Məhkəmə qərarları › İş №2-1(102)-1615/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1615/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1615/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 03.07.2025 hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərk əzi Filialına qarşı “xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və pensiyanın təyin ediləcəyi günədək yığılmış pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-14/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1984cü ildən xx.xx.1989-cu ilədək təhsil almış, xx.xx.1979-cu ildən xx.xx.2018-ci ilədək fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. İddiaçı həmçini n xx.xx.2002-xx.xx.2002-ci illər və xx.xx.2003-xx.xx.2003-cü illərdə işsizlik müavinəti almışdır.

3. X2” ASC tərəfindən verilmiş güzəştli arayışa əsasən iddiaçı xx.xx.1989xx.xx.2002-ci illərdə “Azrezintexnika” zavodunda pazvari qayışlar sexində zərərli iş şəraitində işləməklə mexanik vəzifəsində çalışıb, xx.xx.2005-xx.xx.2010 illərdə “X2” ASCdə 7-ci dərəcə avadanlıqların təmiri üzrə usta, xx.xx.2010- xx.xx.2013 illərdə “X2” ASC-nin idarə heyətini sədri vəzifəsində işləyib.

4. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********9 nömrəli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2013-cü il tarixədək “X2” ASC-də mexanik vəzifəsində işlədiyi qeyd edilib. Sözügedən müəssisədəki iddiaçının iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq arxivdə saxlanılan sözügedən müəssisəyə dair sənədlərdə qeyd olunanlara əsasən 1999-cu ilin 12 ayı üzrə və 2002-ci ilin yanvar, fevral aylarında ona əmək haqqı hesablanmadığı bildirilib. Qeyd olunan fakt adıçəkilən müəssisə tərəfindən xx.xx.2022-ci il tarixli Akt ilə təsdiq olunmuşdur. Göstərilənləri nəzərə alaraq, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 4 ay 6 gün (xx.xx.1989-cu il, xx.xx.2000- xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 9 ay 19 gün (xx.xx.1979 - xx.xx.1980-ci il, xx.xx.1980 - xx.xx.1982-ci il, xx.xx.1989 xx.xx.1999-cu il, xx.xx.2002-ci il, xx.xx.2005 - xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 8 il 2 ay)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17555,46 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixinədək Ləki pambıq təmizləmə zavodunda 7 ay 23 gün, xx.xx.1980-ci ildən xx.xx.1980-ci il tarixinədək kolxozda 2 ay 8 gün, müddətli hərbi xidmətdə 2 il, xx.xx.1983cü ildən xx.xx.1983-cü il tarixinədək yenə kolxozda 6 ay 24 gün, xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun gündüz hazırlıq şöbəsinə 9 aylıq tədris müddəti, xx.xx.1984-cü ildən xx.xx. 1989-cu il tarixinədək 5 illik ali təhsil müddəti, xx.xx.1989-cu ildən xx.xx.2002-ci il tarixinədək “Azrezintexnika” zavodunda pozvari qayışlar sexində 12 il 6 ay 7 gün, işsizlik müavinəti aldığı xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək olan dövr üzrə 6 ay, habelə xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək olan dövr üzrə yenə 6 ay, xx.xx.2005-ci ildən xx.xx.2013-cü il tarixinədək “X2” ASC-də idarə heyətinin sədri vəzifəsində 8 il 6 ay 12 gün, xx.xx.2013-cü ildən xx.xx.2018-ci il tarixinədək "xxxx" ASC-nin sədri vəzifəsində 4 il 8 ay 2 gün olmaqla toplamda 35 il 10 ay 16 gün əmək stajına, həmçinin (12 il 6 ay 7 gün + 8 il 6 ay 12 gün) 21 il 19 gün güzəştli şərtlərlə yaşa görə əmək stajına malikdir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət et miş, xx.xx.2022-ci il tarixli məktuba əsasən tələbinin icrasından imtina edilmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 2 may 2023-cü il tarixli, e-2-1(116)-754/2023 nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olduğundan onun 1.07.2022-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1962-ci ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pen siyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-ci il tarixli, 2-1(107)-430/2023 nömrəli qərarı ilə (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, G.Cavadova və V.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və idd ia tələbinin rədd edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(102)669/2024 nömrəli qərarı ilə (hakimlər: N.Rəsulbəyova - sədrlik edən və məruzəçi, İ.Hüseynov və K.Bədəlov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

14. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş güzəştli arayışda iddiaçının işlədiyi mexanik vəzifəsinin xüsusatları göstərilməmiş, ümumiyyətlə iddiaçının iddia olunan zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu barədə məlumat qeyd olunmamışdır. Bu məqsədlə işə təkrar baxan apellyasiya məhkəməsi aidiyyəti qurumlara, o cümlədən iddiaçının işlədiyi qurumlara əlavə dəqiqləşdirici sorğular göndərilməli, iş yerindən izahlı arayış tələb olunmalı və həmin xüsusatlar müəyyən edilməlidir. Qeyd edilənlər iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir. Bununla yanaşı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən təyin olunması və pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur, “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci hissəsinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İstinad olunan qanunun normasından göründüyü kimi ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği birdəfəlik qaydada deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Lakin apellyasiya məhkəməsi göstərilən maddi hüquq normasının tələblərinə zidd olaraq birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışıdır. Qeyd edilənlərdən göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Şəki Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 2-1(107)-14/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakimlər: X.Səmədov - sədrlik edən və məruzəçi, İ.Şükürov və A.Eyvazov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 02 may 2023-cü il tarixli qərarı qismən, pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı aylar üzrə əmək haqqı cədvəllərində 1999-cu ilin əmək haqları sex üzrə əmək haqqı kitabı itdiyi üçün göstərilməmişdir. Lakin əmək kitabçasında müvafiq əmrlə xx.xx.1989-cu il əmr №-141/k işə girməsi Əmr №-16/k xx.xx.2002-ci il tarixdə işdən azad olunması qeyd olunub. Heç bir fasilə olmamışdır. Beləliklə, idd iaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin tələb olunan yaş həddinə çatması müəyyən edilir. Bundan başqa məhkəmə kollegiyası iddiaçıya pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni yanlış hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1- 1-ci maddəsinə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

53. İstinad olunan qanunun normasından göründüyü kimi ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği birdəfəlik qaydada deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mərkəzi filiala təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1989- xx.xx.2002-ci il, xx.xx.2005-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər ərzində "X2" ASC-də mexanik vəzifəsində işlədiyi qeyd edilib. Sözügedən müəssisədəki iş stajına dair məlumatların dəqiqləş dirilməsi üçün aidiyyatı üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq arxivdə saxlanılan sözügedən müəssisəyə dair sənədlərdə qeyd olunanlara əsasən 1999-cu ilin 12 ayı üzrə və 2002-ci ilin yanvar, fevral aylarında iddiaçının adına əmək haqqı hesablanmadığı müəyyən olunub. Qeyd olunan fakt adıçəkilən müəssisə tərəfindən xx.xx.2022-ci il tarixli akt ilə təsdiq edilmişdir.

19. İddiaçının mübahisələndirilməyən güzəştli iş stajı kimi göstərilən dövrlər müəyyən edilmişdir: xx.xx.1989-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, 2 xx.xx.2000-cu il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlər.

20. Göstərilənləri nəzərə alaraq iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az 11 il 4 ay 6 gün təşkil edir.

21. İddiaçının ümumi iş stajı 25 ildən az 22 il 9 ay 19 gün təşkil edir.

22. Bundan ba şqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560 manat olmalı olduğu halda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 17555,46 manat təşkil etmişdir.

23. Bundan başqa 1999-cu ilin 12 ayı üzrə və 2002-ci ilin yanvar, fevral aylarında iddiaçının adına əmək haqqı hesablanmamışdır. Məhkəmə isə həmin dövrləri iddiaçının sosial sığorta stajına daxil etmişdir. Halbuki "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddə sinə əsasən əmək pensiyası məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddənin məzmunundan da göründüyü kimi əmək pensiyası şəxsin aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiya edilməsi məqsədilə ödənilir. 1999-cu ilin 12 ayı üzrə və 2002-ci ilin yanvar, fevral aylarında iddiaçının adına əmək haqqı hesablanmadığı üçün həmin dövrlər onun sosial sığorta stajına daxil edilməməlidir.

24. Xüsusilə qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(102)-669/2024 nömrəli qərarında iddiaçının işlədiyi mexanik vəzifəsinin müvafi q siyahıdakı hansı vəzifə və koda uyğunluğunu, həmçinin müvafiq siyahıdakı vəzifəyə uyğunluğunu göstərən xüsusatlar barədə sorğular verilməsini, dəqiq və mötəbər sübutlar əldə edilməli olduğunu göstərmişdir. Lakin təkrar apellyasiya baxışında əldə edilmiş sübutlar yetəri qədər dəqiq və mötəbər olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQU 25. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığor ta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hü ququ vardır. Maddə 9.8. bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 29.1. əmək pensiyasının sığo rta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 32.1-1. Əmək pensiyaları o nu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olun duğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. A li Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiy ası xüsusilə qeyd edir ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın təyin ediləcəyi günədək yığılmış pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir.

34. Qeyd edilməlidir ki, işə ilk dəfə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılan zaman, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

35. Kassasiya instansiyası həmin qərarında apellyasiya məhkəməsinə konkret göstərişlər vermiş və bu göstərişlər apellyasiya mərhələsində icra olunmuşdur.

36. Bununla bağlı olaraq məhkəmə kollegiyası bildirir ki, işin təkrar apellyasiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçının işlədiyi qurumlara əlavə dəqiqləşdirici sorğular göndərilmiş, iş yerindən izahlı arayış tələb olunmuşdur.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 13 dekabr 2024-cü il tarixdə “X2” ASC-yə sorğu ünvanlanmış, “X2” ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məkt uba görə, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı zərərli iş şəraitində aşağıda göstərilən vəzifələrdə işləmişdir: “-xx.xx.1989-ci il tarixdən zavodun 5N-li pazvari qayışları sexində zərərli iş şəraitində mexanik vəzifəsinə təyin edilib. Əmr N:-141/k xx.xx.1989-cu il -xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən ştat vahidi ixtisara düşməsi ilə işdən azad edilib. Əmr N:16/k xx.xx.2002-ci il -xx.xx.2005-ci il tarixdən zavodun Mexaniki Təmir sexinə 7-ci dərəcə ilə avadanlıqların təmiri üzrə usta qəbul edilib. Əmr N:-37/k. xx.xx.2005-ci il -xx.xx.2010-cu il tarixdən "xxxx" ASC-nin idarə heyyətinin Sədri vəzifəsinin icrası həvalə edilib. Əmr N:18/k xx.xx.2010-cu il -xx.xx.2013-cü il tarixdən ƏQM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tu tduğu vəzifədən azad edilib. Əmr N: 16/k xx.xx.2013-cü il. - O, xx.xx.1989-cu il tarixdən X1 zavodunu Əmr N: 141/K xx.xx.1989. pazvari qayışlar sexində zərərli iş şəraitində vəzifə təlimatına uyğun olaraq mexanik vəzifəsinə təyin edilmişdir. Həmin müddətdə “Mingəçevir Texniki-Rezin" ASC (əvvəl X1 zavodu), “Azərkimya” istehsalat birliyinə tabe olmuşdur. İ və İİ kateqoriyalı zərərli və xüsusi zərərli istehsalat sahələrindən ibarət bir neçə sexlərə bölünmüş müxtəlif rezin məmulatlarını istehsal edərək keçmiş SSRİ-nin mütəffiq ölkələrinə göndərirdi. Rezin məmulatlarının, istehsalında rezin xammalın tərkibinə insan organizmi üçun zərərli olan 17 adda xüsusi kimyəvi məhsullar əlavə olunurdu. Xammal hazırlanarkən həmin kimyəvi məhsullar ora əlavə edilir, xüsusi qəliblərə qoyularaq sobalarda biş irilirdi. Rezin məhsulunun bişən zaman çıxan xüsusi zərərli qazlar insan orqanizmi üçün təhlükəli sayılırdı Ona görə də müəssisədə çalışan işçilər üçün əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun tədbirlər həyata keçirilirdi. Bunun üçün bütün sexlərdə ventilyasiya sistemləri quraşdırımışdır. İşçilər üçün soyunub geyinmə otaqları, əlcəklər, Sabun və digər yuyucu vasitələr verilirdi, xüsusi qoruyucu kombinzonla təmin edilir. Süd və süd məhsulları ilə gündəlik təmin olunurdu. Məzuniyyət müddətində müxtəlif kurort və sanatoriyalara göndərilirdi. - İddiaçı xx.xx.1989-cu ildən fəaliyyətə başladığı (Mexanik vəzifəsində) 5 №-li pazvazi qayışlar sexi də yuxarı da adı sadalanan zərərli sexlər siyahısına aid idi. Yusibov Mexanik peşəsinin təlimatına uyğun olaraq həmin sexdə istifadə olunan r ezinin qarışdırılması, kəsilməsi, və bişirilməsi üçün nəzərdə tutulan avadanlıqların quraşdırılması, təmiri və istismarı ilə məşğul olmuşdur. Sexdə olan avadanlıqların cari, orta və əsaslı təmizini il ərzində nəzərdə tutulmuş qrafikə uyğun təmin etmişdir. Gün ərzində 8 saatlıq iş müddətində həmin zərərli kimyəvi məhsullar və zərərli qazlarla təmasda olmuşdur. O da iş vaxtı xüsusi geyimlə və digər qoryucu vasitələrlə təmin edilmiş, Süd və süd məhsulları ilə daima qidalanmışdır. Məzuniyyət müddətində müxtəlif kurort və sanatoriyalara göndərilmişdir. Qanunvericilik də nəzərdə tutulan (zərərli iş şəraiti üçün bütün imtiyazlazdan istifadə etmişdir. - İddiaçı vəzifə təlimatına uyğun fəaliyyət göstərdiyi mexanik peşəsi, “Mingəçevir Texniki Rezin ASC-nin xarakterinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cu il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir, 2 №-li siyahıya əsasən 2110 A010 kodunda və Azərbaycan Respeblikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş“ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının kimya istehsalatı bölməsinin 8.3.1a bəndində nəzərdə tutulmuşdur.”

38. Eyni zamanda apellyasiya məhkəməsinin sorğusuna əsasən, xx.xx.2024-cü il tarixli “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair Arayış”a görə, İddiaçı aylar üzrə əmək haqqı cədvəllərində 1999-cu ilin əmək haqları sex üzrə əmək haqqı kitabı itdiyi üçün göstərilməmişdir. Lakin əmək kitabçasında müvafiq əmrlə xx.xx.1989-cu il əmr N-141/k iş ə girməsi Əmr N-16/k xx.xx.2002-ci il tarixdə işdən azad olması qeyd olunub. Heç bir fasilə olunmayıb. “X2” ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” Arayışına əsasən, Verilir İddiaçı xx.xx.1962-ci il təvəllüdlü, ondan ötrü ki, o həqiqətən Azrezintexnika İB-nin Mingəçevir X1 zavodunda zərərli iş şəraitində göstərilən vəzifələrdə işləmişdir: xx.xx.1989-cu il tarixdən zavodun 5№-li pazvari qayışlar sexində zərərli iş şəraitində mexanik vəzifəsinə təyin edilib. Əmr №-141/k xx.xx.1989-cu il -xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən ştat vahidinin ixtisara düşməsi ilə işdən azad edilib. Əmr№- 16/k xx.xx.2002-ci il -xx.xx.2005-ci il tarixdən zavodun Mexaniki Təmir sexinə 7 dərəcə ilə avadanlıqların təmiri üzrə usta qəbul edilib. Əmr №-37/k xx.xx.2005-ci il. -xx.xx.2010-ci il tarixdən "X2"ASC-nin idarə heyətinin Sədri vəzifəsinin icrası həvalə edilib. Əmr №-18/k xx.xx.2010-cu il. -xx.xx.2013-cü il tarixdən ƏQM-nin 68-ci maddəsinin 2 hissəsinin "a" bəndinə əsasən tutduğu vəzifədən azad edilib. Əmr№ 16/k xx.xx.2013-cü il.

39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, apelyasiya məhkəməsi tərəfindən təqdim olunan sorğular və arayışlar əsasında iddiaçının xüsusi iş stajının 12 il 6 aydan, ümumi iş stajının isə 25 ildən artıq olduğu və tələb olunan yaş həddinə çatdığı sübuta yetirilmişdir.

40. Bundan başqa apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1- 1-ci maddəsinə əsasən, Əm ək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

53. İstinad olunan qanunun normasından göründüyü kimi ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği birdəfəlik qaydada deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qa nuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-14/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar