Məhkəmə qərarları › İş №2-1(102)-1618/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1618/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1618/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: Müharibə veteranı adı və vəsiqəsinin verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2N(N07)-N6 2/2020 saylı, x xxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.N982-ci ildən xx.xx.N984-cü ilədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər X2 xx.xx.20N9-cu il tarixli arxiv arayışında qeyd edilir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında iddiaçının komandirin xx.xx.N993-cü il tarixli 74 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilməsi və Müdafiə nazirinin xx.xx.N-cü il tarixli əmrinə əsasən komandirin xx.xx.N995-ci il tarixli 27 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumatlar vardır. İddia çı N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 74 nömrəli əmri ilə 4 MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixli əmrlərində iddiaçının yaralanması barədə məlumat aşkar olunmamışdır. Həmin hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 27 nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin mərkəzi arxivinə daxil olmamışdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.20N9-cu il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının N nömrəli hərbi hospitaldan hərbi hissəyə qayıtması və N nömrəli hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə məlumatlar arxiv sənədlərində öz əksini tapmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədə uyğun hesab edilməmişdir. İddiaçı cavabdehə qarşı x xxxxxx 20N9-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.N-cü ildə N nömrəli hərbi hissənin tərkibində Ağdam rayonu uğrunda gedən döyüşlər zamanı sağ diz nahiyəsindən travma almış, hərbi hissədə ona ilkin tibbi yardım göstərildikdən sonra o, xx.xx.N-cü ildə N nömrəli hərbi hissəyə (hospitala) göndərilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş xx.xx.20N9-cu il tarixli tələbnamədən görünür ki, iddiaçının cinayət məsuliyyə tinə cəlb olunması barədə məlumat yoxdur. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı xx.xx.N993-cü ildə Yevlax RHK-dan çağırılmış, komandirin xx.xx.N993-cü il tarixli 74 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir. Müdafiə Nazirliyinin xx.xx.N-cü il tarixli müvafiq əmrinə əsasən komandirin xx.xx.N995-ci il tarixli 27 nömrəli əmrilə şəxsi heyətin sıyahısından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 74 nömrəli əmrilə 4-cü MAT-un şəxsi heyətinin siyahısına daxil edilmiş, xx.xx.N993-cü il tarixli 95 nömrəli əmri ilə 5-ci MAT-un tərkibinə keçirilmişdir. N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının yaralanması barədə heç bir məlumat yoxdur. N nö mrəli hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 27 nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N993-cü ildən xx.xx.Ncü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat vardır. Şəki İnzibati Məhkəməsinin (hakim X4, 2-N(NN6)-36N/2020 saylı iş) xx xxxxxx 2020ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. İddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər Rəfiyev Rövşən Rafiq oğluməruzəçi, XN və X5, 2-N(N07)-N62/2020 saylı iş) x xxx 2020-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı xx xxx 2020-ci il tarixdə qərarın surətini almış, xx xxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Müdafiə Nazirliyinin İşlər X2 xx.xx.20N9-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.N993-cü il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir, xx.xx.N995-ci il tarixdə isə şəxsi heyətinin siyahısından çıxarılmışdır. Azərbaycan Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə əsasən “Müharibə Veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə N azirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə əsasən AzərbaycanRespublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus hərbi bilet və digər sənədlərlə onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi öz təsdiqini tapmışdır və bu işin mübahisələndirilməyən halıdır. Məhkəmə kollegiyası hesab edir ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair qaydaların iddiaçıya şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin “Qeyd” hissəsində AzərbaycanRespublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən şəxslərə müharibə veteranı adının veriləsi qaydası müəyyən olunmuş və bir neçə halla şərtləşdirilmişdir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin “Qeyd” hissəsinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair qaydalar Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinay ət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Məhkəmə səhv nəticəyə gəlməklə İnzibati Prosessual Məcəllənin tələblərini kobud şəkildə pozmuşdur. İnzibati Prosessual Məcəllənin N2.N-cimaddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. əsaslandırma hissəsi: İddiaç ı teleqram göndərərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.N-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikay ətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsini cavabdehə həvalə edilməsini xahiş edir. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçı N993-cü ilin avqu st ayının 24-dən N-cü ilin aprel ayınadək hərbi hissədə xidmət zamanı döyüş əməliyyatlarında iştirak etdiyini bildirib bu barədə ona müharibə veteranı adı və vəsiqəsi verilməsini arzu edir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı N90 saylı hərbi hissənin x xxxxxxx N993-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, hərbi hisssə komandirinin xx xxxxxx N995-ci il tarixli əmrilə şəxsi heyətin siyahısından çıxarılmışdır. N90 saylı hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının yaralanması barədə məlumat aşkar edilməmişdir. İddiaçının işdə olan hərbi biletinin surətində də onun hərbi xidmətdən ehtiyata buraxılması barədə hər hansı məlumat mövcud olmamışdır. İddiaçının qanuni əsasla hərbi xidmətdən ehtiyata burax ılması sübuta yetməmişdir. xx xxxxxx N99N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının x xxxxxxx N997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 20-ci maddəsinə görə bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. İddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmamışdır. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, T ovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçu lara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərd ə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd:Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü ab zasında göstərilmiş şəxslərə şamil olunmur. Əsasnaməyə görə müharibə veteranı adının verilməsi döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması aidiyyəti dövlət orqanının arayışı (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əsasında verildiyindən və iddiaçının ehtiyata buraxılması barədə arayış və əmr olmadığından apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçı şikayətində hərbi xidmət zamanı döyüşərkən xəsarət aldığını və hospitalda müalicə olunduğunu bildirmişdir. Qeyd edilməlidir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Əsasnamədə tələb olunan sənədlər təqdim edilməlidir və iddiaçıya m ünasibətdə həmin sübutlar (iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması) təsdiqini tapmadığından şikayətin dəlilləri iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, oxşar işlər üzrə kollegiyanın 2-N(N02)-33N/2020 saylı x xxxxxx 2020-ci il tarixli və 2-N(N02)-555/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarları ilə də iddiaçıların qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması aidiyyəti dövlət orqanının arayışı və əmri ilə birgə təsdiq olunmaması səbəbi ilə onların kasasiya şikayətləri təmin edilməmişdir. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nətic əvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.N0 və 98.N-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-N(N07)-N62/2020 saylı, x xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar