Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1615/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: başqasının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddia çı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən 30 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-17/2024 saylı iş üzrə 24 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2004-cü ildə Bala kən Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Balakən şəhəri, R.Səmədov küçəsində mağaza tikmək üçün ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir.
2. Bələdiyyənin 17 sentyabr 2004-cü il tarixli 10 nömrəli qərarı ilə 0,003 ha torpaq sahəsi mağaza tikintisi üçün iddiaçıya satılmış, bu hal JN-0016 saylı, 40110001 kodlu Dövlət Aktı ilə rəsmiləşdirilmişdir.
3. Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən qeyri-yaşayış binası Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixdə 1 nömrəli reyestr kitabının 47-ci səhifəsində 390 reyestr nömrəsi ilə qeydiyyata alınmış 390 nömrəli Qeydiyyat vəsiqəsi ilə iddiaçının mülkiyyətinə verilmişdir.
4. İddiaçı Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən, ümumi sahəsi 30 kv.m olan qeyr i-yaşayış binasını xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi” əsasında alıcı X2, xx.xx.2022-ci qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Balakən şəhəri, H.Əliyev prospektində (əvvəlki ünvanı R.Səmədov küçəsi) yerləşən qeyri-yaşayış binası Sevda Çantayevanın xüsusi mülkiyyətinə verilmişdir. Reyestrdən çıxarışda qeyri-yaşayış binasının yerləşdiyi 0,0034 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla S.Çantayevanın istifadəsində olması qeyd edilmişdir.
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Balakən şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,003 ha tor paq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan-ölçü sənədi ilə rəsmiləşdirilməsini xahiş etmişdir.
6. Cavabdeh 15 sentyabr 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, qeydiyyata alınması tələb edilən 0,003 ha torpaq sahəsi məktəb ərazisi ilə prospekt arasında yerləşir. Həmin torpaq sahəsi baza xəritələrində ona məxsus olan qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyəti torpaq sahəsi kimi öz əksini tapıb. Eyni zamanda “Dövlət aktı” sənədində göstərilən koordinatlara əsəsən torpaq sahəsinin yerləşdiyi ərazi DWG xəritələrində məktəb ərazisi kimi göstərilib. Torpaq sahəsinin üzərindəki qeyri-yaşayış binası isə onun tərəfindən notarial qaydada satılmış və alıcının adına qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən 30 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsinin əsaslarına görə, Balakən Bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli qərarına əsasən, şəhərin Rafiq Səmədov küçəsi nin cənub-qərb tərəfində yerləşən 30 kv.m ölçüdə torpaq sahəsi mağaza tikmək üçün iddiaçıya hər kv.m 8000 manata satılmış, tərəflər arasında 26 oktyabr 2004-cü il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, həmin akt tərəflərin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müdiri tərəfindən imzalanmaqla, həmin orqanların möhürü ilə təsdiq olunmuş, 271 nömrə ilə DTXK Balakən rayon şöbəsində qeydiyyata alınmış, torpaq sahəsinin dəyəri alıcı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Satılmış torpaq sahəsinin naturada yerləşməsini əks etdirən torpaq sahəsinin yerquruluşu planı bələdiyyə və DTXK-nın Balakən rayon şöbəsinin imza və möhürləri ilə təsdiq edilmiş, eləcə də həmin torpaq sahəsinin situasiya planı aidiyyəti dövlət orqanlarının imza və möhürlə ri ilə təsdiq edilmiş, torpaq sahəsinin qonşuları qeyd olunmaqla iddiaçıya naturada tanıdılmışdır. İddiaçı həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa etmiş, cavabdeh inzibati orqanın hüquqi varisi olduğu Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının adına 390 qeydiyyat, 602 inventar nömrəli texniki pasport tərtib edilmiş, həmin texniki pasportda sənədin hazırlanma əsası kimi, mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair bələdiyyənin 26 oktyabr 2004-cü il tarixli qərarına istinad edilmişdir. Bununla yanaşı, mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının adına torpağa mülkiyyət hüququna dair JN-0016 nömrəli dövlət aktı tərtib edilmiş, həmin dövlət aktı dövlət qeydiyyatına alınmaqla DTXK-nın Balakən rayon şöbəsin in və Dövlət Yerquruluşu və Layihə İnstitutunun imza və möhürü ilə təsdiq edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********75 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan 0,003 ha torpaq sahəsi məktəb ərazisi ilə prospekt arasında yerləşir. Həmin torpaq sahəsi baza xəritələrində iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyəti torpaq sahəsi kimi öz əksini tapıb. Eyni zamanda “Dövlət Aktı” sənədində göstərilən koordinatlara əsasən torpaq sahəsinin yerləşdiyi ərazi DWG xəritələrində m əktəb ərazisi kimi göstərilib. Torpaq sahəsinin üzərindəki qeyriyaşayış binası iddiaçı tərəfindən notariat qaydada satılmış və alıcının adına qeydiyyata alınmışdır. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.1-ci maddəsinə əsasən müraciətin təmin olunmasından imtina edilmişdir.
9. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
10. Şəki İnzibati Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, e-2-1(116)-2355/2022 nömrəli qərardadı ilə Balakən bələdiyyəsi, 17 fevral 2023-cü il tarixli, e-2-1(116)-469/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, 31 mart 2023-cü il tarixli, e-2-1(116)-469/2023 n ömrəli qərardadı ilə X4 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.
11. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ünvanlayaraq, yeni tələbində “TEKUİS məlumat bazasında dəyişiklik edilərək, torpağa mülkiyyət hüququna dair JN seriyalı 0016 nömrəli (kod ********) Dövlət Aktı barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. Şəki İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli e-2-1(116)-469/2023 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizənin qəbulundan imtina edilmişdir.
13. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-469/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarı ilə (hakim X7) iddia tələbi təmin edilməmişdir.
14. Məhkəm ə qeyd etmişdir ki, məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. İddiaçı tələbini əsaslandırmaq üçün bələdiyyə qərarı əsasında mübahisəli torpaq sahəsinin onun adına satılmasına istinad etsə də, məhkəmə hesab edir ki, torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlar dairəsinə aid olduğundan, bələdiyyənin həmin torpaq sahəsinə münasibətdə sərəncam vermək hüququ olmamışdır. Eyni zamanda torpaq sahəsinin üzərində yerləşən tikiliyə, qeyri-yaşayış sahəsinə münasibətdə iddiaçının adına qeydiyyat vəsiqəsi tərtib edilmiş, həmin qeydiyyat vəsiqəsi əsasında qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən özgəninkiləşdirilmiş, özgəninkiləşdirilmiş əmlaka münasibətdə tərtib edilmiş çıxar ışda da torpaq sahəsinin mülkiyyətçisi kimi dövlət qeyd olunmuşdur. Həmçinin mübahisəli torpaq sahəsi üçüncü şəxsə məxsus qeyri-yaşayış obyektinin altında yerləşir. Odur ki, səlahiyyəti olmadığı halda bələdiyyə tərəfindən dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçıya satılmasına dair qəbul edilmiş qərara əsaslanan iddia tələbi əsassızdır.
15. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-17/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər X9 / məruzəçi/, X5 və X10) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-469/2023 nömrəli, 1 1 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Şikayətdə Mülki Məcəllənin 15, 139, 139-1.1.1, 139-1.1.5-cu maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
20. Kassator bildirmişdir ki, iddiaçının tələbinin əsaslandırdığı sübutlarla müəyyən olunduğu kimi, Balakən Bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli qərarına əsasən, şəhərin Rafiq Səmədov küçəsinin cənub-qərb tərəfində yerləşə 30 kv.m ölçüd ə torpaq sahəsi mağaza tikmək üçün iddiaçıya hər kv.m 8000 manata satılmış, tərəflər arasında 26 oktyabr 2004-cü il tarixdə torpaqların alqı- satqısına dair akt tərtib olunmuş, həmin akt tərəflərin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müdiri tərəfindən imzalanmaqla, həmin orqanların möhürü ilə təsdiq olunmuş, 271 nömrə ilə D7XK Balakən rayon şöbəsində qeydiyyata alınmış, torpaq sahəsinin dəyəri alıcı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Satılmış torpaq sahəsinin naturada yerləşməsini əks etdirən torpaq sahəsinin yerquruluşu planı bələdiyyə və DTXK-nın Balakən rayon şöbəsinin imza və möhürləri ilə təsdiq edilmiş, eləcə də həmin torpaq sahəsinin situasiya planı aidiyyəti dövlət orqanlarının imza və möhürlədilə təsdiq edilmiş, torpaq sahəsinin qonşular ı qeyd olunmaqla iddiaçıya naturada tanıdılmışdır. İddiaçı həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa etmiş, cavabdeh inzibati orqanın hüquqi varisi olduğu Baş Dövlət Texniki İnventadaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının adına 390 qeydiyyat, 602 inventar nömrəli texniki pasport tərtib edilmiş, həmin texniki pasportda sənədin hazırlanma əsası kimi, mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair bələdiyyənin 26 oktyabr 2004-cü il tarixli qərarına istinad edilmişdir. Bununla yanaşı, mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının adına torpağa mülkiyyət hüququna dair JN-0016 nömrəli dövlət aktı tərtib edilmiş, həmin dövlət aktı dövlət qeydiyyatına alınmaqla DTXK-nın Balakən rayon şöbəsinin və Dövlət Yerquruluşu və Layihə İnstitutunun i mza və möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139- 1.1.1-ci və 139-1.1.5-ci maddələrində sadalanan əsasları, yəni bələdiyyə qərarı və torpağa mülkiyyət hüququna dair dövlət aktını cavabdeh inzibati orqana təqdim etmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu hala hüquqi qiymət verilmədən sadalanan maddi hüquq normalarının tələblərini mübahisəyə tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar a şağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədləri n təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 1
6. Dövlət reyestrində düzəlişlər 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə
245. Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
24. Azərbaycan Respublikasının Torpaq Məcə lləsi: Maddə
88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.
2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir.
25. Azərbaycan Respublikasının İnz ibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əs aslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şi kayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmi n edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfində n hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Yuxarıda da qeyd edildiyi kimi iddia tələbinin əsasını iddiaçıya JN-0016 saylı, 40110001 kodlu Dövlət Aktı ilə verilmiş 0,003 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması təşkil edir.
33. İş materialları ilə müəyyən edilir ki, qeyd edilən torpaq sahəsi üzərində iddiaçı tərəfindən qeyri yaşayış sahəsi tikilmiş və həmin obyekt daha sonra üçüncü şəxs X1.
34. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan torpaq və mülki qanunvericilikdə şəxsin mülkiyyətində olan torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlak obyektlərinin eyni hüquqi rejimdə olması prinsipi müəyyən olunmuşdur. Həmin prinsipə görə şəxsin mülkiyyətində olan torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakın ayrı ayrılıqda özgəninkiləşdirilməsinə yol verilmir.
35. Belə ki, bu yanaşma “AR Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin AR Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 245-ci maddəsinin ikinci cümləsinin qü vvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən müvafiq torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ da əldə edənə keçir. Göstərilən hüquq normasının təhlilindən göründüyü kimi, torpaq sahəsinin mülkiyyətçisinə məxsus olan binanı (qurğunu) əldə edənin eyni zamanda müvafiq torpaq sahəsi (binadan (qurğudan) istifadə üçün zəruri olan hissə) üzərində də qanuna uyğun olaraq mülkiyyət hüququnu əldə etməsi göstərilir.
36. Eyni zamanda məhkəmə kollegiyası hüququn qəbul edilmiş qaydalarına əsaslanmaqla qeyd etməyi zəruri hesab edir ki, MM-in 245-ci maddəsinin mənasına görə mülkiyyətdə olan torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlak özgə ninkişlədirildikdə tərəflər həmin torpaq sahəsinin hüquqi müqəddəratı barədə xüsusi razılaşma əldə etmək hüququna malik deyillər. Belə ki, əgər daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisidirsə, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın yeni mülkiyyətçisinə tərəflərin razılaşmasına əsasən deyil, Mülki Məcəllədə müəyyən olunmuş imperativ normaya əsasən keçir. Tərəflərin torpaq sahəsi olmadan onun üzərində yerləşən daşınmaz əmlakın özgəninkişləşdirilməsi barədə bağladığı əqdlər qanuna uyğun olmadığına görə əhəmiyyətsizdir.
37. Məhkəmə kollegiyası onu da vurğulayır ki, cavabdehin dəlillərinə görə üçüncü şəxsin adına reyestrdən çıxarışda iddia olunan torpaq sahəsi dövlət mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə reyestrdə belə məzmunun qeyri-dəqiqliyi barədə iddiaçı mübahisə açmayıb, həmin məzmunun həqiqiliyi və zamanlığı prezumsiyası qüvvədədir.
38. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən normalara istinad etməklə hesab edir ki, iddiaçının mövqeyi əsassız olmaqla qüvvədə olan qanunvericiliyin müddəalarına ziddir.
39. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. 40 Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhk əmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2-1(107)- 17/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.