Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1612/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin icraata cəlb edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş “üçüncü şəxs qismində cəlb edilmə barədə” ərizəyə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2-1(103)-244/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyriyaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 fevral 2019-cu il tarixli, 2- 1(81)844/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş və ünvan 1 ünvanında yerləşən təsdiq olunmuş layihəyə uyğun ümumi sahəsi 140,2 kv.m qeyri-yaşayış sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Həmin qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən, qərar qanuni qüvvəyə minmiş, icra olunmuş və nəticədə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınaraq bununla bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli elektron çıxarış hazırlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəmə sində birinci icraat
4. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yuxarıda qeyd edilən iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, qəbul edilən qərar qanunla qorunan maraqlarına toxunduğu halda, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti işdə iştirak etməyə cəlb olunmamışdır. Belə ki, Universitetin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən 2-ci tədris korpusunun yerləşdiyi ərazi və tikililər onun balansındadır və dövlət mülkiyyəti hesab olunur. Sözügedən çıxarış və texniki pasport məhz Universitetə aid olan ərazidə yerləşən qeyri-yaşayış sahəsinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 27 dekabr 2018-ci il tarixli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə Nəsimi rayonu, 719-cu məhəllədə, Azadlıq prospekti və D.Əliyeva küçələrinin kəsişməsində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusunun mövcud istifadə vəziyyətində ayrılması üçün torpaq sahəsinin ölçülərinə dair cizgi (qırmızı xətt) sənədinə birmərtəbəli tikilinin yerləşdiyi ərazi birmənalı olaraq Universitetə aiddir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Nizamnaməsinin 7.1-ci bəndinin 2-ci abzasına əsasən Universitet mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Azərbay can Dövlət Neft və Sənaye Universitetinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir. İPM-in 28.1ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə q ərardad qəbul edir. Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Göstərilənlərə əsaslanaraq, məhkəmədən 2-1(81)-844/2019 saylı iş üzrə inzibati məhkəmə icraatına Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü şəxs qismində cəlb olunması barədə qərardad çıxarılması xahiş olunur.
6. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(81)-844/2019 nömrəli qərardadı ilə (hakim Ş.Həsənova) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “üçüncü şəxs qismində cəlb olunması barədə” ərizəsi rədd edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin üçüncü şəxs qismində inzibati m əhkəmə icraatına cəlb edilməsi, onun ərizəsi (vəsatəti) əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi o halda mümkündür ki, həmin məhkəmə qərarının ərizəçinin hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozması müəyyən edilmiş olsun. Lakin ərizəçi tərəfindən qeyri-yaşayış binasının yerləşdiyi 0,01768 ha torpaq sahəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin istifadəsində olması barədə əsaslı sübut təqdim edilmədiyindən, bununla da mübahisələndirilən məhkəmə qərarının onun qanunla qorunan hüquq və maraqlarına toxunması müəyyən edilmədiyindən sonuncunun ərizəsinin (vəsatətinin) təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
8. Ərizəçi həmin qərar daddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və onu maraqlarına toxunan şəxs kimi işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 avqust 2021-ci il tarixli, 2-1(103)-2288/2021 nömrəli qərardadı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, H.Həmidov və E.Nağıyeva) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə göndərilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şə rh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli qərarına istinadən qeyd etmişdir ki, Plenumun sözügedən qərarı baxımından birinci instansiya məhkəməsi tərəfindən qanuni qüvvəsini almış məhkəmə qərarına münasibətdə ərizəçinin hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasının müəyyənləşdirilməsi istiqamətində hərtərəfli araşdırma aparılmamış, mütəxəssis (ekspert) rəyi alınmamış, dövlət mülkiyyətində olan mübahisəli torpaq sahəsinin balans saxlayıcısı müəyyən edilməmişdir. c. Birinci instansiyası məhkəməsində ikinci icraat
11. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(81)-844/2019 nömrəli qərardadı ilə (hakim R.Kərimli) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “üçüncü şəxsin cəlb edilməsi barədə” ərizəsi rədd edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, Azərbay can Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 29 iyun 2022-ci il tarixli 10/403 nömrəli ekspertiza rəyində daşınmaz əmlakın dövlət reyestrində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-844/2019 saylı iş üzrə 4 fevral 2019-cu il tarixli qərarı əsasında İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış qeyri-yaşayış obyektinin 1962-ci ildə səlahiyyətli qurum Bakı Şəhər XDS İK tərəfindən Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə) ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməməsi təsdiqini tapır. Nəzərə alınmalıdır ki, 29 iyun 2022-ci il tarixli ekspertiza rəyinin əsassızlığı ilə bağlı hər hansı xüsusat məhkəmə tərəfindən müəyyən edilməmişdir və bu rəydə əks olunanlar ərizəçi Azər baycan Dövlət Neft və Sənaye Universitetinin mübahisəli obyektə münasibətdə hər hansı hüququnun olub-olmamasına qiymət verilməsi üçün yetərlidir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2022-ci il tarixli, 2-1(103)-3465/2022 nömrəli qərardadı ilə (hakimlər: A.Hüseyn - sədrlik edən və məruzəçi, A.Hüseynov və S.Bəktaşi) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(81)-844/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış əlavə olaraq yenidən ekspertizanın təyin edilməsi barədə vəsatətə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin təqdim etdiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Elm və X1 layihə əsasında ekspertiza keçirilmiş, ekspertiza əsasında “Azdövlətlayihə” tərəfindən 25 avqust 1962-ci il tarixdə verilmiş layihə planına əsasən İddiaçı mülkiyyətində olan tikilinin altında yerləşən torpaq sahəsi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci tədris korpusunun yerləşdiyi torpaq sahəsinin üst-üstə düşmədiyi, eyni zamanda, İddiaçı istifadəsində olan torpaq sahəsinin “Azdövlətlayihə” tərəfindən verilmiş 25 avqust 1962-ci il tarixli layihə planında göstərilən Əzizbəyov adına Neft və Kimya İnstitutuna tikinti işlərinin aparılması üçün ayrılmış 0,35 ha torpaq sahəsinin sərhədlərindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Odur ki, apellyasiya baxışı zama nı təqdim edilmiş 1961-ci il tarixli Bakı Şəhər Soveti Tikinti və X4 tərəfindən tərtib edilmiş plan-sxem (təsdiq edilməmişdir) əsasında yenidən ekspertizanın keçirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
15. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. d. Kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2-1(102)-726/2023 nömrəli qərarı ilə (hakimlər: Z.Quliyev - sədrlik edən, R.Nəbizadə və S.Kərimov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2022-ci il tarixli, 2-1(103)-3465/2022 nömrəli qərardadı ləğv edilmiş, ərizəyə t əkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
17. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsi ərizəçinin mübahisə edilən hüquq münasibətində birbaşa iştirak edib-etməməyi məsələsini lazımi qaydada araşdırmayıb. Belə ki, mübahisələndirilən torpaq sahəsi dövlət torpağı olmaqla kimin balansında olması müəyyən edilməmiş, eləcə də həmin torpaq sahəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ayrılıbsa, ayrılması barədə inzibati aktın olub-olmaması araşdırılmamışdır. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi müvafiq icra hakimiyyəti orqanına sorğu verərək iddiaçının mülkiyyətində olan ərizəçinin iddia etdiyi 140,2 kv.m. qeyriyaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin kimin balansında olması m üəyyən edilməli, həmçinin mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ayrılması barədə inzibati aktın olub-olmaması araşdırılmalı, bundan sonra ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. e. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2-1(103)-3465/2022 nömrəli qərardadı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, C.Yusifov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(81)-844/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiy ası məhkəməsi qeyd etmişdir ki, “...ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 140,2 kv.m olan qeyri-yaşayış binası İddiaçı adına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-844/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və həmin qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan həmin tikilinin altında yerləşən torpaq sahəsi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci tədris korpusunun yerləşdiyi torpaq sahəsi üstüstə düşmür, eyni zamanda, İddiaçı istifadəsində olan torpaq sahəsi «Azdövlətlayihə» tərəfindən verilmiş 25 avqust 1962-ci il tarixli layihə planında göstərilən Əzizbəyov adına N eft və Kimya İnstitutuna tikinti işlərinin aparılması üçün ayrılmış 0,35 ha torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir. Bundan başqa, mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin balansında olması və bu barədə hər hansı bir inzibati aktın mövcud olması məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmadı. Həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. Öz növbəsində mübahisələndirilən torpaq sahəsi aralarında imzalanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2020-ci il tarixli 09 nömrəli müqaviləyə əsasən İcarəyə verən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İcarəçi İddiaçı icarəyə verilmişdir.”
20. Ə rizəçi həmin qərardan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
21. Ərizəçi kassasiya şikayətində qeyd etmişdir ki, hazırkı işdə apellyasiya instansiya məhkəməsi ərizəni rədd etmək üçün maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunun 15.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, Dövlət əmlakının özəlləşdiri lməsi haqqında Qanunun 1.0.2-ci, 7.1-ci, 15.1-ci, 16.2-ci və 23.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 15.1-ci maddəsinin və həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentininxx.xx.2000-ci il tarixli Fərmanının 2.2-ci bəndindən, həmçinin istinad edilən “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin” İİ Dövlət Proqramının 2.2.6-cı bəndinin tələbləri imperativ tələbləri nəzərə alınmaqla, dövlət mülkiyyətində olan ali təhsil müəssisəsi kimi iddiaçının əmlakının (və ya onun bir hissəsinin) özəlləşdirilməsi barədə qərarı yalnız Azərbayca n Respublikasının Prezidenti qəbul edə bilərdi. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan aşağıdakı əmlak növlərinin özəlləşdirilməsi qadağandır:... 6.2.16. dövlət təhsil müəssisələri (məktəbəqədər təhsil müəssisələri istisna olmaqla). Azərbaycan Respublikası Prezidentinin 2000-ci il10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin” İİ Dövlət Proqramının “Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər” adlanan 2.2-ci bəndinin 2.2.6cı yarımbəndi ilə Dövlət mülkiyyətində olan təhsil müəssisələri (dövlət icbari ümumi orta təhsil müəssisələri istisna olmaqla) Respublikası Prezide ntinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlərə aid edilmişdir.
22. Bundan əlavə kassator qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən təqdim olunmuş qovluqda Bakı şəhəri X2 İcraiyyə Komitəsi (indiki Bakı şəhəri İcra Hakimiyyəti) tərəfindən xx.xx.1961-ci il tarixli Sərəncamına əsasən Lenin küçəsi № 23, Pervomayskaya küçəsi № 229, 231 və Bakı şəhərinin Stalin rayonunda yerləşən 719 nömrəli məhəlləsində Əzizbəyov adına Neft və Kimya İnstitutu (indiki ADNSU) üçün ayrılmış 0.35 ha torpaq sahəsində tikiləcək tədris binasının və həyətyanı ərazisinin sərhədləri dəqiq olaraq çəkilən plan mövcuddur. Bu sənəd Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Tikinti və X4 tərəfindən 1961-ci ilin iyul ayında təsdiq olun ub. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən təqdim olunan plansxemdə ADNSU-ya aid torpaq sahəsi qırmızı xətlə aydın şəkildə göstərilmişdir. Bu sənədə istinad edərək təkrar ekspertizanın keçirilməsi vəsatəti ilə məhkəməyə müraciət edilsə də, məhkəmə vəsatəti təmin etməmiş və əsaslandırımış qərardad qəbul etməmişdir.
23. Qeyd edilənlərdən əlavə, hazırda şikayət verilən qərardadı qəbul etmiş məhkəmə, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsini qanunvericinin həmin normada nəzərdə tutduğu məqsəddən daha geniş şərh etməklə, üçüncü şəxsin inzibati məhkəmə icraatına cəlb olunmasını faktiki olaraq işə mahiyyəti üzrə baxılması prosesinə çevirmişdir. Halbuki, İPM-nin 28.1-ci maddəsi qərardad qəbul olunması ilə yekunlaşmalı olan məhkəmə prosesini ehtiva edir. Məlum olduğu kimi, MPM-də olduğu kimi, İPM-də də “qərardad” mübahisəni mahiyyəti üzrə həll etməli olmayan məhkəmə aktıdır. Belə olan halda, məhkəmə, mübahisəli torpaq sahəsinin kimə məxsus olması, özəlləşdirilməsinin qanuni, yaxud qanunsuz olmasını və s. bu kimi məsələləri yalnız Ərizəçini üçüncü şəxs kimi cəlb etdikdən sonra işə mahiyyəti üzrə baxılan zaman müəyyən edərək, müvafiq qərar qəbul edə bilərdi. Belə ki, İnzibati Prosessual Məcəllənin 28.5-cimaddəsinə əsasən, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Şikayətin yuxarıda sadalanan dəlillərindən də göründüyü kimi, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının Ərizəçinin maraqlarına toxunacağını güman etməyə kifayət qədər əsaslar və sübutlar (o cümlədən, məhkəmənin nəzərə almadığı 1961-ci il tarixli Bakı Şəhər Soveti Tikinti və X4 tərəfindən tərtib edilmiş plansxem) olduğu halda, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməmiş, bununla da Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təsbit edilmiş məhkəmə təminatı hüququ pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işd ə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qər arının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 26. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarın KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 25a bəndində qeyd olunan prosessual hüqu q normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
30. İlk öncə qeyd edilməlidir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)844/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən təsdiq olunmuş layihəyə uyğun ümumi sahəsi 140,2 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Qeyd olunan qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir.
31. Bundan sonra Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərizə ilə məhkəməyə müraciət edərək ş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir.
32. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(81)-844/2019 nömrəli qərardadı ilə ərizə rədd edilmiş, həmin qərardaddan ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 26 avqust 2021-ci il tarixli, 2-1(103)-2288/2021 nömrəli qərardad ilə Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(81)-844/2019 nömrəli qərardadı ilə ərizə yenidən rədd edilmiş, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2022-ci il tarixli, 2-1(103)-3465/2022 nömrəli qərard ad ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2-1(102)-726/2023 nömrəli qərarı ilə qismən təmin edilmiş, ərizəyə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
33. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını yenidən, dəyişdirilmədən saxlayarkən qeyd etmişdir ki, “...iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan həmin tikilinin altında yerləşən torpaq sahəsi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci tədris korpusunun yerləşdiyi torpaq sahəsi üst-üstə düşmür, eyni zamanda, İddiaçı istifadəsind ə olan torpaq sahəsi «Azdövlətlayihə» tərəfindən verilmiş 25 avqust 1962-ci il tarixli layihə planında göstərilən Əzizbəyov adına Neft və Kimya İnstitutuna tikinti işlərinin aparılması üçün ayrılmış 0,35 ha torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir.”
34. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı məhkəmə aktı ilə ərizəçinin hüquqlarına toxunması üzrə apellyasiya məhkəməsi lazımi qaydada araşdırma aparmamış, yalnız işdə olan ekspert rəyinə istinad edərək qərardad qəbul etmişdir.
35. Belə ki, xx.xx.2022-ci il tarixində təqdim olunmuş və 30 vərəqdən ibarət qovluqda Bakı şəhəri X2 İcraiyyə Komitəsi (indiki Bakı şəhəri İcra Hakimiyyəti) tərəfindən xx.xx.1961-ci il tarixli Sərəncamına əsasən Lenin küçəsi № 23, Pervomayskaya küçəsi № 229, 231 və Bakı şəhərinin Stalin rayonunda yerləşən 719 nömrəli məhəlləsində Əzizbəyov adına Neft və Kimya İnstitutu (indiki ADNSU) üçün ayrılmış 0.35 ha torpaq sahəsində tikiləcək tədris binasının və həyətyanı ərazisinin sərhədləri dəqiq olaraq çəkilən plan mövcuddur. Bu sənəd Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Tikinti və X4 tərəfindən 1961-ci ilin iyul ayında təsdiq olunub. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən təqdim olunan plansxemdə ADNSU-ya aid torpaq sahəsi qırmızı xətlə aydın şəkildə göstərilmişdir.
36. Eyni zamanda iş materiallarında ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin istifadəsində olan torpaq sahəsinin hüdudlarını müəyyən edən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İda rəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə Nəsimi rayonu, 719-cu məhəllədə, Azadlıq pr. və D.Əliyeva küçələrinin kəsişməsində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusunun mövcud istifadə vəziyyətində ayrılması üçün torpaq sahəsinin ölçülərinə dair cizgi” sənədi mövcuddur (1-ci cild səh. 55, 2-ci cild səh. 57, 3-cü cild səh. 21).
37. Göstərilən cizgi sənədinə uyğun Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq İdarəsi tərəfindən razılaşdırma planı işə əlavə edilmişdir(3-cü cild səh. 26).
38. Qeyd edilən sənədlərin mötəbərsizliyi və ya ləğvi barədə iş materiallarında məlumat yoxdur.
39. Həmin sənədlərdən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpus una məxsus torpaq sahəsinin hüdudlarını məhkəmə tərəfindən yerində baxış keçirmək ilə də müəyyən etmək mümkündür.
40. Belə ki, qeyd edilən cizgidə ərizəçinin istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən A nöqtəsindən B nöqtəsinə 43.80 metr məsafənin olması müəyyən edilir. Bundan əlavə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin torpaq sahəsinin yerquruluşu cizgisindən müəyyən olunur ki, onun hüdudlarından kənarda yerləşən 18 mərtəbəli yaşayış binasınadək, yəni C nöqtəsindən 18 mərtəbəli yaşayış binasınadək olan məsafənin 2.60 metr olması görünür. İş materiallarında olan mübahisələndirilən qeyri-yaşayış binasının situasiya planından, eləcə də ortofoto görüntülərdən müəyyən olunur ki, iddiaçıya məxsus qeyri-yaşayış binası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusu ilə 18 mərtəbəli yaşayış binasının arasında inşa edilmişdir.
41. Göstərilən sənədlərə istinad edərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təkrar ekspertizanın keçirilməsi vəsatəti ilə məhkəməyə müraciət etsə də, məhkəmə bu vəsatəti təmin etməmiş və buna müvafiq əsaslandırılmış qərardad qəbul etməmiş, işə əlavə olunan həmin sübutlar üzərində tədqiqatını lazımi qaydada aparmamışdır.
42. Konstitusiya Məhkəməsinin hazırkı qərarın 26-cı bəndində istinad edilən Qərarında sübutların qiymətləndirilməsi ilə bağlı hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur: “Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı fakt ların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir s übut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.”
43. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının inşa etdiyi qeyri-yaşayış binası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusu ilə yüksək mərtəbəli yaşayış binasının arasında inşa edilmişdir.
44. Belə ki, iddiaçının inşa etdiyi qeyri-yaşayış binası ərizəçinin istifadəsində olan torpaq sahəsinin sərhədlərini keçdiyi halda, hazırkı mübahisə birbaşa onun maraqlarına toxunacağı barədə nəticəyə gəlmək olar.
45. Bu səbəbdən iddiaçıya məxsus qeyri-yaşayış binasının Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ərazisində və ərazisindən kənarda yerləşdiyini müəyyən etmək üçün apellyasiya məhkəməsi tərəfindən işə əlavə olunan (2-ci cild səh. 57) cizgiyə uyğun 18 mərtəbəli yaşayış binası ilə mübahisələndirilən qeyri-ya şayış binasına, eləcə də mübahisələndirilən qeyri-yaşayış binası ilə ərizəçiyə ayrılmış torpaq sahəsinin sərhədlərinə qədər olan məsafələr yerində baxış keçirilib müəyyən edilməklə dəqiq ölçülər əldə edilməli, zərurət yaranarsa təkrar ekspertiza keçirilməli, bundan sonra hazırkı mübahisənin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin maraqlarına toxunubtoxunmaması nəticəsinə gəlinməlidir.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizəyə təkrar baxılması üçün iş apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.
47. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq, obyektiv və əsaslı nəticəyə gəlməsi üçün yuxarıda qeyd edilən sənədlərə qiymət verib yerli baxış keçirərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə məxsus cizgi planında göstərilən sərhəd nöqtələrini müəyyən edib iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşməsini müəyyən etməli sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizənin əsaslığına qiymət verməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli 21(103)-244/2024 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.