Məhkəmə qərarları › İş №2-1(102)-1615/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1615/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1615/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1057-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaş dan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)465/2022 saylı, 20 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə kimi, xx.xx.1978-ci ildən xx.xx.1982-ci ilə kimi, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə kimi X1 “Emba”, “Marşal Varabyov”, “Xankəndi” gəmilərində matros vəzifəsində işləmişdir. H3 ******* nömrəli hərbi biletə əsasən iddiaçı 02 may 1976-ci ildən 12 may 197 8-cü ilədək hərbi xidmətdə olmuşdur. xx.xx.1986-cı ildən “İstilik enerji təchizatı” Trestinin Bakı qazanmexaniki zavodunun Dəmiryolu nəqliyyatı sahəsinə 3-cü (üçüncü) dərəcəli dəmir yolu fəhləsi qismində qəbul edilmiş, xx.xx.1987-ci ildə Dəmiryolu nəqliyyatı sahəsində ikinci dərəcəli stropçu vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə Əmək haqqının ödənişi üzrə yeni tarif şərtlərinin tətbiqi ilə bağlı Dəmiryolu nəqliyyatı sahəsində stropçu qismində ikinci dərəcə verilmiş, xx.xx.1991-ci ildə Dəmiryolu nəqliyyatı sahəsində üçüncü dərəcəli stropçu vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci ildə Azərbaycan Respublikası DƏK-nin sərəncamı ilə Bakı Qazan-Mexaniki Zavodunun bazasında “Bakı Qazan-Mexaniki” Açıq tipli Səhmdar Cəmiyyəti yaradılmışdır. xx.xx.2001-ci ildə həmin cəmiyyətdə satış və nəqliyyat şöbəsinə 3-cü dərəcəli stropçu keçirilmiş, xx.xx.2004-cü ildə istehsalat sexinə 3-cü dərəcəli stropçu keçirilmişdir. xx.xx.2007-ci ildə “Bakı Qazan-Mexaniki” Açıq tipli Səhmdar Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. xx.xx.2008-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisənin ləğv edilməsinə) əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdehin imtina məktubunda mərkəzi filiala təqdim edilən “Azərbaycan X3” QSC-nin 13 yanvar 2021-ci il tarixli, 01/17-03 nömrəli arayışından onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyinin müəyyən olunduğu qeyd edilmişdir. Bundan başqa, onun fə rdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi bildirilmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 31800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26226,84 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək “ona 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə Xudat rayonunda anadan olmuş, xx.xx.1975-ci ildən xx.xx.2020-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək fəaliyyəti dövründə matros və stropçu vəzifələrində işləmişdir. Həmin vəzifələr həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həm də Azərbaycan Respub likası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi və 12 il 6 aydan çox xüsusi stajı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçı cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab

6. Azərbaycan Respublikası “Əmək pensiyaları haqq ında” Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəaritinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiy ası hüququ vardır. Yəni güzəştli şərtlərlə pensiya təyin olunması üçün qeyd edilən maddə üç tələb müəyyənləşdirir: yaş, staj və pensiya kapitalı. İddiaçı qeyd edilən tələblərin ikisinə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olararq iddiaçıya münasibətdə 31800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26226,84 manat təşkil edir. Bundan əlavə, iddiaçının 2-ci tələbə cavab verməsi də təqdim etdiyi sübutlar vasitəsi ilə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən güzəştli arayış təqdim edilməmişdir. İddiaçı tərəfindən yalnız bir arayış təqdim edilmiş dir ki, o da arxiv arayışıdır və hətta həmin arayışa görə onun güzəştli stajı 12 il 6 ayı əhatə etmir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5175/2021 saylı, 25 avqust 2021-ci il tarixli (hakim M.Hacıbəyova) qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyə görə iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyın edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixinə 25 il ümumi iş stajı, 12 il 06 ay əmək şəraiti zərərli və ağır olan işlərdə işləməsi ilə bağlı stajı olmalıdır. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günə-xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında iddiaçının işlədiyi matros peşəsi nəzərdə tutulsa da, iddiaçının həmin peşədə iş stajı xx.xx.2006-cı il tarixinə 12 il 6 aydan azdır, cəmi 06 il 12 gün təşkil edir. İddiaçının işlədiyi digər peşələr (stropçu və s.) isə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatlara aid olmadığı üçün güzəştli staja daxil edilə bilməz. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün onun güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan əmək stajı yoxdur.

9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qəra r qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-465/2022 saylı, 20 may 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseyn - sədrlik edən və məruzəçi, S.Bəktaşi və İ.Kərimli) Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2018-ci il tarixdən ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qe yd etmişdir ki, iş materiallarında olan əmək kitabçasından, arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə kimi, xx.xx.1978ci ildən xx.xx.1982-ci ilə kimi, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə kimi matros vəzifəsində, xx.xx.1987-ci ildən xx.xx.2008-ci ilədək stropçu peşəsində işləmişdir. İddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuşdur: XXVİİİ hissənin 3-cü bəndinin Dəniz və çay donanması 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının g əmi heyətinə (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) uyğundur. “Azərbaycan X3” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/17-03 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışında da qeyd olunmuşdur ki, İddiaçı X3 “Emba”, “Marşal Varabyov”, “Xankəndi” gəmilərində matros vəzifəsində işləmişdir. Onun tutduğu bu vəzifələr üzən heyətə və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, xidmət, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. İddiaçının işlədiyi “stropçu” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur (Metallurgiya istehsalatı (əlvan metallar) ********. Vİİİ. Xammalın boşaldılması ilə məşğul olan stropçular- 2090100a—18897). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 7-ci “Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsində “xammalın boşaldılması ilə məşğul olan stropçular” güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının yuxarıda qeyd olunan əmək fəaliyyətinə dair məlumatlar ona məxsus əmək kitabçası və arxiv arayışları ilə təsdiq olunur. İddiaçının əmək kita bçasındakı və arxiv arayışlarındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli və 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarları ilə təsdiq olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarında “stropçu” peşəsinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə kimi aşkar və qeyd-şərtsiz olaraq nəzərdə tutulması, iddiaçının əmək kitabçasında da onun işlədiyi peşənin adının “stropçu” qeyd olunması məhz həmin peşə üzrə hər hansı izahedici arayışa ehtiyacı da aradan qaldırır. Hazırkı halda iddiaçının stropçu peşəsində çalışdığı müəssisə "xxxx" Açıq Səhmdar Cəmiyyəti fəaliyyət göstərmədiyindən i ddiaçının zərərli əmək şəraitində işləməsinə dair arayış təqdim edilməsi mümkün deyildir. Bununla belə güzəştli arayış təqdim edilməsə də, iddiaçının çalışmış olduğu stropçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli və 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarları ilə təsdiq olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarında bütün istehsalat sahələrində güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə kimi qeyd olunmuşdur. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştl iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası hesab etmişdir ki, pensiya kapitalı ilə bağlı qeyd edilən tələb xx.xx.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu xx.xx.2006- cı il tarixədək qazanmışdır. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz.

12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinə görə, “Azərbaycan X3" QSC-nin iddiaçıya dair 13 yanvar 2021-ci il tarixli, 01/17-03 nömrəli arayışına əsasən onun güzəştli iş stajı 12 il 6 aydan (6 il 12 gün) azdır.

14. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qe ydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 31800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26226,84 manat təşkil edir Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə y aşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” XXVİİİ bölmə. 3-cü bənd. Dəniz və çay donanması 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla).

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda s tropçu peşəsi güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur (Metallurgiya istehsalatı (əlvan metallar) 20900000 -Vİİİ. Xammalın boşaldılması ilə məşğul olan stropçular- 2090100a— 18897).

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 7-ci “Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsində “xammalın boşaldılması ilə məşğul olan stropçular” güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur.

22. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mü bahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyətcə imtinanın və iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məh kəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Belə ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün bu qərarın 17-20-ci bəndlərində istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı tələb olunan ümumi və xüsusi stajı xx.xx.2006-cı il tarixinə kimi toplamış və həmin normalarla müəyyən olunmuş müvafiq yaş həddinə çatmışdır. Apelyasiya məhkəməsi tərəfindən iddiaçının əmək stajı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq dövrlərdə qüvvədə olmuş normaların tələblərinə uyğun hesablanmışdır.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, stropçu peşəsi həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrə Siyahıda, həm də 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş Siyahıda güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur (müvafiq olaraq qeyd olunan Siyahıların: “Metallurgiya istehsalatı (əlvan metallar) ********. Vİİİ. Xammalın boşaldılması ilə məşğul olan stropçular-2090100a—18897), “Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsində “xammalın boşaldılması ilə məşğul olan stropçular”). Nəzərə almaq lazımdır ki, görülən işlərin (yükqaldıran mexanizmlər vasitəsi ilə xammalın yüklənilməsi və boşaldılması), eləcə də həyata keçirilən funksiyaların məzmunu baxımından həmin peşə konkret istehsal sahəsinə bağlı deyildir və müxtəlif iqtisadi fəaliyyət sahələrində, o cümlədən ağır sənayedə, tikintidə, dəmiryolu və liman terminallarında həmin sahələrin ehtiyaclarının ödənilməsi məqsədi ilə istifadə oluna bilər. İstinad olunan siyahılarda “Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsində nəzərdə tutulmasına rəğmən, xammalın boşaldılması fəaliyyət sahəsi kimi iqtisadiyyatın müxtəlif sahələrinin istehsalat ehtiyaclarının ödənilməsi məqsədlərinə xidmət etdiyi, bunun üzərindən stropçu peşəsinin də yalnız həmin sahə ilə məhdudlaşmadığı və ümumi xarakter daşıdığı nəzərə alınmalı, bu baxımdan iqtisadiyyatın müxtəlif sahələrinə bağlı stropçu peşəsi də qeyd olunan siyahıda nəzərdə tutulmuş stropçu peşəsinə uyğun hesab edilməlidir.

32. İddiaçının yuxarıda qeyd olunan əmək fəaliyyətinə dair məlumatlar ona məxsus əmək kitabçası və arxiv arayışları ilə təsdiq olunur. İddiaçının əmək kitabçasındakı və arxiv arayışlarındakı məlumatların həqiqətə uyğun olmadığını və şübhə altına alındığını təsdiq edən hər hansı sübut işdə yoxdur və cavabdeh tərəfindən də məhkəməyə təqdim olunmamışdır.

33. İddiaçının zəruri pensiya kapitalın a malik olmadığına istinad edən cavabdehin həmin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən ümumi və xüsusi stajla, yəni tam əmək stajı ilə bağlı dispozisiya şərtləri 1 yanvar 2006-cı il tarixədək iddiaçıya münasibətdə tam ödənildiyindən, iddiaçı həmin şərtlərin ödənildiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndi ilə müəyyən edilmiş digər şərtin ödənildiyi – 57 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə əmək pensiyası hüququnu qazanmışdır.

34. Pensiya kapitalı ilə bağlı qeyd edilən tələb isə xx.xx.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu xx.xx.2006-cı il tarixədək qazanmışdır. Bu baxımdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının tə yin edilməsi üçün iddiaçıdan pensiya kapitalının tələb olunması əsassızdır.

35. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Odur ki, iddiaçıya hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğundur.

36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

37. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 may 2022-ci il tarixli, 21(103)-465/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar