Məhkəmə qərarları › İş №2-1(102)-1617/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1617/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1617/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü, apellyasiya şikayəti üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-315/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 30 iyun 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 1992-ci ildə erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştrak etmiş və yaralanmış şəxs kimi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.B.Məmmədov) 2-1(118)-1465/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. apellyasiya instansiyası məhkəməsində icraat

4. Ərizə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya çatmamışdır. Belə ki, qərar göndərilsə də, ailə üzvləri qərarı qəbul etmiş, lakin ona bu barədə məlumat verilməmişdir. Nəticədə qərardan xəbərsiz olmuşdur. İddiaçı bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1465/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarını rəsmi şəkildə xx.xx.2023-cü il tarixində məhkəmədən əldə etmişdir. Odur ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, F.Ə.Məmmədov və Z.T.Məmmədov) 2-1(105)315/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması:

6. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında SS746971669AZ saylı xəbərnamədən görünür ki, mübahisələndirilən qərarın surəti xx.xx.2021-ci il tarixdə Leyla Kərimovaya verilmişdir. İddiaçı ərizəsində müddətin ötürülmə səbəbini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı göndərilsə də, qərarı onun ailə üzvlərindən kimsə almış, lakin ona bu barədə məlumat verməmiş, nəticədə qərardan xəbərsiz olmuşdu r.

7. Məhkəmə kollegiyası iddiaçının dəlilinə münasibətdə qeyd etmişdir ki, işdə olan Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən verilmiş 17 oktyabr 2019-cu il tarixli, 7E8525 reyestr nömrəli etibarnamədən görünür ki, iddiaçı etibarnamə ilə onu bütün müəssisə, idarə və təşkilatlarda, dövlət və qeyri-dövlət orqanlarında,.............. Azərbaycan Respublikası Müdafiə Nazirliyində,.............. təmsil etməyi, ona çatacaq bütün sənədləri almağı, lazım olan sənədləri təqdim etməyi və almağı, arayışları və sənədləri təqdim etməyi və almağı, aldığına dair imza etməyi,..................... ilə əlaqədar bütün hərəkətləri X1 etibar etmişdir. Etibarnamə 10 il müddətinə verilməklə xx.xx.2029-cu il tarixinədək qüvvədədir. Göründüyü kimi, iddiaçı sənədləri onun adından almağı və imzalamağı X1 etibar etmiş, məhkəmə qərarı da iddiaçının səlahiyyətli nümayəndəsinə təqdim edilmişdir.

8. İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilməsinin son müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Lakin, iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 günlük müddət ötürüldükdən sonra, yəni xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur.

9. Eyni zamanda işdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixində ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddia ərizəsinə əlavə etdiyi sənədlərin əslinin ona qaytarılmasını xahiş etmişdir. Yəni, iddiaçı iddia tələbinə dair birinci instansiya məhkəməsində yekun məhkəmə aktının qəbul edilməsindən ən azından xx.xx.2021-ci il ta rixində xəbərdar olmuşdur.

10. Daha sonra iddiaçı həmin tarixdən 1 il sonra xx.xx.2022-ci il tarixində birinci instansiya məhkəməsinə ərizə təqdim edərək məhkəmə qərarının onun faktiki ünvanına göndərilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəmə qərarından şikayət verilməsinin son müddəti xx.xx.2021-ci il tarixdə başa çatmış, o, isə bundan 1 il 3 ay 13 gün sonra, xx.xx.2023-cü il tarixində müddətin bərpası barədə ərizə təqdim etmişdir.

11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsiı barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, X3ma etibarnamə verilməsində başlıca məqsəd iddiaçını Azərbaycan Respublikası Müdafiə Nazirliyində və məhkəmə orqanlarında nümayəndə kimi təmsil etmək olmuşdur.

13. MPM-in 61-ci maddəsinə əsasən, nümayəndə (X2) prosesin digər iştirakçısı hesab olunur. Bu baxımdan, iş üzrə qəbul edilmiş məhkəmə aktı nümayəndədən əlavə eyni zamanda rəsmi qaydada iddiaçıya da təqdim olunmalıdır.

14. Bu səbəbdən apellyasiya şikayətinin verilməsi üçün müddət məhkəmə aktının iddiaçıya rəsmi qaydada təqdim olunduğu gündən hesablanmalıdır. İddiaçı qərarı rəsmi şəkildə xx.xx.2023-cü il tarixində aldığından apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddət həmin vaxtdan hesablanmalıdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Ka ssasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə:... Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. … Maddə

22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məh kəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxla ya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən, id diaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Lakin iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 günlük müddət ötürüldükdən sonra, yəni xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir.

22. Həmçinin işdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixində ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddia ərizəsinə əlavə etdiyi sənədlərin əslinin ona qaytarılmasını xahiş etmişdir. Yəni iddiaçı iddia tələbinə dair birinci instansiya məhkəməsində yekun məhkəmə aktının qəbul edilməsindən ən azından xx.xx.2021-ci il tarixində xəbərdar olmuşdur.

23. Daha sonra iddiaçı həmin tarixdən 1 il sonra xx.xx.2022-ci il tarixində birinci instansiya məhkəməsinə ərizə təqd im edərək, məhkəmə qərarının onun faktiki ünvanına göndərilməsini xahiş etmişdir.

24. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəmə qərarından şikayət verilməsinin son müddəti xx.xx.2021-ci il tarixdə başa çatmış, iddiaçı isə bundan 1 il 3 aydan artıq müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixində müddətin bərpası barədə ərizə təqdim etmiş və müddətin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı bir sənəd və ya digər sübut məhkəməyə təqdim olunmamışdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin iddiaçı tərəfindən ötürülməsi və müddətin bərpa edilməsi üçün heç bir üzürlü səbəb olmaması barədə düzgün nəticəyə gəlmiş, barəsində şikayət verilən qərardadı qəbul edərkən hüquq normalarının pozuntusuna yol verməmişdir. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-315/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar