Məhkəmə qərarları › İş №2-1(102)-1614/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1614/2019

29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1614/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1614/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, İddiaçı iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı ədliyyə orqanlarının işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinət, hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinət, həmçinin ədliyyə orqanlarının işçilərinə il ərzində aylıq vəzifə maaşının 3 misli miqdarında mükafat və vəzifə maaşı ilə rütbə dərəcəsinə görə verilən haqqın cəmindən staja görə əlavə haqqın hesablanması nəzərə almaqla pensiyanın yenidən hesablanması və xxxx 2016-cı ildən fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-74/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şəki İnziba ti-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 1971-ci il tarixli əmək kitabçasına əsasən Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsinin xxxx 1983-cü il tarixli ***** nömrəli məktubuna əsasən xxx 1983-cü ildən Vartaşen rayon VVAQ şöbəsinin müdiri təyin edildiyini və həmin vəzifədə xxxx 2008-ci ilədək işlədiyini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yerli və digər qeydiyyat və notariat qurumlarının strukturu, ştat bölgüsü xxxx 2008-ci ildən tətbiq olunduğunu və ləğv edilən hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının işçilərinin həmin tarixdən tutduqları vəzifələrdən azad edilərək sərəncama götürüldüklərini, bundan sonra qeydiyyat orqanlarının yeni strukturu üzr ə fəaliyyətin təmin edilməsi məqsədilə xxxx 2008-ci ildən Oğuz rayon Qeydiyyat şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edildiyini, xxxx 2016-cı ildə son yaş həddinə çatdığı üçün pensiyaya çıxması ilə əlaqədar tutduğu vəzifəsindən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildiyini, ədliyyə orqanlarında 25 il qulluq etdiyinə və həmin orqanlarda qulluğunu davam etdirdiyinə görə ona aylıq əmək haqqı ilə yanaşı, xxxx 2010-cu ildən əmək pensiyası ödənildiyini, ədliyyə orqanlarının işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinət, hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinət, həmçinin ədliyyə orqanlarının işçilərinə il ərzində aylıq vəzifə maaşının 3 misli miqdarında mükafat və vəzifə maaşı i lə rütbə dərəcəsinə görə verilən haqqın cəmindən staja görə əlavə haqqın hesablanması nəzərə almaqla, pensiyanın Oğuz rayon Qeydiyyat şöbəsinin rəisinin maaşına uyğun yenidən hesablanması və fərqin ödənilməsi üçün DSMF-in Oğuz rayon şöbəsinə müraciət etsə də, sonuncunun, xxxx 2018-ci il tarixli məktubla imtina etdiyini bildirərək, ədliyyə orqanlarının işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinət, hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinət, həmçinin ədliyyə orqanlarının işçilərinə il ərzində aylıq vəzifə maaşının 3 misli miqdarında mükafat və vəzifə maaşı ilə rütbə dərəcəsinə görə verilən haqqın cəmindən staja görə əlavə haqqın hesablanması nəzərə almaqla pensiyanın yenidən hesablanması və xxxx 2016 -cı ildən fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(84)-1555/2018 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının ədliyyə orqanlarının işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinət, hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinət, həmçinin ədliyyə orqanlarının işçilərinə il ərzində aylıq vəzifə maaşının 3 misli miqdarında mükafat və vəzifə maaşı ilə rütbə dərəcəsinə görə verilən haqqın cəmindən staja görə əlavə haqqın hesablanması nəzərə almaqla pensiyanın yenidən hesablanması və xxxx 2016-cı ildən fərqin ödənilməsi öhdəliyi qoyulmuş, iddia ədliyyə orqanlarının işçilərinə il ərzində aylıq vəzifə maaşının 3 misli miqdarında mükafatın nəzərə almaqla pensiyanın yenidən hesablanması və xxxx 2016-cı ildən fərqin ödənilməsi hissəsində təmin edilməmişdir(hakim - V.K.Qasımov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-74/2019 saylı qərarı ilə (sədrlik edən M.R.Hüseynov, hakimlər G.Q.Abbasov və R.R.Rəfiyev) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellya siya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq X3 Məhkəməsinin xxxx 2016-cı il tarixli, 2-l(84)-38/2018 saylı qərarının qüvvədə saxlanılması barədə qənaətə gələrkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur, çünki məhkəmənin gəldiyi nəticə MPM-nin 76-89-cu maddələrində nəzərdə tutulmuş zəruri əlamətlərə malik olan sübutlara söykənmir, məhkəmə MPM-nin 14.1-ci maddəsinin tələblərinə zidd olaraq işin hallarının tam və obyektiv araşdırılması üçün şərait yaratmamış, iş üzrə tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halların dəqiqləşdirilməsi ilə bağlı tədbirlər görülməmişdir. Tərəflərin izahat ları İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslə rdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin d üzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-74/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xxxx 1983-cü ildən Vartaşen rayon VVAQ şöbəsinin müdiri təyin edilmiş və həmin vəzifədə xxxx 2008-ci ilədək işləmiş, Azərbaycan Respublikası Ədliyy ə Nazirliyinin yerli və digər qeydiyyat və notariat qurumlarının strukturu, ştat bölgüsü xxxx 008-ci ildən tətbiq olunmuş və ləğv edilən hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının işçiləri həmin tarixdən tutduqları vəzifələrdən azad edilərək sərəncama götürülmüşlər, bundan sonra qeydiyyat orqanlarının yeni strukturu üzrə fəaliyyətinin təmin edilməsi məqsədilə iddiaçı xxxx 2008-ci ildən Oğuz rayon Qeydiyyat şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmiş, xxxx 2016-cı ildə son yaş həddinə çatdığı üçün pensiyaya çıxması ilə əlaqədar tutduğu vəzifəsindən azad edilərək, ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş, iddiaçıya pensiya təyinatı aparılarkən vətəndaşa təqdim etdiyi sənədlərə əsasən iki variantda xxxx 1983-cü il tarixdən xxxx 2008-ci il tarixədək Qeydiyyat şöbəsinin rəisi kimi, həm də xxxx 2008-ci il tarixdən xxxx 016-cı il tarixədək Oğuz rayon Qeydiyyat şöbəsində məsləhətçi işlədiyi dövrdə aldığı ödənişlərə uyğun hesablamalar aparılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xxxx 2010-cu il tarixli, 8/929 saylı əmək haqqı cədvəlindəki qeydlər əsas götürülərək, iddiaçıya məsləhətçi işlədiyi dövrdə mükafat, staja görə əlavə, rütbə maaşına əlavələr həmin şöbənin rəisi vəzifəsində işlədiyi dövrdən çox olduğu üçün xxxx 200819.09.2016-cı il tarixlərdə iddiaçıya Oğuz rayon VVADQ şöbəsində məsləhətçi vəzifəsində işlədiyi dövrdə aldığı dövlət məvacibi ilə 25 il qulluq müddətinə görə əmək pensiyası təyin edilmiş, iddiaçı ədliyyə orqanlarında 25 il qulluq etdiyinə və həmin orqanlarda q ulluğunu davam etdirdiyinə görə ona aylıq əmək haqqı ilə yanaşı, xxxx 2010-cu ildən əmək pensiyası ödənilir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının xxxx 2008-ci il tarixdən xxxx 2014-cü il tarixədək Oğuz rayon Qeydiyyat şöbəsində məsləhətçi vəzifəsində işləsə də, faktiki olaraq həmin şöbənin rəisi vəzifəsinin icra edilməsi ilə bağlı rəsmi əmr mövcud olmamış, bu səbəbdən iddiaçıya Oğuz rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsi üçün qanunvericilikdə nəzərdə tutulan əmək haqqı da daxil olmaqla digər əmək haqqına əlavələr, mükafat və qulluq stajına əlavələr ödənilməmiş, iddiaçıya ödənilən ədliyyə orqanlarının işçilərinə müalicə olunmaları ilə əlaqədar müavinətlər, mükafat və rütbə dərəcəsinə görə verilən əlavə haqq ona həmin şöbənin məsləhətçisi olaraq ödənilmiş, xxxx diaçıya təyin edilən əmək pensiyası onun Oğuz rayon Qeydiyyat şöbəsində işlədiyi məsləhətçi vəzifəsinin əmək haqqına və digər gəlirlərinə uyğun bir dəfə artıq hesablanmışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt–tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəz ərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanaraq qəbul edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin adı çəkilən qərarının düzgün tətbiq edilməməsi və yaxud ayrı-ayrı işlərdə fərqli-fərqli təfsir edilməsi bərabər mənafelərə bərabər münasibət prinsipindən uzaq olmaqla, mövcud hüquq münasibətlərinin nizama salınmasına əngəl yarada bilən, qanunsuz və əsassız məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnə bilən hal kimi xarakterizə edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçıya yaşa görə əmək pensiyası təyin edilən vaxt yəni xxxx 2016-cı il tarixdə qüvvədə olan 20.19-cu maddəsində qeyd edilir ki, bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əla vələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 il qulluq etmiş ədliyyə işçilərinə—orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə—orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla. Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiya sının yenidən hesablanması Qaydaları”nın: 1-ci bəndinə əsasən bu Qaydalar fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəzərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun əmək pensiyasının məbləğinin yenidən hesablanmasını tənzimləyir. 2-ci bəndinə əsasən fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. 3-cü bəndinə əsasən fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçu suna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) dəyişməz qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur. 4-cü bəndə əsasən mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla dövlət məvacibi yenidən hesablanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və az adlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2). Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən bərabərlik prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayr ı-seçkilik xarakteri daşıyır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının xxxx 2008-ci il tarixdən xxxx 2014-cü il tarixədək Oğuz rayon Qeydiyyat şöbəsində məsləhətçi vəzifəsində işlədiyini, faktiki həmin şöbənin rəisi vəzifəsinin icra edilməsi ilə bağlı rəsmi əmrin mövcud olmadığına görə iddiaçıya Oğuz rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsi üçün qanunvericilikdə nəzərdə tutulan əmək haqqı da daxil olmaqla digər əmək haqqına əlavələrin, mükafatın və qulluq stajına əlavələrin ödənilmədiyini, iddiaçıya ödənilən ədliyyə orqanlarının işçilərinə müalicə olunmaları ilə əlaqədar müavinətlərin, mükafatın və rütbə dərəcəsinə görə verilən əlavə ha qqın ona həmin şöbənin məsləhətçisi olaraq ödənildiyini, iddiaçıya təyin edilən əmək pensiyası onun Oğuz rayon Qeydiyyat şöbəsində işlədiyi məsləhətçi vəzifəsinin əmək haqqına və digər gəlirlərinə uyğun hesablandığını, cavabdeh inzibati orqanın üzərinə rəsmi alınmamış əmək haqqı və ona əlavələrə görə öhdəlik qoyulmasının qanunsuz olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-74/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-74/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar