Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1613/2021 05.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı X1 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin rəddi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçı X1, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi tabeliyində Dövlət Sosial Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.06.2021-ci il tarixli, 2-1(103)-1601/2021 nömrəli qərardadından cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğin ödənilməsi” tələbini irə li sürərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.06.2016-cı il tarixli, 2-1(82)1827/2016 saylı qərarı ilə iddia təmin edilərək, X2 1978-2003-cü illər üzrə iş stajı nəzərə alınmaqla 27.06.2008-ci il tarixdən (55 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanma zamanı yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur
3. DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsi sözügedən 06.06.2016-cı il tarixli məhkəmə qərarından apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 21(103)-2179/2016 saylı 28.09.2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1827/2016 saylı 06.06.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-282/2017 saylı 18.01.2017ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə 28.09.2016-cı il tarixli qərarı ləğv edilmiş və iş təkrar həmin məhkəməyə göndərilmişdir
5. İş materialları Bakı Apellyasiya Məhkəməsinə qaytarıldıqdan sonra 12.07.2017-ci il tarixdə DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinin apellyasiya şikayətinə baxılmış və məhkəmənin həmin tarixli 2-1(103)-866/2017 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı ünvan 22016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1994/2017 saylı 05. 12.2017-ci il tarixli qərarı ilə DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinin kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin 2-1(103)-866/2017 saylı 12.07.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 03.11.2020-ci ildə Bakı İnzibati Məhkəməsinə “yeni açılmış hallarla bağlı” ərizə ünvanlayaraq 2 saylı ünvan 22016-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.
8. Ərizəni belə əsaslandırmışdır ki, məhkəmə qərarlarından göründüyü kimi X3 peşəsi üzrə işlədiyi müddət nəzərə alınmaqla ona güzəştli şərtlərlə pensiyanın təyinatı barədə q ərar qəbul edilmişdir. Lakin əvvəlki iki məhkəmə instansiyalarında vətəndaşın iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin edilməmiş və ya tələb edilməmiş, sonradan məhkəmələrin gedişində vətəndaşın iş yerindən müvafiq arayış alınsa da zərərli və ağır işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, pensiyanın hansı təşkilatın əmək haqqına əsasən hesablanması barədə heç bir məlumat qeyd edilməmiş, qərarlarda xüsusi vurğulanan onun ağır və zərərli şəraitdə işlədiyi barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdə n istifadə edilmiş, ümumi mülahizələr əsasında qərarlar qəbul edilmiş, məhkəmə predmeti vətəndaşa təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və iri məbləğdə yaranmış fərqin (vəsaitin) birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(82)-1827/2016 saylı qərardadı ilə (hakim Rüstəm Kərimli) ərizə təmin edilməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, cavabdehin istinad etdiyi dəlillər ilkin məhkəmə icraatında onun iradəsindən asılı olmayaraq təqdim edilməmiş və sonradan aşkar olunmuş yeni sübut və hal deyil. Eyni zamanda, iddiaçıya məhkəmə qərarı ilə təyin olunmuş əmək pensiyasının ödənişinin 2020-ci ilin yanvar ayından dayandırılsa da (bu halı cavabdeh təkzib etməmişdir), ərizə 2020-ci ilin noyabr ayında (iş materialları na əsasən) məhkəməyə təqdim edildiyindən, ərizə İPM-in 103.1-ci maddəsinin tələbləri pozulmaqla verilmiş kimi qiymətləndirilməlidir.
11. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.06.2021-ci il tarixli, 21(103)-1601/2021 nömrəli qərardadı ilə (sədrlik edən – Həmid Həmidov, hakimlər – Elmira Nağıyeva və Vidadi Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1827/2016 nömrəli 12.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
13. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh 07.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 21.06.2021-ci il tarixli, 2-1(103)-1601/2021 nömrəli qərardadının ləğv edilməsini, iş üzrə iddia ərizəsinin icraata qəbul edilməsi və təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin əsasını ərizədə qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, X1 2010-cu ildə 57 yaşında pensiya təyinatı üçün müraciəti və ona həmin dövrdə qanunvericiliyə müvafiq pensiya təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində qeyd edilən hüquq və normalara uyğun həyata keçirilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşın pensiyası 2004-2005-ci illərin əmək haqqında əsasən hesablana bilməz. X2 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qanunvericiliyə müvafiq olaraq Fondun Suraxanı rayon şöbəsi tərəfindən 17.08.2010-cu il tarixindən, 57 yaşından düzgün müəyyən edilmiş və təyin olunmuşdur. Göründüyü kimi, 01.01.2020-ci il tarixinə vətəndaşın pensiyasının aylıq məbləğinin 588,24 manata qarşı 1703,88 manatla (3 dəfə artıq) təyin olunmasına nail olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə bu halları nəzərə almadan əsassız qərardad qəbul etmiş, İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinin tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 və onun vəkili Vəkil1 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
21. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 2
2. Həmin Məcəllənin 100-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
23. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.
24. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hal larla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.
25. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.
26. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır.
27. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir.
28. Həmin Məcəllənin 106.3-cü madd əsinə əsasən icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallar üzrə ərizə təqdim edərək iş üzrə icraatın təzələnməsini xahiş etsə də, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə əsas olan hər hansı halın mövcudluğunu əsaslandıra bilməmişdir.
33. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin təqdim etdiyi xüsusatlar – məhkəmə qərarının DSMF-nin digər yerli qurumu tərəfindən icra olunması, pen siya məbləği hesablanarkən əmək haqqının hansı məbləğdə nəzərə alınması, ilkin icraat zamanı müvafiq məhkəmə tərəfindən mübahisəyə baxılarkən yuxarı instansiya məhkəməsinin mövqeyi üzrə kifayət qədər araşdırma aparılmaması və s. ilkin məhkəmə icraatında cavabdehin iradəsindən asılı olmayaraq təqdim edilməmiş və sonradan aşkar olunmuş yeni sübut və hal deyildir. Qeyd edilən halların heç biri “yeni açılmış hal” kimi qəbul edilə və onlardan hər hansı birinə istinad edərək icraat təzələnə bilməz.
34. Bundan başqa, cavabdeh tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə müddət ötürülməklə verilmişdir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məhkəmə qərarı ilə təyin olunmuş əmək pensiyasının ödənişinin 2020-ci ilin yanvar ay ından dayandırılması (bu halı cavabdeh təkzib etməmişdir) özlüyündə “yeni açılmış hal” kimi təqdim edilən xüsusatların cavabdehə həmin vaxtdan məlum olmasını ehtiva edir. Belə olan təqdirdə, cavabdeh tərəfindən “yeni açılmış hallarla bağlı” ərizə 2020-ci ilin noyabr ayında (iş materiallarına əsasən) məhkəməyə təqdim edildiyindən, ərizə İPM-in 103.1-ci maddəsinin tələbləri pozulmaqla verilmişdir.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassatorun dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə hazırkı qərarın 2228-ci bəndlərində göstərilən tələblərə uyğun qiymət vermiş, haqlı olaraq ərizənin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır.
36. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.06.2021-ci il tarixli, 2-1(103)-1601/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.06.2021-ci il tarixli, 21(103)-1601/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.