Məhkəmə qərarları › İş №2-1(102)-1618/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1618/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1618/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkün sayılmaması; hüquqi maraq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhər Cavabdehnə qarşı “adın dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022ci il tarixli, 2-1(103)-925/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıların birgə nikahdan 30 aprel 2020-ci il tarixdə bir oğlu doğulmuş, ona Məhəmmədmustafa adını qoymuşlar. Sonradan cavabdehə müraciət edərək, ovladlarının adının dəyişdirilərək “Muhəmmədmustafa” kimi yazılmasını xahiş etmişlər.

2. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış İ-101-164 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54-cü maddəsinin 54.1-ci bəndinə əsasən, “Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.” Onun irəli sürdüyü “Muhəmmədmustaf a” adı Azərbaycan dilinin orfoqrafik qaydalarına uyğun olmadığından müraciətinin təmin edilməsi imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 aprel 2020-ci il təvəllüdlü X1 adının dəyişdirilərək “Muhəmmədmustafa” kimi yazılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar 29 iyul 2019-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Bu nikahdan onların 30 aprel 2020-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Oğullarının adının dəyişdirilərək, “Muhəmmədmustafa” kimi yazılması üçün onlar cavabdehə müraciət etmişlər. Cavabdeh başçısı yanı nda Qəyyumluq və Himayəçilik Komissiyasının 11 iyun 2021-ci il tarixli, İ-101-164 saylı məktubunda onlara bildirilmişdir ki, “Muhəmmədmustafa” adı Azərbaycan dilinin orfoqrafik qaydalarına uyğun olmadığından adın dəyişdirilməsi mümkün deyildir.

5. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8229/2021 nömrəli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia rədd edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçılarının övladlarının adının “Məhəmmədmustafa” adından “Muhəmmədmustafa” adına dəyişdirilməsindən imtina edilməklə iddiaçıların Konstitusiyada nəzərdə tutulmuş hüquqları məhdudlaşdırılsa da, bu məhdudlaşdırma qanuni məqsədə yönəlmişdir. Eyni zamanda, iddiaçılarının övladlarına qoymaq istədikləri “Muhəmmədmustafa” adı ilə onun ənənəvi fonetik prinsipə uyğun o lan “Məhəmməd” və “Məmməd” adları arasında əhəmiyyətli fərq olmadığından, cavabdehin imtinası qanuni məqsədə yönəlməklə yanaşı, həm də həmin məqsədə mütənasibdir.

7. İddiaçılar apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(103)-925/2022 nömrəli qərarı ilə (hakimlər E.E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Ü.Həmidov və C.A.Yusifov) apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8229/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçılar kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. İddiaçılar kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L. Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01 iyun 2022-ci il tarixli Qərarına istinad edərək qeyd etmişlər ki, məhkəmənin gəldiyi nəticə tam əsassız və qanunsuzdur. Apellyasiya məhkəməsi sırf formal əsaslarla iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmiş dir.

12. Həmçinin kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya məhkəməsi İPMin 12.1, 12.2-ci maddələrinin tələblərini pozaraq təqdim olunan sübutları hərtərəfli və obyektiv tədqiq etməmiş, işin hallarını tam şəkildə aydınlaşdırmamış, bununla da prosessual hüquq normalarını pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu, məhkəmə tərəflər in bildir-məsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

15. İnzibati Prosessual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsi ndə onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərard adı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

17. Apellyasiya instansiya mə hkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia mümkün sayılmamalıdır.

19. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir

20. İşin hallarının araşdırılması ( obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli və iş üzrə obyektiv qanunauyğun qərarın qəbulu üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir

21. Obyekti v araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamış, eyni zamanda iddianın mümkünlüyü ilə bağlı şərtlər yoxlanılmamışdır.

22. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmu şdur.

23. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlüyü həmçinin iddiaçının ümumi xarakterli hüquqi müdafiə marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Hazırkı mübahisəyə münasibətdə ümumi xarakterli hüquqi müdafiə ehtiyacının mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur.

24. Belə ki, mübahisə predmeti ilə bağlı mümkünlük şərtləri baxımından iddiaçının ilkin olaraq səlahiyyətli inzibati orqana müraciət etməsi, bunun üzərindən öz məqsədinə daha effektiv və daha sadə yolla nail olmaq imkanından istifadə etməsi tələb olunur. Şəxs tərəfindən bu qaydaya riayət olunmadığı hallarda, həmin şəxsə münasibətdə ümumi xarakterli hüquqi müdafiə ehtiyacı mövcud olmur.

25. Qeyd olunmalıdır ki, hazırkı mübahisədə iddiaçıların hüquqi marağı və məqsədi övladlarının adının dəyişdirilməsinə nail olmaqd an ibarətdir. Nail olmaq istədikləri məqsəd baxımdan iddiaçılar adın dəyişdirilməsi üzrə normativ qaydalara uyğun davranmağa, adı dəyişdirməyə səlahiyyətli olan quruma müraciət edərək həmin orqan tərəfindən müvafiq qərarın qəbul olunmasını tələb etmək imkanından yararlanmağa borcludurlar. Nəzərə almaq lazımdır ki, adın dəyişdirilməsi proseduru, həmin proseduru aparmağa və adı dəyişdirməyə səlahiyyəti olan aidiyyəti orqanlar müvafiq qanunvericiliklə, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə tənzimlənir.

26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 54-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqan ı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.

27. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.1-ci bəndinə görə, Bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” 2010-cu il 31 may tarixli 1016-İİİQD nömrəli Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Resp ublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri (bundan sonra qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra - konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir.

28. Həmin Qaydaların 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq (xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə) tərəfindən həyata keçirilir.

29. Hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallardan iddiaçıların övladlarının adının dəyişdirilməsi ilə bağlı Cavabdeh başçısına (Qəyyumluq və Himayəçilik Komissiyasına) müraciət etdiyi görünür. Yuxarıda istinad olunan normalarda şəxsin adının dəyişdirilməsi ilə bağlı səlahiyyətli orqan qismində Cavabdeh başçısı və ya onun yanında Qəyyumluq və Himayəçilik Komissiyası deyil, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri müəyyən edilmişdir. İstinad olunan Qaydaların 1.5ci bəndinə əsasən, adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

30. İddiaçıların övladının adının dəyişdirilməsinə Cavabdeh-nin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tə rəfindən razılıq və ya icazə verilməməsini ifadə edən 11 iyun 2021-ci il tarixli məktubla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən həmin məktub və ya məktubda ifadə olunan mövqe “İnzibati icraat haqqında” Qanun anlamında inzibati akt və ya faktiki xarakterli hərəkət kimi qiymətləndirilə bilməz və bu baxımdan iddiaçılar üçün hüquqi nəticə yaratmır. Nəzərə almaq lazımdır ki, qeyd olunan məktub (mövqe) iddiaçıların övladının adını dəyişdirmək hüququnu məhdudulaşdırmaq və ya həmin hüquqdan onları məhrum etmək keyfiyyətinə malik deyildir. Belə ki, yuxarıda istinad olunan normalar baxımından adın dəyişdirilməsi üzrə inzibati icraatı həyata keçirmək və həmin icraat nəticəsində adın dəyişdirilməsi ilə bağlı yekun qərar-inzibati akt qəbul etmək səlahiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına deyil, qeydiyyat şöbəsinə aiddir və yalnız qeydiyyat orqanının adın dəyişdirilməsindən imtina edilməsi barədə qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

31. Hazırkı mübahisə üzrə proses iştirakçılarına, xüsusilə də iddiaçılara izah olunmalıdır ki, soyadın, adın və ata adının dəyişdirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə müəyyən olunur. Həmin qaydalara əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq (xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə) tərəfindən həyata keçirilir. Qəyyumluq və Himayəçilik Komissiyasının məktubu (məkt ubda ifadə olunan mövqeyi) yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi baxımından adın dəyişdirilməsi ilə bağlı rəy qismində qiymətləndirilməlidir. Həmin rəyin neqativ və ya pozitiv xarakter daşımasından asılı olmayaraq qeydiyyat şöbəsi tərəfindən adın dəyişdirilməsi ilə bağlı ərizə üzrə inzibati icraat başlanılmalı və icraat nəticəsində bu barədə müvafiq qərar qəbul edilməlidir (qeyd olunan rəyə icraat çərçivəsində qiymət verilməlidir). Qeydiyyat şöbəsi tərəfindən qəbul edilmiş qərar inzibati akt sayılır və müraciətin təmin olunmadığı təqdirdə iddiaçılar tərəfindən mübahisələdirilə bilər.

32. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən kassasiya şikayət qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia mümkün sayılmamalıdır.

33. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 21(103)-925/2022 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddiaçılar İddiaçı1 və İddiaçı2 adın dəyişdirilməsi tələbinə dair iddiası mümkün sayılmır. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar