Məhkəmə qərarları › İş №2-1(102)-1619/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1619/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1619/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1322/2021 nömrəli, 03 iyun 2021 -ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir.

2. Cavabdeh 1/E-984 nömrəli, 22 yanvar 2020-ci il tarixli məktubla müraciətin təmin olunmnasından imtina edərək bildirmişdir ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 03.03.2017-ci il və təkrar 23.08.2017-ci il tarixli iclaslarında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Xidmət etdiyi hərbi hissələr Silahlı Qüvvələrin Baş Qə rargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinin nəzərə alınaraq, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddianın əsaslarına görə, iddiaçı 09 iyun N2-ci ildə Binəqədi rayonu Hərbi komissarlığından həqiqi hərbi xidmət keçmək üçün çağırılmışdır. N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq, bütün növ təminatlarla təmin olunmuş və “sıravi” hərbi rütbəsi verilərək tibb məntəqəsində sanitar vəzifəsinə təyin olunmuşdur. Qərargah rəisinin sərəncamına əsasən, xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş, N №-li hərbi hissə komandirinin N may N3-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlarından çıxarılmışdır. O, hərbi xidmətdə olduğu dövrdə hərbi hissə komandirinin əmrləri ilə dəfələrlə 100 №-li “Mİ-24” vertolyotu ilə döyüş bölgəsi hesab edilən Dağlıq Qarabağ rayonlarına, xüsusilə Ağcabədi rayonuna ezamiyyətə göndərilmiş, “bort-atıcı” kimi döyüş əməliyyatlarında, habelə hərbçilərin xilas olunmasında iştirak etmişdir. Bu döyüşlərdə şahid olmuş döyüş yoldaşlarından biri - Azərbaycanın ən gənc milli qəhrəma nı X1r. Cavanşir Rəhimov haqqında çəkilmiş “Cavanşir” sənədli filmində onunla da birgə çəkilmiş fotoları nümayiş etdirilmişdir ki, həmin və başqa fotoşəkilləri sübut kimi iddia ərizəsinə əlavə etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivindən verilmiş “Arayışda” N №-li hərbi hissə komandirinin 11.06.N2-ci il tarixədək olan nizami hissə üzrə əmrlərində onun döyüş bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumatın aşkar olunmadığı qeyd olunsa da, onun hərbi biletində və Yasamal rayon hərbi komissarlığından verilmiş “Qeydiyyat kartasında” N2-N3-cü illərdə Dağlıq Qarabağ rayonlarında döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydlər mövcuddur. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komis siyanın katibliyinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən ağır döyüş əməliyyatlarında iştirak etməsini nəzərə alaraq ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi tərəfindən göndərilən 22.01.2020ci il tarixli məktubda qeyd olunur ki, xidmət etdiyi hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Hesab edir ki, cavabdeh orqanın tələbindən imtinası əsassızdır. O, həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir və onun “Müharibə veteranı” adı və vəsiqəsini alm aq hüququ vardır. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iş materiallarına əlavə olunmuş arxiv arayışından görmək olar ki, N nömrəli hərbi hissə komandirinin 11.06.N2 - 04.05.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının döyüş bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. Bu səbəbdən də iddia ərizəsi təmin edilə bilməz.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-681/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərarı ilə (hakim: N.İ.Abıyev) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqınd a Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik deyil. Bu səbəbdən də iddia sübuta yetirilmiş sayıla bilməz.

8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv ediməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1322/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: S.İ.Bəktaşi və A.B.Nuriyeva) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-1(112)-681/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan hallar düzgün müəyyən edilməmiş, apellyasiya instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, nəticədə maddi və pro sessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Hazırki mübahisənin düzgün həlli üçün müəyyən edilməli olan əhəmiyyətli hal iddiaçının Birinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etməsi faktıdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı iş materialları ilə tam sübuta yetirilir. Belə olan halda, vətən uğrunda dəfərlərlə canını təhlükəyə atmış bir insana dövlət orqanı tərəfindən döyüş bölgəsinə ezam olunmasının rəsmiləşdirilməməsi əsası ilə müharibə veteranı adının verilməsindən imtina edilməsi nə ədalətə sığır, nə də qanunun ali məqsədinə. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasıı xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birin ci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd

1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan dö yüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının D övlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi i lə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Mad də 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 1 31.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məh kəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İN STANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

20. Belə ki, birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi iş materiallarındakı sənədlərdə istinad edərək bildirmişlər ki, iddiaçının müharibə bölgəsinə ezam edilməsi iş materialları ilə sübuta yetirilmədiyindən iddia əsassızdır.

21. Belə ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N8-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.

22. İddiaçıya məxsus 09.06.N2 -cı il tarixdə verilmiş NZ seriyalı ******* №li hərbi biletdə aparılmış qeydlərə əsasən, o, 09.06.N2-ci il tarixdə Binəqədi rayon Hərbi komissarlığında hərbi xidmətə çağırılmış, 10.06.N2-ci il tarixdən 04.05.N3-cü il tarixədək N saylı hərbi hissədə sanitar, 24.02.N4-cü il tarixən 30.04.N6-cı il tarixədək N saylı hərbi hissədə manqa komandiri, 03.05.N6-cı ildən 23.07.N6-cı il tarixədək N saylı hərbi hissədə sürücü olaraq xidmət keçmişdir. 23.07.N6-cı ildən ehtiyata buraxılmışdır.

23. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin iddiaçıya ünvanlanmış 25.04.2017-ci il tarixli 9/2-7402 №-li məktubunda göstərilmişdir ki, Bakı şəhəri Binəqədi RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli N №-li əmrilə ( əsas -1, səhifə-25, sıra 14) hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuş və “sıravi” hərbi rütbəsi verilərək tibb məntəqəsində sanitar vəzifəsinə təyin olunmuşdur. Qərargah rəisinin sərəncamına əsasən, xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş komendant tağımının atıcısı sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N may N3-cü il tarixli N №-li əmrilə (əsas 2, səh-11) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlarından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixdən N may N3-cü ilədək olan nizami hissə üzrə əmrlərində İddiaçı döyüş bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır.

24. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirl iyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 9/2-10066 №-li 13.10.2020-ci il tarixli arayışda göstərilir ki, Bakı şəhəri Binəqədi rayon RHK-dan hərbi xidmət keçmək üçün çağırılmış, 1973-cü il təvəllüdlü, İddiaçı N №-li hərbi hissə komandirinin 10.06.N2-ci il tarixli N №-li (əsas: §-1, səh-25, sıra 14) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və “sıravi” rütbəsi verilərək tibb məntəqəsində sanitar vəzifəsinə təyin olunmuşdur. N №li hərbi hissə komandirinin 07.08.N2-ci il tarixli 44 №-li əmrilə (əsas: §-5, sıra-3, əmrdə atasının adı “Qəşim” yazılmışdır) sıravi İddiaçı Qəşim oğlu 01.08.N2-ci il tarixdən hərbi hissənin komendant tağımında atıcı vəzifəsinə təyin olunmuşdur. Xidmətini davam etdirmək üçün komendant tağımının atıcısı, sıravi İddiaçı N №-li hərbi hissəyə keçirildiyindən N №-li hərbi hissə komandirinin 04.05.N3-cü il tarixli N №-li əmrilə (əsas: §-2, səh-11) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin 11.06.N2-03.05.N3-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları bölgələrinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin N3-N4-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissə komandirinin 24.02.N4-cü il tarixli 31 №-li əmrilə (əsas:§-2, səh-28, sıra-1, atasının adı “Qəşim” yazılmışdır) sıravi İddiaçı Qəşim oğlu gəlmiş hesab edilmişdir. Avtomobil tağımının sürücüsü, kiçik çavuş İddiaçı xidmətini davam etdirmək üçü n N №-li hərbi hissə komandirinin sərəncamına göndərildiyinə görə N №-li hərbi hissə komandirinin 30.04.N6cı il tarixli 74 №-li əmrilə ( əsas: §-4, səh-35, sıra 57) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlarından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin 03.05.N6-cı il tarixli 82 №-li əmrilə ( əsas: §-8, səh-32, sıra 14) kiçik çavuş İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq avtomobil tağımında sürücü vəzifəsinə təyin olunmuşdur. Müdafiə nazirinin 24.06.N6-cı il tarixli əmrinə müvafiq olaraq xidmət müddəti başa çatdığına görə, avtomobil tağımının sürücüsü, çavuş İddiaçı ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin 23.07.N6-cı il tarixli 154 №-li əmrilə (əsas: §-5, səh-2) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlarından çıxarılaraq qeydiyyata düşmək üçün Bakı şəhəri Binəqədi RHKna göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən 11.10.2016-cı il tarixli 9/210693 №-li və 25.04.2017-ci il tarixli 9/2-74002 №-li məktublarla İddiaçı ünvanına xidməti barədə arxiv arayışı göndərilmişdir.

25. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 22.01.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının xidmət etdiyi hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında yoxdur.

26. Beləliklə, iddiaçının xidmət etdiyi hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş döyüşlərdə iştirak edən hərbi h issələrin siyahısında olmadığından, eləcə də, məhkəmə araşdırmaları zamanı iddiaçının döyüş bölgəsinə ezamiyyətə göndərilməsi barədə müvafiq arxiv sənədləri və başqa mötəbər sübutlar olmadığından məhkəmə tərkibi apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. İddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun əvvəlki instansiya məhkəmələrində irəli sürdüyü dəlillərlə oxşardır və məhkəmələr həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.

27. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessua l hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1322/2021 saylı iş üzrə 03 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar