Məhkəmə qərarları › İş №2-1(102)-1614/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1614/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1614/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi; müvəqqəti müdafiə tədbiri kimi mənzilin üzərinə həbs qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 say lı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Ərizəçi MTK) “mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 may tarixli, 2-1(103)-1125/2021 nömrəli qərarından və qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək X məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 2 otaqlı 17 saylı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və ona çıxarışın verilməsini xahiş etmişdir.

2. Cavabdeh 2018-ci il 4 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2018-ci il 12 iyun tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona "xxxx" MMC tərəfindən X məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 2 otaqlı 17 saylı mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2011-ci il 11 yanvar tarixdə "xxxx" MMC ilə çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 41 saylı müqavilə bağlamışdır. Müqaviləyə əsasən X məhəllədəki çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.metr olan 2 otaqlı 17 saylı mənzilin pay dəyərini ödəməklə almışdır. Borcunun olmamasını təsdiq edən maliyyə arayışını almışdır. 2018-ci il 29 may tarixdə cavabdehə müraciət edərək aldığı mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 4 iyun tarixli, **********74 saylı məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinada hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyinə istinad edilmişdir. İddiaçı imtinanı əsassız hesab etmiş və məhkəməyə müraciət etmişd ir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 12 iyul tarixli, 2-1(81)3104/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, "xxxx" MMC tərəfindən X məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.metr olan 2 otaqlı 17 saylı mənzil iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilmişdir.

6. Ərizəçi Mənzil Tikinti Kooperativi Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və inzibati məhkəmə icraatının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 22 ok tyabr tarixli, 2-1(81)-3104/2018 nömrəli qərardadı ilə Ərizəçi MTK-nın ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2018-ci il 12 iyul tarixli qərarı ləğv edilmiş, Ərizəçi MTK inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxsin etirazları:

8. Üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binası Ərizəçi MTK-ya məxsusdur və bununla bağlı müvafiq sənədlər MTK-nin adına verilmişdir. İddiaçı adına çıxarışın verilməsi qeyri mümkündür. Belə ki, Ərizəçi MTK "xxxx" MMC ilə 2006-cı il 5 mart tarixdə müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlamış, həmin müqavilənin 3.1.14-cü bəndində qeyd edilmişdir ki, mənzillərin satılması üçün alıcılarla bağ lanan müqavilə Ərizəçi MTK tərəfindən bağlanır. Həmin müqavilə ilə "xxxx" MMC-nin mənzillərin satılmasına faktiki hüququ olmamış və Ərizəçi MTK-nın həmin müqavilədən ümumiyyətlə məlumatı olmamışdır. Ona görə də iddiaçı mübahisəli mənzilə dair çıxarış almağa tam ixtiyarsızdır. Eyni zamanda, iddiaçı çıxarışın verilməsi ilə bağlı müraciət etdiyi zaman həmin bina istismara təhvil verilməmiş, ona görə də cavabdehin verdiyi imtina əsaslıdır.

9. Üçüncü şəxs müvəqqəti müdafiə xarakterli tədbirin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə yekun qərar qanuni qüvvəsini alanadək ünvan 1-də inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m. olan 2 otaqlı 17 saylı mənzilin üzərinə həbs qoyulmasını və həmin iş üzrə icrada dönüş barədə qərar dad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 27 noyabr tarixli, 2-1(112)-7434/2020 nömrəli qərardadı ilə üçüncü şəxsin ərizəsi təmin edilməmişdir.

11. Məhkəmə hesab etmişdir ki, müvəqqəti xarakterli müdafiə təbiri çıxarılacaq məhkəmə qərarının gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn və məhkəmə qərarının gələcəkdə icrasının təmini məqsədilə görülən prosessual hüquqi tədbirdir. İddia tələbi mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi ilə bağlıdır, belə olan halda əgər gələcəkdə iddia təmin edilərsə, ərizədə qeyd olunan tələbin (mənzilin üzərinə həbs qoyulması) gələcəkdə məhkəmə qərarının icra sı ilə heç bir bağlılığı və əlaqəsi yoxdur. Məhkəmə ərizənin məhkəmə qərarının icrasına dönüş edilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında hazırkı iş üzrə məhkəmə mübahisəsi başa çatmamış, məhkəmə mübahisəsi davam edir. Əvvəlki qərarın ləğv edilməsi üçüncü şəxslərin icraata cəlb edilməsi ilə əlaqədar olmuş, məhkəmə araşdırmasının yekunlaşması ilə bağlı deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının ərizəsində qaldırılan məsələ mahiyyətcə yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvini ehtiva edir, bu da inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia tələbi ilə mübahisələndirilə bilər.

12. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 27 noyabr tarixli, 2-1(112)-7434/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, X məhəllədə inşa edi lmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 2 otaqlı 17 saylı mənzilə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə qərarları ilə iddiaçının "xxxx" MMC ilə imzaladığı müqavilənin qanuniliyi və mötəbərliliyi, həmçinin iddiaçının qeyd olunan mənzilə hüquqları tanınmış və qəbul edilmişdir. Öz növbəsində həmin müqavilə hər hansı qaydada mübahisələndirilmədiyindən, o cümlədən ləğv edilmədiyindən, etibarsız sayılmadığından qüvvədədir və hazırkı inzibati işdə mötəbər sübut qismində qiymətləndirilir. İddiaçı 2011-ci il 11 yanvar tarixli, 4 1 nömrəli müqavilə üzrə müvafiq mənzilin dəyərini tam şəkildə ödədiyindən, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etmiş, Mülki Məcəllənin 139-1 maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən həmin hüquq qeydiyyata alınmalıdır.

14. Üçüncü şəxs həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir.

15. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 may tarixli, 2-1(103)-1125/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 27 noyabr ta rixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 may tarixli, 2-1(103)-1125/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 27 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Üçüncü şəxs həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir.

21. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, M ƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 may tarixli qərarından verilmiş kassasiya şikayətinin dəlilləri

22. Şikayətdə qeyd edilmişdir ki, Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsindən 2021-ci il 10 mart tarixli, **********141100 nömrəli sorğu əsasında verdiyi məktubda göstərilmişdir ki, "xxxx" MMC 2002-ci il 24 iyun tarixdə dövlət qeydiyyatına alınmış, MMC-nin dövlət qeydiyyatına alındığı tarixdə qanuni təmsilçisi X2 olmuş, reyestr məlumatlarına əsasən MMC-nin qanuni təmsilçisi isə halhazırda X3r. Hazırkı iş üzrə İddiaçı iş üzrə üçüncü şəxsə məxsus binanın mənzilinə dair adına çıxarışın verilməsini iddia edir və həmin mənzilə dair heç bir hüququ olmayan "xxxx" MMC ilə müqavilə bağlamış v ə mənzilin dəyərini "xxxx" MMC-yə ödəmişdir. Halbuki, "xxxx" MMC ümumiyyətlə həmin binanın mənzillərin satılmasına ixtiyarsız olmuş və hüququ olmamışdır. Eyni zamanda iddiaçının bağladığı müqavilədə Ç.Məmmədov imza etmiş, hansı ki, "xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi kimi işdə olan sənədləri yalnız iddiaçının xeyrinə izah vermiş, İddiaçı "xxxx" MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 2011-ci il 11 yanvar tarixli bağlanmış 41 nömrəli müqaviləni, həmin müqavilə üzrə mənzilin dəyərini ödədiyini əsas gətirərək öz qərarını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsi ilə əsaslandıraraq Ərizəçi MTK-nın apellyasiya şikayətini təmi n etməmişdir. X məhəllədə 1 girişli, zirzəmili, 17 mərtəbəli yaşayış binasının Ərizəçi Mənzil Tikinti Kooperativə məxsus olduğu və binada olan mənzillərin və digər sahələrin "xxxx" MMC-nin ümumiyyətlə təkbaşına mənzillərin satmasına heç bir ixtiyarı olmamışdır. Müştərək fəaliyyəti göstərən 2006-cı il 5 mart tarixli müqavilədə birbaşa göstərilir ki, mənzillərin satılması yalnız Ərizəçi MTK tərəfindən aparılmalıdır. Ona görə də hesab edilməlidir ki, məhkəmə əsas gətirdiyi İddiaçı "xxxx" MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 2011-ci il 11 yanvar tarixli bağlanmış 41 nömrəli müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Bundan başqa iddiaçı Ərizəçi MTK-nın üzvü olmamış, üçüncü şəxs ilə müqavilə bağlamamış və mənzilin dəyərini kooperativə ödəməmişdir. b. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 may tarixli qərardadından verilmiş kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətinin dəlillərinin əsasını müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizədə göstərilənlər təşkil edir. c. məhkəmə icraatı iştirakçılarının izahatları

24. Üçüncü şəxsin vəkili Vəkil 2021-ci il 5 oktyabr tarixli məhkəmə iclasında kassasiya şikayətlərini müdafiə edərək təmin olunmalarını xahiş etdi.

25. İddiaçının nümayəndəsi X4 və vəkili X1 2021-ci il 5 oktyabr tarixli məhkəmə iclasında kassasiya şikayətlərinə etiraz edərək şikayətlərin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının və qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdilər.

26. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdeh in iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);...

28. İPM: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzib ati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

30. Şikayətlərdə apellyasiya instansiyası məhkəməsinin qərarının və qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktlarının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Şikayətlər aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

32. İPM-in 34.1-ci maddəsinin tələbinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər...

33. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq qeyd edir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə, öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir.

34. İddianın əsaslılığı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.6-cı maddələrindən irəli gəlir. Həmin normaların tələbinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

35. İşin materiallarından görünür ki, Bakı ŞİH başçısının 2004-cü il 12 oktyabr tarixli, 237 nömrəli sərəncamı ilə Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağın layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Ərizəçi MTK-ya müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir.

36. İş materiallarından görünür ki, 2006-cı il 5 mart tarixli Ərizəçi MTK ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.1-ci bənd – “Sifarişçi”nin (Ərizəçi MTK) tapşırığı ilə “Podratçı” ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı ŞİH başçısının 237 nömrəli 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717-ci məhəllədəki qeyriyaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə öz razılığını bildirəndən sonra gös tərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; 3.1.12-ci bənd - Podratçı obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər; - 3.1.14cü bənd – mənzillərin satılması üçün alıcılarla müqavilələr "xxxx" MTK tərəfindən bağlanır. 37. "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış 2011-ci il 11 yanvar tarixli, 41 nömrəli müqaviləyə görə, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində 2 otaqlı 17 nömrəli 90 kv.m mənzili tikib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. 38. "xxxx" MMC-nin maliyyə arayışına əsasən, İddiaçı "xxxx" MMC-dən 2011-ci il 11 yanvar tarixli, 41 saylı müqavilə ilə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində yerləşən 90 kv.m sahəsi olan 17 saylı mənzilə görə müəssisəyə 52000 manat pul ödəmişdir, İddiaçı 2011-ci il 11 yanvar tarixli, 41 saylı müqavilə üzrə borcu qalmamışdır.

39. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən X məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 2019-cu il 9 dekabr tarixdə 246 nömrəli icazə verilmişdir (istismara icazə sənədi).

40. Məhkəmə kollegiya sı qeyd edir ki, mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlınmış müqaviləyə əsasən iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiqini əsaslı hesab edir.

41. Üçüncü şəxs iddia tələbinə qarşı etirazının və apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi hazırkı şikayətin əsası kimi Ərizəçi MTK ilə (sifarişç i) "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin müddəalarına istinad edərək hesab edir ki, mənzillərin satılması yalnız Ərizəçi MTK tərəfindən aparılmalıdır. Ona görə də İddiaçı ilə "xxxx" MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 2011-ci il 11 yanvar tarixli bağlanmış 41 nömrəli müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur.

42. Məhkəmə kollegiyası üçüncü şəxsin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, üçüncü şəxsin özünün də istinad etdiyi - Ərizəçi MTK ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında bağlanmış 2006-cı il 5 mart tarixli müştərək fəaliyyət müqaviləsinin 3.1.12-ci bəndi obyektin tikintisini 50% yerinə yetirdikdən sonra Podratçının öz 50% payı hesa bına mənzil bağışlamaq və ya satışından nağd pul götürə bilmək hüququnu, 3.1.14-cü bənd isə mənzillərin satılması üçün alıcılarla müqavilələrin Ərizəçi MTK tərəfindən aparılmasını nəzərdə tutur. Hazırkı halda, iddiaçı (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında alğı-satqı müqaviləsi deyil, podrat müqaviləsi bağlanmış, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində 2 otaqlı 17 nömrəli 90 kv.m mənzili tikib İddiaçı təhvil verməyi, sonuncu isə tikilən mənzili qəbul edib haqqını "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Podrat müqaviləsinin predmeti konkret göstəricilərə malik, başqa əşyalardan yalnız özünə xas əlamətlərə görə ayrılan mənzil – yəni, əvəz edilən deyil, fərdi-müəyyən (əvəzedilməz) əşya olduğundan həmin m üqaviləyə alğı-satqı qaydaları tətbiq edilə bilməz (Mülki Məcəllənin 135.7-ci və 752.2-ci maddələri). Podratçı da həmin mənzili özünün əldə etdiyi materiallardan hazırlayaraq həmin mənzilə mülkiyyəti sifarişçiyə (iddiaçıya) vermişdir. Müqavilə tərəfləri onu mübahisələndirmədən icra etmişlər.

43. Beləliklə, iddiaçının İPM-in 34.1-ci maddəsindən və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.6-cı maddələrindən irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

44. Qeyd olunan əsaslara görə, üçüncü şəxsin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi və icrada dönüş edilməsi barədə ərizəsi üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi şikayət də təmin oluna bilməz.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayətləri təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 may tarixli, 21(103)-1125/2021 nömrəli qərarı və qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar