Məhkəmə qərarları › İş №2-1(102)-1613/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1613/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1613/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni plan-ölçü sənədinin verilməsi, iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: Hacısoy Həsən Əbdülhəsən oğlu və digərləri) “koordinatların faktiki yerlə şmə vəziyyətinə uyğunlaşdırılmaqla yeni plan və ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1451/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qərarından üçüncü şəxs H.Ə.Hacısoy tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sahəsi 500 kv.m olan torpaq sahəsi xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı X7 adına özgəninkiləşdirilmiş, bununla bağlı ona çıxarış və plan-ölçü verilmişdir.

2. İddiaçı X12 cavabdehə müraciət edərək yanlış koordinatların dəqiqləşdirilməsini və buna dair rəsmi sənədin təqdim olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçının torpaq sahəsinə dair dəqiqləşd irilmiş koordinatları verməkdən imtina etmişdir.

3. İddiaçı X12 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın bağışlaması müqaviləsi bağlanılmış, nəticə etibarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi 3 saylı taksimotor parkının yanında yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı adına özgəninkiləşdirilmiş və onun adına çıxarış verilmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək yanlış koordinatların dəqiqləşdirilməsini və buna dair rəsmi sənədin təqdim olunmasını xahiş etsə də, cavabdeh bölgü sxeminin mövcud olmaması əsası ilə müraciətin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı X12 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan və ünvan 1 ünvanında yeləşən 0,05 ha-dan ibarət torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətində dəqiq müəyyən edilməsi və torpaq sahəsinin yeni plan-ölçü sənədinin ona təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 500 kv/m-dən ibarət torpaq sahəsinə dair onun mülkiyyət hüququnu təsdiq edən xx.xx.2015-cü il tarixli seriya RX ******* saylı, reyestr nömrəsi **********00, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən Çıxarış və həmin torpaq sahəsinin plan və ölçü sənədi vardır. İddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən mülkiyyətçilərinin adına qeydiyyat aparılan zaman texniki xətalara yol verilmiş və koordinatları qarışdırmış, ünvanlar düzgün müəyyən edilm əmişdir. Belə ki, ona məxsus olan torpaq sahəsinin koordinatları da qarışdırılmış və nəticədə plan-ölçü sənədindəki yanlış koordinatlara əsasən ona məxsus olan 500 kv/m torpaq sahəsi çiyin qonşu İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının altına düşmüşdür. Bu səbəbdən iddiaçı Əliyev Xudan və İddiaçı cavabdehə yanlış koordinatların dəqiqləşdirilməsini və buna dair rəsmi sənədin verilməsi barədə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, **********20 saylı məktub ilə İddiaçı dəqiqləşdirilmiş koordinatlar təqdim edilsə də, xx.xx.2019-cu il tarixli, **********11 saylı cavab məktub ilə iddiaçı Əliyev Xudanın torpaq sahəsinə dair dəqiqləşdirilmiş koordinatların verilməsindən imtina edilmişdir.

7. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim e dilməmişdir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə X8 və Hacısoy Həsən Əbdülhüseyn oğlu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

10. Ekspert rəyinə əsasən X7 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə verilmiş plan ölçülər göstərilən koordinatların əks etdirdiyi sahə İddiaçı məxsus qeyriyaşayış binasının üzərinə düşür. Ekspertin naturaya görə verdiyi sxemə əsasən isə həmin hissə idman meydançası kimi istifadə olunur. X1 mülkiyyətində olan 0,0375 ha torpaq sahəsinə verilmiş plan ölçüdə göstərilən koordinatların əks etdirdiyi sahənin az hissəsi İddiaçı məxsus qeyri-yaşayış binasının üstünə, çox hissəsi isə idman meydançası olan hissəyə düşür. Ekspertin naturaya görə verdiyi sxemə əsasən isə X1 özünə məxsus qeyriyaşayış binasının tikintialtı sahəsidir. X3 mülkiyyətində olan 0,0370 ha torpaq sahəsinə verilmiş plan ölçüdə göstərilən koordinatların əks etdirdiyi sahənin yarı hissəsi idman meydançası ilə, yarı hissəsi isə X2 məxsus qeyri-yaşayış binası ilə üst-üstə düşür. Ekspertin naturaya görə verdiyi sxemə əsasən isə boş torpaq sahəsi olmaqla üst-üstə düşmə yoxdur. X7 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə verilmiş plan ölçüdəki döngə nöqtələrinin koordinatları ekspertin naturaya görə müəyyən etdiyi koordinatlarla üstüstə düşmür. Belə ki, plan ölçüd ə göstərilmiş döngə nöqtələrinin koordinatları İddiaçı məxsus qeyri-yaşayı binasının bir hissəsi ilə üst-üstə düşür. Ekspertin naturaya görə verdiyi sxemə əsasən isə idman meydançası ilə olan hissədir.

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə “Evrika” Liseyi, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

12. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə xx.xx.2020-ci il tarixdə yerində müayinə təyin edilmişdir.

13. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Z.Bünyadov prospekti 3 saylı taksomotor parkının yanı ünvanında yerləşən torpaq sahəsi üzərində bir neçə ictimai-iaşə müəssisəsi, “Badamdar Plaza”, həmin tikilinin sol tərəfində X6 məxsus boş torpaq sahəsi, sağ tərəfində stadion, stadionun sağında isə “Evrika” liseyi mövcuddur.

14. Məhkəmənin cavabdehə ünvanladığı sorğuya cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir, göstərilən torpaq sahələrinin naturada olan mövcud fiziki sərhədlərinə görə elektron bazada müvafiq düzəlişlərinin aparılması qonşu sahələrdə daxil olmaqla bölgü eskizi şəklində tənzimlənməlidir. Torpaq sahələrinin faktiki və sənəd üzrə yerləşmələrini əks etdirən sxem və koordinatları məhkəməyə təqdim edilmişdir.

15. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Ə.Əliyev) 2 mart 2021-ci il tarixli, 21(112)-132/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

16. Məhkəmə hesab etmişdir ki, məhkəmənin 2 fərqli tarixlərdə (eyni məzmunlu) “müvafiq torpa q sahələrinin koordinatlarının naturada yerləşmə yerinə uyğun dəyişdirilməsi bitişik olan digər torpaq sahələrinin koordinatlarının dəyişdirilməsinə səbəb olacaqmı” məzmunlu sorğusuna konkret cavab verməkdən yayınmasından (cavab: qonşu sahələr də daxil olmaqla bölgü eskizi şəklində) görünür ki, iddiaçının tələbi təmin edildiyi təqdirdə mübahisə predmeti olan sahənin yerləşdiyi sırada olan bütün qonşu sahələrin koordinatlarının dəyişməsi və digər mülkiyyətçilərin hüquqlarının pozulması ilə nəticələnmə ehtimalı mövcuddur. Qeyd edilən hal əsassız məhkəmə mübahisələrinin, həmçinin fiziki və hüquqi şəxslər qarşısında (və ya onlar arasında) dövlətin əsassız (inzibati orqanın hərəkətləri ilə əlaqədar yaranma ehtimalı olan söküntü işlərindən irəli gələn kompensasiya tələbi ilə bağlı) maliyyə yük ünün yaranmasına səbəb ola bilər. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbinin təmin edilməsi digərlərinin hüquqlarını pozursa, dövlət digər şəxslərin hüquqlarını qorumağa borcludur.

17. İddiaçı Əliyev Xudan tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2021-ci il tarixli, 2-1(103)-1681/2021 nömrəli qərardadı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər: S.İ.Bəktaşi və A.Ə.Hüseyn) iddiaçı Əliyev Xudan tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)132/2021 saylı qərarı ləğv olunmuş və işə baxıl ması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni ədalətli həll etməkdən və bu məqsədlə zəruri prosessual hərəkətlərin həyata keçirməkdən özünü təcrid etmiş və müvafiq məhkəmə araşdırmaları, müvafiq sorğular vermədən ekspertiza keçirmədən hesab etmişdir ki, iddiaçının tələbinin təmin edilməsi digərlərinin hüquqlarını pozursa, dövlət digər şəxslərin hüquqlarını qorumağa borcludur. c. Birinci instansiya məhkəməsində ikinci icraat

20. Cavabdeh tərəfindən məhkəməyə etiraz daxil edilərək bildirilmişdir ki, iddiaçı X12 xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, 3 saylı taksomotor parkının yanında yerləşən 0.05 ha torpaq sahəsini İddiaçı bağışlamış olduğundan və sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ sonuncunun adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından iddiaçı Əliyev Xudanın iddia tələbi mümkün sayılmamalıdır.

21. İddiaçı oğlu ərizə təqdim edərək, iddiaçı X19 oğlunun əsl iddiaçı İddiaçı oğlu ilə əvəz edilməsini xahiş etmiş, eyni zamanda ərizə verərək mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən 0,05 ha-dan ibarət torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdıraraq torpaq sahəsinin yeni planölçü sənədinin ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Bakı İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(112)-67/2022 nömrəli qərardadı ilə iddiaçı X12 əsl İddiaçı ilə əvəz edilmiş, iddia tələbi “ünvan 3 ünvanında yerləşən 0,05 ha-dan ibarət torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdıraraq torpaq sahəsinin yeni planölçü sənədinin ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” formasında icraata qəbul edilmişdir.

23. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə Kazımov Kazım Şakir oğlu, X10, Əliyev Cavanşir Firuz oğlu, X16 oğlu, Həsənli Elşən Nazim oğlu, X20 oğlu və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır.

24. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə X11 və Quliyev İlqar Fəxrəddin oğlunun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır.

25. İddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən İddiaçı oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti 3 saylı Taksomotor parkının yanı ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılmasının və buna dair torpaq sahəsinə yeni plan və ölçü sənədinin verilməsinin, həmçinin yuxarıda qeyd olunan ünvanda yerləşən Hacısoy Həsən Əbdülhüseyn oğluna və X6 məxsus torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rey estri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Bakı İnzibati Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2-1(112)-67/2022 nömrəli qərarı ilə (hakim: O.X.Həsənov) iddia tələbi təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti 3 saylı Taksomotor parkının yanı ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılması və buna dair torpaq sahəsinə yeni plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti 3 saylı Taksomotor parkının yanı ünvanında yerləşən X2 və X6 məxsus torpaq sah ələrinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

27. Məhkəmə hesab etmişdir ki, qeydiyyatdan keçmiş, naturada torpaq sahələrinin üst-üstə düşməsi halı müəyyən olunmasa da, torpaq sahələrinə dair verilmiş plan-ölçü sənədlərində əks olunan koordinatlar əsasında torpaq sahələrinin, həmçinin İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin və X1 mülkiyyətində olan 0,0375 ha torpaq sahəsinin bir hissəsinin “Evrika” liseyinin yerləşdiyi ünvan 5 ünvanında olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur. Məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahələrinə plan ölçü sənədləri verildiyi zaman cavabdeh inzibati orqan səlahiyy ətlərini düzgün icra etməmiş, “Evrika” liseyinin daha əvvəl tikildiyini, həmin tikili altında olan torpaq sahəsinin isə dövlət mülkiyyətində olmasını nəzərə almamış, həmin torpaq sahəsinin koordinatları daxilində yerləşən torpağın koordinatını X7 plan ölçü sənədində göstərmiş, bu səbəbdən də digər torpaq sahələrinə münasibətdə də uyğunsuzluqlara (sürüşmə) yol verərək plan ölçü sənədlərində koordinatları düzgün qeyd etməmişdir. Beləliklə, yaranmış mübahisənin əsasını plan ölçüdə əks olunan koordinatlar təşkil etdiyindən və bu sahədə səlahiyyət məhz cavabdeh inzibati orqanın sferasına aid olduğundan, məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən texniki inventarlaşdırma işləri düzgün aparılmamış, bu da mübahisənin yaranmasına səbəb olmuşdur.

28. Üçüncü şəxs Hacısoy Həsən Əbdü lhəsən oğlu tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv olunmasını və iş üzrə iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsi xahiş edilmişdir. d. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

29. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2023-cü il tarixli, 2-1(103)-1451/2023 nömrəli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: K.H.Əkbərov və R.Ə.Səmədov) üçüncü şəxs X1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

31. Üçüncü şəxs Hacısoy Həsən Əbdülhəsən oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv ed ilməsini və iş üzrə iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

32. Üçüncü şəxs bildirmişdir ki, məhkəmə qərarı onun torpaq sahəsinə olan mülkiyyət hüququnu əvəzsiz olaraq ləğv edərək həmin sahəni tamamilə başqa şəxsin mülkiyyətinə vermişdir. Belə ki, məhkəmə araşdırmasının obyekti olan ona məxsus torpaq sahəsinə bitişik 3150 kv.metr qeyri-yaşayış binası da onun mülkiyyətində olmuşdur və iddia tələbinin təmin edilməsi onu xüsusi mülkiyyətində olan 0,0375 ha torpaq sahəsindən məhrum edir. Həmçinin bildirilmişdir ki, məhkəmələr dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almadan, üçüncü şəxsin qeyd edilən torpaq sahəsi və qeyri-yaşayış bina sı üzərində olan mülkiyyət hüququnun qanunvericiliyin tələbinə uyğun reyestrdə qeydiyyata alınmasına əhəmiyyət vermədən qərar qəbul etmişlərdir.

33. Bundan əlavə qeyd edilmişdir ki, üçüncü şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə yan-yana onun mülkiyyətində olan, çox mərtəbəli qeyri-yaşayış binasının mövcud olması və həmin binanın altındakı 0,05281 ha torpaq sahəsinin dövlət mülkiyyətində olması məsələsi tədqiq olunmamışdır.

34. Əlavə olaraq qeyd edilmişdir ki, ərizəçinin “Evrika” liseyi və İddiaçı Əhəd oğluna qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia tələbinin təmin olunmaması hazırkı mübahisədə iddiaçının iddia tələbinin təmin olunması üçün əsas ola bilməz, çünki həmin iş üzrə cavabdehlərə qarşı verilmiş iddia ərizəsinin rədd olunma sı nə ərizəçini, nə də cavabdehləri mülkiyyət hüququndan məhrum etməmişdir.

35. Bundan əlavə olaraq bildirilmişdir ki, hakim işə qərəzli, birtərəfli, qeyriobyektiv yanaşıb, nəticədə tamamilə qanunsuz qərar qəbul edib. b.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2023-cü il tarixli, 21(103)-1451/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

16. Dövlət reyestrində düzəlişlər... 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin a dına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 38. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanı 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 39. zamnışaD“ Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsi 3.0.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifad əsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir.

40. İnzibati Prosessual Məcəllə. Maddə

12. İşin hallarının araşdırılması prinsipi. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

14. Sübut etmə vəzifəsi. 1 4.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.... Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiy a qaydasında yenidən baxılmasının hədləri. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilmə lidir.... Maddə

96. Ali Məhkəmədə icraat.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə ola n digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçini n tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

42. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi 43.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən qəbul etdiyi qərar ləğv edilməlidir. 44.İddiaçı dəqiqləşdirilmiş iddiasında Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti 3 saylı Taksomotor parkının yanı ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılması və buna dair torpaq sahəsinə yeni plan və ölçü sənədinin verilməsi, həmçinin yuxarıda qey d olunan ünvanda yerləşən X2 və X6 məxsus torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılmasından imtina barədə cavabdehin hərəkətini mübahisələndirir. 45.İddianın əsaslarına görə ünvan 1 ünvanında 500 kv.m-dən ibarət torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. 500 kv.m torpaq sahəsinə dair onun mülkiyyət hüququnu təsdiq edən xx.xx.2015-cü il tarixli Dövlət reyestrindən Çıxarış və torpaq sahəsinin plan və ölçü sənədi vardır. Hal-hazırda torpaq sahəsindən sərhəd qonşuluğunda yerləşən “Evrika” Liseyi idman meydançası kimi istifadə edir. Bu əmlakdan iddiaçı uzun illərdir ki, fasiləsiz və mübahisəsiz surətdə istifadə edir. Onun mülkiyyətində olan torpaq sahəsi naturada digər iki fiziki şəxsin (X5 və X8) mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşməsə də, plan ölçü sənədində göstərilən koordinatlara görə torpaq sahəsinin üstüstə düşməsi halı mövcuddur. 46.İşdə olan sənədlərə görə mübahisə qonşuluqda 4 ayrı torpaq sahəsi ilə bağlıdır. İddiaçının istifadəsində 1073 kv.m, mülkiyyətində 500 kv.m, digər üçüncü şəxslərin mülkiyyətində müvafiq olaraq 370 kv.m və 375 kv.m torpaq sahəsi vardır. 4 torpaq sahəsinin hər biri göstərilən ölçülərdə, həmçinin həmin torpaq sahələrində yerləşən qeyriyaşayış sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Torpaq sahələri dövlət reyestrində qeydə alınarkən torpaq sahələrinin koordinatları işlənmiş, plan ölçülər tərtib edilmişdir. Dövlət reyestrində qeydə alınmış torpaq sahələrinin ölçüləri (1073 kv.m, 500 kv.m, 375 kv.m və 370 kv.m) ilə bağlı mübahisə olmamışdır. İddiaçın ın tələbi dövlət reyestrində qeydə alınan torpaq sahələrinin koordinatlarının, ölçülərinin yerdə (naturada) üst-üstə düşməməsi, həm özünə, həm də üçüncü şəxslərə məxsus torpaq sahələrinin koordinatlarının torpaq sahəsinin plan ölçüsündə faktiki vəziyyətinə görə, yəni yerdə (naturada) hansı koordinatlar üzrə yerləşmişsə, həmin koordinat və ölçüləri rəsmi sənədlərlə uyğun gəlmədiyindən, yerdə (naturada) olan koordinat və ölçülərin olduğu qaydada rəsmi sənədlərə işlənməli olması barədədir.

47. İşin hallarından görünür ki, (1073 kv.m, 500 kv.m, 375 kv.m və 370 kv.m) torpaq sahələrini iddiaçı və üçüncü şəxslər alqı-satqı, bağışlama müqavilələri əsasında əldə etmişlər. Torpaq sahələri əvvəlki istifadəçi və mülkiyyətçilərin istifadəsində olarkən və hüquq yenidən daşınmaz əmlakın dövlət reyestrind ə qeydə alınarkən belə mübahisə olmamışdır. Cavabdehin dəlillərinə görə iddiaçının mübahisə açdığı torpaq sahələrinin koordinatları plan və ölçü sənədlərində ilkin sənədlər əsasında göstərilmişdir. Torpaq sahələrinin sənəd üzrə (plan və ölçü üzrə) yerləşməsi ilə faktiki yerləşməsi, habelə konfiqurasiyaları arasında fərq mövcuddur. 48.Apelyasiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayarkən sadəcə torpaq sahələrinin faktiki vəziyyətinə istinad etmişdir. Lakin torpaq sahələrinin koordinatlarının sadəcə faktiki vəziyyəti mövcud rəsmi sənədlərə dəyişiklik edilməsi üçün əsas ola bilməz. Faktiki və hüquqi əsas olmadan faktiki vəziyyətə uyğun koordinatların mövcud plan və ölçü sənədlərinə işlənməsi dövlət reyestrinin məzmununun prezump siyasına ziddir.

49. Məhkəmə kollegiyası hesab edir ki, (1073 kv.m, 500 kv.m, 375 kv.m və 370 kv.m) torpaq sahələrinin plan və ölçüsündə qeyd edilən koordinatlar ilkin sənədlərdə mövcud olduğu halda, plan və ölçü sənədlərində qeyd edilən koordinatlar üzrə torpaq sahələrinin verilməsinə əsas olan sənədlər qüvvədə olduğu halda hazırkı iddia mümkün sayıla bilməz.

50. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğun u, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. 51.Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

52. Lakin iddiaçının müvafiq tələb irəli sürmək üçün subyektiv hüququ olmamış, iddiaçı hüquqlarının və qanunla qorunan maraqlarının cava bdeh tərəfindən pozulduğunu əsaslandırmamışdır. 53.Cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüququnun pozulması müəyyən edilməmişdir.

54. Cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından apelyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, kasasiya şikayəti qismən təmin edilməli, iddia mümkünlük şərtinə cavab vermədiyindən iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.

55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən QƏRARA ALDİ: Üçüncü şəxs Hacısoy Həsən Əbdülhəsən oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 17 mart 2023-cü il tarixli, 21(103)-1451/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti 3 saylı Taksomotor parkının yanı ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılması, buna dair torpaq sahəsinə yeni plan və ölçü sənədinin verilməsi öhdəliyi və Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti 3 saylı Taksomotor parkının yanı ünvanında yerləşən X2 və X6 məxsus torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası mümkün sayılmasın. Kasasiya şikayəti iddianın rədd edilməsi hissəsində təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar