Məhkəmə qərarları › İş №2-1(102)-1616/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1616/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1616/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X42 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X42 5 saylı Xaçmaz Ə razi İdarəsinə (üçüncü şəxslər: X13, X26 və qeyriləri) qarşı “üçüncü şəxslərin adına verilmiş çıxarışın 1.0 ha hissədə ləğvi və həmin torpaq sahəsinə dair iddiaçının adına çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 21(105)-172/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Torpağa mülkiyyət hüququna dair JN-0057, KOD 30112028 saylı Dövlət Aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci il tarixli 08/04 saylı qərarı ilə Qusar rayonu Gican kəndində yerləşən 5.51 ha torpaq sahəsi X1, X14, X4, X7 və X8 xüsusi mülkiyyətinə verilmişdir. 2. 19 aprel 2008-ci il tarixli alqı-satqı müqaviləsi ilə Qub a rayon Gican kəndində yaşayan X15, X26, X21, X23, X24 JN-0057 KOD 30112028 saylı 24 oktyabr 2000-ci il tarixli Dövlət Aktına əsasən onlara məxsus Qusar rayonu Gican kəndində yerləşən 1.0 ha torpaq sahəsini Qusar rayonu Quxur oba kəndində yaşayan X27 2500 manata satmışdır.

3. RX seriyalı ******* saylı, reyestr nömrəsi **********58, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 1.65 ha torpaq sahəsi X2, X14, X4, X7, X8 ümumi birgə mülkiyyətindədir.

4. Qusar rayon Məhkəməsinin 2(029)- 69/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə X9 X27 və qeyrisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd ed ilmişdir.

5. İddiaçının 17 yanvar 2022-ci il tarixində ərizə ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, X5, X22, X10, X16, X11 adına olan RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 1.0 ha hissədə ləğv edilməsini xahiş etmişdir.

6. Cavabdeh 24 yanvar 2022-ci il tarixli məktubla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3, 2.4 və 1.6-cı maddələrinə istinad edərək, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının ləğvinin İdarənin səlahiyyətlərinə aid olmadığını bildirərək, imtina cavabı vermişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022ci il tarixli, **********8 nömrəli imtinanın qanun suz hesab edilməsi, X5, X22, X10, X16, X11 adına olan RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 1.0 ha hissədə ləğvi və həmin torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağa mülkiyyət hüququna dair JN0057 kod 30112028 nömrəli Dövlət Aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 14 iyul tarixli 08/04 saylı qərarı ilə X17, X26, X21, X23, X11 mülkiyyətlərinə 5.51 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi ayrılmışdır. Əhmədxanovlarla qohumluq münasibətlərindədir. Zaliddin Əhmədxanov onun həyat yoldaşına tikdiyi evinin damının bağlanılması üçün maddi imkanı olmaması, damı bağlamaq üçün pay torpaq sahəsi ni satmağa alıcı tapması barədə bir neçə dəfə müraciət etmişdir. Onların maddi vəziyyətini nəzərə alaraq həyat yoldaşı ilə ona kömək məqsədilə 1.0 ha torpaq sahəsini almaq qərarına gəlmişdirlər. Alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün Qusar rayon Dövlət Notariat Kontoruna müraciət etmiş, 19 aprel 2008-ci il tarixli müqaviləyə əsasən 2500 (iki min beş yüz) manat məbləğində pulu ödəyərək 1.0 ha torpaq sahəsini satın almışdır. 2008-ci il tarixdən həmin torpaq sahəsindən buğda, arpa əkməklə istifadə edir. X28 müəyyən edilən vergi və sosial sığorta haqlarını ödəyir. Həmçinin, dövlət tərəfindən ayrılan subsidiyanı almaq üçün adına bankomat kartı rəsmiləşdirilmişdir. Bu məqsədlə Əhmədxanovlar bələdiyyəyə ərizə ilə müraciət edərək bölgü əsasında rəsmiləşdirilmiş 1.0 ha torpaq sahəsinin iddia çının adına rəsmiləşdirilməsini də xahiş etmişlər. Lakin alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinə maddi vəziyyəti ilə əlaqədar uzun müddət çıxarış almamışdır. 1.0 ha torpaq sahəsinə çıxarış almaq üçün cavabdehə müraciət etmişdir.

9. Xaçmaz Ərazi İdarəsindən vəkil sorğusuna əsasən sənədləri aldıqdan sonra məlum olmuşdur ki, cavabdehlər 5.51 ha torpaq sahəsindən 1.0 ha hissəni ona notariat qaydasında bağlanılmış 19 aprel 2008-ci il tarixli 4ə-İ-110 reyestr nömrəli müqaviləyə əsasən satdıqları halda, Qusar rayon Polis Şöbəsinə alqı-satqı predmeti olan və müqaviləni rəsmiləşdirmək üçün notariat kontoruna təqdim etdikləri Dövlət Aktının əslinin naməlum şəraitdə itməsi barədə ərizə ilə müraciət edərək Dövlət Aktının verilmə tarixini ərizələrində saxtalaşdırmaqla 14 dekabr 2000-ci il əvəzin ə xx.xx.2000-ci ildə verilməsini yazaraq xx.xx.2013-cü il tarixli arayış almışlar. Həmin arayışı DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə təqdim etməklə ona satdıqları 1.0 ha torpaq sahəsinə də daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış almışlar. Göstərilən səbəbdən ona satılan hissədə çıxarışın dəyişdirilməsi üçün ərizə ilə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Əhmədxanovlar qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi vermişlər.

10. Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(029)-69/21 saylı 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə Cəbrayılova (Əhmədxanova) Asiyat Zaliddin qızının İddiaçı və qeyrisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası r ədd edilmişdir. Qusar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(029)-69/21 saylı 26 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı X5 və qeyrilərinə qarşı çıxarışın 1.0 ha hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiası barədə mülki iş üzrə icraata xitam verilmiş, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı müvafiq inzibati orqana, müsbət cavab almadıqda isə müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilmişdir.

11. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsində göstərilən RX ******* seriyalı dövlət reyestrindən çıxarışda göstərilən 1.65 ha torpaq sahəsinin X6 çatan hissəsi Qusar rayon notariat kontorunun xx.xx.2020-ci il tarixli, 2V-777 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X18 adına özgəninkiləşdirmiş və həmin torpaq sahəsinə 1.65 ha ölçüdə X41, X2, X18, X4, X7, X8 adlarına dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1119/2022 nömrəli, 5 sentyabr 2022-ci il tarixli qərardadı ilə X13, X26, X21, X23, X25 iş üzrə məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdirlər.

13. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1119/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim İ.R.Quliyev) iddia qismən təmin edilmiş, X3, X14, X4, X7, X11 adına olan RX seriya ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrind ən çıxarış 1.0 ha hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən torpaq sahəsinin satışı zamanı bölgü sxeminin tərtib olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən sorğu edilərək notariat işi tələb edilmişdir. Nə məhkəməyə təqdim edilmiş notariat işində nədə cavabdeh inzibati orqandan tələb edilən sənədlər arasında torpaq sahəsinin bölgü sxeminin olması müəyyən edilmir. Halbuki, torpaq sahəsi satılan zaman tərəflərin razılığı ilə bölgü sxemi tərtib edilməli, torpaq sahəsinin mülkiyyətçiləri ilə alıcı arasında razılıq olmadıqda isə paylar məhkəmə qaydasında müəyyən edilməli idi. Lakin tərəflərin razılığı ilə qanunvericiliyə uyğun müəyyən edilmiş bölgü sxemin tərtib edildiyi müəyyən e dilmir.

15. İddiaçıya izah edilsin ki, qanunvericiliyə uyğun tərtib edilmiş bölgü-sxemi təqdim etdikdən sonra, alğı-satqı ilə aldığı 1.0 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini cavabdeh inzibati orqandan tələb edə bilər. Bölgü-sxemin verilməsinə razılıq olmazsa, 1.0 ha torpaq sahəsinin naturada yerinin müəyyənləşdirilərək istifadəsinə verilməsinə dair iddia ilə müvafiq ümumi məhkəməyə müraciət edərək, mülk məhkəmə icraatında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edə bilər.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-172/2023 nömrəli, 17 fevral 2023cü il tarixli qərarı ilə (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, ünvan 1ində yerləşən 1.65 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında X15, X26, X21, X23 və X8 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın qismən notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmalı olan 1.00 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmla kın Dövlət Kadastrı və Reyestri X42 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbindən görünür ki, iddiaçı üçüncü şəxslərin adına olan RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 1.0 ha hissədə ləğvini xahiş etmiş, birinci instansiya məhkəməsi də qərarın nəticə hissəsində çıxarışı ləğv etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim e dildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddələrinin pozulmasına yol verərək nəzərə almamışdır ki, məhkəmə qərarı ilə ləğv edilmiş RX ******* seriyalı dövlət reyestrindən- çıxarışda göstərilən 1.65 ha torpaq sahəsinin X6 çatan hissəsi Qusar rayon notariat kontorunun xx.xx.2020- ci il tarixli, 2V-777 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X18 adına keçirilmiş və həmin torpaq sahəsinə 1.65 ha ölçüdə X2, X18, X4, X7, X12 adlarına dövlət reyestrindən xx.xx.2020- ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş, həmin çıxarış hazırda qüvvədədir və ləğv edilməmişdir. Belə olan halda isə iddiaçının mübahisəli torpaq sahəsinə gələcəkdə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün olmayacaq.

21. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin pozuntusuna yol vermişdir. Belə ki, nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsi Qusar rayon notariat kontorunun xx.xx.2020-ci il tarixli, 2V-777 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X2, X18, X4, X7, X12 adlarına dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddə lərində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

26. Məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022- ci il tarixli, **********8 nömrəli imtinanın qanunsuz hesab edilməsi, X5, X22, X10, X16, X11 adına olan RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 1.0 ha hissədə ləğvi və həmin torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

27. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1119/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, X3, X14, X4, X7, X11 adına olan RX seriya ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 1.0 ha hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir, həmin məhkəmənin 17 fevral 2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarı qisməniddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır.

28. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-172/2023 nömrəli, 17 fevral 2023cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1119/2022 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, ünvan 1ində yerləşən 1.65 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında X15, X26, X21, X23 və X8 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın qismən - notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmalı olan 1.00 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X42 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilmişdir.

30. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci il tarixli 08/04 saylı qərarı ilə X15, X26, X21, X23 və X8 adına ünvan 1i ərazisindən 5.51 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsinə dair Qusar rayon torpaq şöbəsi tərəfindən sonuncuların adına 24 oktyabr 2000-ci il tarixli JN-0057, KOD 30112028 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilm işdir.

31. İşdən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci il tarixli 08/04 saylı qərarı ilə ümumilikdə 5.51 ha ayrılsa da, Dövlət Aktından müəyyən olunur ki, bütün torpaqlar vahid tamın tərkibi formasında deyil, hissələrə ayrılmışdır.

32. Belə ki, Dövlət Aktına əsasən, 57D nömrəli planşet üzrə torpağın sahəsi 4500.03 kv.m, 0057 nömrəli planşet üzrə torpağın sahəsi 15571.57 kv.m, 57X nömrəli planşet üzrə torpağın sahəsi 1000.00 kv.m, 57A nömrəli planşet üzrə torpağın sahəsi 17499.99 kv.m, 57B nömrəli planşet üzrə torpağın sahəsi 16500.00 kv.m-dir.

33. İddiaçı bildirir ki, Qusar rayon AİK-in qərarı ilə yuxarıda adları qeyd olunmuş şəxslərdən mülkiyyətlərində olan 1.65 ha torpaq sahəsindən 1.00 ha hissəsini notarial qaydada təsdiq olunmuş 19 aprel 2008-ci il tarixl i alqı-satqı müqaviləsinə əsasən satın almışdır.

34. Bu səbəbdən həmin notariat işi tələb edilmiş və apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 19 aprel 2008-ci il tarixli, 4Ə-1-110 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən, X15, X26, X21, X23 və X24 24 oktyabr 2000-ci il tarixli JN0057, KOD 30112028 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, mülkiyyətlərində olan 1.65 ha torpaq sahəsinin 1.00 ha hissəsini iddiaçıya satmışdırlar. Əhmədxanov Z., Əhmədxanova S., Əhmədxanov Ə., Əhmədxanov, Aslanova K. həmin müqaviləni imzaları ilə təsdiq etmişdirlər.

35. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X15, X26 tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli ərizələrlə adıçəkilən şəxslər həddi buluğa çatmamış övladları X4 torpaq sahəsinin alqı-satqısı zamanı müqaviləyə özü tərəfindən imza etməsinə razı olduqlarını bildirmiş, həmçinin alqı-satqı əməliyyatı zamanı azyaşlı övladları X8 adından çıxış etmələrinə icazə verilməsini xahiş etmişdirlər.

36. Beləliklə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən üçüncü şəxslərin mülkiyyətində 5.51 ha torpaq sahəsi olmuş, 19 aprel 2008-ci il tarixli, 4Ə-1-110 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sonuncular Dövlət Aktına əsasən (57B nömrəli planşet üzrə) mülkiyyətlərində olan 1.65 ha (16500.00 kv.m) torpaq sahəsinin 1.00 ha hissəsini iddiaçıya satmışlar.

37. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrind ən RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 1.65 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ümumi birgə mülkiyyət hüququ əsasında X15, X26, X21, X23 və X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

38. Yəni, üçüncü şəxslər öz adlarına ünvan 1ində yerləşən torpaq sahəsinə dair çıxarış alarkən 1.65 ha həcmdə torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmışlar, başqa sözlə, üçüncü şəxslər iddiaçıya satdıqları 1.65 ha torpaq sahəsindən 1.00 ha hissəsi üzərində də öz hüquqlarını qeydə aldırmışlar. Halbuki, həmin 1.00 ha torpaq sahəsini 2008-ci ildə alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdırlar.

39. Hazırda iddiaçı da məhz həmin qeydiyyatı mübahisələndirir.

40. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, üçüncü şəxslər arasında hazırkı mübahisədən əvvəl mülki məhkəmə icraatı qaydasında da məhkəmə çəkişməsi olmuşdur. Belə ki, Qusar Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(029)-69/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər X13, X26, X21, X23, (Cəbrayılova) X19 qarşı RX seriyalı ******* nömrəli çıxarışın 1.0 ha hissədə ləğv edilməsi tələbinə dair iddiası barədə mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya tələblə bağlı inzibati orqana, müsbət cavab almadıqda isə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

41. Eyni zamanda həmin iş üzrə (Cəbrayılova) X11 İddiaçı və Qusar rayon Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası Qusar Rayon Məhkəməsinin 17 noyabr 202 1-ci il tarixli, 2(029)-69/2021 nömrəli qətnaməsi ilə rədd edilmişdir.

42. Qusar Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(029)-69/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməmiş, xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

44. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həm in işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq qərarında göstərmişdir ki, “Hazırkı halda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, 19 aprel 2008-ci il tarixli, 4Ə-1-110 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllənin hər hansı tələbləri pozulmamış, hər bir tərəf özünün sərbəst iradəsinə əsaslanaraq müqaviləni imzalamışlar və notariat orqanı tərəfindən həmin müqavilənin qanuniliyi yoxlanılaraq müvafiq qaydada təsdiq olunmuşdur. Bununla da, həmin müqavilənin istər məzmunu, istərsə də forması qanunun tələblərinə uyğun olmuşdur.”

46. Belə ki, üçüncü şəxslərlə iddiaçı arasında ba ğlanmış 19 aprel 2008-ci il tarixli, 4Ə-1-110 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır.

47. Cavabdeh qeydiyyat aparmazdan əvvəl belə bir alqı-satqı müqaviləsinin mövcudluğundan xəbərsiz olduğunu, bu səbəbdən də yalnız üçüncü şəxslərin adına qeydiyyat apardığını, hazırkı vəziyyətdə isə qeydiyyatla bağlı mübahisənin məhkəmə qaydasında həll edilməli olmasını bildirmişdir. Belə ki, cavabdehin imtina, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin əsas dəlili “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməli olmasıdır.

48. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhk əmə qərarı ilə ləğv edilmiş torpaq sahəsinə dair çıxarışda X5 çatan hissə üzrə mülkiyyət hüququ itirilmişdir və onun ləğv edilməsi mümkün olmadığından gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyrimümkün olacaqdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, işdən görünür ki, X20 xx.xx.2019-cu il tarixdə öldüyündən 17 noyabr 2021-ci il tarixli, 2V-777 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, ünvan 1i ünvanında yerləşən 1.65 ha torpaq sahəsinin X6 məxsus hissəsinə X14 miras payı müəyyən edilmişdir. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə təkrar qeydiyyat aparılmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.20 21-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 1.65 ha torpaq sahəsinin hər birinə 1\5 hissəsi olmaqla, xüsusi mülkiyyət hüququ üzrə payçılar X21, X23, X11, qalan 2/5 hissəsi isə payçı X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırkı halda X13 öldüyündən mübahisələndirilən 1.00 ha torpaq sahəsi də daxil olmaqla, 1.65 ha torpaq sahəsi üzərində onun payı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən X14 miras payı kimi müəyyən edilərək dövlət reyestrində təkrar qeydiyyat aparılsa da, işdən göründüyü kimi 1.00 ha torpaq sahəsi iddiaçıya qanuni əsaslarla satıldıqdan sonra həmin torpaq sahəsi də daxil olmaqla, 1.65 ha torpaq sahəsi üzərində üçüncü şəxslərin adına ilkin qeydiyyat xx.xx.2 015-ci il tarixində aparılmış, məhz həmin qeydiyyatla iddiaçının mülkiyyət hüququna müdaxilə edildiyindən iddiaçı da haqlı olaraq hazırda həmin ilkin qeydiyyatı mübahisələndirir.

50. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus 1.00 ha torpaq sahəsinin üçüncü şəxslərin xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qanunsuz olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8.0. və 8.0.3-cü maddələrinin tələbinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Analoji qayda Mülki Məcəllənin 139-1.1 və 139-1.1.3-cü maddələrində də nəzərdə tutulub.

51. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

52. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-172/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar