Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1612/2022 03.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1970-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ya nında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X12 və X10) “reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)-221/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Ləhiş bağ massivi ünvanında 1492 saylı bağ sahəsi 215566 saylı müddətsiz icarə müqaviləsi əsasında Bakı şəhər İcra Hakimiyyətinin İnkişafı və İstismarı Birliyi tərəfindən iddiaçının (İddiaçı) qanuni istifadəsinə verilmişdir.
2. Bakı şəhəri İcra Hakimiyy əti başçısının 14 iyun 2006-cı il tarixli, 155 nömrəli sərəncamına əsasən X4 və İstismarı Birliyinin 12 iyun 2006-cı il tarixli, 112 nömrəli protokolu təsdiq edilərək, Şüvəlandakı 1492 nömrəli bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi barədə sərəncam verilmişdir.
3. Bakı şəhər İcra Hakimiyyətinin X4 və İstismarı Birliyi ilə X12 arasında 9 iyul 1999-cu ildə bağlanmış 21566 №-li müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən sahəsi 0,11 hektar olan 1492 saylı bağ sahəsi X7 icarəsinə verilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə X7 adına Şüvəlan bağ massivində yerləşən sahəsi 0,096 hektar olan 1492 saylı bağ sahəsinə JN22518D KOD 00306016 saylı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» verilmişdi r.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, X8 adına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən sahəsi 0,189 hektar olan 1491 və 1492 saylı bağ sahələrinə JN-23211D KOD 00306016 saylı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» verilmiş, sonradan AN-İ №0116157 saylı 13 aprel 2007-ci il tarixli «Daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən sözügedən 1491 və 1492 saylı bağ sahələri X13 tərəfindən X1, daha sonra isə həmin bağ sahələri 420493 saylı, 16 fevral 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması Müqaviləsinə əsasən X3 adına rəsmiləşdirilmiş və bu barədə ona xx.xx.2018-ci il tarixdə Torpaq sahəsinin plan və ölçüsü, xx.xx.2018-ci il tarixdə isə dövlət reyestrindən çıxarış verilmişdir.
5. Daşınmaz Əmlakın Kadast rı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən müəyyən edilmişdir ki, İddiaçı “Bakı şəhər İcra Hakimiyyəti X4 və İstismarı Birliyi tərəfindən verilmiş 21566 nömrəli müqaviləyə əsasən ayrılmış Şüvəlan ərazisindəki 0,12 ha olan 1492 nömrəli bağ sahəsi” kimi iddia etdiyi 0,1451 ha bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Bağın ərazisi mişar daşından hasarla iki hissəyə ayrılmışdır (bir hissədən digər hissəyə keçmək üçün qapı oyuğu qoyulmuşdur). Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Uyğun gələn yer isə İdarənin arxiv əsaslarında eyni nömrəli bağ sahəsi eyni müqavilə ilə X9 adına mövcuddur və mülkiyyət hüququna dair şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məlumat üçün bildirmişlər ki, təqdim olunmuş icarə müqaviləsi İdarənin arxivində aşkar olunmamışdır və müqavilə istifadəçi (İddiaçı) tərəfindən imzalanmamışdır. Həmçinin bildirmişlər ki, idarənin elektron baza məlumatlarına əsasən İddiaçı iddia etdiyi 1492 nömrəli bağ sahəsi ilə hazırda daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X3 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2018-ci il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmiş 1491 və 1492 saylı bağ sahəsi üst-üstə düşmür.
6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 1492 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
7. Cavabdeh 31 oktyabr 2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmi şdir. Cavabdeh bildirmişdir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200.0 kv.metr təşkil etsə də, faktiki olaraq 1451.0 kv.metr torpaq sahəsi istifadə edilməkdədir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim olunmuş icarə müqaviləsi cavabdehin arxivində aşkar olunmamışdır və müqavilə istifadəçi tərəfindən imzalanmamışdır. Arxiv əsaslarında eyni nömrəli bağ eyni müqavilə ilə digər şəxsin adına mövcuddur və şəhadətnamə əsasında dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin yerləşməsi xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, eyni nömrəli bağ sahəsi öz həqiqi ərazisində qeydiyyatdan keçmişdir. Bu səbəblər də ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı 27 oktyabr 2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 1492 saylı bağ sahəsinin yerləşdiyi 0,12 ha torpaq sahəsinə hüquqların qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Ləhiş bağ massivi ünvanında 1492 saylı bağ sahəsi 215566 saylı müddətsiz icarə müqaviləsi əsasında Bakı şəhər İcra Hakimiyyətinin İnkişafı və İstismarı Birliyi tərəfindən onun qanuni istifadəsinə verilmişdir. Bağın sənəd üzrə sahəsi 0,12 hektar təşkil edir. Torpaq sahəsi dörd tərəfdən hasar içərisi ndə yerləşir və orada bir sıra abadlıq və ağacəkmə işləri aparmış və faktiki olaraq onun istifadəsi və sahibliyindədir. Sözügedən torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdehin mütəxəssisləri tərəfindən bağ sahəsinə texniki baxış keçirilmişdir. Lakin, 22 noyabr 2018-ci il tarixli, **********52 saylı məktub ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtina əsassız olduğundan iddia tələbi təmin edilməlidir.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 mart 2019-cu il tarixli, 2-1(82)650/2019 nömrəli qərarı (hakim: X17) ilə iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivindəki 0,12 ha ölçüdə 1492 saylı bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fevral 2020-ci il tarixli, 2(103)-204/2020 nömrəli qərardadı (hakimlər: X22 (sədrlik edən və məruzəçi), X18 və X11) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 mart 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün Ba kı İnzibati Məhkəməsinə göndərilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 1492 saylı bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi ilə bağlı müraciətinə cavabdehin imtina məktubunda, eləcə də məhkəməyə ünvanlanmış iddiaya qarşı 27 fevral 2018-ci il tarixli «Etiraz» məktubunda iddiaçı tərəfindən təqdim olunmuş icarə müqaviləsinin cavabdehin arxivində aşkar olunmaması və müqavilənin istifadəçi tərəfindən imzalanmaması, arxiv sənədləri əsasında eyni nömrəli bağın eyni müqavilə ilə digər şəxsin adına mövcud olması və şəhadətnamə əsasında dövlət reyestrində qeydiyyata alınması göstərilsə də, birinci instansiya məhkəməsi tərəfindən işin obyektiv və hərtərəfli araşdırılması baxımından əhəmiyyət kəsb edə bilən bu halları ilə heç bir araşdırma aparılmamış və bu hallara müvafiq hüquqi qiymət verilməmişdir. Eyni zamanda, cavabdehin həmin imtina məktubu və etirazında elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin yerləşməsi xəritə ilə uyğunsuzluq təşkil etməsi barədə dəlili ilə əlaqədar hər-hansı araşdırma aparılmamışdır. - İşə apellyasiya instansiyasında baxılarkən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən isə görünür ki, iddiaçının iddia etdiyi Şüvəlan bağ massivində yerləşən 1492 saylı bağ sahəsi 9 iyul 1999-cu ildə bağlanmış 21566 №-li müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 1492 saylı bağ sahəsi X7 icarəsinə verilmiş və həmin 1492 saylı bağ sahəsinə xx.xx.2005-ci il tarixdə torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Bundan başqa, təqd im olunmuş sənədlərdən həmçinin müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən sahəsi 0,189 hektar olan 1491 və 1492 saylı bağ sahələri X3 adına rəsmiləşdirilmiş və bu barədə ona xx.xx.2018-ci il tarixdə torpaq sahəsinin plan və ölçüsü, xx.xx.2018-ci il tarixdə isə dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin yerləşməsi xəritə ilə uyğunsuzluq təşkil edir və iddiaçının iddia etdiyi torpaq sahəsi 1392 saylı bağ sahəsinin ərazisidir və bu uyğunsuzluq barədə birinci instansiya məhkəməsinə məlumat verilməsinə baxmayaraq, işin bu halı ilə əlaqədar heç bir araşdırma aparılmamışdır. Bu səbəbdən də, X7 və X3 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi məsələsinə baxılması və yuxarıda göstərilən digər hallar nəzərə alınaraq, mübahisənin obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş məhkəmə icraatının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. c. birinci instansiyası məhkəməsində ikinci icraat
15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4934/2020 nömrəli qərardadı ilə X12 və X10 üçüncü şəxs qismində cəlb edilmişlər.
16. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-1075/2021 nömrəli qərarı (hakim: X5) ilə iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivindəki 0,12 ha ölçüdə 1492 saylı bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çı xarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia etdiyi 1492 nömrəli bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Sxematik xəritədə uyğun gələn yer isə idarənin arxiv əsaslarında eyni nömrəli bağ sahəsi eyni müqavilə ilə X9 adına mövcuddur və mülkiyyət hüququna dair şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, İddiaçı naturada iddia etdiyi 1492 nömrəli bağ sahəsi ilə hazırda daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X3 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2018-ci il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmiş 1491 və 1492 saylı bağ sahəsi üst-üstə düşmür. Beləliklə, iddiaçının faktiki istifadəsində olan, naturada iddia etdiyi bağ sahəsi mübahisəli deyil, həmin bağ sahəsinə hazırkı iş üzrə üçüncü şəxslərin hər-hansı bir iddiası mövcud deyil. Həmin bağ sahəsi ilə bağlı sxematik xəritədə uyğunsuzluq onun iradəsindən asılı şəkildə yaranmamışdır, eləcə də, bu uyğunsuzluq aradan qaldırılmaqla müvafiq rəsmiləşdirmə aparılması hazırkı cavabdehin vəzifələri sırasına daxildir. Bundan başqa, iddiaçının tələbi müvafiq ərazidəki 1.451 kv.m ölçüdə deyil, 1.200 kv.m ölçüdə bağ sahəsinin qeydiyyata alınması ilə bağlıdır, hansı ki, bağ icarə müqaviləsi ilə ona ayrılmışdır. İddiaçı tərəfindən təqdim olunmuş icarə müqaviləsinin cavabdehin arxivində aşkar olunmaması və müqavilənin istifadəçi tərəfindən imzalanmaması barədə imtina əsasları formal xarakterlidir. Eləcə də, torpaq sahəsinin yerləşmə mövqeyində uyğunsuzluq və eyni nömrə ilə başqa şəxsin adına bağ sahəsinin qeydiyyata alınması, iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun aradan qaldırılması cavabdeh inzibati orqanın səlahiyyətləri daxilindədir.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)-221/2022 nömrəli qərarı (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X14 və X27) ilə Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi möv qeyi ilə razılaşmışdır.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7 2007-ci il mayın 22-dək müvafıq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti or qanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfındən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafıq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat o rqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;... 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda. Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vər əsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 25. “Torpaq islahatı haqqında” Qanun Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir....
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiy ası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə isti nad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasi ya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının faktiki istifadəsində olan, naturada iddia etdiyi bağ sahəsinə dair hazırkı iş üzrə üçüncü şəxslərin – Kərimov (Əliyev) Azər Əli-Əsgər oğlunun və X3 hər-hansı bir iddiası mövcud deyil. Həm in bağ sahəsi ilə bağlı sxematik xəritədə uyğunsuzluq onun iradəsindən asılı şəkildə yaranmamışdır. İddiaçının bağ sahəsi ilə digər bağ sahələri tamamilə başqa yerlərdə yerləşirlər. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılmaqla müvafiq rəsmiləşdirmə aparılması hazırkı cavabdehin vəzifələri sırasına daxildir.
34. Bundan başqa, iddiaçının tələbi müvafiq ərazidəki 1.451 kv.m ölçüdə deyil, 1.200 kv.m ölçüdə bağ sahəsinin qeydiyyata alınması ilə bağlıdır, hansı ki, bağ icarə müqaviləsi ilə ona ayrılmışdır. İddiaçı tərəfindən təqdim olunmuş icarə müqaviləsinin cavabdehin arxivində aşkar olunmaması barədə imtina əsasları formal xarakterlidir. Eləcə də, torpaq sahəsinin yerləşmə mövqeyində uyğunsuzluq və eyni nömrə ilə başqa şəxsin adına bağ sahəsinin qeydiyyata alınması, iddiaçının iradəsindən a sılı olan hal deyil və bu uyğunsuzluğun aradan qaldırılması cavabdeh inzibati orqanın səlahiyyətləri daxilindədir.
35. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 1492 saylı bağ sahəsinin yerləşdiyi 0,12 ha torpaq sahəsinə hüquqların qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan və ölçünün verilməsi tələbi qanunidir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
36. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 11 may 2022-ci il tarixli, 21(103)-221/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.