Məhkəmə qərarları › İş №2-1(102)-1616/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1616/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1616/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “63 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-72/2024 nömrəli, 1 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasına əsasən, xx.xx.2001-xx.xx.2009 və xx.xx.2009-xx.xx.2017-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2023 və xx.xx.2023-cü il tarixli arxiv arayışlarından görünür ki, iddiaçı 1975-1986, 1988-1996-cı illərdə Yevlax rayonu Varvar kənd S.Vurğun adına kolxozda işləmiş və ona əmək haqqı ödənilmiş, 1975-ci ildə 110, 1976-cı ildə 125, 1977-ci ildə 155, 1978-ci ildə 208, 1979-cu ildə 235, 1980-ci ildə 200, 1981-ci ildə 257, 1982-ci ildə 362, 1983-cü ildə 358, 1984-cü ildə 210, 1985-ci ildə 340, 1986-cı ildə 365, 1988-ci ildə 316, 1989-cu ildə 302, 1990cı ildə 352, 1991-ci ildə 308, 1992-ci ildə 352, 1993-cü ildə 364, 1994-cü ildə 331, 1995-ci ildə 289, 1996-cı ildə 330 adam günü işləmişdir.

3. Səfərova (Qasımova) Zenfira Baxış qızının sığorta stajına daxil edilən əmək stajının yoxlanılması məqsədilə X2 Filialında tərtib edilən xx.xx.2023- cü il tarixli aktdan görünür ki, yoxlama Yevlax rayon S.Vurğun adına kolxoza aid olan əmək haqqı və digər sənədlərə əsasən aparılmış, yoxlama zamanı məlum olmuşdur ki, Yevlax arxivinin Səfərova (Qasımova) Zenfira Baxış qızının adlına verdiyi xx.xx.2023cü il tarixli 176/10 nömrəli arayış düzgün yazılmışdır.

4. İddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir.

5. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi Yevlax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arayışına əsasən 1981-1996-cı illərdə "S.Vurğun" adına kolxozda işlədiyi dövr 15 il və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən 01.01 2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 9 il 10 ay (6002.43 manat) olmaqla onun 24 il 10 ay ümumi sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 il) azdır. İdd iaçının təqdim etdiyi Yevlax rayon Dövlət Arxivinin xx.xx.2012-ci il tarixli 48/1 №- li arayışına əsasən onun soyadı Məmmədova (Qasımova) olduğu halda “S.Vurğun” adına kolxozun 1975-1980-ci illər üzrə əmək haqqı sənədlərində Səfərova qeyd edilmişdir. Bu səbəbdən qeyd edilən dövrləri İddiaçı sığorta stajına daxil etmək mümkün olmamışdır. Bildiririk ki, MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində 5861.11 manat pensiya kapitalı qeydə alınmışdır. Beləliklə, İddiaçı pensiya yaşına çatdığı tarixə qanunvericiliklə tələb olunan 25 il sığorta stajı (faktiki 01.01 2006-cı il tarixinədək 15 il + xx.xx.2006-cı il tarixindən sonra 9 il 10 ay = 24 il 10 ay) və əmək pensiyasının minimum məbləği ndən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı (280 (əmək pensiyasının minimum məbləği) x 144 = 40320 manat) olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbini dəqiqləşdirərək “63 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2173/2023 nömrəli qəra rdadı ilə “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Yevlax rayon Varvara kənd S.Vurğun adına kolxozda işlədiyi müddəti, o cümlədən xx.xx.2006-cı ilədək və həmin tarixdən sonrakı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müddətlər nəzərə alınmaqla işlədiyi müddəti nəzərə alaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının ümumi iş stajının 25 ildən az olmasını, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının qanunvericiliklə tələb olunan 40.320,00 manat pensiya kapitalından az olmasını, buna görə də əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan verməməsini, xx.xx.2018-ci il tarixdən 3 və ya daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edildiyinə görə ƏPHQ-nin 22-1.5-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericilikdə nəzərdə tutulmamasını, xx.xx.2023-cü il tarixli 176/10 saylı arxiv arayışına əsasən, iddiaçının soyadı Məmmədova (Qasımova) olduğu halda Yevlax rayon Varvara kənd S.Vurğun adına kolxozun əmək haqqı sənədlərində soyadının Səfərova qeyd edilməsini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

10. Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-1(116)-2173/2023 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.

11. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2023 və xx.xx.2023-cü il tarixli arxiv arayışları ilə müəyyən olunur ki, iddiaçı Yevlax rayonu Varvar kənd S.Vurğun adına kolxozda 1978-1986 və 1988-1996-cı illərdə minimum adam günü normasını (180 gün) yerinə yetirmişdir və həmin müddət 18 ilə bərabərdir. 1975-1977-ci illərdə isə tam adam günü normasını yerinə yetirmədiyindən həmin müddət faktiki işlənmiş günlər nəzərə alınmaqla hesablanır (110+125+ 155=390/180=2.17. Yəni, 2 il 15 gün). Hər iki müddəti topladıqda iddiaçının kolxozda işlədiyi müddət 20 il 15 günə bərabər olur. Həmin müddətin üzərinə iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.2006-cı ilədək (4 il 7 ay 25 gün) iş stajı və 2006-2019-cu illər ərzində məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirildiyi müddət üzrə iş stajı - (10 il 1 ay) toplandıqda 34 il 9 ay, 10 gün əmək stajı yaranır ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajından çoxdur. İddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli 176/10 saylı arxiv arayışına əsasən, soyadı Məmmədova (Qasımova) olduğu halda Yevlax rayon Varvara kənd S.Vurğun adına kolxozun əmək haqqı sənədlərində soyadı Səfərova qeyd edilməsinə münasibətdə cavabdeh orqanın dəlil inə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh orqanın özünün təqdim etdiyi inzibati icraat materiallarında olan, X2 Filialında tərtib edilən xx.xx.2023-cü il tarixli aktda Yevlax rayon S.Vurğun adına kolxoza aid olan əmək haqqı və digər sənədlərə əsasən aparılması və Yevlax arxivinin Səfərova (Qasımova) Zenfira Baxış qızının adlına verdiyi xx.xx.2023-cü il tarixli 176/10 nömrəli arayış düzgün yazılması qeyd edilmişdir. Odur ki, məhkəmə etirazın həmin dəlilinin də əsassız olması qənaətinə gəlir. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

12. Cavabdeh həmin qərardan apellyasiy a şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-72/2024 nömrəli, 1 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏ Rİ a. Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi xx.xx.2023-cü il tarixli aktda yalnız iddiaçı tərəfindən təqdim edilmiş arayışın Yevlax rayon S.Vurğun adına kolxoza aid olan əmək haqqı və digər sənədlərə əsasən tərtib edilməsi faktı təsdiq edilmişdir. Həmin aktda Məmmədova (Qasımova) Zenfira Baxış qızının və (Qasımova) Zenfira Baxış qızının eyni şəxs olması qeyd edilməmiş və məhkəmə həmin akta yanlış qiymət vermişdir.

17. Buna görə də hesab edirik ki, iddiaçının təqdim etdiyi arxiv arayışında soyadının “Məmmədova (Qasımova)” əvəzinə, “Səfərova” göstərilməsinə birinci instansiya məhkəməsi tərəfindən inzibati məhkəmə icraatı qaydasında qiymət verilməsi qanunvericiliyin tələblərinə ziddir.

18. Belə ki, hüquq müəyy ənedici sənədlərin həmin şəxsə məxsus olması və ya iki sənəddəki qeyd edilmiş şəxsin eyni şəxs olması faktı Mülki Prosessual Məcəlləyə əsasən xüsusi icraat qaydasında ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən müəyyən edilir.

19. Xüsusilə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən arxiv arayışının tərtib edilməsinə əsas olmuş sənədləri X2 Filialından tələb edərək həmin sənədlərə baxış keçirməmiş, yalnız 31,03.2023-cü il tarixli akta əsaslanaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

20. Bundan başqa Azərbaycan Respublikasının Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-09-7140/202-cü il məktubunda da görünür ki, İddiaçı soyadının “Səfərova”ya dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar edilməmi şdir.

21. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Əmək Məcəlləsi: Maddə 87. 1-ci hissə. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. 24. 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pens iyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kon traktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 25. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 26. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinə tləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işə çıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. 27. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunu: Maddə 67. birinci hissə. əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci i ldən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

28. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Şikay ətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin fakt iki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakılar qeyd etməyi zəruri hesab edir.

36. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

37. Nəzərə alınmalıdır ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır.

38. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin hərtərəfli araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı Yevlax rayonu, Varvar kənd S.Vurğun adına kolxozda 1978-1986 və 1988-1996-cı illərdə minimum adam günü normasını (180 gün) yerinə yetirmişdir və həmin müddət 18 ilə bərabərdir. 1975-1977-ci illərdə isə tam adam günü normasını yerinə yetirmədiyindən həmin müddət faktiki işlənmiş günlər nəzərə alınmaqla hesablanır (110+125+155=390/180=2.17. Yəni, 2 il 15 gün). Hər iki müddəti topladıq da iddiaçının kolxozda işlədiyi müddət 20 il 15 günə bərabər olur. Həmin müddətin üzərinə iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.2006cı ilədək (4 il 7 ay 25 gün) iş stajı və 2006-2019-cu illər ərzində məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirildiyi müddət üzrə iş stajı - (10 il 1 ay) toplandıqda 34 il 9 ay, 10 gün əmək stajı yaranır ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajından çoxdur.

39. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmənin istinad etdiyi xx.xx.2023-cü il tarixli aktda yalnız iddiaçı tərəfindən təqdim edilmiş arayışın Yevlax rayon S.Vurğun adına kolxoza aid olan əmək haqqı və digər sənədlərə əsasən tərtib edilməsi faktı təsdiq edilmişd ir. Həmin aktda Məmmədova (Qasımova) Zenfira Baxış qızının və (Qasımova) Zenfira Baxış qızının eyni şəxs olması qeyd edilməmiş və məhkəmə həmin akta yanlış qiymət vermişdir.

40. Bununla bağlı məhkəmə kollegiyası işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən qeyd edir ki, cavabdeh orqanın özünün təqdim etdiyi inzibati icraat materiallarında olan, X2 Filialında tərtib edilən xx.xx.2023-cü il tarixli aktda Yevlax rayon S.Vurğun adına kolxoza aid olan əmək haqqı və digər sənədlərə əsasən aparılması və Yevlax arxivinin Səfərova (Qasımova) Zenfira Baxış qızının adlına verdiyi xx.xx.2023-cü il tarixli, 176/10 nömrəli arayışın düzgün yazılması qeyd edilmişdir.

41. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

42. Odur ki, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

43. Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayət təmin edilməməli, iş üzrə apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 1 fevral 2024-cü il tarixli, 21(107)-72/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar