Məhkəmə qərarları › İş №2-1(102)-1612/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1612/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1612/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; iddia müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Ağayev (Muradov) Firidun Ağamir zə oğlu) “çıxarışının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2-1(103)-1237/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı üçüncü şəxs X5 oğludur. Mübahisəli ünvan 1 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsi Oktyabr rayon XDS İcraiyyə Komitəsinin 19/1 nömrəli, xx.xx.1990-cı il tarixli qərarı əsasında X6 3 nəfər ailə tərkibi (özü, arvadı və oğlu) ilə birlikdə verilmişdir. Həmin ünvanda yaşayan Fəridə Muradovanın və İddiaçı xx.xx.1998-ci il tarixli razılıq ərizələri əsasında mübahisəli mənzil üçüncü şəxs X5 adına özəlləşdirilmiş və sonuncunun həmin mənzil üzərində mülkiyyət hüquqları daşın maz əmlakın dövlət reyestrində xx.xx.1998-ci il tarixdə qeydə alınmışdır. 16 noyabr 2002-ci il tarixdə X8 ona məxsus olan ünvan 2 ünvanında yerləşən, 4 otaqdan sahəsi 34,0 kv.m. olan iki otağını X1. Hal-hazırda ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 28,3 kv.m. olan mənzil X3, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 43,5 kv.m. olan mənzil X2 xüsusi mülkiyyətindədir. İddiaçı ilə üçüncü şəxs arasında mübahisəli daşınmaz əmlakla bağlı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmış, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən İddiaçı cavabdeh X6 qarşı “evə köçürülməsi və evə dair çıxarışın etibarsız hesab edilməsi” barədə iddiası rədd edilmiş, iddiaçı X3 cavabdeh İddiaçı qarşı azyaşlı oğlu X13 ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 4 9 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiası təmin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Ağayev (Muradov) Firidun Ağamirzə oğlunun adına aparılmış Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsi, 49 saylı evə dair qeydiyyatın və bununla bağlı reyestr çıxarışının ləğv edilməsinə dair vəzifənin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9872/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim Ş.A.Həsənova) iddia mümkün sayılmamışdır.

4. Məhkəmə qeyd etmişdir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İşin hallarından göründüyü kimi, iddiaçı inzibati orqanın təxminən 24 il əvvəl həyata keçirdiyi hərəkətləri mübahisələndirir.

5. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2-1(103)-1237/2023 nömrəli qərardadı ilə (hakimlər P.A.Hüseynov/sədrlik edən və məruzəçi/ C.A.Yusifov və Ş.A.Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı

12. İnzibati Prosessual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qoru nan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.

1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

14. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxd ur.

16. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

17. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. On a görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

18. Apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ lazımi qaydada araşdırılmışdır. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

19. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

20. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düz gün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

21. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük ş ərtləri müəyyən olunmuşdur.

22. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən şəxsin iddia qaldırmaq səlahiyyətinin və ümumi hüquqi müdafiə marağının mövcud olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

23. İddianın mümkünlüyü şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan reyestrdə qeydiyyatın aparılması üçün əsas qismində çıxış etmiş hüquqmüəyyəned ici sənədlərin hüquqi qüvvəsini saxladığı və etibarlı olduğu görünür. Bu səbəbdən etibarlı hüquqmüəyyənedici sənəd əsasında cavabdeh tərəfindən reyestrdə aparılmış qeydiyyatın iddiaçının hər hansı hüququnu pozması imkanının mövcud olmadığı nəzərə alınmalıdır. Başqa sözlə, yalnız qeydiyyat üçün əsas olmuş hüquqmüəyyənedici sənədin ləğv olunduğu hallarda, həmin qeydiyyatın iddiaçının hüququnu pozması ehtimalı mövcud ola və bu səbəbdən reyestrdə qeydiyyatın ləğvi tələb edilə bilər.

24. Bundan başqa, iddiaçı ilə üçüncü şəxs arasında mübahisəli daşınmaz əmlakla bağlı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıldığı, məhkəmə tərəfindən İddiaçı cavabdeh X7 qarşı “evə köçürülməsi və evə dair çıxarışın etibarsız hesab edilməsi” barədə iddiasının rədd edildiyi, iddiaçı X4 cavabdeh İddiaçı qar şı azyaşlı oğlu X13 ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 49 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiasının isə təmin edildiyi də nəzərə alınmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarları hazırkı mübahisəyə münasibətdə preyudisial əhəmiyyətə malikdir. Belə ki, həmin məhkəmə qərarlarında iddiaçının 3-cü şəxsə məxsus evdən istifadə hüququnu itirdiyi qət olunmuşdur.

25. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilmədiyi iş üzrə materiallarla təsdiq olunur.

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəmə sinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2023-cü il tarixli, 21(103)-1237/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar