Məhkəmə qərarları › İş №2-1(102)-1619/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1619/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1619/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin nümayəndəsi Arzu Həsənovun və vəkili Dilarə Əfrasiyabovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelya siya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-98/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1973-cü il tarixdə Yevlax şəhərində anadan olmuşdur. Cavabdeh dövlət orqanı olaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışd ır ki, iddiaçı müharibə veteranı statusunu və vəsiqənin verilməsi ilə əlaqədar Müdafiə Nazirliyinə əvvəllər də müraciət etmişdir. O, N nömrəli hərbi hissədə xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, N nömrəli hərbi hissədə xx.xx.1994-cü il tarixdən - xx.xx.1995-cı il tarixədək, N nömrəli hərbi hissədə xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək müddətdə xidmət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qeyd etdiyi rəsmi faktı hazırkı ərizəyə əlavə etdiyi sənədlərlə və hərbi biletində öz təsdiqini tapmış, həmin hərbi hissələrin möhürləri ilə bu fakt rəsmi olaraq təsdiq edilmişdir. O, bu döyüşlərdə iştirak edərək vətəni uğrunda, torpağı uğrunda, dövləti uğrunda həyatını, sağlamlığını, ailəsini ön plana çəkərək, canından b elə keçmədən döyüşlərə atılmışdır. Ümumi amalı vətəni və dövləti olmuşdur. O, da bir Azərbaycan vətəndaşı olaraq dövlət rəhbərimizin müharibə iştirakçıları üçün vermiş olduğu imtizaylardan istifadə etmək istəyir. O bu baxımdan da bir neçə dəfə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə onun aidiyyati qurumuna müraciət edərək, müharibə veteranı statusunun və vəsiqəsinin verilməsini istəmişdir. Ancaq nazirlik tərəfindən vətəndaşlara qeyri-normal münasibət göstərildiyindən Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına rəsmi müraciət etmiş, qəbulda olmuşdur. Rəsmi ərizəni ora təqdim etmişdir. Bildirmişdir ki, N nömrəli hərbi hissədə xx.xx.1992-ci il tarixdən - xx.xx.1994-cü il tarixədək, N nömrəli hərbi hissədə xx.xx.1994-cü il tarixdən - xx.xx.1995-ci il tarixədək, N nömrəli hərbi hissədə xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bununla bağlı sübut və şahidləri var. Müdafiə Nazirliyi əvvəl ona müharibə veteranı adını verməkdən imtina etmişdir. Bundan sonra onun işinin hazırlanması üçün Azərbaycan Respublikasının Vəkillər X1 sədri cənab Anar Bağırova müraciət edilmiş, bundan sonra o yenidən vəkil köməyi ilə Müdafiə Nazirliyinə rəsmi ərizə ilə müraciət etmişdir. Ərizədə müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi üçün lazım olan sənədlər 12 ədəd vərəqlə aidiyatı üzrə göndərilmişdir. Burada onun istəyi qanuni haqqının verilməsidir. Başqa heç bir niyyət və istəyi yoxdur. Hesab edir ki, o Azərbaycan dövlətinin vətəndaşı olaraq bu döyüşlərdə iştirak edən şəxs olaraq onun da haqqı var ki, bu imtiyaz v ə statuslardan istifadə etsin. Onun döyüş bölgəsində N nömrəli hərbi hissədə xx.xx.1992-ci il tarixədək, N nömrəli hərbi hissədə xx.xx.1994-cü il tarixdən - xx.xx.1995-ci il tarixədək, N nömrəli hərbi hissədə xx.xx.1995-ci tarixdən xx.xx.1996-cı il tarixədək döyüşdüyü müddət öz əksini tapıb. O, bu barədə təsdiq edilmiş hərbi biletin surətini hazırkı iddiaya əlavə etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.2019-cu il tarixdə göndərdiyi məktub bu günə kimi cavablandırılmamışdır. Hesab edir ki, bu hal ədalətli və doğru deyil. Ona bu statusun və vəsiqənin verilməməsi üçün heç bir əsas və arqument mövcud deyil. Cavabdeh onun ərizəsinə cavab vermir. Bu haldan 20 gün müddət keçir. Təqdim etdiyi sənədlərdə onun N nömrəli hərbi hissədə xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il t arixədək N nömrəli hərbi hissədə 21.06 1994-cü il tarixdən - xx.xx.1995-ci il tarixədək, N nömrəli hərbi hissədə xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək N saylı hərbi hissələrin tərkibində Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda erməni silahlı qüvvələrinə qarşı aparılmış döyüş əməliyyatlarında iştirak etməyi iddia ərizəsinə əlavə etmiş olduğu sənədlərlə öz təsdiqini tapır. Hesab edir ki, hazırda o Veteran adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə mövcud iddia tələbi ilə müraciət etməkdə haqlıdır və bu haqlı tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-1358/2019 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddiaçı Vüqar Eldar oğluCəlilovun cavabdeh Azərbayc an Respublikası MüdafiəNazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinincavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasınınrədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(107)-98/2020nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Ayaz Mahmudov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarının dəyişdi rilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,o, Veteran adının və müvafiq vəsiqənin verilinəsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə mövcud iddia tələbi ilə müraciət etməkdə haqlıdır sa, bu haqlı tələbi təmin edilməlidir. Ona görə də məhkəmə tərəfindən o, İddiaçı bidar oğluna “müharibə veteranı adı və vəsiqəsinin” verilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. O, Şəki İnzibatı-İqtisadi Məhkəməsinin və Apelyasiya Məhkəməsinin qərarı ilə razı deyil, qərar tam ədalətsiz qərardır, döyüşlərdə iştirak etmiş bir şəxsin maraq və mənafəyelərinin bu şəkildə qorunmasının qəbul edə bilmir. O, məhkəmədən cox şey gözləyird. Təəssüf edir ki, o, bu v əziyyətlə qarşılaşmışdır. O, həyatını, sağlamlığını və canını torpağ uğrunda gedən döyüşlərdə qoymuşdur, bütün bunları məhkəmə dəyərlindirməliydi. Hesab edir ki, hec olmasa şikayəti Apelyasiya müstəvisində öz ədalətli həllini tapar. Ancaq bütün bunlar heç bir nəticə vermədi. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(107)-98/2020nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Əfrasiyabova kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasi ya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Həsənov da vəkili D.Əfrasiyabovanın çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, o, Veteran adının və müvafiq vəsiqənin verilinəsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə mövcud iddia tələbi ilə müraciət etməkdə haqlıdır sa bu haqlı tələbi təmin edilməlidir. Ona görə də məhkəmə tərəfindən o, İddiaçı bidar oğluna “müharibə veteranı adı və vəsiqəsinin” verilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. O, Şəki İnzibatı-İ qtisadi Məhkəməsinin və Apelyasiya Məhkəməsinin qərarı ilə razı deyil, qərar tam ədalətsiz qərardır, döyüşlərdə iştirak etmiş bir şəxsin maraq və mənafəyelərinin bu şəkildə qorunmasının qəbul edə bilmir. O, məhkəmədən cox şey gözləyird. Təəssüf edir ki, o, bu vəziyyətlə qarşılaşmışdır. O, həyatını, sağlamlığını və canını torpağ uğrunda gedən döyüşlərdə qoymuşdur, bütün bunları məhkəmə dəyərlindirməliydi. Hesab edir ki, hec olmasa şikayəti Apelyasiya müstəvisində öz ədalətli həllini tapar. Ancaq bütün bunlar heç bir nəticə vermədi. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Veteranlar haqqında” Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların da iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. H əmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş M irbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iş tirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıla r (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Lakin Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərkən iddiaçının N nömrəli hərbi hissənin 5-ci diviziyasında qulluq etməsi halı öz təsdiqini tapsa da, həmin diviziyanın özünün döyüş əməliyyatlarında iştirak etməsi halı öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə və döyüş əməliyyatlarında iştirak etməsi ona məxsus hərbi biletdə qeyd edilməmiş, SHXÇDX-in Yevlax Rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 1265 nömrəli məktubuna əlavə olunmuş uçot kartasında da iddiaçının döyüşlərdə iştirak etməsi qeyd olunmamışdır. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında iştirak etməsi, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması faktı iş materiallarında öz təsdiqini tapmadığı üçün cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası da əsassız olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçınınkasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,21(107)-98/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar