Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1611/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subyektiv hüquq, iddianın mümkünlüyü ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Ə mlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 0,0296 ha torpaq sahəsi üzərində Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına qeydə alınmış çıxarışın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2022-ci il tarixli, 2-1(105)-249/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Corat qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarına əsasən Corat qəsəbəsi ərazisində yerləşən İddiaçı kooperativinin yerləşdiyi 0,3 ha torpaq sah əsi kooperativə təhkim edilmişdir. Ayrılmış 3000 kv m torpaq sahəsinə dair Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 29 iyun 2011-ci il tarixli 2(85)-340/2011 nömrəli qərarına əsasən,DTXK-in Sumqayıt şöbəsi tərəfindən İddiaçı kooperativinin adına xx.xx.2013-cü il tarixdə AN seriyalı 435389 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.
2. Qeyd edilən torpaq sahəsində yerləşən ümumi sahəsi 1411.7 m2 olan qeyri yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyri yaşayış binasının texniki pasportuna əsasən, torpaq ayırma sənədi üzrə faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü 0.3 ha, əsas tikili altında 0.1464 ha, digər tikili altında 0.00218 ha, sərbəst (örtüksüz torpaq) 0.15142 ha qeyd edilmişdir. Texniki pasportun xüsusi qeydlər hissəsində 287 kv m torpaq sahəsinin zəbt edildiyi göstərilmişdir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 0,0296 ha torpaq sahəsi Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına xx.xx.2017ci il tarixdə mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
4. Corat Bələdiyyəsinin 27 noyabr 2017-ci il tarixli 08 saylı iclas qərarına əsasən fərdi ev tikintisi üçün faktiki istifadədə olan 296.0 kv.m torpaq sahəsinin X4 mülkiyyətinə verilməsi qərara alınmış, həmin qərara əsasən, Corat Bələdiyyəsinin nümayəndəsi ilə X6 arasında bağlanmış 16 dekabr 2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən, Corat bələdiyyəsini n mülkiyyətində olan sözügedən 0,0296 ha torpaq sahəsini Səlimə Qasımovaya satılmışdır. Bundan sonra həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində Səlimə Qasımovanın adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış və bu barədə 27 dekabr 2017-ci il tarixdə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.
5. Hazırda iddiaçı ünvan 2 ünvanında yerləşən 0.0296 ha torpaq sahəsi üzərində Sumqayıt Şəhər Corat Bələdiyyəsinin və X4 adına qeydə alınmış çıxarışların ləğv edilməsi ilə bağlı 06 may 2021 -ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir.
6. Cavabdeh 18 may 2021-ci il tarixli, **********41 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə istinad edərək sözügedən daşınmaz əmlaka dair ver ilmiş çıxarışların ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmiş və əlavə olaraq qeyd etmişdir ki İddiaçı X5 məxsus qeyri-yaşayış binasının qonşuluğunda yerləşən sözügedən torpaq sahəsi üzərində əvvəlcə Corat Bələdiyyəsinin 03 may 2013-cü il tarixli 07 nömrəli qərarı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt Şəhər Şöbəsi tərəfindən verilmiş 29 avqust 2014-cü il tarixli, 7411 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında Corat Bələdiyyəsinin mülkiyyət hüququ tanınmış, bələdiyyənin mülkiyyət hüququ tanındığı zaman torpaq sahəsinin təyinatı dəqiqləşdirilmiş, Əmlak Məsələlələri Dövlət Xidmətinin 5 saylı Ərazi Şöbəsinə və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu verilmiş, elektron kadastr baza məlumatlarında dəyişiklik edilmişdir. Daha sonra Corat Bələdiyyəsinin nümayəndəsi ilə vətəndaş arasında 16 dekabr 2017-ci il tarixdə torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında torpaq sahəsi 27 dekabr 2017-ci il tarixdə X4 adına qeydiyyata alınmış və dövlət reyestrindən çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən 0,0296 ha torpaq sahəsinin Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına qeydə alınmasına dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsasl andırmışdır ki, İddiaçı-nın nizamnamə kapitalını xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Firmanın hasarının daxilində, dövlət mülkiyyətində olan, faktiki isə firmanın istifadəsində olan 0,03 ha torpaq sahəsi vardır. Bələdiyyə qərarı ilə həmin torpaq sahəsi Ağabala Sultanova satılmış, o da iddiaçıya satmışdır. Dəfələrlə Corat Bələdiyyəsi cavabdehə müraciət edərək mübahisəli torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etsə də, cavabdeh tərəfindən həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması bildirilərək hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Firmanın daxilində yerləşən 0,03 ha torpaq sahəsi torpaq registrində dövlət torpağı kimi qeydə alındığından, Əmlak Komitəsinin ərazi şöbəsi 2017-ci ildə həmin torpağa m ünasibətdə sürüşmə olduğu və düzəliş edilməsini təklif edən məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmiş, lakin məktuba cavab verilməmişdir. Sumqayıt 2 saylı Ərazi İdarəsində mübahisəli torpaqla bağlı qovluğda olan həmin məktubla tanış olmuşdur. Həmin məktub əsasında sahəsi 0,0296 ha olan torpağın daş-beton hasarın içərisində bağlı şəkildə firmanın istifadəsində və dövlət mülkiyyətində olmasına baxmayaraq, DƏDRX-in Sumqayıt 2 saylı Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. Sumqayıt şəhər Corat Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 08 saylı iclas qərarına əsasən firmanın faktiki istifadəsində olan, firm anın hasarının daxilində yerləşən 0,0296 ha torpaq sahəsinin həmin torpaq sahəsini ona satmış A.Sultanovun arvadı Səlimə Qasımovanın fərdi ev tikintisi üçün faktiki istifadəsində olduğu göstərilərək ona verilməsi qərara alınmışdır. xx.xx.2017-ci ildə isə Sumqayıt şəhər Corat Bələdiyyəsinin sədri ilə X6 arasında 1 saylı notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin 0,0296 ha torpaq sahəsinin Corat Bələdiyyəsinin adına bələdiyyə torpağı kimi dövlət qeydiyyatına alınması və bələdiyyə sədrinin S.Qasımova ilə alqı-satqı müqaviləsi bağlaması firmanın darvazasının bağlanmasına, yolun kəsilməsinə səbəb olur və firmanın fəaliyyətini məhdudlaşdırır. Ona görə hesab edir ki, dövlət mülkiyyətində olan torpağın bələdiyyə mülkiyyəti kimi Corat Bələdiyyəsinin adına qeydə alınmış sözügedən çıxarış etibarsız hesab edilməlidir.
9. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, etirazı imtina məktubu ilə eyni məzmuda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də, iddia mümkün sayılmamalıdır.
10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1265/2021 nömrəli, 13 oktyabr 2021ci il tarixli qərarı ilə (hakim C.Məmmədov) iddia tələbi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün q anunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçının Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli, **********22 reyestr nömrəli çıxarışın qanunsuz verilməsinə dair gətirdiyi arqumentlər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı.
12. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2022-ci il tarixli, 2-1(1 05)-249/2022 nömrəli qərardadı ilə (sədrlik edən – H.Ç.Babayeva, hakimlər – F.Ə.Məmmədov və Z.T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1265/2021 nömrəli qərarı ləğv edilmiş iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hər hansı subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, 0.0296 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır, sözügedən torpaq sahəsi əvvəlcə bələdiyyə mülkiyyətində olmuş, hazırda isə üçüncü şəxs X4 mülkiyyətində olmaqla, onun adına dövlət reyestrindən çıxarış verilmişdir.
15. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2022-ci il tarixli, 2-1(105)-249/2022 nömrəli qərardadını ləğv edib, işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti iddia tələbinin məzmununa uyğun verilmişdir, əlavə olaraq qeyd edilmişdir ki, dövlət torpaq registrində dövlət mülkiyyətinə aid torpaq kimi qeydə alınmış sahəyə münasibətdə 5 saylı ərazi şöbə rəisinin sürüşdürülmə olması barədə məktubu ilə dəyişiklik edilməsini cavabdeh etiraf edir.Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, İnzibati Prosessual Məcəllə 35-ci maddəsi, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarına istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı.
19. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflə rdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandır dığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkə mə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassa siya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən sa xlanılmalıdır.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşm aq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
26. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir.
27. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məh kəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
29. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
30. Məhkəmə Kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
31. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 0,0296 ha torpaq sahəsinin Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına xx.xx.2017-ci il tarixdə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatını mübahisələndirir.
32. Mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyəti olmaqla, iddiaçı tər əfindən faktiki olaraq zəbt edilən sahə olduğu, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun həmin sahədən çıxarıldığı müəyyən edilir. Belə olan təqdirdə kollegiya hesab edir ki, 296 kv m torpaq sahəsi üzərində iddiaçının hər hansı əmlak hüququnun olduğu müəyyən olunmur.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hər hansı subyektiv hüququnun mövcudluğu təsdiq edilmir. 0.0296 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış, əvvəlcə bələdiyyə mülkiyyətində olmuş, hazırda isə üçüncü şəxs X4 mülkiyyətində olmaqla, onun adına dövlət reyestrindən çıxarış verilmişdir.
34. Odur ki, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyy ən edilməmişdir.
35. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2022-ci il tarixli, 2-1(105)-249/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.