Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1611/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Şəki rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili İlkin Alizadənin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Şəki rayon filialına qarşı o na 08 aprel 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-248/2021 nömrəli iş üzrə 24.05.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Şəki rayon filialına qarşı ona 09.04.1998-ci il tarixdən - 30.12.2000-ci il tarixə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İ nzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək ona 08.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 15.02.2021-ci il tarixli, 2-1(116)154/2021 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı 08.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 12, 38 və 71-ci maddələrinə, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 19.1 və 46.3-cü maddələrinə, 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “X1 haqqında” Qanunun 69-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında 186-cı Qərarının 1.1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya 08.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 15.02.2021-ci il tarixli, 2-1(116)-154/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Şəki Apelyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 24.05.2021-ci il tarixli, 2-1(107)-248/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmanverdi Şükürov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 15.02.2021-ci il tarixli, 2-1(116)-154/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 12, 38 və 71-ci maddələrinə, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 19.1 və 46.3-cü maddələrinə, 01.01.2006-ci il tarixinədək qüvvədə olmuş 23.09.1992ci il tarixli “X1 haqqında” Qanunun 67 və 69-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli “İşçilərin əmək kitabçasının forması və onun tətb iqi qaydaları” haqqında 186-cı Qərarının 1.1-ci bəndinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”a, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na istinad edərək belə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya 08.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 19982000-ci illərdə “X2 Topdansatış Kooperativi” müəssisəsində işlədiyini iddia etmişdir. Lakin 11 saylı Ərazi Vergi Baş İdarəsinin 05.02.2021-ci il tarixli məktubuna əsasən həmin müəssisənin 17.08.2001-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı qeyd olunmuşdur. Buradan aydın olur ki, müəssisə 1998-2000-ci illərdə ümumiyyətlə mövcud olmamışdır. Bundan əlavə iddiaçı 2 əmək kitabçası təqdim etmişdir ki, onların da arasında aşkar uyğunsuzluqların mövcud olması həmin əmək kitabçalarının fərqli vaxtlarda fərqli şəxslər tərəfindən doldurulmasını və qeyri-mötəbərliyini sübut etmişdir. Odur ki, 01.01.2006-cı il tarixədək 24 il 8 gün, 2019-cu ilin 1-4-cü aylarında 4 ay sosial sığorta stajı və cəmi 17.792,93 manat pensiya kapitalı mövcud olması səbəbindən iddiaçıya inzibati orqan tərəfindən imtina cavabı verilmişdir. Bu səbəbdən Şəki Apelyasiya Məhkəməsinin 24.05.2021-ci il, tarixli 2-1(107)-248/2021 nömrəli qərarı əsassızdır. Bununla bağlı olaraq cavabdeh orqanın müvafiq imtina məktubu əsaslıdır. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin o lunmaması üçün əsasdır.
9. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 24.05.2021-ci il tarixli, 2-1(107)-248/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təm in edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 24.05.2021-ci il tarixli qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
13. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində m əhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
15. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 24.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
17. Ali Məhkəmənin İ nzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
18. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçı 2 əmək kitabçası təqdim etmişdir ki, onların da arasında aşkar uyğunsuzluqların mövcud olması həmin əmək kitabçalarının fərqli vaxtlarda fərqli şəxslər tərəfindən doldurulmasını və qeyri-mötəbərliyini sübut etmişdir.
19. Ali Məhkəməni n İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki bu dəlilləri də əsassızdır.
20. Belə ki, iş materiallarından və cavabdehin kasasiya şikayətindən göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixədək 24 il 8 gün və 2006-cı ildən sonrakı dövr üçün 5 ay (14.11.2019-15.04.2019) stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsə də, iddiaçının əmək kitabçasında qeyd edilən 1998-2000-ci illərdə, yəni X2 Topdansatış Kooperativ müəssisəsində işlədiyi ilə bağlı qazanılması iddia olunan stajı cavabdeh inzibati orqan tərəfindən staj kimi hesablanmamış və imtinaya səbəb olmuşdur.
21. Ali Məhkəmənin İnzibati Kollegiyası ilk öncə qeyd etmək istəyir ki, 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “X1 haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında 186-cı Qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirdiyi dövrlərdə işlədiyi məhz əmək kitabçasında əks olunmuşdur. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;..
24. Hazırkı iş üzrə mübahisəyə həmin dövr qüvvədə olan “X1 haqqında” Qanunun müddəaları əsasında həll edilməli olduğuna baxmayaraq, Ali Məhkəmənin İnzibati Kollegiyası mövcud Qaydalar "Əmək pensiyaları haqqında" Qanunun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini qeyd etməyi zəruri hesab edir.
25. Münasibətlər yarandığı dövrdə qüvvədə olan “X1 haqqında” Qanunun 67-ci maddəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar ist isna olmaqla 01.01.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01.01.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. 26. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “X1 haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında 186-cı Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edə n əsas sənəd hesab edilir. 28. 23.09.1992-ci il tarixli “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 8-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01.01.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01.01.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
29. Azərbaycan Respublikası Nazirlə r Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
30. Həmin əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hes ablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.
31. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 01.01.2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01.01.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “X1 haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır ki, iddiaçıya 09.04.1998- 30.12.2000-ci illər arasındakı işlədiyi dövrə münasibətdə onun işəgötürəni tərəfindən Fonda məcburi sosial sığorta haqları ödənilməli olduğu ilə bağlı şərti iddiaçı tərəfindən icra edilməsinə dair tələb irəli sürmək əsassızdır.
32. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
33. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
34. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
35. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işəgötürən tərəfindən qanunla öz üzərinə düşən öhdəliklərin vaxtında və lazımınca icra etməməsi halı özü-özlüyündə işçinin Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş hüquqların həyata keçirilməsinin qarşısını ala bilməz.
36. Bununla yanaşı cavabdehinin kasasiya şikayətində irəli sürdüyü dəlilinin iddiaçı tərəfindən təqdim etdiyi arayış və iki əmək kitabçalarında olan məlumatların saxta olması ilə bağlı deyil, həmin arayış və iki əmək kitabçalarında olan məlumatlar arasında uyğunsuzluqların mövcud olması, həmin əmə k kitabçalarının fərqli vaxtlarda fərqli şəxslər tərəfindən doldurulması ilə bağlı olmuşdur ki, buda özü-özlüyündə işdə olan həmin sübutların mötəbərliyini şübhə altına alınması üçün yetərli əsas hesab edilə bilməz.
37. Cavabdeh kasasiya şikayətində daha sonra qeyd etmişdir ki, iddiaçı 19982000-ci illərdə “X2 Topdansatış Kooperativi” müəssisəsində işlədiyini iddia etmişdir. Lakin 11 saylı Ərazi Vergi Baş İdarəsinin 05.02.2021-ci il tarixli məktubuna əsasən həmin müəssisənin 17.08.2001-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı qeyd olunmuşdur. Buradan aydın olur ki, müəssisə 1998-2000-ci illərdə ümumiyyətlə mövcud olmamışdır. Həmin müəssisənin 17.08.2001-ci il tarixində ********* saylı 9 rəqəmli VÖEN ilə vergi ödəyicisi kimi uçota alınması isə 1998-2000-ci illərdə həmin müəssisənin mövcud olmaması və iddiaçının orada işləməməsi anlamına gəlir.
38. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlillər əsassızdır.
39. Belə ki, Azərbaycan Respublikası Qanununun “İnzibati icraat haqqında” 19.1ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
40. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi müəssisənin 17.08.2001-ci il tarixində ********* saylı 9 rəqəmli VÖEN-i ilə vergi ödəyicisi kim i uçota alınması halı özü-özlüyündə həmin müəssisənin 1998-2000-ci illərdə mövcud olmaması və bundan irəli gələrək iddiaçının orada işləməməsi halını deyil, iddiaçının işlədiyi müəssisənin vergi orqanları tərəfindən vergi ödəyicisi kimi uçota alınması və bununla bağlı da ona ********* saylı 9 rəqəmli VÖEN-nin verilməsi ilə bağlı halın 17.08.2001-ci il tarixində baş verdiyini müəyyən edir.
41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 24.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilm əsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.05.2021-ci il tarixli, 2-1(107)-248/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.