Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1610/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh xxxnə (üçüncü şəxs X7) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), X10 və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdeh xxxnə (üçüncü şəxs X7) qarşı “hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 2-1(104)-178/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1216/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, Ağstafa Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2(015)-2873/2016 nömrəli qətnaməsi qismən, torpağın mülkiyyətə verilməsinə dair JN116F KOD 50205018 nömrəli şəhadətnamə ilə Tahir Abdullayev və Sara Abdullayevanın mülkiyyətinə verilmiş Ağstafa rayonu, Zəlimxan kəndi ərazisində 0,08 ha torpaq sahəsində yeləşən digər tikililərdən ibarət daşınmaz əmlakın (52,42 kv.m yaşayış, 207,65 kv.m qeyri yaşayış sahəs indən ibarət 2 mərtəbəli fərdi yaşayış evi) İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3, X7 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, digər tikililərdən ibarət daşınmaz əmlak üzərində 1/5 hissə olmaqla paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)7558/2018 nömrəli qərarının məzmunundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1216/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Ağstafa rayonu, Zəlimxan kəndində yerləşən 0,0816 ha torpaq sahəsi Əlİddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 hər birinin 1/5 paylı xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 48 nömərli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 19 oktyabr 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN 116F nömrəli şəhadətnamə ilə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin ümumi mülkiyyətində olmuş, paylı mülkiyyət hüququnun qeydiyyata alınması mümkündür, lakin ailə üzvlərindən Əlİddiaçı3 ərizə ilə müraciət edərək yalnız onun adına qeydiyyata alınmasını bildirmişdir. Bildirilir ki, mövcud qan unvericiliyin tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı bütün hüquq sahiblərinin razılığı ilə aparılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X7) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli imtinasının qanunsuz sayılmaqla, Ağstafa rayonu, Zəlimxan kəndində yerləşən ümumi mülkiyyətlərində olan 0.0816 ha torpaq sahəsində yerləşən evinin 1/5 hissə ilə hüquqlarının dövlət qeydiyyatına alınıb, üçüncü şəxsin hüququ nun açıq saxlanılmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2019cu il qeydiyyat tarixli çıxarışa əsasən Ağstafa rayonu, Zəlimxan kəndində yerləşən 0.0816 ha torpaq sahəsi ümumi mülkiyyət hüququ əsasında 1/5 hissə ilə onlara və üçüncü şəxs qismində göstərilən X4 məxsusdur. Həmin torpaq sahəsi üzərində 1980-ci ildə ailələri tərəfindən tikilmiş, ümumi sahəsi 167.5 kv.m olan yaşayış sahəsi və 100 kv.m olan 2 mərtəbəli ev vardır. Həmin ev 1990-cı ilin fevral ayında ataları X2 adına qeydə alınmış və 414 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra 2001-ci ilin noyabr ayında anaları X5 adına Ağstafa rayon DTİ və MHQİ tərəfindən 354 nömrəl i texniki passport verilmişdir. Hazırda valideynlərinin hər ikisi vəfat etmişlər. Atalarının və analarının adına olan hüquqverici sənədlərə dair müsbət məhkəmə qərarları ala bilmədiklərinə görə vərəsəlik qaydasında evlərinin öz adlarına sənədləşdirilməsi mümkün olmamışdır. Mülkün altında olan 0,0816 ha torpaq sahəsinə dair onların adlarına mülkiyyət hüququna dair şəhadətnamə vardır. Həmin şəhadətnamə əsasında onlara məxsus torpaq sahəsinin üzərində yerləşən evlərinin onların adlarına qeydə alınması qanunun tələbinə əsasən mümkündür. Bu məqsədlə onlar 15 saylı Tovuz rayon Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər. Tovuz Ərazi İdarəsi onlara xx.xx.2020-ci il tarixli imtina məktubu vermişdir. X1 evin beş nəfərin adına 1/5 hissə ilə qeydiyyata alınmasına razılıq verməmiş, yalnız onun adına q eydə alınmasını tələb etdiyinə görə, onların müraciətlərindən imtina edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunsuzdur. Halbuki, cavabdeh onların ərizəsini təmin etməklə, onların – dörd nəfərin hüquqlarını qeydə alıb, üçüncü şəxsə aid payı açıq saxlanılmaqla, çıxarış verilə bilərdi.
7. Cаvаbdеh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçılar tərəfindən mübahisəli yaşayış evinə aid hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, eyni zamanda torpaq sahəsinin digər mülkiyyətçisi X7 tərəfindən müraciət edilərək sözügedən yaşayış evinin onun tərəfindən inşa edildiyi və onun adına tək mülkiyyətçi kimi qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlak üzərində mülkiy yət hüququnun dövlət reyestrində qeydiyyat üçün əsas hesab edilən hüquqmüəyyənedici sənəd tam təqdim edilmədiyindən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-7558/2018 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1216/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarının əsaslandırıcı hissəsində qeyd edilir ki, mərhum X2 adına qeydə alınmış mübahisəli ev sökülmüş və yeni 2 mərtəbəli ev inşa edilmişdir. Yeni inşa edilmiş yaşayış evi özbaşına tikili kimi qiymətləndirilmişdir. Digər tikili isə yaşayış evi deyil, yaşayış üçün müvəqqəti yararlı hala salınmış tövlə kimi olması müəyyən edilmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-226/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların atası X2 ölmə məqamında mülkiyyətində mübahisələndirilən 52.42 kv.m yaşayış, 207.65 kv.m qeyri-yaşayış sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evi mövcud olmamışdır. Həmçinin, iddiaçılar mübahisə predmeti olan evin atalarından qalmış miras əmlak kimi faktiki qəbul edilməsi barədə Ağstafa Rayon Məhkəməsində iddia qaldırsalar da, yuxarıda qeyd olunan məhkəmə qərarlarına əsasən sözügedən ev miras əmlak kütləsinə daxil edilməmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X2 adına qeydə alınmış mübahisəli ev sökülmüş və yeni 2 mərtəbəli ev inşa edilmişdir. Yeni inşa edilmiş yaşayış evi özbaşına tikili kimi qiymətləndirilmişdir. Digər tikilinin isə yaşayış evi deyil, yaşayış üçün müvəqqəti yararlı hala salınmış tövlə kimi olması müəyyən edilmişdir. Beləliklə, işə baxan məhkəmə hesab etmişdir ki, mübahisəli yaşayış evinin iddiaçıların adına sənədləşdirilməsi üçün qanunvericiliklə tələb edilən hüquqmüəyyənedici sənədlər olmadığından, sözügedən daşınmaz əmlaka dair mülkiyyət hüququnun iddiaçıların adına qeydə alınması və bunun əsasında çıxarışın verilməsi üçün heç bir hüquqi əsas yoxdur.
10. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının (hakimlər: A.V.İsgəndərova (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və A.V.Bayramov) 2-1(104)41/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-226/2022 nömrəli, 5 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək mübahisələndirilən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını, bu mümkün olmadığı halda işin təkrar apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiy asının (hakimlər: K.N.Bədəlov (sədrlik edən və məruzəçi), N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) 2-1(102)1783/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)41/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıların torpaq üzərində paylı mülkiyyət hüquqlarının mövcudluğu işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Eyni zamanda, mübahisəli tikililərə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanan hüquqmüəyyənedici sənədlərin nə iddiaçılarda, nə də üçüncü şəxsdə mövcud olmaması da işin mübahisəsiz halıdır. Bununla belə, iddiaçılar tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsinə müvafiq olaraq, torpağa dair hüquq müəyyənedici sənəd təqdim edildiyi halda, cavabdeh üçüncü şəxsin müraciətinə əsaslanaraq onların müraciətinin təmin olunmasından imtina etmiş, lakin bu imtinanın qanuniliyi işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən Qanunun 14.5 və 15.1-ci maddələrinin tələbləri baxımından qiymətləndirilməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.H.Hüseynzadə (sədrlik edən və məruzəçi), İ.T.Həsənov və Ş.Q.Rzaquliyev) 2-1(104)178/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərardadı ilə iddiaçılar tər əfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)226/2022 nömrəli, 5 may 2022-ci il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar mübahisəli evin məhz ataları tərəfindən inşa edilməsini iddia etdikləri halda üçüncü şəxsə qarşı iddia icraatı qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi üzrə mübahisəli fərdi yaşayış evinin ataları tərəfindən inşa edilməsi faktının müəyyən edilməsi tələbini irəli sürməklə, iddiaları təmin edildiyi təqdirdə isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın tələblərinə müvafiq olaraq, müvafiq arayışın və çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmək hüququna malik olmaqdadırlar. Yəni hər bir halda ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış da həmin qeydə uyğun verilməlidir. Qeyd edilən daşınmaz əmlaka dair vərəsəlik hüquqları isə daha sonra məhz həmin sənədlər əsasında rəsmiləşdirilməlidir.
18. Bundan başqa, məhkəmə kollegiyası bildirmişdir ki, hazırkı iş üzrə iddiaçılar mübahisəli əmlak üzərində paylı mülkiyyət hüquqlarının olmasına istinad etsələr də iddialarının əsaslarına dair hər hansı bir hüquqmüəyyənedici sənədə, o cümlədən hər hansı bir qanuni qüvvəsini almış məhkəmə aktına əsaslana bilməməkdədirlər. Ümumi paylı mülkiyyət hüququ ilə iddiaçılara və üçüncü şəxsə məxsus torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin ümumi paylı əmlak və ya tam paylı əmlak kimi ərsəyə gəlməsi, o cümlədən mübahisəli fərdi yaşayış evinin iddiaçıların və üçüncü şəxsin atları tərəfindən inşa edilməsi, lakin həmin əmlak üzərində hüqularını qeydə aldıra bilmədən vəfat etməsi ilə bağlı mübahisənin mövcudluğu isə iddiaçılara həmin əmlak üzərində paylı mülkiyyət hüququnun qeydə alınmasını, üçüncü şəxsə isə tam mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilməsinə dair subyektiv hüquq verməməkdədir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərardadından narazı qalan iddiaçılar kassasiya şikayəti verərək q ərardadın ləğv ediməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi hazırkı mərhələdə iddianın mümkünlük məsələsini müzakirə edib, yalnız həmin əsasla qərar qəbul etməklə prosessual pozuntuya yol vermişdir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı mümkün hesab etmiş, sonrakı apellyasiya və kasassiya icraatlarında iddianın mümkünlüyü qəbul edilmişdir. Çünki Azərbaycan Respublikasının İPM-nin tələblərinə əsasən iddianın mümkünlük məsələsini müzakirə etmək məhkəmənin bilavasitə borcu olduğuna görə, hesab edirlər ki, əvvəlki üç instansiya icraatlarında mü mkünlüyü qəbul edilmiş iddianın, yenidən mümkün sayılmaması yolverilməz olmaqla qanun pozuntusudur. Ona görə də, apellyasiya məhkəməsinin artıq mümkün sayılmış iddia tələbinə mahiyyətindən kənara çıxaraq, mümkünlülük məsələsini müzakirə etməklə qəbul etdiyi qərar qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsinin bu mərhələdə mümkünlük məsələsini müzakirə etməsini prosessual pozuntu kimi qəbul edərək, həmçinin qeyd edilməlidir ki, məhkəmə həmin mümkünlük məsələsini qanuni əsaslarla deyil, ehtimallara əsaslanan subyektiv mülahizələrlə müzakirə edib, qərar qəbul etmişdir. Məhkəmə qərarının subyektiv hüquq olmaması ilə bağlı mövqeyi məhkəmənin həmin ehtimallara əsaslana mülahizə xarakterli əsasla iddianın mümkünlüyünü müzakirə etməsi yol verilməzdir. Çünki Ali Məhkəmə Plenumunun “İ nzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının müddəalarına uyğun deyildir.
21. Bundan başqa kassasiya şikayətində qeyd edilmişdir ki, iddia tələbindən göründüyü kimi iddiaçıların həmin tələblə müraciət etməyə subyektiv hüquqları vardır. Yəni paylı mülkiyyət hüquqularını qeydə aldırmaq istədikləri tikili iddiaçıların paylı mülkiyyət hüququna aid olan torpaq sahəsi üzərində yerləşməklə, əvvəlki məhkəmə qətnamələrinə əsasən valideyinləriinə məxsus miras əmlak sayılmamışdır. Eyni zamanda evin tam mülkiyyət hüququ ilə adına qeydə alınmasını tələb edən, üçüncü şəxs Əlİddiaçı3 də, mülkiyyət hüququ tanınmamışdır. Belə olan halda “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun” 8.0.9.1.2-ci maddəsinə əsasən bizim həmin tikililəri paylı mü lkiyyət hüququ ilə adlarına qeydə aldırmaq hüququmuz vardır. Cavabdeh də, qanununun həmin maddənin tələbinə istinad edərək imtinasında bunu etiraf etmiş, lakin üçüncü şəxs olan qardaşının razılıq verməməsi ilə bağlı iddiaçıların hüquqlarının qeydə alınmasından imtina etmişdir. Apellyasiya Məhkəməsi mübahisəyə düzgün olmayan mövqedən yanaşaraq, nəticəyə gəlmişdir ki, guya iddiaçılar arasında evin ataları tərəfindən yaxud üçüncü şəxs tərəfindən inşa edilməsi ilə bağlı mübahisə olduğuna görə, onlar mübahisələrini mülki iddia icraatı qaydasında, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi üzrə iddia qaldırmaqla həll etməlidirlər. Mübahisə üzrə Ali Məhkəmənin kifayət qədər aydın və əsaslandırılmış mövqeyinə apellyasiya məhkəməsi tərəfindən diqqətsiz yanaşılmış və yuxarı instansiya məhkə məsinin mövqeyinə uyğun araşdarma aparıb qərar qəbul etmək əvəzinə, mübahisəyə səhv mövqedən yanaşılaraq qanunsuz qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:... 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;... Maddə
14. Hüquqların dövlət qeydiyyatının dayandırılması 14.5. B u qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlə t qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə il ə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bil ər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.
3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi ü zrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kass asiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdi yi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Bundan başqa, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
32. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəz ərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir.
33. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlü k şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
34. Məhkəmə Kollegiyası kassasiya şikayətinin iddiaçıların subyektiv hüququnun olmasına dair dəlillərini aşağdakılara əsasən əsassız hesab edir.
35. Belə ki, apellyasiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçılarla üçüncü şəxs arasında mövcud olmuş miras əmlaka dair mübahisə ilə qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)1216/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-7558/2018 nömrəli qərarı ilə h azırkı iş üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması tələb olunan fərdi yaşayış evi miras əmlakın kütləsinə daxil olmamışdır.
36. Təkrar apellyasiya icraatı zamanı isə İddiaçı1 izahatında mübahisəli fərdi yaşayış evinin atasının, onun və digər iddiaçıların vəsaiti və əməyi hesabına inşa edildiyini, üçüncü şəxs X3 isə evin yalnız suvağını həyata keçirdiyini bildirmişdir. Üçüncü şəxs isə X7 isə mübahisəli fərdi yaşayış evinin yalnız onun vəsaiti hesabına inşa edildiyini və 40 ildən artıqdır ki, həmin evdə ailəsi ilə birlikdə yaşamasına dair izahat vermişdir.
37. Göründüyü kimi ümumi paylı mülkiyyət hüququ ilə iddiaçılara və üçüncü şəxsə məxsus torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin kimin tərəfindən inşa edilməsi ilə bağlı, bununla da həmin əmlakın ümumi paylı əmlak və ya tam paylı əmlak kimi ərsəyə gəlməsi ilə bağlı mübahisə mövcuddur. Cavabdeh inzibati orqanın isə tərəflər arasında mövcud olan bu mülki mübahisə üzrə hər hansı bir qərar qəbul etmək səlahiyyəti mövcud olmamaqla, həmin əmlak üzərində iddiaçıların və üçüncü şəxsin ümumi paylı mülkiyyət hüququnu, o cümlədən üçüncü şəxsin tam olaraq mülkiyyət hüququnu qeydə alması da mümkünsüzdür.
38. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin halları baxımından iddiaçıların və üçüncü şəxsin qeyd olunan tələblə bağlı subyektiv hüququ tərəflərin razılaşması və ya yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 157.1-ci və 213.5-ci maddələrinin tələbi baxımından onlar arasında mülki məhkəmə icraatı qaydasında qanuni qüvvəsini almış məhkəmə aktı ilə yarana bilər. Məhz bu barədə məhkəmə aktı qanuni qüvvəyə mindiyi təqdirdə həmin hüquqlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etməkdə haqlı hesab oluna bilərlər.
39. Bundan başqa, məhkəmə kollegiyası kassasiya şikayətinin “işə baxan məhkəmələr tərəfindən iddia mümkün sayılaraq baxılsa da, təkrar apellyasiya baxışı zamanı iddianın mümkün sayılmamasının qanunsuzluğu” ilə bağlı dəlilini də əsassız hesab edir.
40. Bununla bağlı qeyd edilməlidir ki, iş üzrə qəbul edilmiş kassasiya instansiya məhkəməsinin 2-1(102)-1783/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilərək təkrar apellya siya baxışına qaytarılmışdır. Yəni, məhkəmə icraatı davam etdirilmişdir. Təkrar apellyasiya icraatı zamanı isə qanunvericiliyin, eləcə də adıçəkilən plenum qərarının “iddianın mümkünlük şərtlərinin icraatın bütün mərhələlərində yoxlanılmalıdır” mövqeyi rəhbər tutulmaqla iddia mümkün sayılmamışdır.
41. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-178/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.