Məhkəmə qərarları › İş №2-1(102)-1615/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1615/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1615/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Mingəçevir Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Üçüncü şəxs1, üçüncü şəxs2, üçüncü şəxs3, üçüncü şəxs4 ) iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı və vəkili Vəkil, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Iddiaçı cavabdeh Mingəçevir Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Üçüncü şəxs1, üçüncü şəxs2, üçüncü şəxs3, üçüncü şəxs4 ) “Mingəçevir Şəhər İcra Hakimiyyətinin 30.11.1995-ci il tarixli, 980 nömrəli sərəncamının və **** saylı, 04.12.1995-ci il tarixli orderin ləğv edilməsi ” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2-1(107)146/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Ünvan şəhər İcraiyyə Komitəsinin 23.01.78-ci il tarixli qərarı əsasında Iddiaçı adına 6472 nömrəli order verilmişdir. Üçüncü şəxs1 müraciəti əsasında, O.Abakarovun 1986-cı ildə həmin mənzildən pasport qeydiyyatından çıxmasına görə Mingəçevir Şəhər İcra Hakimiyyəti 30.11.1995-ci il tarixli, 980 nömrəli sərəncamı ilə Üçüncü şəxs1 adına **** nömrəli 04.12.1995-ci il tarixli order verilmişdir. Yevlax DRTİMHQİ-nin 15.01.1996-cı il tarixli qərarı ilə Ünvan mənzili Üçüncü ş əxs1 adına keçirilməsi qərara alınmışdır. İddiaçı Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ünvan ünvanda yerləşən 3 otaqlı mənzilə dair verilmiş Mingəçevir şəhər Xx***** saylı 04.12.1996-cı il tarixli orderin və 15.01.1996-cı il tarixli DƏDRX İdarəsinin Yevlax Reqional İdarəsi tərəfindən verilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək Mingəçevir şəhər İH-nin 30.11.1995-ci il tarixli 980 saylı sərəncamının və Mingəçevir şəhər İH-nin **** saylı 04.12.1995-ci il tarixli orderin ləğv edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2-1(84)-1372/2018 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək Mingəçevir Şəhər İcra Hakimiyyətinin 30.11.1995ci il tarixli, 980 nömrəli sərəncamı Üçüncü şəxs1 adına orderin verilməsi hissəsində, Ünvan mənzilinə Üçüncü şəxs1 adına verilmiş 04.12.1995-ci il tarixli, **** nömrəli order tam hissədə ləğv edilməsi qərara alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2-1(84)-1372/2018 nömrəli qərarından üçüncü şəxs Üçüncü şəxs1 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2-1(107)146/2019 nömrəli qərardadı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2-1(84)-1372/2018 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində nə zərdə tutulan iddia müddəti ötürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2-1(107)146/2019 nömrəli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının mübahisələndirilən inzibati aktlardan məlumatı olmamış, həmin aktın iddiaçıya təqdim edilməsinə dair sübut isə mövcud deyildir. Kassator İnzibati Prosessual Məcəllənin 38, 90, 96.9-cu maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 21(107)146/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştira k edən iddiaçı Iddiaçı və vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2-1(107)146/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2-1(107)146/2019 nömrəli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı Iddiaçı üçüncü şəxs Üçüncü şəxs1 ilə 08.02.1974-cü il tarixdə r əsmi nikaha daxil olmuş, Mingəçevir şəhəri, Ünvan mənzilə Mingəçevir şəhər İcraiyyə Komitəsinin 23.01.1978ci il tarixli qərarı əsasında Iddiaçı adına **** nömrəli order verilmiş, orderdə ailə üzvləri kimi arvadı X X qeyd edilmişdir. İddiaçı 04 iyul 1986-cı ildə həmin mənzildən pasport qeydiyyatından çıxaraq Rusiya Federasiyasının Yakutya vilayəti, ünvan 16.02.1989-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Mingəçevir Şəhər İcra Hakimiyyətinin 30.11.1995-ci il tarixli, 980 nömrəli sərəncamı ilə Üçüncü şəxs1 adına **** nömrəli 04.12.1995-ci il tarixli order verilmişdir. Həmin orderdə iddiaçının adı göstərilməmişdir. Order əsasında qeyd edilən mənzil X adına özəlləşdirilərək mülkiyyət hüququna dair 15.01.1996cı il tarixli Qeydiyyat vəsiqəsi veril mişdir. Həmin vaxtdan qeyd edilən mənzil X xüsusi mülkiyyətindədir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən as ılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Halbuki hazırkı iş üzrə iddiaçı İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin tələbləri ziddinə Mingəçevir Şəhər İcra Hakimiyyətinin 30.11.1995-ci il tarixli, 980 nömrəli sərəncamının və onun əsasənda **** saylı, 04.12.1995-ci il tarixli orderin ləğv edilməsi barədə iddia ərizəsini 31 iyul 2018-ci il tarixdə, yəni 23 ilə yaxın müddətdən sonra vermişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2-1(107)146/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar