Məhkəmə qərarları › İş №2-1(102)-1615/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1615/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1615/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.09.2023 Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2-1(105)-19/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazıl ı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,3694 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin şimal hissəsi Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sahəsinin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün Tədbirlər Planının” müvafiq bəndinə əsasən "xxxx" ASC (indiki adı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) tərəfindən həyata keçirilən “B ilgəh-Sumqayıt” avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşmüşdür.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək mülkiyyətində olan 0,3694 ha torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsini xahiş etmişdir.

4. Cavabdeh 27 avqust 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşsə də, layihə çərçivəsində iddiaçının iddia etdiyi torpaq sahəsinə müdaxilə edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 15 avqust 2019-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqi qləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona torpaq sahəsi üçün 150.000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin 10 sotdan çox hissəsi, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sahəsinin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün Tədbirlər Planının” müvafiq bəndinə əsasən "xxxx" ASC (indiki adı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşmüşdür. Həmin torpaq sahəsinin tikinti altına düşməsi barədə ona heç bir xəbərdarlıq məktubu göndərilməmiş, üstəlik tutulmuş torpaq sahəsinin müqabilində ona heç bir kompensasiya verilməmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələbinə əsasən alan orqan rəsmi elanın mahiyyətini alınmanın təsirinə məruz qalan torpaqda yaşayan bütün şəxslərin, alınmanın təsirinə məruz qalan torpaqda mülkiyyət, istifadə və icarə kimi hüquqları olan şəxslərin, alınmanın təsirinə məruz qalan torpağın alınması ilə bağlı kompensasiya hüququna malik olan şəxslər kimi alan orqan tərəfindən tanınan şəxslərin diqqətinə çatdırmaq üçün bütün müvafiq zəruri tədbirləri görməlidir. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planına əsasən Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində yolun tikintisi sahəsinə düşən fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrinin, yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə torpaq sahəsi tikinti altına düşdüyü halda, həmin əmlak dövlət ehtiyacları üçün alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X2 tərəfindən tikilinin kadastr planı təqdim edilir. Bunda sonra isə əmlakın müstəqil qiymətləndırici olan "xxxx" MMC-nin rəyi əsasında dəyəri müəyyən edilir. Hazırda isə İddiaçı məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 20082013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən "xxxx" ASC tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşsə də, layihə çərçivəsində iddiaçının iddia etdiyi torpaq sahəsinə müdaxilə edilməmişdir. Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçının tam istifadəsində olmaqla mülkiyyətindədir və iddiaçıya məxsus torpaq sahəsinin yerdənaturada təyinatı üzrə istifadə olunması mümkündür. Etirazın maddi hüquqi əsası kimi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 35.3, 36.1-ci maddələrinə istinad edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 1 mart 2021-ci il tarixli, 2- 1(118)-48/2021 nömrəli qərarı (hakim: X6) ilə iddia qismən təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iddiaçının mülkiyyətində olan torp aq sahəsinin yolun tikinti altına düşən hissəsinin hər bir sotuna görə 9000 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən həyata keçirilmiş “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 555 nömrəli ekspert rəyindən göründüyü kimi yolun tikinti altına düşən torpaq sahəsinin 1 sotunun bazar dəyəri 9.000 manat müəyyən edilmişdir. Hesabat kifayət qədər əsaslandırılmaqla torpaq sahəsinin dəyəri müəyyən olunmuşdur. İddiaçının mülkiyyətində olan torpaq sahəsi “BilgəhSumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərç ivəsində tikinti altına düşdüyündən həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə iddiaçıya kompensasiya ödənilməlidir. Bu baxımdan, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşən hissəsinin hər bir sotuna görə 9000 manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2021ci il tarixli, 2-1(105)-357/2021 nömrəİi qərarı (hakiml ər: X10 (sədrlik edən və məruzəçi), X14 və X11) ilə Sumqayıt İnzibati Məhkəməsinin 1 mart 2021-ci il tarixli qərarı dəyişdirilmiş, iddiaçıya mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.3694 ha torpaq sahəsinin 0.1090 ha hissəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar dövlət büdcəsi hesabına 98 100 (doxsan səkkiz min yüz) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmamışdır.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi də iddianı qismən təmin edərkən həmin ekspert rəyinə əsaslanmış, nəticə etibarilə verilmiş rəylə torpaq sahəsinin konkret olaraq neçə sotunun zəbt olunması, həmin sahəyə görə iddiaçıya ödənilməli olan məbləğ dəqiq göstərilməmi şdir. "xxxx" MMC-nin 555 saylı, 1 dekabr 2020-ci il tarixli ekspert rəyi ilə iddiaçıya məxsus 0.3694 ha torpaq sahəsinin cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində aparılmış inşaat işləri zamanı şimal hissəsinin zəbt olunması, torpaq sahəsinin bir sotunun bazar qiymətinin 9000 (doqquz min) manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəməyə "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə daxil olmuş dəqiqləşdirilmiş rəydən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin yalnız 0.1090 ha hissəsi məhz "Bilgəh-Sumqayıt" avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşür. Cavabdeh tərəfindən apellyasiya şikayətində mübahisələndirilsə də, iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin təsdiq edi lmiş layihəyə əsasən, yolun tikinti altına düşməsi və bu səbəbdən torpaq sahəsində qazma işlərinin aparılması iş materialları ilə sübuta yetirilir. Müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh-Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. İddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar müdaxilə baş versə də, bu zaman qanunvericiliyin tələblərinə riayət edilməmiş, alınmış sahənin əvəzində hal-hazıradək ədalətli kompensasiya ödənilməmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçıya məxsus torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə olunduğunu, torpağa ziyan dəydiyini qeyd etsə də, torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddianı qismən təmin edərkən ekspert rəyinə əsaslanmış, nəticə etibarilə verilmiş rəylə torpaq sahəsinin konkret olaraq neçə sotunun zəbt olunması, həmin sahəyə görə iddiaçıya ödənilməli olan məbləğ dəqiq göstərilməmişdir. Məhkəmə kollegiyası iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin 0.1090 ha hissəsinin hər sotunun bazar dəyərinin 9000 manatdan hesablanmaqla (10,90 x 9000= 98100) 98100 (doxsan səkkiz min yüz) manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qanuni və əsaslı hesab edir

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instans iyası məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2022-ci il tarixli, 2-1(102)-466/2022 nömrəli qərarı (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8, Kərimov Səyyad oğlu) ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

17. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə müşayiət edilən şəkildə alınması məhkəmələr tərəfindən ətraflı araşdırılmamış, torpaq sahəsinin tam və ya qismən yola və mühafizə zolağına düşməsi səlahiyyətli dövlət orqanlarının iştirakı ilə yoxlanılmamış, apelyasiya məhkəməsi bu barədə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. Həmçinin torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyərionun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədlə ri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Həmçinin daşınmaz əmlakın dəyərinin qiymətləndirilməsi peşəkar lisenziya tələb edən bir fəaliyyət olmaqla mübahisəli daşınmaz əmlakın xüsusiyyətlərinə əsasən qiymətləndirmə prosesi aparılmalı olduğundan, apellyasiya instansiyası məhkəməsi bu xüsusda araşdırma aparmamış, qiymətləndirməni həyata keçirmiş mütəxəssisin (MMC-nin) belə səlahiyyətə malik olmasını, mübahisəli daşınmaz əmlakın xüsusiyyətlərinə əsasən qiymətləndirmə aparılmasını araşdırmamışdır. ç. ap ellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(105)19/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2-1(118)-236/2020 nömrəli qərardadı ləğv edilmişdir.

19. İkinci apellyasiya baxışı zamanı əldə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, dövlət aktına əsasən verilmiş xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəb əsində yerləşən 0,3694 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları iddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından mütəxəssis qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Elektron məlumat bazasına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,3694 ha torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq olduğundan mövcud istifadə vəziyyətini əks etdirmir. “Bilg əh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində iddiaçının faktiki istifadə vəziyyətinə əsasən nəzərə alınmış 0,3692 ha torpaq sahəsinin 0,0630 ha hissəsi (630 kv.metr) yolun layihəsi çərçivəsində layihənin cənub-şərq istiqamətində yolun tikinti altına düşür. iddiaçının faktiki istifadə vəziyyətinə əsasən nəzərə alınmış 0,3692 ha torpaq sahəsinin 0,0325 ha hissəsi (325 kv.metr) yolun layihəsi çərçivəsində layihənin cənub-şərq istiqamətində yolun mühafizə zolağına düşür.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2-1(105)-19/2023 nömrəli qərarı ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X4 və X9) Sumqayıt İnzibati Məhkəməsinin 1 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 955 m2 torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 28650 manat pul kompensasiyasının iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində iddiaçının mülkiyyətində olan 0,3692 ha torpaq sahəsinin 0,0630 ha hissəsi (630 kv.metr) yolun layihəsi çərçivəsində layihənin cənub-şərq istiqamətində yolun tikinti altına düşdüyü, 0,0325 ha (325 kv.m) hissəsinin cavabdeh tərəfindən həyata keçirilən “BilgəhSumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçiv əsində yolun mühafizə zolağına düşdüyü müəyyən edilmişdir. Bundan başqa, torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (koordinatlarda sürüşmələr) qeydə alınmışdır. Mütəxəssis rəyləri və torpaq sahəsinə yerində baxış nəticəsində müəyyən edilmişdir ki, mübahisəsi gedən ərazidə torpaq sürüşmələrinin olması səbəbindən, iddiaçının istifadə etdiyi torpaq sahəsinin yerləşməsi ilə sənəd üzrə yerləşməsi arasında müəyyən uyğunsuzluqlar mövcud olmuşdur. Qeyd edilən uyğunsuzluq iddiaçının iradəsindən asılı olmayaraq koordinatların sürüşməsi nəticəsind ə yarandığından, bu hal iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçıya məxsus 0,0630 ha torpaq sahəsi məhz “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına, 0,0325 ha hissəsi ilə yolun mühafizə zolağına düşmüş, yəni iddiaçı, ümumilikdə, 0.0955 ha (0,0630 ha+0,0325 ha) torpaq sahəsindən məhrum edilmişdir. - İddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Torpaqların dövlət ehtiyacları üçün alınm ası haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən, alqı-satqı müqavilələri əsasında müəyyən etdiyi bazar qiymətinin (16.60 manat) cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən qoyulmuş və digər mülkiyyətçilərə ödədiyi qiymətə (20 % əlavə ilə birlikdə 30 manat) münasibətdə aşağı məbləğ olduğunu nəzərə alaraq, ödənilməli olan kompensasiyanın məbləği cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmalıdır. Odur ki, iddiaçıya 0.0955 ha, yəni 955 m2 torpaq sahəsinin zəbt edilməsinə görə 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq da nəzərə alınmaqla ümumilikdə (955 x 30=) 28650 manat kompensasiya ödənilməlidir.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətində qeyd edilmişdir ki, mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə vəziyyəti arasında uyğunsuzluq (koordinatların sürüşdürülməsi) var və hesab edilməlidir ki, bu uyğunsuzluq ziddiyyətlər təşkil edir və belə olan halda kompensasiya tutulması əsassızdır. Həmçinin əmlakın qiymətləndirilməsi real bazar qiymətindən yuxarı olmuşdur. Belə ki, Abşeron rayonu Saray qəsəbəsində (Villa Badam ərazisində) yerləşən mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş ən azı 10 ədəd alqı-satqı müqaviləsinin, qeyd olunan formada müqavilənin təqdim edilməsi mümkün olmadıqda Abşeron rayonu Saray qəsəbəsində yerləşən torpaq sahələrinə dair 2013-cü il üzrə ən azı 10 ədəd alqı- satqı müqaviləsinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi 2013-cü il tarixli alqı-satqı müqavilələrin təsdiq olunmuş surətindən görünür ki, müqavilələrə əsasən, Abşeron rayonu Saray qəsəbəsində 2013-cü il tarixdə həyata keçirilən alqı-satqı zamanı 1 kv.m torpaq sahəsinin bazar qiyməti müvafiq olaraq 5 manat, 10 manat, 7.71 manat, 16.33 manat, 11.49 manat, 5.01 manat və 22 manat olmuşdur. Yuxarıda istinad edilən al qısatqı müqavilələrinə əsasən, 1 kv.m torpağın 3 ən yüksək qiymətinə 11.49, 16.33 və 22 manat aid edildiyindən, onların orta göstəricisi (11.49+16.33+22)/3= 16.60 manat) 16.60 manat etmişdir. Lakin buna baxmayaraq, torpağın real bazar qiyməti əldə etməklə, məhkəmə kollegiyası daha yüksək qiymətləri tətbiq etməklə, dövlət büdcəsi qarşısında əlavə öhdəlik yaratmışdır.

24. Kassator hesab edir ki, apellyasiya məhkəməsinin qərarı İnzibati-Prosessual Məcəllənin 12, 87.6-ci, Mülki Prosessual Məcəllənin 217-ci, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim et məmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu Maddə

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

27. Azərbaycan Respublikası Konstitusiyası Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

28. Mülki Məcəllə Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə z ərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə

157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik ə həmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.... 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir.... 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan tor paqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir.... 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və y a hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 29. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun Maddə 1.1.1. Alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu i lə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Maddə

3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə

4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə

5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanun a uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; Maddə

7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Maddə

23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir;... 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir t orpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə

54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə

55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyə n edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Maddə

58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyy ən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

30. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllən in 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiril ə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin “N.A. və digərlərinin Türkiyəyə qarşı” işi üzrə qərarı

32. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərç ivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnı z ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçının torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması nət icəsində dəymiş zərər üçün kompensasiyanın ödənilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Həmçinin Ali Məhkəmənin hazırkı qərarın 17-ci bəndində göstərilən göstərişlərin icrası ilə bağlı məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən Ali Məhkəməsinin göstərişi çərçivəsində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə və iş materiallarına əsasən iddiaçıya məxsus 0,0630 ha torpaq sahəsi məhz “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına, 0,0325 ha hissəsi ilə yolun mühafizə zolağına düşməsini, ümumilikdə, iddiaçı 0.0955 ha (0,0630 ha+0,0325 ha) torpaq sahəsindən məhrum edilməsi müəyyən etmişdir. Əlavə olaraq, həmin torpaq sahəsi üzrə yolun tikintisi altına düşmüş torpaq sahələrinə görə alan orqanın cəlb etdiyi müstəqil qiymətləndirici tərəfindən 30-40 manat məbləğində kompensasiya hesablaması müəyyən etmişdir.

40. Beləliklə, Ali Məhkəmə tərəfindən hazırkı qərarın 28-ci bə ndində göstərilən İPM-in 96.11-ci maddəsinə görə məcburi xarakter daşıyan göstərişlər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, hüquqi qərar qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddia tələbini qismən iddiaçıya 0.0955 ha, yəni 955 m2 torpaq sahəsinin zəbt edilməsinə görə 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq da nəzərə alınmaqla ümumilikdə (955 x 30=) 28650 manat kompensasiya ödənilməli olması qərarına gəlmişdir.

41. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə vəziyyəti arasında uyğunsuzluq (koordinatların sürüşdürülməsi) ziddiyyətlər təşkil edir və belə olan halda kompensasiya tutulması əsassızdır.

42. Cavabdehin ka ssasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, ikinci apellyasiya baxışı zamanı əldə edilmiş iş materialları ilə müəyyən olunur ki, torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (koordinatlarda sürüşmələr) qeydə alınmışdır.

43. Lakin 0,3694 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları iddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerqur uluşu layihəsinin uyğunsuzluq iddiaçının iradəsindən asılı olmayaraq koordinatların sürüşməsi nəticəsində yarandığından, bu hal iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz.

44. Həmçinin cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi əmlakın qiymətləndirilməsi üçün torpağın real bazar qiymətindən daha yüksək qiymətlər tətbiq etmişdir.

45. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh apellyasiya şikayətindən qeyd etmişdir ki, layihə çərçivəsində yolun tikintisi altına düşmüş torpaq sahələrinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.m torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 30-40 manat məbləğində kompensasiya hesablanm ış və əmlakın qiymətləndirilməsinə dair hesabat hazırlanmışdır.

46. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən 06 dekabr 2022-ci il tarixli, ********* nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yeni tikilən yolun Saray qəsəbəsindən keçən hissəsində tikinti altına düşən torpaq sahələri dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış qiymətinin 20 % miqdarında əlavə nəzərə alınmaqla torpaq sahəsinin 1 sotu üçün 3000 manat məbləğində qiymətləndirilmişdir.

47. Beləliklə, apellyasiya instansiyası məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən qoyulmuş və digər mülkiyyətçilərə ödədiyi qiyməti (20 % əlavə ilə birlikdə 30 manat) nəzərə alaraq ödənilməli olan kompensasiyanın məbləğini müəyyən etməsi əsaslı olmuşdur.

48. Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin “N.A. və digərlərinin Türkiyəyə qarşı” işi üzrə qərarında qeyd olunan mövqeyinə görə: Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin v ə müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Belə yanaşma yalnız mülkiyyətə müvafiq kompensasiyanın ödənilməsi ilə məhdudlaşdırılmamalıdır. Əgər söhbət mülkiyyətin geri alınması, özgəninkiləşdirilməsindən gedirsə həm də tərəflərin özlərinin davranışları, dövlətin tətbiq etdiyi vasitələrin real, adekvat, ədalətli olub, olmaması, əmlakdan məhrum olan mülkiyyətçinin sonrakı məhrumiyyətləri və sair hallar nəzərə alınmalıdır. Avropa Məhkəməsi hesab edir ki, məsələyə münasibətdə istər qanunverici, istər inzibati, istərsə də hakimiyyət orqanlarının praktiki fəaliyyətlərindəki qeyri-müəyyənlik dövlətin davranışının qiymətləndi rilməsi zamanı nəzərə alınmalı mühüm amillərdən biridir. Həqiqətən söhbət “dövlət ehtiyacları” və ya “ictimai maraqlara” aid olan məsələdən, mübahisədən gedirsə dövlət hakimiyyət orqanları vaxtında, məqsədəuyğun və ardıcıl şəkildə qanunauyğun hərəkətlər etməklə məsələyə hüquqi qiymət verilməsini təmin etməlidirlər.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə Avropa İnsan Hüquqları Məhkəməsinin “N.A. və digərlərinin Türkiyəyə qarşı” işi üzrə qərarında qeyd olunan mövqeyinə və hazırkı qərarın 27-30-cu bəndlərində qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

50. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2-1(105)-19/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar