Məhkəmə qərarları › İş №2-1(102)-1614/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1614/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1614/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini n Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2-1(103)-2005/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. B.Sərdarov adına maşınqayırma zavodunun həmkarlar ittifaqı komitəsinin və mənzil-məişət komissiyasının birgə iclasının xx.xx.1991-ci il tarixli, 11 nömrəli protokolundan çıxarışla X13 mənzil növbəsinə götürülmüşdür.

2. Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 895 nömrəli sərəncamı ilə X13 iş yeri üzrə mənzil növbəsinə g ötürülmüşdür.

3. B.Sərdarov adına maşınqayırma zavodunun həmkarlar ittifaqı komitəsinin və mənzil-məişət komissiyasının birgə iclasının xx.xx.1996-cı il tarixli, 43 nömrəli protokolundan çıxarışla Biləcəri qəsəbəsi, məhəllə 5035 ünvanında 1-ci blok, 7-ci mərtəbədə yaşayış sahəsi 16,59 kv.m olan 1 otaqlı 19 saylı mənzilin X10 ayrılması qərara alınmışdır.

4. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Departamenti Binəqədi rayon MKTB-nin 107 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 413 nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, B.Sərdarov adına maşınqayırma zavodu HİKin 43 saylı 16.10.96-cı il tarixli protokoluna əsasən Biləcəri qəsəbəsi, məhəllə 5035, 2 №-li evin 19 №-li mənzili İddiaçı məxsusdur. Lakin mənzil 1992-ci il tarixdən Şuşa rayonundan məcburi köçkün lər tərəfindən zəbt olunub: X14, X6, X15, X21, X7.

5. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli, 939, 939/1 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən 9 mərtəbəli, 8 girişli yaşayış binası 1991-ci ildə inşa edilmiş və həmin vaxtdan dövlət mənzil fonduna aid olmaqla Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 984 nömrəli məktubdan görünür ki, ünvan 1 evin 1992-ci ildə Bakı şəhər İcra hakimiyyəti tərəfindən B.Sərdarov adına maşınqayırma zavodunun balansına verilib-verilməməsi barədə məluamat Birliyin arxivində aşar edilməmi şdir.

6. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2021-ci il tarixli, 984 nömrəli məktubundan görünür ki, ünvan 1 evin 1992-ci ildə Bakı şəhər İcra hakimiyyəti tərəfindən B.Sərdarov adına maşınqayırma zavodunun balansına verilib-verilməməsi barədə məluamat Birliyin arxivində aşar edilməmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-960/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı cavabdehlər X11, X4, X12, X20 və X5 qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5035-ci məhəllə 2 saylı evin 19 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə və sair tələblərə dair iddia ərizəsi qismən təmin edilmiş, X8, X2, X9, X16 və X3 Bakı şəh əri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5035-ci məhəllə 2 saylı evin 19 saylı mənzilindən çıxarılmaları, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5035-ci məhəllə 2 saylı evin 19 saylı mənzilinə köçürülməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. İddiaçı yuxarıda qeyd edilən sənədlərə əsaslanıb cavabdehə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, 2 saylı evin, 19 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

9. Cavabdeh 10 avqust 2021-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

10. İmtina onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi nə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin ərizəyə əlavə edilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-960/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi İdarəyə rəsmi qaydada daxil olmamış və həmin qətnamə ilə idarənin üzərinə heç bir öhdəlik qoyulmamışdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035 ünvanında 1-ci blok, 7-ci mərtəbədə yaşayış sahəsi 16,59 kvm. olan, 1 otaqlı 19 saylı mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, həmin mənzilə texniki pasport və daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsinə dair q ərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ərizə ilə idarəyə müraciət olunaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035 ünvanında 1-ci blok, 7-ci mərtəbədə yaşayış sahəsi 16,59 kvm. olan 1 otaqlı 19 saylı mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını, həmin mənzilə dair texniki pasport və daşınmaz əmlaka dair mülkiyyət çıxarışının verilməsi xahiş olunmuşdur. Lakin idarə xx.xx.2021-ci il tarixli, **********74 saylı məktubu ilə ərizəsinin icrasından imtina etmişdir. Aşağıdakı səbəblərə görə hesab edir ki, cavabdeh qurumun imtinası əsassız və qanunvericiliyin tələblərinə ziddir. O, 1984-cıi ildən B.Sərdarov adına zavodda mühəndis vəzifəsində çalışır. Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 895 s aylı sərəncamı ilə mənzil vəziyyətinin yaxşılaşdırılması üçün mənzil növbəsinə alınmışdır. B.Sərdarov adına maşınqayırma zavodunun inzibati həmkarlar ittifaqı komitəsinin və mənzil-məişət komissiyasının birgə iclasının xx.xx.1996-cı il tarixli, 43 saylı protokoluna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035 ünvanında 1-ci blok, 7-ci mərtəbədə yaşayış sahəsi 16,59 kvm. olan 1 otaqlı 19 saylı mənzil onun istifadəsinə verilmişdir. Ölkədə baş vermiş Qarabağ-Ermənistan müharibəsi zamanı Şuşa rayonundan olan məcburi köçkünlər tərəfindən ona verilmiş mənzil qanunsuz olaraq zəbt edilmişdir. Nazirlər Kabinetinin 200 saylı 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydalarının 4-cü maddəsinə əsasən “Məcburi köçkünlərin 19 92-1994-cü illərdə məskunlaşdığı mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə məcburi köçkünlər tərəfindən zəbt olunmuş evlərə aidiyyatı təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır”. Göstərilən qərarın tələbləri nəzərə alınaraq İcra orqanı tərəfindən qeyd olunan mənzilə onun köçürülməsi üçün orderin verilməsi müvəqqəti olaraq dayandırılmışdır. Tərəflərindən həmin şəxslərin mənzildən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-960/2021 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, cavadehlərin həmin mənzildən çıxarılması, onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Belə ki, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-96 0/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035 ünvanında 1-ci blok, 7-ci mərtəbədə yaşayış sahəsi 16,59 kv.m olan 1 otaqlı 19 saylı mənzilin onun mülkiyyətində olması öz təsdiqini tapmışdır. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bü tün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir.

13. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, etirazı imtina məktubu ilə eyni məzmuda əsaslandırmışdır.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2266/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, 2 saylı evin 19 saylı mənzilin İddiaçı ayrılması barədə B.Sərdarov adına maşınqayırma zavodunun inzibati həmkarlar ittifaqı komitəsinin və mənzil-məişət komissiyasının birgə iclasının xx.xx.1996-cı il tarixli, 43 nömrəli protokolu mövcud olsa da həmin yaşayış sahəsin in iddiaçıya verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının, yəni Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamı, orderi və ya mənzil kirayəsi müqaviləsinin olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddia etdiyi Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5035-ci məhəllə 2 saylı evin 19 saylı mənzilinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş sənədlərə malik olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuşdur.

16. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 21(103)-2005/2022 nömrəli qərarı ilə (sədrlik edən–M.N.Tağızadə, hakimlər – X.A.Cəmilova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-2266/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

18. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2-1(103)-2005/2022 nömrəli qərarını ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçının kassasiya şikayəti idd ia tələbinin məzmunu ilə eynidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun: Maddə 8.0.11 Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan ş əxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.

23. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci bəndinə Azərbaycan Respublikası Sovet So sialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər 24. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə

2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə

8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma ) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə d air sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

25. Mənzil Məcəlləsi Maddə

45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir.

26. İnzibati P rosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veri lmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tən zimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

31. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən m ahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

32. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının mənzilə hüquqlarının qeydiyyata alınması üçün zəruri hüquq müəyyənedici sənədləri təqdim etmədiyinə əsaslanıb müraciət təmin etməmiş, apelyasiya məhkəməsi cavabdehin imtinasını əsaslı saymışdır.

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçı mübahisə açdığı mənzillə bağlı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınm asına dair qanunvericiliyin tələb etdiyi hüquq müəyyənedici sənədlərin hər hansı birini (mənzil kirayə müqaviləsi, mənzilə dair order və ya sərəncam) məhkəməyə təqdim etməmiş, təqdim etdiyi sənədlərdə mənzilə hüququn qeydə alınmasına əsas olan sübut mövcud olmamışdır.

34. İstinad edilən məhkəmə qətnaməsindən görünür ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ mövcuddur, lakin bu mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli deyildir.

35. İddiaçı mənzilə yalnız istifadə hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət edə bilər.

36. Mənzilə mülkiyyət hüququn qeydə alınması üçün yuxarıda sadalanan hüquq normalarında nəzərdə tutulan sənədlərin hər hansı biri təqdim olunmadığından iddianın təmin edilməsi barədə kasasiya şikayətinin dəlilləri əsaslı sayıla bil məz.

37. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 21(103)-2005/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar