Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1612/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1612/19 Bakı şəhəri 07 avqust 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsi X2nın iştirakları ilə, cav abdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini X2 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2019-cu il tarixli, 21(107)-797/2018 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və ÜnvanReyestri Xidmətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu, Ərmənət kəndinin ərazisində JN-022A (kod ********) nömrəli şəhadətnamə ilə ailəsinin mülkiyyətinə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinin sərhəd koordinatlarının nat urada müəyyən edərək elektron kadastr məlumat bazasına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, mübahisə predmeti torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ona və ailəsinin mülkiyyətinə verilmişdir. Lakin Oğuz rayonu Ərmənət bələdiyyəsi 10 iyul 2006-cı il tarixli, 08 saylı qərarı ilə onların mülkiyyətində olan 0, 08 ha torpaq sahəsinin 150 kv.metr hissəsini bələdiyyəyə məxsus torpaq sahəsi kimi “xxxx” MMC-yə 10 il müddətinə qanunsuz icarəyə vermişdir. Bələdiyyə qərarının ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsinə dair iddia tələbi ilə bağlı məhkəməyə müraciət etsə də, mülkiyyətinə verilmiş torpaq sahəsinin təsviri (ölçüləri – konfiqurasiyası) və koordinatları ( naturada yeri) kadastr baza məlumatlarında olan cizgilərə uyğun gəlməməsi, yəni torpaq sahəsini naturada hansı əraziyə düşdüyünün müəyyənləşdirməyin mümkün olmaması əsası ilə təmin edilməmişdir. Bundan sonra qeyd olunan şəhadətnamə əsasında ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin döngə nöqtələri və koordinatlarının naturada müəyyən edilərək, elektron baza məlumatlarına daxil edilməsinə köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət etsə də, lakin sonuncu qəbul edilmiş tədbirlər planına uyğun olaraq, ona məxsus torpaq sahəsinin faktiki ölçülərinin koordinatlarının müəyyənləndiriləcəyinin bildirilməsi ilə kifayətlənmişdir. Hesab edir ki, torpaq sahəsinin koordinatlarının naturada vurulmaması və kadasrtr baza məlumatlarına daxil edilməməsi ilə əlaqədar lazımi hərəkətl ərin vaxtında edilməməsi ilə bağlı məsuliyyət cavabdehin üzərinə düşdüyündən, onun imtinası əsassızdır. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, torpaq sahələri və həmin torpaq sahələrinə dair uyğunsuzluqların aradan qaldırılması ilə bağlı müraciətlərin həlli vahid elektron kadastr məlumat bazası yaradıldıqdan sonra və kadastr xəritəsi tərtib edildikdən sonra mümkün olacaqdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1268/2018 saylı qərarı (hakim Kənan Vəliyev) ilə iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdeh öz vəzifələrini həyata keçirməklə JN seriyalı, 022A nömrəli (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsi nin sərhəd koordinatlarının naturada müəyyən edilərək elektron kadastr məlumat bazasına daxil edilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh eyni zamanda, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2019-cu il tarixli, 2-1(107)-797/2018 saylı qərardadı ilə (sədrlik edən hakim Rövşən Rəfiyev, hakimlər Gündüz Abbasov və Mübariz Hüseynov) cavabdehin apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir. Apellyasiya məhkəməsi bildirmişdir k i, cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etsə də, həmin ərizədə apellyasiya şikayətinin üzrlü səbəbdən ötürülməsinə dair əsaslı səbəblər göstərməmiş, eyni zamanda müddətin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı bir sübutu nə ərizəyə əlavə etmiş, nə də məhkəmə kollegiyasına təqdim etmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 24.1, 24.2, 24.3, 24.5, 24.7, 85.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi, apellyasiya şikayətinin Şəki Apellyasiya Məhkəməsi tərəfindən icraata götürülməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtl əndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin əsaslandırılmış səbəbləri bildirilməklə müddətin bərpa edilməsi barədə ərizə təqdim olunmuş, lakin prosessual müddətin bərpasından imtina olunmuşdur. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-405, 411-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasına daxil olmuş teleqramla iddiaçı səhhəti ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bu halı təsdiq edən sübutu təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1268/2018 nömrəli qərarının surəti cavabdehin ünvanına 22 oktyabr 2018-ci il tarixdə göndərilmiş, cavabdeh orqan tərəfindən qərarın surətini 26 ok tyabr 2018-ci il tarixdə poçt göndərişi barədə xəbərnaməyə imza edilərək qəbul etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qərarından apellyasiya şikayətinin verilmə müddəti 26 noyabr 2018-ci il tarixdə bitmişdir. Lakin cavabdeh tərəfindən apellyasiya şikayəti 28 noyabr 2018-ci il tarixdə tərtib edilmiş, 07 dekabr 2018-ci il tarixdə poçt vasitəsilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış, 11 dekabr 2018-ci il tarixində məhkəməyə daxil olmuşdur. Hüquqi məsələlər 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə koll egiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Kassasiya baxışının predmetini apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəyə baxılması məsələsi təşkil edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizədə apellyasiya şikayətinin üzrlü səbəbdən ötürülməsinə dair əsaslı səbəblər göstərməmiş, hər hansı bir sübutu təqdim etməmişdir. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin əsaslandırılmış səbəbləri müddətin bərpa edilməsi barədə ərizədə bildirilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən şikayətin dəlili ilə razılaş mır. Azərbaycan Respublikası İPM-in: - 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, (...) proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur; - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır; - 75.3-ci maddəsinə əsaəsn, məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir; -- 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Bu müddəaların mənasına görə, təqdim edilmiş gün də nəzərə alınmaqla məhkəmə qərarından apellyasiya şikayət 30 gün müddətində verilməlidir. Bu müddətdən sonra verilmiş şikayət isə apellyasiya baxışının predmeti ola bilməz. İşin hallarına əsasən isə, cavabdehə qərar rəsmi qaydada 26 oktyabr 2018-ci il tarixində təqdim edilmiş, həmin qərardan apellyasiya şikayəti isə 30 günlük müddət ötürülməklə 07 dekabr 2018-ci il tarixində rabitə qovşağına verilmişdir. Prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Müddəaların mənasına əsasən, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülmə si üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Cavabdeh tərəfindən müddətin ötürülməsinin onun təqsiri olmadan baş verməsinə dair bildirdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, göstərilmiş dəlil buraxılmış müddətin bərpası üçün əsaslı hesab oluna bilməz, çünki üzürlü səbəbin nədən ibarət olması cavabdeh istər ərizədə, istərsə də kassasiya şikayətində əsaslandırmamışdır. Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyinin göstərilməsini zəruri hesab edir. Həmin qərarda bildirilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzif ələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvə də saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və ÜnvanReyestri Xidmətinin rəis müavini X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2019-cu il tarixli, 2-1(107)-797/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1612/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1612/2019
07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver