Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1612/2020 18.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, X1 ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi Nümayəndə, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi və həmin qərarlara əsasən hesablanmış əlavə vergi məbləğinin azaldılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-271/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçıya cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********881500 nömrəli Qərara əsasən 2016-cı ilin fevral ayına ƏDV üzrə 6836,79 manat, xx.xx.2016-cı il tarixli **********775600 nömrəli Qərara əsasən 2016-cı ilin may ayına ƏDV üzrə 3940,09 manat, xx.xx.2018-ci il tarixli **********199600 nömrəli Qərara əsasən 2016 cı ilin iyun ayına ƏDV üzrə 22017,24 manat, xx.xx.2017-ci il tarixli **********287600 nömrəli Qərara əsasən 2016-cı ilin iyul ayına ƏD V üzrə 11189,28 manat, xx.xx.2017-ci il tarixli **********859800 nömrəli Qərara əsasən 2017-cı ilin iyul ayına ƏDV üzrə 66482,01 manat, xx.xx.2017-ci il tarixli **********182000 nömrəli Qərara əsasən 2017-ci ilin Gəlir vergisi üzrə 23380,93 manat əlavə vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli **********881500 nömrəli, xx.xx.2016-cı il tarixli **********775600 nömrəli, xx.xx.2018-ci il tarixli **********199600 nömrəli, xx.xx.2017-ci il tarixli **********287600 nömrəli, xx.xx.2017-ci il tarixli **********859800 nömrəli, xx.xx.2017-ci il tarixli **********182000 nömrəl i “Vergilərin hesablanması barədə” Qərarlarının ləğv edilməsi və həmin qərarlara əsasən hesablanmış əlavə vergi məbləğinin azaldılması xahiş etmişdir.
3. İddia ərizəsini belə əsaslandırmışdır ki, vergi orqanı tərəfindən qəbul edilən inzibati akt həmin orqanın rəhbəri (onun müavini) tərəfindən imzalandıqdan və möhürlə təsdiq edildikdən sonra hüquqi şəxsin hüquqi ünvanına sifarişli məktubla çatdırılmalı və ya şəxsən verilməlidir. Əks təqdirdə həmin inzibati akt vergi ödəyicisinə qanunla müəyyən edilmiş qaydada çatdırılmış hesab edilmir. Mübahisələndirilən "Vergilərin hesablanması barədə" xx.xx.2018-ci il tarixli **********881500 nömrəli, xx.xx.2016-cı il tarixli **********775600 nömrəli, xx.xx.2018-ci il tarixli **********199600 nömrəli, xx.xx.2017-ci tarixli **********287600 nömrəli, xx.xx. 2017-ci il tarixli, **********859800 nömrəli, xx.xx.2017-cı il tarixli **********182000 nömrəli Qərarlar isə cavabdeh tərəfindən qanunla müəyyən edilmiş qaydada iddiaçıya çatdırılmamış və ya şəxsən təqdim edilməmişdir.
4. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-28/2020 nömrəli qərardadına əsasən, iddia mümkün sayılmamışdır.
5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən “Vergilərin hesablanması barədə” **********775600 nömrəli xx.xx.2016-cı il tarixli qərarın təqdim edilməsindən 2 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət edildiyinə görə İnzibati-Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən həmin qərar üzrə müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı, xx.xx.2017-ci il tarixli **********287600 nömrəli, xx.xx.2017-ci il tarixli **********8598 00 nömrəli və xx.xx.2017-ci il tarixli **********182000 nömrəli qərarlar təqdim edildiyi vaxtdan 10 ay, xx.xx.2018-ci il tarixli **********199600 nömrəli qərar təqdim edildiyi vaxtdan 9 ay və xx.xx.2018-ci il tarixli **********881500 nömrəli qərar təqdim edildiyi vaxtdan 8 ay keçdikdən sonra həmin qərarların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan 5 (beş) qərarın ləğv edilməsi üçün iddiaçı tərəfindən 30 gün müddətində məhkəməyə və 3 ay müddətində vergi orqanına müraciət olunmamış və bununla da qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti üzürlü səbəb olmadan ötürülmüşdür. Göstərilən səbəbdən də buraxılmış prosessual müddət bərpa edilə bilməz.
6. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti ü zrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-271/2020 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-28/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini və işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
8. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 70.2-ci maddəsinin xx.xx.2019-cu il tarixinədək qüvvədə olan redaksiyasına istinad edərək hesab etmişdir ki, mübahisələndirilən qərarlar cavabdeh tərəfindən qanunla müəyyən edilmiş qaydada iddiaçıya çatdırılmamış və ya şəxsən təqdim edilmədiyindən həmin qərarla ra münasibətdə iddia müddəti tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsi isə xx.xx.2019-cu il tarixindən əvvəl qəbul edilmiş və xx.xx.2018-ci il tarixində elektron formada təqdim edilməsi iddia edilən inzibati aktlara münasibətdə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin xx.xx.2019-cu il tarixindən sonra qüvvəyə minmiş redaksiyasını tətbiq edərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən hər hansı hal olmadığı halda, məhkəmə xx.xx.2018-ci il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun qüvvəsini geriyə şamil etmişdir.
9. Məhkəmə qərarından iddiaçı xx.xx.2020-ci il, cavabdeh isə xx.xx.2020-ci il tarixində rəsmi qaydada əldə etmişdir.
10. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-271/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddiaçı hazırkı mübahisə predmetini təşkil edən qərarlardan narazı olması və həmin qərarların ləğv edilməsi ilə bağlı qərarlarda göstərilən müddətlərdə şikayət etmək hüququndan istifadə etməmişdir. Belə ki, qeyd olunan qərarların ləğv edilməsi üçün iddiaçı tərəfindən 30 gün müddətində məhkəməyə və 3 ay müddətində vergi orqanına müraciət olunmamış və bununla da qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti üzrlü səbəb olmadan ötürülmüşdür. İddia müddətinin üzrlü səbəb olmadan ötürüldüyü inzibati iş üzrə keçirilən məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmışdır.
12. Cavabdeh öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, İnzibati-Prosessual Məcəllənin 1.2, 12, 58.7, 96.9-cu, Mülki Prosessual Məcəllənin 14, 418.1-ci maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili X3 izahat verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Həmin Məcəllənin 99.2-ci maddəsinə Məhkəmənin aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilməz: Həmin Məcəllənin 99.2.6. bu Məcəllə ilə müəyyən edilmiş digər hallarda. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. Kassasiya şikayəti nəzərdə keçirilərkən müəyyən olunmuşdur ki, cavabdeh qanunvericiliklə şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan kassasiya şikayəti vermişdir.
18. Belə ki, hazırkı qərarın 16-cı bəndində göstərilən normalardan aydın olur ki, tərəfin yalnız iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət vermək hüququ var və hazırkı qanunvericiliyə görə iddianın mümkün sayılması barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
19. Odur ki, iddiaçının apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadından kassas iya şikayəti vermək hüququ yoxdur.
20. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya mümkün sayılmayaraq cavabdehin kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 90, 94 və 96-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-271/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Cavabdehin kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.