Məhkəmə qərarları › İş №2-1(102)-1613/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1613/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1613/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dö vlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci bəndinə əsasən müraciət etdiyi tarixdən əvvəlki üç il üçün əmək pensiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1763/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 06.06. 1961-ci il təvəllüdlüdür. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, o, xx.xx.1979-cu ildə Sumqayıt Tibb Məktəbinin uşaq müalicəprofilaktika müəssisələri üçün tibb bacısı şöbəsinin şagirdlər sırasına daxil edil miş, xx.xx.1981-ci ildə ona tamamlanmış tibb təhsili ilə uşaq müalicə-profilaktika müəssisələri üçün tibb bacısı ixtisası verilmişdir. xx.xx.1981-xx.xx.1982-ci illərdə Azərbaycan SSR İsmayıllı rayonu "Xanlar” adına Çaxır sovxozu, Talış qəsəbəsinin uşaq bağçasına tibb bacısı vəzifəsinə qəbul edilmiş, Azərbaycan SSR İsmayıllı rayonu Mərkəzi feldşer xəstəxanası, xx.xx.1982-xx.xx.1983-cü illərdə İsmayıllı rayon Komitəsinin Qalıxanc həkim ambulatoriyasının tibb bacısı vəzifəsində, xx.xx.1985-xx.xx.1986-cı illərdə masaj üzrə tibb bacısı, xx.xx.1986-xx.xx.1989-cu illərdə prosedur kabinetinin tibb bacısı, xx.xx.1989xx.xx.2004-cü illər ərzində sahə tibb bacısı vəzifəsində işləmişdir və xx.xx.2004-cü ildən hal-hazıradək K.Y.Fərəcova adına X1 yoluxucu xəstəliklər şöbəsində tibb bacısı vəzifəsində işl əyir.

2. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranmasına istinad edərək ona pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməmişdir.

3. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciətinə dair cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 27 iyul 2021-ci il tarixli imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad olunaraq bildirilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin ("Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada onun tərəfindən şəxsiyyət vəsiqəsinin surəti, ümumi iş stajını təsdiq edən sənədlərin əsillərinin (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.), şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əslinin, pensiya təyin edilməsi ilə bağlı ərizəyə əlavə edilməklə təqdim edildikdən sonra baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ona güzəştli şər tlərlə əmək pensiyasının təyin edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci bəndinə əsasən müraciət etdiyi tarixdən əvvəlki üç il üçün əmək pensiyasının ödənilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazıradək K.Y.Fərəcova adına X1 “Yoluxucu xəstəliklər" şöbəsində tibb bacısı kimi çalışır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci bəndinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 19-cu bəndinin (19. Tibb və sosial təminat müəssisələri) a) yarımbəndinə əsasən (a) vərəm və infeksion müəs sisələrində, bölmələrində, kabinetlərində: orta tibb heyəti; kiçik tibb heyəti) tibb müəssisələrinin infeksion bölmələrində çalışan orta tibbi heyətin - tibb bacılarının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır. Bununla əlaqədar olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 30 aprel 2021-cı il tarixində DOST mərkəzinə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin tələbinə uyğun qaydada bütün lazımi sənədləri A zərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim etmişdir. “Əmək pensiyaları haqqında Qanun”da nəzərdə tutulmuş bütün sənədlərin təqdim edilməsinə baxmayaraq, cavabdeh 27 iyul 2021-ci il tarixli cavab məktubunda güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının cavab məktubuna əlavə olunmuş arayışa (əlavə olunur) uyğun qaydada tərtib edilməklə sənədlərin yenidən təqdim olunmasını istəmişdir. Tələb olunan arayış heç bir normativ-hüquqi aktda nəzərdə tutulmamışdır.

6. Cavabdehin iddiaya dair yazılı etirazı iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə müvafiq sənədlərin əsillərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirilmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçının müraciətinə verilən cavab imtina kimi qəbul edilə bilməz.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X2 16 sentyabr 2021-ci il tarixli “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışında qeyd edilmişdir ki, iddiaçı həqiqətən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X1 xx.xx.2004-cü il tarixdən hal-hazıradək yoluxucu xəstəliklər şöbəsində tibb bacısı şöbəsində işləyir. İşlədiyi vəzifə üzrə iş stajı 16 il, 10 ay, 20 gün təşkil edir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.YFərəcova adına X2 4 fevral 2022-ci il tarixli, 161 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı həqiqətən 27 oktyabr 2004 tarixindən hazırkı dövrə qədər K.YFərəcova adına ETPİ-nun yoluxucu xəstəliklər şöbəsində tibb bacısı vəzifəsində çalışır və X6 üzrə X5 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş Təbib HPŞ tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasının 7.1.15-ci bəndində əsasən Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə yoluxucu xəstəliklər və bağırsaq qurdları ilə yoluxmuş xəstələrlə stasionar şöbələrdə tibb heyəti vəzifələrində çal ışdığı üçün ona hər ay vəzifə maaşının 15%-i miqdarında əlavə haqq ödənilir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X2 27 may 2022-ci il tarixli "Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” Arayışında qeyd edilmişdir ki, iddiaçı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X1 xx.xx.2004-cü il tarixdən hal-hazıradək güzəştli şərtlərlə pensiya hüququ verən Mədə bağırsaq İnfeksion şöbəsinin tibbi bacısı vəzifəsində işləyir (61K saylı, xx.xx.2004-cü il tarixli əmr). İşlədiyi vəzifə üzrə iş stajı 17 il, 06 ay, 23 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri bilavasitə infeksion xəstələrə xidmət göstərilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu bəndinin a) yarımbəndinə (orta tibb heyəti) uyğundur.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2267/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddiа tələbi təmin edilmiş, iddiaçıya pensiya hüququ yarandığı vaxtdan, yəni 27 oktyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci bəndinə əsasən müraciət etdiyi tarixdən əvvəlki üç il üçün əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 01 iyul 2017-ci ilə qədər təhsil illəri də daxil olmaqla 20 ildən artıq (35 il 05 ay 16 gün) ümumi sığorta və 10 ildən artıq (12 il 08 ay 9 gün) güzəştli iş stajı möv cuddur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən onun 52 yaşının tamam olması, o cümlədən hüququ yarandığı tarixdən, yəni 27 oktyabr 2014-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi stajının olması məhkəmə tərəfindən müəyyən edildiyindən, cavabdehin imtinası əsaslı olmamışdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1763/2022 nömrəli, 27 may 2022-ci il tarix li qərarı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və A.P.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.

14. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. İddiaçıya ünvanlanmış məktubun məzmunundan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılaraq imtina verilməmiş, əksinə ona güzəştli şərtlərlə pensiya təyinatı aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlər təqdim edildikdə n sonra müraciətinə baxılmasının mümkünlüyü bildirilmişdir.

17. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası İPM-nin 33.1 və 35.1ci maddələrinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.1, 2.2 və 2.3-cü bəndlərinə istinad etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (iste hsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiya: 9.1. axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərl i və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1. əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pens iyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 20. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlər lə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” XİX “Səhiyyə və sosial təminat idarələri” a) yarımbəndi: vərəm və infeksion idarələrində, bölmələrində kabinetlərində orta tibb heyəti.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibə tlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə z əruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Bununla belə qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 52 yaşı və zəruri iş stajı xx.xx.2017-ci il tarixədək tamamlandığından, hazırki mübahisə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən tənzimlənməlidir.

29. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, xx.xx.2017-ci il tarixə qədər iddiaçının təhsil dövrü (xx.xx.1981 - xx.xx.1979 = 1 il 10 ay 05 gün) də daxil olmaqla, 36 il 04 ay 20 gün ümumi iş s tajı olmuşdur.

30. İddiaçının xx.xx.2004-cü ildən hazırki tarixədək işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə “Səhiyyə və sosial təminat idarələri” adlı 19-cu bölmənin a) yarımbəndində qeyd olunan vərəm və infeksion idarələrində, bölmələrində kabinetlərində orta tibb heyəti vəzifəsinə uyğun gəldiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmaqla, xx.xx.2014-cü il tarixdə 10 il güzəştli iş stajını toplandığı müəyyən edilmişdir.

31. Beləliklə, iddiaçının 52 yaşı 1 iyun 2013-cü il tarixdə tamam olsa da, güzəştli iş stajını xx.xx.2014-cü il tarixdə topladığından onun güzəştli şərtlərlə pensiya hüququ xx.xx.2014-cü il tarixdə yaranmışdır.

32. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən kassasiya şikayətində iddiaçının müraciətinə baxılaraq imtina verilmədiyi, əksinə güzəştli şərtlərlə pensiya təyinatı aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlər təqdim edildikdən sonra onun müraciətinə baxıla biləcəyi bildirilmişdir.

33. Məhkəmə kollegiyasının mövqeyinə görə cavabdeh əgər hesab edirdisə ki, müvafiq sənədlər təqdim edildiyi təqdirdə iddiaçıya pensiya təyin edilə bilər, məhkəməyə müraciət edərək iddiaçıya pensiya təyin edilməsi ilə bağlı mövqeyini məhkəməyə bildirə, mübahisəni məhkəmədən kənar həll edə bilərdi. Belə ki, iddiaçıya pensiya təyin edilməsi üçün lazım olan bütün sənədlər iş materiallarında mövcud olmuşdur.

34. Lakin cavabdeh apellyasiya instansiya sı məhkəməsinin qərarından şikayət verməklə iddiaçıya pensiya təyin edilməməsinə dair mövqeyində israrlı olduğunu göstərmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2014-cü il tarixə tələb olunan ümumi iş stajını topladığından, yuxarıda qeyd edilən siyahı üzrə 10 ildən artıq güzəştli sığorta stajına malik olduğundan, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbinin təmin edilməli olması qənaətinə gəlmişdir.

36. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair cavabdeh orqana xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Belə olan halda, iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri baxımından müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün qanunla müəyyən edilmiş qaydada ödənilməli olması barədə mövqeyində də, apelyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.

37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1763/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar