Məhkəmə qərarları › İş №2-1(102)-1612/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1612/2025

28.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1612/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və qeyriləri cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın qeyri-mümkünlüyü, tərəflərə münasibətdə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu; məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edilməsinin yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı5 cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 2-1(105)-266/2025 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2012-cü il tarixli, 2(85)1033/2012 nömrəli qərarına əsasən, Quliyeva İlhamə Tofiq qızının uzun müddət istifadəsində olan torpaq sahəsində Abşeron Rayon İcra Hakimiyyəti başçısının 16 yanvar 2012-ci il tarixli, 054 nömrəli sərəncamına əsasən fərdi yaşayış evi tikintisinə icazə verilmiş və Abşeron rayon, Xırdalan şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 250 kv.m. torpaq sahəsinin Quliyeva İlhamə Tofiq qızına satılması öhdəliyi Abşeron rayon Xırdalan bələdiyyəsinin üzərinə qoyulmuşdur.

2. Abşeron rayon Xırdalan bələdiyyəsinin 02 avqust 2012-ci il tarixli, 45 nömrəli sərəncamından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2012-cil tarixli, 2(85)1033/2012 nömrəli qətnaməsinin icra olunması məqsədilə bələdiyyənin 01 avqust 2012-ci il tarixli iclasının 08 nömrəli qərarına əsasən Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən, üzərində fərdi yaşayış evi tikiləcək 156 kv.m. torpaq sahəsinin Quliyeva İlhamə Tofiq qızına satılmasına dair protokoldan çıxarış verilmişdir. Həmin protokol qərarı ilə Quliyeva İlhamə Tofiq qızına 156 kv.m. torpaq sahəsinin satılması qərara alınmışdır.

3. Daha sonra Sumqayıt İnzibati-İqtis adi Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2-1(085)-1553/2019 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2012-cü il tarixli, 2(85)-1033/2012 nömrəli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş, Quliyeva İlhamə Tofiq qızının cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının uzun müddət istifadəsində olan və Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən 250 kv.m. torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinə dair inzibati iş üzrə X18, X2, İddiaçı1, X10, X8, X30, İddiaçı2, X3, X13, X11, X22, X23, X31, X37, X32, X14, X15, İddiaçı4, X38, X19, X24, X25, X43, X9, X44, X12 və X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına c əlb edilmişlər.

4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)1553/2019 nömrəli qərarı ilə iddiaçı Quliyeva İlhamə Tofiq qızının cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən 250 kv.m. torpaq sahəsinin iddiaçıya satılmasına” dair iddia tələbi rədd edilmişdir.

5. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı5 Abşeron rayon Xırdalan bələdiyyəsinə müraciət edərək, Abşeron rayon Xırdalan bələdiyyəsinin Quliyeva İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişlər.

6. Cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsi iddiaçıların müraciətindən imtina etmiş və bildirmişdir ki, Abşeron rayon Xırdalan bələdiyyəsi t ərəfindən verilmiş xx.xx.2012ci il tarixli, 45 nömrəli sərəncam ləğv edilməmiş, Sumqayıt İnzibati İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(85)1033/2012 nömrəli qərarı ilə Abşeron rayonunun Xırdalan bələdiyyəsi tərəfindən xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamla Quliyeva İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsi satılarkən mövcud qanunvericiliyə riayət olunduğunu, aidiyyəti qurumlardan rəylər alındığını və alqı-satqı prosesinin tam qanunauyğun həyata keçirildiyini qeyd etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Xırdalan bələdiyyəsinin Quliyeva İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 a vqust 2012-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddia tələbi işin hallarına uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən yaşadıqları binanın qarşısında yerləşən parkda cavabdeh qeyri-qanuni tikinti işləri aparır. Həmin park binada yaşayan qocaların və uşaqların istirahəti üçün nəzərdə tutulmuşdur. Lakin cavabdeh xəbərdarlıqlara əhəmiyyət vermədən orada tikinti işləri aparır. Mənzillərdən istifadə etməyə maneçiliklər yaradılır. İlhamə Quliyeva Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin hazırda ləğv edilmiş 29 iyun 2012-ci il tarixli qərarı əsasında mülkiyyət hüququnu qeydə aldırdığı 0,0156 ha torpaq sahəsini X4, sonuncu çıxarış (reyestr nömrəsi: **********60) əsasında 0,0156 ha sahəsi olan torpaq sa həsini X5, X21 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********60 nömrəsi ilə qeydə alınmış, sonuncu isə həmin torpaq sahəsini X1.

9. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin imtina məktubunda qeyd olunanlat təşkil edir.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İ.R.Quliyev) 11 yanvar 2024-cü il tarixli 2-1(118)-395/2024 nömrəli qərardadı ilə X33, X39 (adi cəlbetmə) və Quliyeva İlhamə Tofiq qızı zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.

11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) 16 may 2024-cü il tarixli 2-1(118)-395/2024 nömrəli qərardadı ilə X27 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) 18 o ktyabr 2024-cü il tarixli, 2-1(118)-395/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Xırdalan bələdiyyəsinin Quliyeva İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarı ləğv edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 21(085)-1553/2019 nömrəli qərarı preyudisial əhəmiyyət daşıyır. Mübahisələndirilən inzibati akt məhkəmə qərarı əsasında qəbul edildiyi üçün qəbul edildiyi dövrdə qanuni hesab edilir. Lakin həmin məhkəmə qərarı ləğv edildiyi və məhkəmə qərarları ilə hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi üçün əsasların qanuni olmadığı müəyyən edildiyinə görə hazırkı iş üzrə iddiaçı ların müraciəti zamanı cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.2.3-ci maddəsini əsas götürərək, Abşeron rayon Xırdalan bələdiyyəsinin Quliyeva İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarını ləğv etməli idi.

14. Üçüncü şəxslər X27, X33 və X39 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: T.B.Axundov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və V.M.Hacıyev) 20 fevral 2025-ci il tarixli, 2-1(105)-266/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətləri qismən t əmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2-1(118)-395/2024 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan məhkəmənin hüquqi mövqeyi düzgün olsa da, onun əsaslandığı hallar iddiaya mahiyyəti üzrə baxılaraq onun rədd edilməsinə deyil, iddianın mümkün sayılmamasına əsas verir. Hazırkı iş üzrə məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2-1(085)-1553/2019 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2012-cü il tarixli, 2(85)-1033/2012 nömrəli qərarı ləğv edildiyindən (hansı ki mübaisələndirilən bələdiyyə qərarı həmin qərar əsasında qəbul edilmişdir), həmçinin daha sonra Sumqayıt İnzibati-İqtisadi Məh kəməsinin xx.xx.2019-cu il tarixli, 21(085)-1553/2019 nömrəli qərarı əsasında iddia təmin edilmədiyindən, Abşeron rayon Xırdalan bələdiyyəsinin Quliyeva İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarı da öz əhəmiyyətini itirir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 29 iyun 2012-cü il tarixli, 2(85)-1033/2012 nömrəli qərarı ləğv edilərkən, həmçinin Abşeron rayon Xırdalan bələdiyyəsinin 02 avqust 2012-ci il tarixli qərarı ləğv edilməklə inzibati aktın icrasının dönüşü haqqında qərardad qəbul edilməli idi. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayətləri isə qismən təmin edilməlidir.

17. Həmçinin, iddiaçılara izah olunmuşdur ki, inzibati aktın icrasının dönüşü haqqında ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilərlər.

18. İddiaçı2 kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

19. İddiaçı2 kassasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, həmçinin qeyd etmişdir ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2012-ci il tarixli qərarı əsasında Quliyeva İlhamə Tofiq qızının həmin torpaq sahəsini özəlləşdirərək hüquqi nəticə yaratmaq üçün müxtəlif şəxslərin adına görünüş xarakterli alqı-satqı edərək dəyişdirilmişdir. Qanunvericiliyə əsasən, bələdiyyələr yalnız başqa fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmiş boş torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edə bilərlər. Hazırkı halda isə, mübahisəsi gedən torpaq sahəsinin üçüncü şəxsin istifadəsinə verilən sahə olduğu müəyyən edilir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Madd ə 236-1. İcrada dönüş 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəx slərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. 236-1.5. İşə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirs ə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. 236-1.6. Bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qə bul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

71. İnzibati aktın icrasının dönüşü haqqında məhkəmə qərardadı 71.1. İnzibati aktın icra olunduğu hallarda məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. 71.2. Məhkəmə baxışının davam etdirilməsinə artıq ehtiyac qalmadığı və inzibati orqanın icranın nəticələrinin aradan qaldırılması üsulları ilə bağlı diskresion səlahiyyətlərə mali k olmadığı hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır. 71.3. İnzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda, məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər. Maddə

78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmç inin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul ed ir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən e tibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 24. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materia llarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırı lsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYAS İ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini ya lnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi Abşeron rayonu Xırdalan bələdiyyəsinin Quliyeva İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir.

32. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

33. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

34. İddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olubolmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması və cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır.

35. Mübahisəyə dair hazırkı işə baxan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 21(085)-1553/2019 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2012-cü il tarixli, 2(85)-1033/2012 nömrəli qərarı ləğv edildiyindən (mübahisələndirilən bələdiyyə qərarı həmin qərar əsasında qəbul edilmişdir), həmçinin daha sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1553/2019 nömrəli qərarı əsasında iddia təmin edilmədiyindən, Abşeron rayon Xırdalan bələdiyyəsinin Quliyeva İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarı da öz əhəmiyyətini itirir. Ona görə də birinci instansiya məhkəməsi tərəfin dən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2012-cü il tarixli, 2(85)-1033/2012 nömrəli qərarı ləğv edilərkən, həmçinin Abşeron rayon Xırdalan bələdiyyəsinin 02 avqust 2012-ci il tarixli qərarı ləğv edilməklə inzibati aktın icrasının dönüşü haqqında qərardad qəbul edilməli idi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçılara izah olunmuşdur ki, inzibati aktın icrasının dönüşü haqqında ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilərlər.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

37. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

38. İşin hallarından müəyyən olunur ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1553/2019 nömrəli qərarı qanuni qüvvəyə minmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, həmin qərarın qanuni qüvvəyə mindiyi nəzərə alınmalı və iş üzrə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu MPM-in 233.3-cü və İPM-in 78-ci maddələrinin mahiyyəti və tənzimləmənin məqsədi baxımından iddianın mümkünlüyünü istisna edən hal kimi qiymətlə ndirilməlidir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

41. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegi yası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 2-1(105)-266/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar