Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1611/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq vergisi üzrə vergi qərarlarının ləğvi; işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı «qərarların l əğv edilməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023ci il tarixli, 2-1(103)-165/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti başçısının 76 nömrəli, xx.xx.2010-cu il tarixli “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” 1-ci bəndinə əsasən İddiaçı MMCnin xx.xx.2010-cu il tarixli, A/02-01 saylı müraciətini nəzərə alaraq, Qaradağ rayonu, Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsində müasir tipli ticarət kompleksinin tikintisinin layihələndirilməsi üçün 40.0 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. 2. “Tor paq sahəsinin icarəyə verilməsi haqqında” 30 aprel 2010-cu il tarixli, 0901 nömrəli Müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının 76 saylı, xx.xx.2010-cu il tarixli sərəncamı və xx.xx.2010-cu il tarixli, 12394 saylı inşaat pasportu əsasında Qaradağ rayonu, Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzinə gedən yolun şimalqərb hissəsində ayrılmış torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsi 40.0 ha torpaq sahəsinə dair icarə hüqu qları 49 (qırx doqquz) il müddətinə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 329 nömrəli reyestr kitabının 31038 nömrəli vərəqində, xx.xx.2011-ci il qeydiyyat tarixi, **********11 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA seriyalı, 034050 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin surətindən görünür ki, torpaq sahəsinin mülkiyyət növü “dövlət”, sənəd üzrə sahəsi: 40 ha. Plan-ölçü sənədinin verilməsinə əsas olmuş sənədlər qismində – Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsi, xx.xx.2011-ci il tarixli, AN 279570, 279571 nömrəli Torpaq sah əsinin təsdiq edilmiş plan-cizgisi; Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 76 nömrəli Sərəncamı göstərilmişdir.
5. Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 73079/17 nömrəli, xx.xx.2012-ci il tarixli “Ləğvetməyə dair bildiriş”in surətindən görünür ki, “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bəzi məsələləri haqqında” 26 oktyabr 2005-ci il tarixli, 1065 nömrəli Sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 02 iyul 2010-cu il tarixli, 291 nömrəli Fərmanı və İddiaçı MMC-nin 03 saylı, xx.xx.2012-ci il tarixli müraciət məktubunu əsas tutaraq, Bakı şəhər İcra Ha kimiyyəti ilə İddiaçı MMC arasında 76 saylı, xx.xx.2010-cu il tarixli sərəncamı ilə Qaradağ rayonu, Lökbatan dairəsindən Sədərək ticarət mərkəzinə gedən yolun şimal-şərq hissəsində, 400 000 kv.m torpaq sahəsinə bağlanmış 0901 saylı. xx.xx.2010-cu il tarixli torpaq icarə müqaviləsinə xx.xx.2012-ci il tarixində xitam verilir.
6. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********061500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının surətindən görünür ki, 2018-ci il torpaq vergisi üzrə İddiaçı MMC-yə 79000 manat vergi məbləği hesablanmışdır.
7. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********063900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının surətindən görünür ki, 2018-ci il torpaq vergis i üzrə İddiaçı MMC-yə 79000 manat vergi məbləği hesablanmışdır.
8. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********128300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının surətindən görünür ki, 2018-ci il torpaq vergisi üzrə İddiaçı MMC-yə 79000 manat vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2018-ci il üzrə torpaq vergisinə dair qəbul etdiyi **********061500 saylı, 2019-cu il üzrə torpaq vergisinə dair qəbul etdiyi **********063900 saylı və 2020-ci il üzrə torpaq vergisinə dair qəbul etdiyi **********128300 saylı xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlarının” ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhər icra Hakimiyyəti başçısının 76 saylı, xx.xx.2010-cu il tarixli “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” Sərəncamına əsasən, Bakı şəhəri Qaradağ rayonu Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzində gedən yolun şimal-qərb hissəsində müasir tipli ticarət kompleksinin tikintisinin layihələndirilməsi üçün 40.0 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Sərəncam əsasında, İddiaçı MMC Bakı şəhəri İcra Hakimiyyəti ilə 0901 saylı, xx.xx.2010-cu il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” torpaq icarəsi Müqav iləsi imzalanmışdır. İddiaçı MMC-nin 03 saylı, xx.xx.2012ci il tarixli müraciətinə əsasən, 0901 saylı, xx.xx.2010-cu il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” torpaq icarəsi Müqaviləsinə xitam verilmişdir. Bu barədə Bakı şəhər İcra Hakimiyyəti başçısının 7-3079/17 saylı, xx.xx.2012-ci il tarixli “Ləğetməyə dair bildiriş” verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********3 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən, İddiaçı MMC-nin adına hazırda Azərbaycan Respublikası ərazisində mülkiyyət hüququna əsasən qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq “analogiya üzrə” İddiaçı MMC-yə 40 ha torpaq sahəsinə görə 2018-2020-ci illər üçün hər ilə 79000 manat hesablamaqla ümumi likdə 237000 (iki yüz otuz yeddi min) manat məbləğində torpaq vergisi hesablamış və bu barədə borc bildirişləri göndərmişdir. Dəfələrlə cavabdeh inzibati orqana iddiaçının istifadəsinə verilmiş 40 ha torpaq sahəsinə dair 0901 saylı, xx.xx.2010-cu il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” torpaq icarəsi müqaviləsinin ləğv olunması və iddiaçının hazırda icarəsində hər hansı torpaq sahəsinin olmaması barədə müraciət edilsə də, bunun heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmiş və 20182020-ci illər üçün kameral qaydada hesablanmış 236610,77 manat torpaq vergisinin və onun nəticəsində yığılmış faiz məbləğinin silinməsini xahiş etmişdir. Lakin, digər müraciətlər kimi, bu müraciətin də, heç bir nəticəsi olmamışdır. Ha zırda İddiaçı MMC-nin icarəsində olmayan 40 ha torpaq sahəsinə görə cavabdeh vergi orqanı tərəfindən hesablanmış torpaq vergisinin məbləği 76186.82 (yetmiş altı min yüz səksən altı manat səksən iki qəpik) manat faiz olmaqla, 307731.44 (üç yüz yeddi min yeddi yüz otuz bir manat qırx dörd qəpik) manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya hesablanmış yuxarıda qeyd olunan torpaq vergisi əsassız olduğu üçün silinməlidir. Vergi orqanı torpaq vergisini yalnız torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirir. Lakin, iddiaçının mülkiyyətində və ya istifadəsində hər hansı torpaq olmadığı halda, cavabdeh vergi orqanı xitam verilmiş müqaviləyə əsaslanaraq, iddiaçıya əsassız torpaq vergisi və ona faizlər hesablamışdır. Bununla da, cavabdeh vergi o rqanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 208 və 24-cü maddələrini pozmuşdur. Bundan başqa, cavabdeh vergi orqanı Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsini pozmuşdur. Belə ki, Konstitusiyanın 73-cü maddəsinin İİ hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.
11. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində (və ya istifadəsində) 40000 kv.m torpaq sahəsinin olmasına, eyni zamanda həmin torpaq sahəsinin üzərində sahəsi 27800 kv.m təsərrüfat subyektinin vergi orqanında qeydiyyata alınmasına baxmayaraq, 2017-2020-ci illər üzrə əmlak vergi si bəyannamələri təqdim edilməmiş və bu da vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********116200 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlər və müvafiq dövr üzrə bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci, 2019-cu və 2020-ci illər üçü n torpaq vergisi üzrə Cəmiyyətə illər üzrə 79000 manat olmaqla, ümumilikdə 237000,00 manat olmaqla əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli, **********061500 nömrəli, xx.xx.2021-ci il tarixli **********063900 nömrəli, xx.xx.2021-ci il tarixli, **********128300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. İddiaçı ərizəsində icarə müqaviləsinə xitam verildiyini və həmin torpaq sahəsini istifadə etmədiyinə görə torpaq vergisinin əsassız hesablandığını bildirmişdir. Belə ki, iddiaçı həmin torpaq sahəsinin nə istifadəsində, nə mülkiyyətində olduğunu bildirsə də, xx.xx.2021-ci il tarixli məktubla vergi orqanına müraciət edərək, Qaradağ rayonu Lökbatan dairəsində yerləşən ərazinin əksər hissəsinin qrunt sularından yaranmış gölməçədən ibarət olduğundan onun bir hissəsinin qurudularaq üzərindəki tikinti işləri aparılmaqla müxtəlif ölçülərə malik tikililər inşa edildiyini, lakin tikinti işlərinin aparılması müvafiq sənədləşmələr aparılmadan həyata keçirildiyindən tikilmiş obyektlərdən təyinatı üzrə istifadə etmək, icarəyə vermək və ya digər fəaliyyətlər üzrə məşğul olmağın mümkün olmadığını bildirərək, müvafiq rəsmiləşmə aparılmadan tikilmiş obyektlərin vergi qeydiyyatından keçirilməsi və təyinatı üzrə istifadəsinin mümkün olmamasının təmin edilməsi məqsədilə göstərilən ünvan üzrə 10000 kv.m sahəyə malik təsərrüfat subyektinin (obyektinin) uçota alınması üçün əlavə obyekt kodu verilməsini xahiş etmişdir. İddiaçı obyekti vergi uçotuna qoymaq üçün təqdim etdiyi sənədləri n siyahısına “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” xx.xx.2010-cu il tarixli Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamını da əlavə etmişdir. Nəticədə təsərrüfat subyekti uçota alınmış və xx.xx.2020-ci il tarixində vergi orqanı tərəfindən **********168900 nömrəli “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” arayış təqdim olunmuşdur. Hazırda həmin obyektin müxtəlif sahələri İddiaçı MMC tərəfindən bir neçə vergi ödəyicisi ilə icarə müqaviləsi bağlanaraq onlara icarəyə verilmişdir. Torpaq sahəsi vergi ödəyicisinin nə mülkiyyətində, nə icarəsində olduğu halda həmin torpaq üzərində obyekt tikməsi və daha sonra onu başqa şəxslərə icarəyə verməsi mümkünsüzdür.
12. Bakı İnzibati Məhkəm əsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112)-1116/2022 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********061500 nömrəli, xx.xx.2022-ci il tarixli, **********063900 nömrəli və xx.xx.2022-ci il tarixli, **********128300 nömrəli Qərarları ləğv edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair icarə hüquqlarına xx.xx.2012-ci il tarixdən etibarən xitam verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş müvafiq məktublara əsasən də, iddiaçının adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Belə olan halda, iddiaçının mülkiyyətində, icarəsində və istifadəsində olmayan daşınmaz əmlaka (torpaq sahəsin) görə vergi məsuliyyətinə cəlb edilməsi qanunsuz və əsassızdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-ci il tarixli, 21(103)-165/2023 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov – sədrlik edən və məruzəçi, C.Yusifov və Ş.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əl avə olaraq Vergi Məcəlləsinin 203.1, 204-cü maddələrinə istinad edərək hesab etmişdir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur.
17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən '‘Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsində yerləşən obyektini vergi uçotuna qoymaq üçün təqdim etdiyi sənədlərin siyahısına “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” xx.xx.2010-cu il tarixli Azərbaycan Respublika sı Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamını da. əlavə etmişdir. Nəticədə təsərrüfat subyekti **********- 11001 kod ilə uçota alınmış və xx.xx.2020-ci il tarixində vergi orqanı tərəfindən **********168900 nömrəli “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” arayış təqdim olunmuşdur. Hazırda həmin obyektin müxtəlif sahələri İddiaçı MMC tərəfindən bir neçə vergi ödəyicisi ilə icarə müqaviləsi bağlanaraq onlara icarəyə verilmişdir. Bundan əlavə, cəmiyyətə məxsus uçota alınmış **********-11001 kodlu təsərrüfat subyekti (obyekti) üzrə 1458 sayda təsərrüfat subyektinin (obyekti) bağlanmış icarə müqavilələri əsasında vergi ödəyiciləri tərəfindən vergi orqanında uçota qoyulduğu, cari tarixə onlardan 653-nü n faktiki olaraq aktiv olduğu müəyyən edilmişdir. Belə olduğu halda, məhkəmə torpaq sahəsinin vergi ödəyicisinin nə onun mülkiyyətində, nə icarəsində istifadəsində olduğu halı tam araşdırmadan həmin torpaq üzərində obyektlərin tikilməsi və daha sonra onu başqa bir şəxslərə icarəyə verilməsi faktlarını görməzdən gəlmiş, iddianın təmin barədə qəbul edilən qərarda bu məsələyə, yəni icarə müqaviləsi bağlanmış vergi ödəyicilərinin obyektlərinin uçotu məsələsinə diqqətdən kənarda saxlanılmışdır.
19. Həmçinin qeyd edilmişdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə **********321600 nömrəli məktubla müraciət olunaraq “Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2010-cu U tarixli sərəncama əsasən Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 0901 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsində yerləşən 400 000 kv.m torpaq sahəsində “Karvansaray 2010" MMC-nin müraciəti əsasında vergi uçotuna qoyulmuş təsərrüfat subyektinin olduğunu da nəzərə alaraq həmin torpaq sahəsinin hal hazırda kimin mülkiyyətində və istifadəsində olması, habelə həmin torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxsə icarəyə verilməsi, o cümlədən göstərilən torpaq üzərində olan tikilinin kimin mülkiyyətində və ya istifadəsində olması barədə" məlumatın təqdim olunması istənilsə də, həmin məlumatlar Bas İdarəyə təqdim ol unmamış sadəcə iddiaçının həmin torpaq sahəsinə hüquqlarına Bakı Şəhər İcra Hakimiyyəti başçısının 7-3079/17 saylı xx.xx.2012-ci il tarixli məktubu ilə xitam verildiyi bildirilmişdir. Məhkəmə isə ləğv edilmiş icarə müqaviləsi ilə nəzərdə tutulmuş həmin torpaq sahəsinin faktiki olaraq kimin mülkiyyətində və ya istifadəsində olduğunu kifayət qədər araşdırmamışdır.
20. Xüsusi olaraq vurğulanmalıdır ki, iddiaçı torpaq sahəsinin nə istifadəsində, nə mülkiyyətində olduğunu bildirsə də, xx.xx.2021-ci il tarixli məktubla vergi orqanına müraciət edərək Qaradağ rayonu, Lökbatan dairəsində yerləşən ərazinin əksər hissəsinin qrunt sularından yaranmış gölməçədən ibarət olduğundan onun bir hissəsinin qurudularaq üzərində tikinti işləri aparılmaqla müxtəlif ölçülərə malik tikililər inşa edildiyini, lakin tikinti işlərinin aparılması müvafiq sənədləşmələr aparılmadan həyata keçirildiyindən tikilmiş obyektlərdən təyinatı üzrə istifadə etmək, icarəyə vermək və ya digər fəaliyyətlər üzrə məşğul olmağın mümkün olmadığını bildirərək müvafiq rəsmiləşmə aparılmadan tikilmiş obyektlərin vergi qeydiyyatından keçirilməsi və təyinatı üzrə istifadəsinin mümkün olmasının təmin edilməsi məqsədilə göstərilən ünvan üzrə 10000 kv.m sahəyə malik təsərrüfat subyektinin (obyektinin) uçota alınması üçün əlavə obyekt kodu verilməsini xahiş etmişdir. Göründüyü kimi, qeyd olunan məktub bir daha sübut edir ki, həmin torpaq sahəsi faktiki olaraq İddiaçı MMC-nin istifadəsindədir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 15 mart 2023-ci il tarixli, 2-1(103)-165/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Vergi Məcəlləsi (xx.xx.2022-ci il tarixədək olan redaksiyada): Maddə
203. Torpaq vergisi 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.... Maddə
204. Verginin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.
23. Vergi Məcəlləsi (xx.xx.2022-ci il tarixdən olan redaksiyada): Maddə
203. Torpaq vergisi 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər ə saslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.... Maddə
204. Verginin ödəyiciləri
204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə
205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.
24. Torpaq Məcəlləsi Maddə
73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları
1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehti yacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə.
2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir.
3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).
4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. 25. “Torpaq icarəsi haqqında” Qanun Maddə
14. İcarə haqqı Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq ver gisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır....
26. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə a raşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən iddiaçı barəsində torpaq vergisinə dair qəbul etdiyi 2019-cu il üzrə **********061500 saylı, 2020-ci il üzrə **********063900 saylı və xx.xx.2021-ci il üzrə **********128300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlarının” ləğv edilməsi ilə bağlıdır.
31. Cavabdeh orqan öz qərarlarını əsaslandıraraq ona istinad etmişdir ki, iddiaçının 400000 kv.m torpaq sahəsinin olmasına, eyni zamanda həmin torpaq sahəsinin üzərində sahəsi 27800 kv.m olan təsərrüfat subyektinin vergi orqanında qeydiyyata alınmasına baxmayaraq, 2018-2020-ci illər üzrə torpaq vergisi bəyannamələri təqdim edilməmiş və bu da vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci, 2019-cu və 2020-ci illər üçün torpaq vergisi üzrə Cəmiyyətə illər üzrə 79000 manat olmaqla, ümumilikdə 237000,00 manat əlavə vergi məbləği hesablanmışdır.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını əsaslı hesab etməyərək qeyd edir ki, apellyasiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, öz qərarında maddi hüququ normalarını sadalayaraq öz mövqeyini əsaslandırmadan qərar qəbul etmişdir.
33. Belə ki, ilk öncə qeyd edilməlidir ki, mübahisələndirilən qərarlar ilə torpaq vergisinə cəlb edilmiş torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2010-cu il tarixli 76 nömrəli Sərəncamı ilə iddiaçıya ayrılmış, bununla bağlı iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısı arasında xx.xx.2010-cu il tarixli torpaq icarə müqaviləsi bağlanmışdır.
34. İş materiallarında olan (iş səh. 68) ******* nömrəli xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən həmin torpaq sahəsi Dövlət torpağı olmaqla 49 il müddətinə iddiaçının xeyrinə yüklü edilmişdir.
35. İddiaçının dəlillərinə əsasən o, həmin torpaq sahəsini 2012-ci il də istifadə etmədiyinə görə icarə müqaviləsinə xitam verildiyindən o torpaq vergisinin ödəyicisi deyil. İddiaçı öz dəlilini əsaslandırması üçün Bakı şəhər İcra Hakimiyyətinin bildirişinə istinad etmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən iddiaçıya ünvanlanmış ləğvetməyə dair bildirişdə yuxarıda qeyd edilən torpaq icarə müqaviləsinə xx.xx.2012-ci il tarixdən xitam verilməsi qeyd edilmiş dir.
36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ Rayonu, Lökbatan dairəsindən Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərb hissəsində 40,0 ha torpaq sahəsinin Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 76 saylı sərəncamı ilə müasir tipli ticarət kompleksinin tikintisi üçün 49 illik icarə müqaviləsi əsasında Cəmiyyətə ayrıldığı müəyyən edilmişdir. Bundan əlavə, müəyyən olunur ki, iddiaçı tərəfindən vergi orqanında vergi uçotuna qoyulmuş **********-11001 kodlu obyekt üzrə müvafiq sahələrin bağlanmış icarə müqavilələri əsasında müxtəlif şəxslərə icarəyə verərək gəlir əldə etməsinə baxmayaraq, müvafiq dövrlər üzrə torpaq vergisi bəyannamələrinin vergi orqanına təqdim edilməmişdir. Halbuki Cəmiyyətə məxsu s **********-11001 kodlu təsərrüfat subyekti (obyekti) üzrə 1458 sayda təsərrüfat subyektinin (obyekti) bağlanmış icarə müqavilələri əsasında vergi ödəyiciləri tərəfindən vergi orqanında uçota qoyulduğu, cari tarixə onlardan 653-nün aktiv olduğu müəyyən edilmişdir. Hətta məhkəmədə iş davam edə-edə iddiaçı həmin torpaq sahəsi üzərində yerləşən obyektləri icarəyə verməkdə davam etmişdir. Göründüyü kimi, iddiaçının istifadəsində olan torpaq sahəsində sahəsi 27.800 kv.m olan təsərrüfat subyektini vergi orqanında qeydiyyata alınmışdlr. Hazırda həmin obyektin müxtəlif sahələri İddiaçı MMC tərəfindən bir neçə vergi ödəyicisi ilə icarə müqaviləsi bağlanaraq onlara icarəyə verilmişdir.
37. Göstərilənlərə baxmayaraq apellyasiya məhkəməsi qərarında qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində, icarəs ində və istifadəsində olmayan daşınmaz əmlaka (torpaq sahəsi) görə məsuliyyətə cəlb edilməsi qanunsuz və əsassızdır.
38. Halbuki müvafiq dövr üzrə qüvvədə olan Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.
39. Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.
40. Vergi Məcəlləsinin 205-ci maddəsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.
41. Ha zırda qüvvədə olan Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.
42. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən “Sədərək” ticarət mərkəzinə gedən yolun şimal-qərb hissəsində yerləşən 40 ha torpaq sahəsinin hal hazırda kimin istifadəsində olması, habelə həmin torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxsə icarəyə verilməsi, o cümlədən göstərilən torpaq üzərində olan tikilinin kimin mülkiyyətində və ya istifadəsində o lması hissəsində kifayət qədər araşdırma aparmamışdır.
43. Belə ki, iddiaçı torpaq sahəsinin nə istifadəsində, nə mülkiyyətində olduğunu bildirsə də, xx.xx.2021-ci il tarixli məktubla vergi orqanına müraciət edərək Qaradağ rayonu, Lökbatan dairəsində yerləşən ərazinin əksər hissəsinin qrunt sularından yaranmış gölməçədən ibarət olduğundan onun bir hissəsinin qurudularaq üzərində tikinti işləri aparılmaqla müxtəlif ölçülərə malik tikililər inşa edildiyini, lakin tikinti işlərinin aparılması müvafiq sənədləşmələr aparılmadan həyata keçirildiyindən tikilmiş obyektlərdən təyinatı üzrə istifadə etmək, icarəyə vermək və ya digər fəaliyyətlər üzrə məşğul olmağın mümkün olmadığını bildirərək müvafiq rəsmiləşmə aparılmadan tikilmiş obyektlərin vergi qeydiyyatından keçirilməsi və təyinatı üzrə istif adəsinin mümkün olmasının təmin edilməsi məqsədilə göstərilən ünvan üzrə 10000 kv.m Sahəyə malik təsərrüfat subyektinin (obyektinin) uçota alınması üçün əlavə obyekt kodu verilməsini xahiş etmişdir. Göründüyü kimi, qeyd olunan məktub bir daha sübut edir ki, həmin torpaq sahəsi faktiki olaraq İddiaçı MMC-nin istifadəsindədir.
44. Bununla yanaşı iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 7-3079/17 nömrəli, xx.xx.2012-ci il tarixli “Ləğvetməyə dair bildiriş”nə istinad edərək onun torpağa icarə müqaviləsinə xitam verilməsini qeyd edir. Lakin icarə münasibətinə xitam verilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamı işə əlavə edilməmiş, eləcə də icarə müqaviləsinə xitam verilməsi hazırkı qərarın 24-cü bəndində qeyd olunan normanın tələblərinə uyğun olub-olmaması iş materiallarından müəyy ən edilmir.
45. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul edərək hazırkı qərarın 26(a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
46. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-ci il tarixli, 2-1(103)-165/2023 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
47. İşə təkrar baxan apellyasiya məhkəməsi işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalı, o cümlədən iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin həcmini müəyyən etməklə müvafiq qanuni və əsaslı qərar qəbul etməlidi r.
48. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan hazırkı halda şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
49. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-ci il tarixli, 2-1(103)-165/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.