Məhkəmə qərarları › İş №2-1(102)-1618/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1618/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1618/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili Vəkil qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inziba ti iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 mart tarixli, 2-1(103)575/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək ona 190 manat birdəfəlik ödəmənin verilməsini xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 29 aprel tarixdə SMS vasitəsi ilə iddiaçıya 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 5 avqust tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona birdəfəlik ödəmənin verilməsindən imtina edilməsinə dair qərarın ləğv edilməsi və ona 190 manat birdəfəlik ödəmənin verilməsi, onun şikayət və məhkəmə xərclərinin cavabdehdən tutulmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 saylı qərarı ilə təsdiq edilmiş qaydalara əsasən ona 190 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci il 10 aprel tarixdə 142 çağrı mərkəzi vasitəsi ilə cavabdehə müraciət edərək işsiz kimi qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh onu 2020-ci il 21 Aprel tarixdə işsiz kimi qeydiyyata almışdır. Lakin 190 manat birdəfəlik ödəmə verilməsindən imtina etmiş və bu barədə ona 2020-ci il 29 aprel tarixdə SMS vasitəsi ilə mə lumat vermişdir. Nəsimi Rayon Məşğulluq Mərkəzinə etdiyi çoxsaylı şikayətlərinə məhəl qoyulmamışdir. “İnzibati icraat haqqında” Qanunun 61ci maddəsinin 2-ci bəndinə əsasən yazılı formada təsbit olunmuş inzibati aktın əsaslandırılması zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Onun iş üzrə isə cavabdehin imtina aktında həmin imtina aktının qəbul edilməsinə əsas olan qanun və ya digər normativ hüquqi akt göstərilməmişdir. Belə ki, cavabdeh hansı qanun və ya digər normativ hüquqi akt əsasında birdəfəlik ödəmə verilməsindən imtina edilməsi ona bəlli olmamışdır. O, 2020-ci il 4 may, 2020-ci il 12 may, 2020-ci il 1 iyun, 2020-ci il 19 iyun, 2020-c i il 20 iyun tarixlərdə 142 çağrı mərkəzi vasitəsi ilə cavabdehə şikayət etmiş, lakin iki ay keçməsinə baxmayaraq, hələ də heç bir cavab almamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin COVİD-19 dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasi barədə 2020-ci il 7 Aprel tarixli Qərarda göstərilmişdir ki, “birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir”. O, bu qərarın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid deyil. Buna görə də hesab etmişdir ki, iddiaçı 190 manat birdəfəlik ödəmə verilməli olan şəxslər kateqoriyasına aiddir. Cavabdeh öz qərarında əsas kimi ümumi olaraq qeyd etmişdir ki, guya keçmiş həyat yoldaşı barədə təhrif olunmuş məlumat verdiyi üçün 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Cavabdeh iddia ilə əlaqədar heç bir sübut təqdim və ya sübuta istinad etməmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Qanuna əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Qanuna uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ə dliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı Nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Beləliklə, İddiaçı birdəfəlik ödəməni almaq üçün eSosial portalı vasitəsi ilə onlayn müraciət etmiş və işsiz kimi qeydiyyatdan keçmişdir. Müraciət zamanı özü barədə məlumatları anketdə doldurarkən arvadı barədə düzgün olmayan məlumat qeyd etmişdir. İddiaçı X3 arvadı kimi göstərsə də Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 3.8-ci yarımbəndinə uyğun olaraq ailə vəziyyəti haqqında məlumatların yoxlanması zamanı X1 olduğu aşkarlanmışdır. Belə olan halda həmin Qaydanın 3.4-cü yarımbəndinə əsasən birdəfəlik ödəməni almaq hüququ yaranmamış və buna görə birdəfəlik ödəmənin ödənilməsindən imtina olunmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli, e-2-1(112)-5698/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı birdəfəlik ödəmənin alınması üçün e-Sosial portalı vasitəsi ilə müraciət etdikdən sonra “Məşğulluq” altsistemində tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılmalıdır. Lakin düzgün olmayan məlumatları n verilməsi həmin yoxlamanın aparılmasına imkan vermir. Hazırkı halda isə iddiaçı arvadı barədə səhv məlumat vermişdir. Göründüyü kimi, iddiaçı birdəfəlik ödəmənin alınması üçün müraciət edərkən tələb olunan məlumatları düzgün təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 mart tarixli, 21(103)-575/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaq la iddiaçının müraciətinə yenidən baxılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya mobil telefon vasitəsilə göndərilmiş SMS-də konkret hansı arvadı (keçmiş və ya hazırkı) barədə məlumat göstərilməmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq onun elektron kabinetinə əsaslandırılmış bildirişin yerləşdirilməsinə (Qaydaların 3.4 bəndi) dair inzibati orqan tərəfindən sübut təqdim edilməmişdir. İnzibati orqan qanunla onun üzərinə düşən hərəkətləri yerinə yetirməmiş, qaydalarda nəzərdə tutulan tələblərə uyğun yoxlama aparmamış, iddiaçının müraciətinə baxmaqdan imtina etməklə haqlı olmamışdır, ona görə də iddiaçının birdəfəlik ödəmə ilə bağlı müraciəti inzibati orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdır ılmalı və buna uyğun iddiaçının arzu etdiyi inzibati aktın qəbul edilməsi məsələsinə baxılmalıdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Apellyasiya məhkəməsi isə yuxarıda göstərilən əsaslarla iddianın mümkün sayılmaması barəd ə qərardad qəbul etməli olduğu halda bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, beləliklə də, prosessual pozuntuya yol vermişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

15. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdi m olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə q ərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

20. Şikayətin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilən əsaslarla iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda, bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə b axaraq qərar qəbul etmiş, beləliklə də, prosessual pozuntuya yol vermişdir.

21. Cavabdeh bu dəlilin əsası kimi, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarına istinadla qeyd etmişdir ki, “...məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin qərarın 1.3 və 1.4-cü bəndlərinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”.

22. Məhkəmə kollegiyası cavabdehin dəlilini və bu dəlilin əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarına istinadını əsaslı hesab etmir. Belə ki, hazırkı iddianın mümkünlük şərtlərinə iddiaçı tərəfindən əməl olunmadığına dair hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamış, yaxud işdə belə bir əsasın mövcud olduğu müəyyən edilməmişdir.

23. Apellyasiya instansi yası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 mart tarixli, 21(103)-575/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar