Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1613/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “xxx ” kiçik müəssisəsinin Azərbaycan Respublikası X5 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( iddianın mümkünlüyü, inzibati orqana müraciət edilməyib ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı “xxx ” kiçik müəssisəsinin təsisçisi Nümayəndə2, üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Ban kın nümayəndələri Nümayəndə1, X1 və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı “xxx ” kiçik müəssisəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının qanunsuz sayılması, həmin qeydiyyatın və verilmiş mülkiyyət çıxarışının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-94/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı və üçüncü şəxs xxx tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1.Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 1997 -ci il tarixli 818 saylı Sərəncamı ilə Sumqayıt şəhərinin Sülh küçəsində avtomobillərə maye qaz doldurma məntəqəsinin tikintisi üçün 3000 kvadrat metr torpaq sahəsi «xxx » kiçik müəssisəsinin istifadəsinə ayrılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 2.İddiaçı “xxx ” kiçik müəssisəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 1997-ci il tarixli 818 saylı sərəncamı ilə Sumqayıt şəhərinin Sülh küçəsində avtomobillərə maye qaz doldurma məntəqəsinin tikintisi üçün “xxx ” kiçik müəssisəsinin istifadəsinə ayrılmış torpaq sahəsi üzər ində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhər bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının qanunsuz sayılması və həmin qeydiyyatın və verilmiş mülkiyyət çıxarışının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 3.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 1997-ci il tarixli 818 saylı Sərəncamı ilə Sumqayıt şəhərinin Sülh küçəsində avtomobillərə maye qaz doldurma məntəqəsinin tikintisi üçün 3000 kvadrat metr torpaq sahəsi «xxx » kiçik müəssisəsinin istifadəsinə ayrılmışdır. Ayrılmış torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən yerində ölçülərək kiçik müəssisəyə təhvil verilmiş, e yni zamanda həmin idarə tərəfindən torpağın İnşaat pasportu da hazırlanaraq təqdim edilmişdir. Ayrılmış torpaq sahəsində inşa edilmiş -tikinti təmir sexləri Azərbaycan Respublikası keçmiş Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Sumqayıt şəhər X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən «xxx » kiçik müəssisəsinin tam mülkiyyəti kimi dövlət qeydiyyatından keçmiş və bununla bağlı kiçik müəssisənin adına qeydiyyat şəhadətnaməsi və Texniki Pasport verilmişdir. Həmin vaxtdan tikili və ayrılmış torpaq sahəsi «xxx » kiçik müəssisəsinin istifadəsindədir. Lakin bir müddət əvvəl sözügedən torpaq sahəsində başqa şəxslər tərəfindən onlara məxsus dörd avtomobil təmiri sexini və bir ədəd yeməkxana qanunsuz olaraq sökülərək onların yerin də tikinti işlərinin aparılmasına başlanılmışdır. Araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, «xxx » kiçik müəssisəsinin istifadəsinə verilmiş torpaq sahəsində Azərbaycan Respublikası Mərkəzi Bankının ehtiyatlarının saxlanılması üçün bina tikilir və bununla bağlı torpaq sahəsinin Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən sənədləşməsi işləri aparılır. Yaranmış anlaşılmazlığın həlli üçün tərəflərindən Sumqayıt şəhər bələdiyyəsinə müraciət olunduqda məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestirində dövlət qeydiyyatından keçirilmiş və bələdiyyə həmin torpağın hərrac (müsabiqə) yolu ilə satılması məqsədilə sənədləşməsini başa çatdırmaq üzrədir. Torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi dövlət qeydiyyatına alınarkən qüv vədə olan qanun normalarının tələbləri pozulmuş, «xxx » kiçik müəssisəsinin torpaq sahəsi əsassız olaraq bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınmışdır. Onlar həm Sumqayıt şəhər Bələdiyyəsinin, həm də onun mübahisəli torpaq üzərində hüququnun əsassız qeydiyyatını aparmış Azərbaycan Respublikası X5 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin bu hərəkətini qanunsuz hesab etdiklərindən, məhkəməyə müraciət etməyə və yol verilmiş pozuntuların aradan qaldırılaraq «xxx » kiçik müəssisəsinin hüquqlarının bərpasını tələb etməyə məcbur olmuşlar. 4.Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə xxx, xx xxxx 2019-cu il tarixli qərardadı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, xx xxxxxxxx 2019-cu il tari xli qərardadı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. 5.Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası X5 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə ümumiyyətlə müraciət etməmişdir. Halbuki iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumu ödəməli, onun ərizəsinin icrasından əsa ssız imtina edildiyi halda aidiyyəti üzrə iddia qaldırmalı idi. Odur ki, iddia mümkün sayılmamalıdır. 6.Üçüncü şəxs xxx də iddiaya etiraz edərək bildirmişdir ki,iddiaçı “xxx ” kiçik müəssisəsinin iddia tələbi inzibati deyil, mülki məhkəmə icraatının predmeti olduğu üçün həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz və iddia mümkünsüz sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxx 2014-cü il tarixli Qərarında birbaşa göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası X5 Komitəsinin yanında Daşınmaz Əmlakın Döv lət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı torpaq sahəsi üzərində xxx nin adına aparılmış dövlət qeydiyyatının və həmin qeydiyyatla bağlı verilmiş Reyestr Çıxarışının ləğvini tələb etmişdir. İddia tələbininin predmeti mülki xarakterli olduğundan bu tələblərə Sumqayıt İnzibati-iqtisadi Məhkəməsində baxıla bilməz və iddia mümkünsüz sayılmalıdır. 7.Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(85)960/2019 nömrəl i qərarı ilə (hakim: İ.R.Quliyev) iddia rədd edilmişdir. 8.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən qeyd olunan torpaq sahəsi üzərində xxx nin mülkiyyət hüququ qeydiyyata alınarkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, qərarın təsviri hissəsində də qeyd edildiyi kimi müvafiq orqanlar tərəfindən (X5 Komitəsinin 5 saylı ərazi şöbəsi, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi) sözügedən torpaq sahəsinin bələdiyyənin adına rəsmiləşdirilməsinə etiraz edilməmiş və bələdiyyə tərəfindən qanunvericilikdə bunun üçün müəyyən edilmiş prosedur qaydalara uyğun olaraq torpaq sahəsinin hərrac və müsabiqəyə çıxarılması üçün cavabdeh orqana müraciət edilmişdir. İddiaçı həmin torpaq sahəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamı əs asında onun istifadəsinə verilməsini bildirsə də, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsini həyata keçirən orqan olan Azərbaycan Respublikasının X5 Komitəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsinə baxmayaraq, məhkəməyə həmin torpaq sahəsinin dövlət torpağı olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bunun əksinə həmin orqanın 5 saylı yerli şöbəsinin rəyi ilə torpaq sahəsinin bələdiyyənin mülkiyyəti kimi qeydiyyata alınmasına etiraz edilməmişdir. 9.İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat 10.Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-94/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (səd rlik edən: H.Ç.Babayeva, hakimlər: F.G.Zeynallı və F.Ə.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(85)-960/2019 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.
11. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarından iddiaçının hazırki iddia üzrə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmur. Eləcə də həm iddiaçının, həm də cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçının məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmədiyini təsdiqləmişdir.
12. Apelyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçıya xx.xx.2020-ci tarixdə təqdim olunmuşdur.
13. İddiaçı həmin qərardaddan xx xxxx 2020-ci il tarixdə kassasiya şikayəti vermişdir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
14. Üçüncü şəxs xxx həmin qərardaddan 2020-ci il 01 iyul tarixdə kassasiya şikayəti vermişdir. Üçüncü şəxs kassasiya şikayətində həmin qərardadın ləğv edilməsini və iddiaçının iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmaması səbəbindən mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçının kassasiya şikayəti:
15. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuzdur. Belə ki, "xxx " kiçik mü əssisəsinin xxx nə, həmçinin AR ƏMDK yanında DƏDRX-nin baş idarəsinə etdiyi müraciətlər nəticəsində torpaq sahəsinin hərracdan satılması dayandırılmışdır. "xxx " kiçik müəssisəsinə verilmiş yazılı cavablardan da görünür ki, Bələdiyyənin mülkiyyəti kimi qeydiyyata alınmış torpaq sahəsinin 1 hissəsi, "xxx " kiçik müəssisəsinin torpaq sahəsi ilə üst-üstə düşür.
16. Həmçinin iş materiallarından görünür ki, AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaya qarşı etirazında iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Etirazda qeyd edir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, "xxx " kiçik müəssisəsi iddia ərizəsində sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqay ıt Ərazi İdarəsinə ümumiyyətlə müraciət etməmişdir. Halbuki iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərazisinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydada riayət edilməmiş, iddiaçı ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmədən birbaşa məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılma mışdır. Bu səbəbdən də iddiaçının ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.
17. Etirazdan da göründüyü kimi, bu məsələ cavabdeh təşkilatda araşdırılmışdır. Lakin, iş materiallarında X3 Komitəsinin hərracın dayandırılmasına dair məktubları mövcuddur. Həmin məktublardan da görünür ki, torpaq sahəsinin bir hissəsinin iddiaçıya aid olduğunu cavabdeh təşkilatın baş idarəsi də inkar etmir. Belə olan halda məhkəmənin indiki mərhələdə qərardad çıxardıb, yenidən hər şeyi əvvəlki vəziyyətindən başlamağı tələb etməsi AR İPM-nin 13-cü maddəsinin pozulması deməkdir. Üçüncü şəxsin kassasiya şikayəti:
18. Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlə t reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxx 2014-cü il tarixli Qərarında birbaşa göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası X5 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı torpaq sahəsi üzərində xxx nin adına aparılmış dövlət q eydiyyatının və həmin qeydiyyatla bağlı verilmiş Reyestr Çıxarışının ləğvini tələb etmişdir.
19. İddia tələbinin predmeti mülki xarakterli olduğundan bu tələblərə inzibati məhkəmə icraatı qaydasında baxıla bilinmədiyi əsası ilə iddia mümkün sayılmamalı idi. Məhkəmə isə tamamilə yanlış olaraq iddia tələblərinin inzibati tələb olması barədə səhv nəticəyə gəlmişdir. Halbuki, "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndində birbaşa qeyd olunmuşdur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik),yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə(yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
21. İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər.
22. Üçüncü şəxs Azərbaycan Resp ublikası Mərkəzi Bankın nümayəndələri və vəkili kassasiya şikayətlərinə etiraz edərək onların təmin edilməməsini xahiş etdilər.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və digər üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdeh və digər üçüncü şəxslərə təqdim edilmiş məhkəmə bildirişində onlar iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3cü maddəsi) TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiy ası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSAS İYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, kassasiya şikayətləri mümkün hesab edilmişdir.
26. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s yoxdur.
28. Məhkəmə kollegiyası hər iki kassasiya şikayətində əks edilmiş mövqeyi əsassız hesab edərək, hər bir şikayətə ayrılıqda qiymət verməyi məqsədə müvafiq hesab edir.
29. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi əsassız olaraq iddianı mümkün saymamışdır.
30. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbindən də göründüyü kimi, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. 31«İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir.
32. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, istinad olunan qərarda qeyd edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur.
33. Lakin işin hallarından iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməzdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmur.
34. Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətində isə qeyd edilir ki, hazırki mübahisədə iddia tələbinin predmeti mülki xarakterli olduğundan işə inzibati qaydada baxıla bilməz. 3
5. Məhkəmə kollegiyası üçüncü şəxsin də mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 1997-ci il tarixli 818 saylı sərəncamı ilə Sumqayıt şəhərinin Sülh küçəsində avtomobillərə maye qaz doldurma məntəqəsinin tikintisi üçün “xxx - 1” kiçik müəssisəsinin istifadəsinə ayrılmış torpaq sahəsi üzərində cavabdeh tərəfindən Sumqayıt şəhər bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmasının qanunsuz sayılması və həmin qeydiyyatın və verilmiş mülkiyyət çıxarışının ləğv edilməsini xahiş etmişdir. 36. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər, edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun un xx xxxxxx 2020-ci il tarixli qərarının 9-cu bəndində qeyd olunub ki, reyestrdəki qeydiyyat hər hansı mülkihüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa bu halda inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.”
37. Hazırki halda da iddiaçı, Sumqayıt şəhər bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını mübahisələndirir ki, bu qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdır. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə öhdəliyin icrası haqqında iddia növündə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati p rosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsininin gəldiyi nəticə qanuni və əsaslıdır.
39. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından həmin qərardadın ləğv edilməsi, iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.
40. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətləri təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Sumqay ıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-94/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.