsərrüfat subyektinin ləğv edilməsi haqqında” xidməti məktubu və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli sərbəst akt və Vilvan icra nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 12-22/22 nömrəli arayışı 6 saylı Ərazi Vergilər Baş İdarəsinin (xx.xx.2021/**********591900) Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin böyük dövlət vergi müfəttişi X1 icrasına təqdim edildiyi və sonuncu tərəfindən sənədin icra edildiyi müəyyən olunmuşdur. İ.Dadaşov araşdırmaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında təsərrüfat subyektinin (obyektin) uçotdan çıxarılması vergi ödəyicisinin rəsmi müraciəti əsasında həyata keçirildiyi halda, vergi ödəyicisindən müvafiq ərizə daxil olmadan Baş idarənin Opera tiv vergi nəzarəti şöbəsinin xidməti məktubu əsasında təsərrüfat subyektini (obyekti) “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”ın tələblərinə zidd olaraq qeydiyyatdan çıxardığını etiraf etmişdir. Bu hərəkətlərə (hərəkətsizliklərə) yol verməklə iddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin, Vergi Məcəlləsinin 31.0.1 və 31.0.2-ci yarımbəndlərinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 1-ci abzasının, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.2-ci, 2.0.5-ci, 3.6.1-ci və 3.6.3-cü yarımbəndlərinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları’’nın 4.1-ci, 4.2-ci, 4.3-cü və 4.9-cu bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin, iddiaçı öz ərizəsində bildirmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinin yeganə şərti olaraq işçinin vəzifə borcunu yerinə yetirməməsi nəticəsində işəgötürənə hər hansı formada ziyan dəyməsi müəyyən edilmişdir. İddiaçının vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgilədiyi, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi hüquqpozmalarına qarşı prinsipial mövqe tutmadığı və vergidən yayınma hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görmədiyi xidməti araşdırma zamanı toplanmış sübutlarla təsdiqini tapmışdır. Beləliklə, iddiaçı yuxarıda qeyd edilən hərəkətləri ilə Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndində nəzərdə tutulm uş normanın pozulmasına yol vermiş, yəni əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən birinə aid olan əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmişdir. Eyni zamanda, iddiaçı vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirməməklə Vergi Məcəlləsinin 31.0.2-nin maddəsinin tələbini pozmuşdur. Bunlarla yanaşı, qeyd olunduğu kimi iddiaçı “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 5-ci abzasının, “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.2-ci bəndinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları’’nın 2.0.2-ci, 3.2.2-ci, 3.10.1-ci və 3.10.2ci bəndlərinin tələblərini də kobud şəkildə pozmuşdur. Göründüyü kimi, iddiaçı yuxarıda sadalanan normalara əməl etm əmiş və onun barəsində intizam tənbehi tədbirləri görülərkən, o cümlədən vergi orqanlarında xidmətinə xitam verilərkən onun bundan əvvəl yol verdiyi intizam pozuntuları, habelə şəxsiyyəti, törətdiyi xətanın xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmışdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) 31 may 2022-ci il tarixli, e-2-1(112)-3652/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq qərar olmadan (növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması qərarı) iddiaçı səyyar vergi yoxlamaları şöbəsinin rəisi kimi vergi ödəyicisinin anbarında malların mövcud olmasının yoxlamasının həyata keçirilməsini təşkil etmişdir. Bu fakt xidməti araşdırma zamanı müəyyən edilmişdir və işin mübahisəsiz hal ıdır. Qeyd edilən hal kənar müşahidəçidə obyektiv olaraq vəzifəli şəxsin vəzifə funksiyalarının qərəzsiz icrasına təsirlərin mövcudluğuna şübhə yarada bilər. İdarə rəisinin şifahi tapşırığına əsasən müvafiq qərar olmadan vergi nəzarətinin həyata keçirməsinə dair iddiaçının dəlili vəzifəli şəxs kimi vəzifə və funksiyalarının yerinə yetirilməməsi, eləcə də vergidən yayınma hallarına şərait yaradan hərəkətlərin əsaslandırılması kimi çıxış edə bilməz. Odur ki, cavabdeh iddiaçının xidməti fəaliyyəti zamanı vəzifə və funksiyalarını yerinə yetirərkən kobud nöqsanlara, eləcə də vergidən yayınma hallarına şərait yaradan hərəkətlərə yol verməsi halı ilə bağlı mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Xidməti fəaliyyəti zamanı vəzifə və funks iyalarını yerinə yetirərkən kobud nöqsanlara yol vermiş digər əməkdaşlarla müqayisədə iddiaçıya daha ağır intizam tənbehi tədbirinin tətbiqinə münasibətdə məhkəmə qeyd edir ki, vəzifəli şəxs xidməti intizam qaydalarını pozduqda tətbiq edilən intizam tənbeh tədbiri diskresion səlahiyyət əsasında müəyyən edilir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Raqib Qurbanov /sədrlik edən və məruzəçi/, Vüsalə Baxışova və Aida Hüseyn) 28 fevral 2023-cü il tarixli, 2-1(103)-297/2023 nömrə qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən s axlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə

38. Səyya r vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər.... Maddə

41. Baxış protokolu 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur.

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular...

2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən ol unmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.

19. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli, 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”

34. Vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur:... vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək;...

41. Xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldıran, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşd ırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırılıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir....

46. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər:... 5) vergi orqanlarında xidmətinə xitam verilmə....

49. İntizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan vergi orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizam pozulduğu məlum olduğu andan 20 gün müddətində, xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli ş əxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay müddətində tətbiq edilə bilər.

50. İntizam tənbehi, intizam xətası törətmiş vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan 6 ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq edilə bilməz. Vergi orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraat vaxtı bu müddətə daxil edilmir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə il ə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəm ənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya i nstansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən vergi orqanında qeydiyyatda olan "xxxx" MMC-yə (VÖEN: **********) himayədarlıq edilməsi barədə daxil olmuş məlumat əsasında Dövlət Vergi Xidmətinin Daxili təhlükəsizlik baş idarəsində xidməti araşdırma aparılmışdır. Araşdırma zamanı digərləri ilə yanaşı, İddiaçı da xidməti fəaliyyəti zamanı vəzifə və funksiyalarını yerinə yetirərkən kobud nöqsanlara, eləcə də vergidən yayınma hallarına şərait yaradan hərəkətlərə (hərəkətsizliyə) yol verdiyi m üəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Həmkarlar ittifaqının xx.xx.2021-ci il tarixli protokoluna əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. xx.xx.2021-ci il tarixli, **********039800 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrlə İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir.

27. İş materiallarının ətraflı araşdırılması nəticəsində apellyasiya instansiyası düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı səyyar vergi yoxlamaları şöbəsinin rəisi kimi müvafiq qərar olmadan (növbəti və ya növbədənkənar səyyar vergi y oxlaması qərarı) vergi ödəyicisinin anbarında malların mövcud olmasının yoxlamasının həyata keçirilməsini təşkil etmişdir. Bu fakt xidməti araşdırma zamanı müəyyən edilmişdir və işin mübahisəsiz halıdır. Qeyd edilən hal kənar müşahidəçidə obyektiv olaraq vəzifəli şəxsin vəzifə funksiyalarının qərəzsiz icrasına təsirlərin mövcudluğuna şübhə yarada bilər. İdarə rəisinin şifahi tapşırığına əsasən müvafiq qərar olmadan vergi nəzarətinin həyata keçirməsinə dair iddiaçının dəlili vəzifəli şəxs kimi vəzifə və funksiyalarının yerinə yetirilməməsi, eləcə də vergidən yayınma hallarına şərait yaradan hərəkətlərin əsaslandırılması kimi çıxış edə bilməz. Odur ki, cavabdeh iddiaçının xidməti fəaliyyəti zamanı vəzifə və funksiyalarını yerinə yetirərkən kobud nöqsanlara, eləcə də vergidən yayınma halların a şərait yaradan hərəkətlərə yol verməsi halı ilə bağlı mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

28. İddiaçı həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinə istinad edərək qeyd etmişdir ki, mübahisələndirilən əmrdə intizam xətasının nə vaxt törədilməsi barədə heç bir qeyd yoxdur. Yalnız xidməti araşdırma aparılan zaman ona bildirilmişdir ki, intizam xətası 2020-ci ilin iyun ayında baş vermişdir. Əgər həqiqətən də həmin pozuntu 2020-ci ilin iyun ayında baş vermişdirsə, o zaman, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra ona intizam tənbehi tətbiq edilmişdir ki, bu da Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hisssəsinə ziddir.

29. İddiaçının qeyd edilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı barəsində görülmüş intizam tənbehi tədbiri "xxxx" MMC ilə bağlı ilk öncə daxili araşdırmanın, daha sonra isə cinayət işinin başlanılması ilə əlaqəli olmuşdur. Buna əsas verən hallar isə xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilən zaman aşkar edilmişdir.

30. Qeyd olunan hallarla bağlı aparılmış araşdırma zamanı uçot-baza məlumatları təhlil edilərkən iddiaçının təşəbbüsü və tapşırığı ilə heç bir qərar olmadan sözügedən müəssisəyə məxsus anbarda keçirilmiş müşahidənin nəticəsi barədə xx.xx.2020-ci il tarixdə sərbəst akt tərtib edildiyi, həmin akt və digər sənədlərin xx.xx.2020-ci il tarixdə qeydiyyata alındığı müəyyən edilmiş, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Ver gilər Baş İdarəsinin digər əməkdaşları ilə yanaşı xx.xx.2021-ci il tarixdə iddiaçının da izahatı alınmış, daha sonra, xx.xx.2021-ci il tarixli əmrlə iddiaçı araşdırma başa çatana qədər vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmışdır. xx.xx.2021-ci il tarixdə isə "xxxx" MMC barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.

31. Aparılmış araşdırmanın nəticəsi barədə xx.xx.2021-ci il tarixli **********860300 nömrəli xidməti məruzə tərtib edilmiş və iddiaçının xidməti fəaliyyəti zamanı yol verdiyi hərəkətlərin xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrlə vergi orqanlarında xidmətinə xitam verilmişdir.

32. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.

33. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli, 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 49-cu maddəsinə əsasən, intizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan vergi orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizam pozulduğu məlum olduğu andan 20 gün müddətində, xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay müddətində tətbiq edilə bilər.

34. Həmin Əsasnamənin 50-ci maddəsinə əsasən, intizam tənbehi, intizam xətası törətmiş vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan 6 ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq edilə bilməz. Vergi orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında i şlər üzrə icraat vaxtı bu müddətə daxil edilmir.

35. Göründüyü kimi, mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmrlə iddiaçı barəsində intizam tənbehi tədbiri onun xidməti fəaliyyəti üzrə aparılmış xidməti araşdırmanın qurtardığı xx.xx.2021-ci il tarixdən bir ay, intizam xətasının törədildiyi gündən isə 2 il müddətində tətbiq edilmişdir.

36. Xidməti fəaliyyəti zamanı vəzifə və funksiyalarını yerinə yetirərkən kobud nöqsanlara yol vermiş digər əməkdaşlarla müqayisədə iddiaçıya daha ağır intizam tənbehi tədbirinin tətbiqinə münasibətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vəzifəli şəxs xidməti intizam qaydalarını pozduqda tətbiq edilən intizam tənbehi tədbiri diskresion səlahiyyət əsasında müəyyən edilir.

37. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan no rmalarına görə, iddiaçının iddia tələbi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Məhkəmə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəti cə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 21(103)-297/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar