Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1613/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Göyçay Rayon Potu Bələdiyyəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: bələdiyyə qərarının ləğvi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, üçüncü şəxs Kərimov Fikrət Şaməddin oğlunun vəkili X9 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra iddiaçı) cavabdeh Göyçay Rayon Potu Bələdiyyəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər Kərimo v Fikrət Şaməddin oğlu, X22, bundan sonra üçüncü şəxslər) “cavabdeh orqanın 16.05.2014-cü il tarixli qərarının 0,05 ha torpaq sahəsinin üçüncü şəxs Kərimov Fikrət Şaməddin oğluna və 0,05 ha torpaq sahəsinin üçüncü şəxs X5 hissələrində ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-83/2019 saylı, 5 fevral 2019-cu il tarixli qərarından üçüncü şəxslərin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Göyçay rayonu, Kürd kəndi Əli Kərim adına kolxozun 10 iyun 1996-cı il tarixli müvəkkillər yığıncağının qərarı ilə Göyçay rayonu Potu (Kürd ) kəndi ərazisindən X15 və X12 ümumilikdə 0,12 hektar həyətyanı torpaq sahəsi a yrılmış, həmin dövrdə iddiaçı və onun ailə üzvlərinin istifadəsində 0,53 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin 0,06 ha və 0,06 ha hissələri övladları X19 və X7 tərəfindən ayrılmışdır. Qalan 0,40 ha torpaq sahəsi isə cavabdeh tərəfindən alqı-satqı müqavilələrinə əsasən onun ailə üzvlərinə satılmışdır. X24 Filialının 19.12.2017-ci il tarixli 656 və 657 nömrəli arxiv arayışlarında qeyd olunmuşdur ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısının Potu Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Kürd kəndinə aid 2006-2010-cu illərin təsərrüfatbaşına kitabının 1289-cu təsərrüfatında iddiaçıların ailə üzvləri olan X10 və X13 hər birinin istifadəsində 0,06 və 0,06 ha olmaqla cəmi 0,12 ha torpaq sahəsi olmuşdur. İddiaçılar həmin vaxtdan qeyd edilən torpaq sahəsində yaşayış evi inşa e tmiş, torpaq sahəsini hasarlamışlar. Göyçay Rayon Məhkəməsinin 1 noyabr 2012-ci il tarixli 2(046)-863/2012 nömrəli qətnaməsinə əsasən iddiaçı Göyçay rayon Potu bələdiyyəsinin iddia tələbi təmin edilərək, İddiaçı1 tərəfindən zəbt edilmiş Göyçay rayonu Potu Bələdiyyəsinin mülkiyyətində olan, Kürd kəndində yerləşən 0,53 ha torpaq sahəsi üzərində inşa edilmiş özbaşına tikililərin (istixana və ev) sökülməsi, həmin torpaq sahəsindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 çıxarılması, həmin torpaq sahəsi üzərində Göyçay rayonu Potu Bələdiyyəsinin mülkiyyət hüququnun bərpa edilməsi, cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin torpaq sahəsinə yenidən daxil olmasına qadağa qoyulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli qətnaməsinə əsasən Göyçay Rayon Məhkəməsinin 1 no yabr 2012-ci il tarixli 2(046)-863/2012 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göyçay Rayon Potu Bələdiyyəsinin 16 may 2014-cü il tarixli qərarı ilə 0,05 ha torpaq sahəsi üçüncü şəxs Kərimov Fikrət Şaməddin oğluna və 0,05 ha torpaq sahəsi üçüncü şəxs X3. Eyni zamanda, həmin torpaq sahəsindən 09.01.2015-ci il tarixli, 04790778, 04790779, 04790780 və 04790781 nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə həmin ərazidən 0,12 ha torpaq sahəsi İddiaçı3, 0,11 ha torpaq sahəsi X15, 0,12 ha torpaq sahəsi X12 və 0,05 ha torpaq sahəsi İddiaçı2 Göyçay Rayon Potu Bələdiyyəsi tərəfindən satılmışdır. Həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət qeydiyyatı aparılmışdır. Göyçay Rayon Potu Bələdiyyəsinin 16 may 2014-cü il tarixli qərarını əldə etdikdən sonra iddiaçılar Göyçay rayon Potu Bələdiyyəsinə müraciət edərək mübahisəli olan 0,05 ha torpaq sahəsinin Kərimov Fikrət Şaməddin oğluna və 0,05 ha torpaq sahəsinin X4 dair qərarın ləğv edilməsini xahiş etmişlər. Lakin iddiaçıların tələbləri təmin edilməmişdir. İddiaçılar 3 iyul 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh orqanın 16.05.2014-cü il tarixli qərarının 0,05 ha torpaq sahəsinin üçüncü şəxs Kərimov Fikrət Şaməddin oğluna və 0,05 ha torpaq sahəsinin üçüncü şəxs X5 hissələrində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia əsaslandırılarkən Torpaq Məcəlləsinin 56.4-cü, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət v ə icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın 3.1-ci bəndinə istinad edilərək qeyd olunmuşdur ki, iddiaçıların istifadəsində olan torpaq sahəsi hərraca çıxarılarkən həmin torpaq sahəsinin əvvəlki istifadəçisi kimi ilkin olaraq onlara təklif edilməli, həmin torpaq sahəsini almaqdan imtina etdikləri halda (imtina müvafiq ərizə ilə rəsmiləşdirilməlidir), başqa şəxsə satılmalı idi. Lakin uzun illər iddiaçıların istifadələrində olan 0.10 ha torpaq sahəsi hərraca çıxarılarkən üstünlük hüququ onlarda olduğu üçün ilkin olaraq onlara təklif edilməmiş, əsassız və qanunsuz olaraq torpaq sahəsi üçüncü şəxslərə satılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X23, 2-1(84)-1244/2018 saylı iş) 7 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edil ərək cavabdeh orqanın 16 may 2014-cü il tarixli qərarının 0,05 ha torpaq sahəsinin üçüncü şəxs Kərimov Fikrət Şaməddin oğluna və 0,05 ha torpaq sahəsinin üçüncü şəxs X5 hissələrində ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdeh orqan mübahisə predmetinə aid torpaq sahələrinin satılması barədə qərar qəbul etməmişdən əvvəl hər iki torpaq sahəsinə öz adına plan-ölçü sənədləri əldə etmişdir. İş materiallarında olan A seriyalı, 483383 nömrəli və A seriyalı, 483384 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən, həmin sənədlərdə göstərilmiş və hər birinin sahəsi 500 m2 olan torpaq sahələrinin əsas döngə nöqtələrinin koordinatları Göyçay Rayon Torpaq Şöbəsi tərəfindən əlyazma üsulu ilə əlavə rəqəmlər qeyd e dilməklə dəyişdirilmişdir. Sənədin mətnində torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları göstərildiyi halda, sonradan belə bir məlumatların sənədə daxil edilməsi və onun məzmununun bu üsulla dəyişdirilməsi yolverilməz sayılır. Həmin sənədlər əsasında torpaq sahələrinin bələdiyyə mülkiyyəti kimi qeydə alınması və üçüncü şəxslərə satılması barədə qərar qəbul edilməsi bu prosedurun qüsurla həyata həyata keçirildiyini göstərir. Qüsurla həyata keçirilmiş fəaliyyətin nəticələri qanuni sayılmır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 7 noyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X16-məruzəçi, X20 və X21,2-1(107)-83/2019 saylı iş) 5 fevral 2019-cu il tarixli qərarla üçüncü şəxslərin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Üçüncü şəxs Kərimov Fikrət Şaməddin oğlu 16 fevral 2019-cu il tarixdə, üçüncü şəxs X22 18 fevral 2019-cu il tarixdə qərarın surətini almış, üçüncü şəxslər 14 mart 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. kassasiya şikayətinin dəlilləri: 16 may 2014-cü il tarixli qərarın ləğv edilməsi ilə iddiaçılar heç nə əldə etmirlər. Çünki 16 may 2014-cü il tarixli qərardan 10 gün əvvəl, yəni 6 may 2014-cü il tarixdə artıq 0,05 ha torpaq sahəsinin Kərimov Fikrət Şaməddin oğluna və 0,05 ha torpaq sahəsi X5 barədə keçirilən müsabiqənin qaliblərinə şəhadətnamə verilmiş və həmin torpaq sahəsinin o nlara satılmasına qanuni əsaslar yaranmışdır. Cavabdehin 16 may 2014-cü il tarixli qərarından 10 gün əvvəl həmin qərarın qəbul edilməsinə əsas olan və mübahisəli bələdiyyə qərarından 10 gün əvvəl tərtib edilmiş (müsabiqənin qaliblərinə verilmiş) şəhadətnamələr qüvvədədir, heç bir məhkəmə qərarı ilə ləğv edilməmişdir. Həmin şəhadətnamənin qanunilik prezumpsiyasının qüvvədə olmasına baxmayaraq birinci instansiyası məhkəməsi tərəfindən şəhadətnamə əsasında qəbul edilmiş bələdiyyə qərarını qanunsuz olaraq ləğv etmişdir. Bundan başqa, iddia ərizəsini mümkün saymamalı olduğu halda, birinci instansiya məhkəməsi əsassız olaraq iddianı mümkün sayaraq icraata qəbul edib mübahisəyə mahiyyəti üzrə baxmışdır. Mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtlərindən biri də qanunvericiliklə nəzə rdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Hazırkı iş üzrə iddiaçılar 2014-cü il tarixdən hazırda mübahisələndirdikləri cavabdeh orqanın 16 may 2014-cü il tarixli qərarının 0,05 ha torpaq sahəsinin Kərimov Fikrət Şaməddin oğluna və 0,05 ha torpaq sahəsi X5 hissəsindən məlumatlı olmalarına baxmayaraq həmin sənədi qanunla müəyyən edilmiş müddət ərində mübahisələndirməmiş, aradan qanunla müəyyən edilmiş müddətdən artıq müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da həmin sənədi mübahisələndirmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşlər. tərəflərin izahatları: İddiaçılar məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərinə görə çıxışlarda iştirak etməmişlər. Üçüncü şəxs Kərim ov Fikrət Şaməddin oğlunun vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Üçüncü şəxs F.Kərimovun kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçılar həyətyanı torpaq sahəsinin üçüncü şəxslərə satılması barədə cavabdeh inzibati orqanın 2014-cü ilin mayında qəbul etdiyi qərarı mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İşin hallarına görə Göyçay rayonu, Kürd kəndi Əli Kərim adına kolxozun 10 iyun 1996-cı il tarixli müvəkkillər yığıncağının qərarı ilə Göyçay rayonu Potu (Kürd) kəndi ərazisindən X 15 və X12 ümumilikdə 0,12 hektar həyətyanı torpaq sahəsi ayrılmış, həmin dövrdə iddiaçı və onun ailə üzvlərinin istifadəsində 0,53 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin 0,06 ha və 0,06 ha hissələri övladları X19 və X7 tərəfindən ayrılmışdır. X24 Filialının 19.12.2017-ci il tarixli, 656 və 657 nömrəli arxiv arayışlarından görünür ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısının Potu Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Kürd kəndinə aid 2006-2010-cu illərin təsərrüfatbaşına kitabının 1289cu təsərrüfatında iddiaçıların ailə üzvləri olan X10 və X13 hər birinin istifadəsində 0,06 və 0,06 ha olmaqla cəmi 0,12 ha torpaq sahəsi olmuşdur. Göyçay Rayon Məhkəməsinin 1 noyabr 2012-ci il tarixli 2(046)-863/2012 nömrəli qətnaməsinə əsasən iddiaçı Göyçay rayon Potu bələdiyyəsinin idd ia tələbi təmin edilərək, İddiaçı1 tərəfindən zəbt edilmiş Göyçay rayonu Potu bələdiyyəsinin mülkiyyətində olan, Kürd kəndində yerləşən 0,53 ha torpaq sahəsi üzərində inşa edilmiş özbaşına tikililərin (istixana və ev) sökülməsi, həmin torpaq sahəsindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 çıxarılması, həmin torpaq sahəsi üzərində Göyçay rayonu Potu bələdiyyəsinin mülkiyyət hüququnun bərpa edilməsi, cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin torpaq sahəsinə yenidən daxil olmasına qadağa qoyulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qətnaməsinə əsasən Göyçay Rayon Məhkəməsinin 01 noyabr 2012-ci il tarixli 2(046)-863/2012 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göyçay Rayon Potu Bələdiyyəsinin 16 may 2014-cü il tarixli, 08 nömrəli qərarı ilə 0,05 h a torpaq sahəsi Kərimov Fikrət Şaməddin oğluna və 0,05 ha torpaq sahəsi X3. Üçüncü şəxslərin torpaq sahələrinə mülkiyyət hüququ 2014-cü ilin avqust və sentyabr ayında daşınmaz əmlakın dövlət reyestrində onların adına qeydə alınmışdır. Eyni zamanda, 09.01.2015-ci il tarixli, AN-İ seriyalı, 04790778, 04790779, 04790780 və 04790781 nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə həmin ərazidən 0,12 ha torpaq sahəsi İddiaçı3, 0,11 ha torpaq sahəsi X15, 0,12 ha torpaq sahəsi X12, və 0,05 ha torpaq sahəsi İddiaçı2 Göyçay Rayon Potu Bələdiyyəsi tərəfindən satılmışdır. Bu torpaq sahələri üzərində adları qeyd edilən şəxslərin mülkiyyət hüquqları 2015-ci ilin avqust ayında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yuxarıda qeyd edilən sənədlərə görə iddiaçıların və onların ailə üzvl ərinin qanuni istifadəsində 0,06+0,06+0,12+0,11+0,12+0,05=0,52 ha torpaq sahəsi vardır. Məhkəmə qətnaməsinə görə iddiaçılar 0,53 ha torpaq sahəsi zəbt etmişlər və onlar həmin torpaq sahəsindən çıxarılmalıdırlar. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra cavabdeh hazırda iddiaçılar tərəfindən mübahisə olunan qərarları qəbul etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar və onların ailə üzvlərinin istifadəsinə olan 0,06 ha və 0,06 ha olmaqla cəmi 0,12 ha torpaq sahəsi zəbt olunan (məhkəmə qətnaməsində qeyd edilən) 0,52 ha torpaq sahəsinin tərkib hissəsidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Göyçay rayonu, Kürd kəndi Əli Kərim adına kolxozun 10 iyun 1996-cı il tarixli müvəkkillər yığıncağının qərarı ilə Göyçay rayonu Potu (Kürd) kəndi ərazisindən X15 və X12 ümumilikdə 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin dövrdə iddiaçı və onun ailə üzvlərinin istifadəsində 0,52 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin 0,06 ha və 0,06 ha hissələri övladları X19 və X7 tərəfindən ayrılmışdır. Qalan 0,40 ha torpaq sahəsi isə Göyçay Rayon Potu Bələdiyyəsi tərəfindən alqı-satqı müqavilələrinə əsasən onun ailə üzvlərinə satılmışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən işin faktiki halına görə üçüncü şəxslərə satılmış torpaq sahələri 1996-cı il tarixdən hazırkı vaxta kimi iddiaçılar və onların ailə üzvlərinin istifadəsində olmaqla iddiaçılar tərəfindən çəkilmiş hasarın daxilindədir. İddiaçılar mübahisə olunan torpaq sahəsinin 1996-cı il tarixdən istifadə edirlər, həmin ünvanda yaşayış evi i nşa etmiş və təsərrüfatlarını qurmuşlar. Qeyd edilən ümumilikdə 0,53 hektar torpaq sahəsinin Potu Bələdiyyəsinə qaytarılması və orada inşa edilmiş tikililərin sökülməsi barədə Göyçay Rayon Məhkəməsinin 01 noyabr 2012-ci il tarixli 2(046)-863/2012 nömrəli qətnaməsi qüvvədə olsa da, iddiaçılara məxsus yaşayış evi və həmin evin yerləşdiyi həmçinin mübahisə predmeti olan torpaq sahəsi də iddiaçıların istifadəsindədir, həmin torpaq sahəsini əkib-becərirlər. “Torpaq bazarı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, bələdiyyələr, satışa çıxarılan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhalini mütəmadi məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatlar dərc edirlər. Qanunvericiliyin tələbinə görə satışa çıxarılan torpaq sahələri sərbəst olmalıdır. Qanunun bu tələbinin əsas məqsədlərindən biri də ondan ibarətdir ki, gələcəkdə həmin torpaq sahələri üzərində mübahisəli vəziyyət yaranmasın. Torpaq sahəsini əldə etmiş şəxs maneəsiz olaraq ondan istifadə edə bilsin. Göyçay Rayon Potu Bələdiyyəsi mübahisələndirilən qərarları qəbul edərkən qeyd edilən qanunvericiliyin tələblərini pozmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı h allarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, Göyçay rayonu Potu Bələdiyyəsi “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən satışa sərbəst torpaq sahələrini çıxarmalı, digər istifadəçilərin (qanuni və ya qanunsuz) zəbtində olan torpaq sahələrini satışa çıxarılması ilə bağlı qeyd edilən Qanunun normalarına riayət etməli idi. Cavabdeh torpaq sahələrinin üçüncü şəxslərə satılması barədə 16 may 2014-cü il tarixli qərarları qəbul edərkən qanunvericiliyin bəhs edilən normalarına əməl etməmişdir. Cavabdehlə iddiaçılar və onların ailə üzvləri arasında bağlanmış 9 yanvar 2015-ci il tarixli torpaq sahələrinin alqı-satqısına dair müqavilələr bir daha təsdiq edir ki, iddiaçıların qeyri-qanuni zəb t etdikləri torpaq sahələri bələdiyyə tərəfindən onlara təklif edilmiş, sonra qarşılıqlı razılıq əsasında həmin torpaq sahələri iddiaçıların ailə üzvlərinə satılmış, onların həmin torpaq sahələri üzərində hüquqları dövlət qeydiyyatına alınmışdır. Üçüncü şəxslər İddiaçı1 14.04.2014-cü il tarixli etibarnamə əsasında nümayəndəsi X2 rayon Torpaq Hərrac və Müsabiqə komissiyasına ərizə təqdim etməklə müsabiqədə iştirak etməkdən mübahisəli torpağı satın almaqdan könüllü imtina etməsi ilə bağlı qeyd edilməlidir ki, İddiaçı1 14.04.2014-cü il tarixli etibarnamə əsasında nümayəndəsi X1 yazdığı ərizəsindən görünür ki, o, 0,41 ha torpaq sahəsindən imtina etməmiş, həmin torpaq sahəsinin hər hansı şəxsə, o cümlədən üçüncü şəxslərə satılması barədə razılıq verməmişdir. Nümayəndə ərizəsində bildirmişdir ki, məqsədimiz tikililər olan 0,41 ha bələdiyyə torpağının ailə üzvlərimizə satılmasıdır. Ərazidə mövcud olan 0,41 ha torpaq sahəsinin qanuna uyğun olaraq mənə və ailə üzvlərimə satılmasına kömək göstərilməsini xahiş edirəm. Lakin cavabdeh tərəfindən bu ərizə də nəzərə alınmamışdır. Torpaq sahəsinin satılmasına razılıq verilməsinə dair şikayətin dəlili əsaslı olmamışdır. 0,05 ha torpaq sahəsinin üçüncü şəxs F.Kərimova satılmasına dair cavabdehin 16 may 2014-cü il tarixli qərarı qanuna uyğun olmadığından apellyasiya şikayəti əsaslı olaraq təmin edilməmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, ape llyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətini digər üçüncü şəxs X22 da imzalamış, lakin vəkil orderində hüquqi yardım göstərilən şəxs kimi onun adı qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsində qeyd edilir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 407.3-cü maddəsində qeyd edilir ki, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şi kayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... MPM-in 407.4-cü maddəsinə görə şikayətə vəkilin orderi...əlavə olunur. MPM-in 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi... əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılır. İnzibati Prosessual Məcəllənin 96.3-cü maddəsinə görə kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır... Üçüncü şəxs E.E.Qədirov kassasiya şikayətini imzalasa da, vəkil orderində hüququ yardım göstərilən şəxs kimi onun adı göstərilmədiyindən, bununla bağlı şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının din lənilmə hüququnun təmin olunması məqsədilə kassasiya şikayətinin mümkünlük məsələsinə baxılması 11 iyun 2019-cu il tarixətəyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə, o cümlədən kassasiya şikayətini tərtib etmiş üçüncü şəxs E.E.Qədirova məhkəmə bildirişi göndərilmiş, bildirişdə vəkil orderində adının olmadığı qeyd edilərək göstərilən nöqsanın 11 iyun 2019-cu il tarixədək aradan qaldırılması təklif edilmiş, əks halda kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur. Lakin E.E.Qədirov tərəfindən həmin nöqsan aradan qaldırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs F.Ş.Kərimovun vəkili E.E.Qədirovun onunla müqavilə imzalamadığını bildirmişdir. Odur ki, kassasiya şikayəti üçüncü şəxs E.R.Qədirova münasibətdə mümkün sayılmamalıdır. nət icəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Üçüncü şəxs Kərimov Fikrət Şaməddin oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-83/2019 saylı, 5 fevral 2019-cu il tarixli qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılsın. Üçüncü şəxs X17 Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(107)-83/2019 saylı, 5 fevral 2019-cu il tarixli qərarından verdiyi kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1613/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1613/2019
11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver