Məhkəmə qərarları › İş №2-1(102)-1619/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1619/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1619/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Bakı şəhəri Açar sözlər: (torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı X1 (xx.xx.1965-ci il, FİN 3CS2X0Y) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələ ləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-896/2022 nömrəli iş üzrə 26 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının ticarət obyektinin tikilməsi üçün ayrılmış 11 iyun 2004-cü il tarixli 434 nömrəli sərəncamı ilə iddiaçının müraciəti əsasında, həmçinin Bakı şəhər İcra Hakimiyyəti başçısının F-1/1 saylı 26 aprel 2004-cü il tarixli məktubu nəzə rə alınaraq Bakı-Aeroport yolu ətrafında yeni tikilmiş məktəbin şimal hissəsində ticarət obyektinin tikilməsi üçün 120,00 kv.metr torpaq sahəsi ayrılmışdır.

2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt əraziləridir və yerləşmə sxemi təqdim edilməmişdir. Bundan başqa 434 nömrəli, xx.xx.2004-cü il tarixli Suraxanı RİHB-ı tərəfindən verilmiş sərəncamda ayrılmış torpaq sahəsi 220.0 kv.m göstərilsə də, faktiki 742.5 kv.m təşkil etdiyindən əlavə sahə ilə bağlı sənəd əlavə olunmamışdır. Həmçinin qeyd edilən qeyri yaşayış binasına dair “Daşı nmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Qanunvericiliyə uyğun sənədlər təqdim edildiyi təqdirdə ərizəyə yenidən baxılacaqdır. Bildirişdə həmçinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8.0.9.2-ci və 8.0.10.1-ci maddələrinə istinad olunaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Samir Əliyev mərkəzi küçə 9 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasına və torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya 2004-cü il tarixdə Nizami rayonu ərazisində sökülmüş ticarət obyektinin əvəzi olaraq Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, aeroport yolunun yaxınlığında yerləşən ticarət obyektinin tikintisi ilə bağlı göstəriş verilmişdir. Suraxanı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 2004-cü ildə iddiaçıya torpaq sahəsi ayrılmış, həmin ildən Suraxanı rayon, Yeni Suraxanı qəsəbəs i aeroport yolunun yaxınlığında yerləşən ticarət obyektində fəaliyyət başlanmış və bu gün də davam edir. İddiaçı həmin ildən vergi ödəyicisi-sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O zaman o ərazidə obyekt tikəndə, ətrafda heç bir tikili olmamışdır. İndi dörd bir tərəfi qanunsuz və ya sənədləşdirilməsi yekunlaşdırılan tikililərdir. Dəfələrlə rayon və şəhər İcra Hakimiyyəti başçılarına ticarət obyektinin çıxarışının verilməsi üçün müraciətin və sənədləri rəsmi qaydada təqdim etsə də, hər dəfə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmədiyi bildirmişlər. Sonuncu dəfə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.

5. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddi a əsassız olduğundan təmin edilməməlidir. Belə ki, sözügedən məsələ ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciət edilmiş, lakin ərizəyə qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənəd (müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı) əlavə edilməmişdir və göstərilən sahə elektron kadastr məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazilərinə daxildir. Həmçinin torpaq sahəsinə dair yerləşmə sxemi təqdim edilməmiş və 434 nömrəli, xx.xx.2004-cü il tarixli Suraxanı RİHB-ı tərəfindən verilmiş sərəncamda ayrılmış torpaq sahəsi 220.0 kv.m göstərilsə də, faktiki 742.5 kv.m təşkil etdiyindən əlavə sahə ilə bağlı sənəd əlavə olunmam ışdır. Etirazın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.2, 10.1, 11.1, 23-cü maddəsinə, “Torpaq islahatı haqqında” Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə istinad edilmişdir.

6. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 3-cü şəxs qismində işə cəlb edilmişdir

7. Bakı İnzibati Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2265/2021 nömrəli (hakim F.İ.Mədətli) qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik müddəalarının tələblərinə görə sözügedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyat alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsin də və ya 8.0.10.1-ci maddəsində qeyd olunan sənədlər təqdim edilməlidir. O cümlədən, iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə icazə barədə qərar və tikinti obyektinin istismarına icazə sənədi olmalıdır. Lakin məhkəmə araşdırması dövründə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 11 iyun 2004-cü il tarixli 434 nömrəli sərəncamına əsasən iddiaçıya Bakı-Aeroport yolu ətrafında yeni tikilmiş məktəbin şimal hissəsində ticarət obyektinin tikilməsi üçün 120,00 kv.metr torpaq sahəsi ayrılsa da, qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd olunan torpaq sahəsinin koordinatl arı müəyyən edilməməklə yanaşı, həmçinin iddiaçı tərəfindən məhkəməyə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə dair icazə barədə qərar və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Qeyd olunan hallarla yanaşı həmçinin məhkəmə araşdırması nəticəsində göndərilən müvafiq sorğulara əsasən qeyd olunan ticarət obyektinin sahəsinin istinad olunan sərəncamda əks olunan 120,00 kv.metr deyil, 742.5 kv.metr sahəni əhatə etdiyi, o cümlədən elektron kadastr məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu müəyyən edilmişdir. İddiaçı qeyd olunan ticarət obyektinə dair mülkiyyət hüquqlarının qeyd iyyata alınmasını tələb etsə də, lakin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə icazə barədə qərar və tikinti obyektinin istismarına icazə sənədini məhkəməyə təqdim edə bilməmişdir

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(103)-896/2022 nömrəli (E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/ H.Ü.Həmidov və C.A.Yusifov) qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyas iya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının qeyri-yaşayış binasına və torpaq sahəsinə dair hüquq müəyyən edici inzibati akt olan Suraxanı rayonu İcra Hakimiyyəti başçının 11 iyun 2004-cü il tarixli, 434 nömrəli sərəncamı qanuni əsaslarla mövcuddur və ondan irəli gələn iddiaçıya məxsus hüquqların sənədləşdirilməsi və ona dövlət reyestrindən müvafiq çıxarışın verilməsi hüququnun təmin edilməsi aidiyyəti inzibati orqanların və məhkəmələrin Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyən edilmiş vəzifə borcudur.

14. Məhkəmə qərarlarından və iş materiallarından göründüyü kimi apellyasiya məhkəməsi kollegiyası iddiaçının qeyri-yaşayış binasına və torpaq sahəsinə dair hüquq müəyyənedici inzibati akt olan yuxarıda göstərilən sərəncamı qanuni əsaslarla mövcud olmasına baxmayaraq, ondan irəli gələn iddiaçıya məxsus hüquqların sənədləşdirilməsi və ona dövlət reyestrindən müvafiq çıxarışın verilməsi hüququnun təmin edilməsi ilə bağlı üzərinə düşən vəzifə borcunu yerinə yetirməmişdir.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcl udur.

16. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

17. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

18. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(103)896/2022 saylı qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kasasiya şikayətin ə qarşı etirazın dəlilləri

19. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsi qərarının dəyişdirilmədən saxlanılması xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ya nvarın 1-dən) inşa edilən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərar, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Həmin Qanunun 8.0.10.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə

62. Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı torpaq sahələrinin verilməsi Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər.

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətindəki dəlillərlə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Samir Əliyev mərkəzi küçə 9 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasına və torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsinin cavabdeh in üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırki mübahisə həll edilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının ticarət obyektinin tikilməsi üçün ayrılmış xx.xx.2004-cü il tarixli 434 nömrəli sərəncamı ilə iddiaçının müraciəti əsasında, həmçinin Bakı şəhər İcra Hakimiyyəti başçısının F-1/1 saylı 26 aprel 2004-cü il tarixli məktubu nəzərə alınaraq Bakı-Aeroport yolu ətrafında yeni tikilmiş məktəbin şimal hissəsində ticarət obyektinin tikilməsi üçün 120,00 kv.metr torpaq sahəsi ayrılmışdır.

28. Qeyd edilməlidir ki, iddiaçı məhz sözügedən sərəncama əsaslanaraq hazırkı iddianı irəli sürmüşdür.

29. Eyni zamanda cavabdehin 27 avqust 2021-ci il tarixdə məhkəməyə təqdim olunan yerli ba xışın keçirilməsi haqqında məktubunda elektron kadastr məlumatlarına əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu və yerləşmə sxeminin təqdim edilmədiyi, bundan başqa 434 nömrəli, 11 iyun 2004-cü il tarixli Suraxanı İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş sərəncamda ayrılmış torpaq sahəsinin 220.0 kv.metr göstərilsə də, faktiki 742.5 kv.metr təşkil etdiyi qeyd olunmuşdur.

30. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyri-yaşayış sahəsi ilə bağlı obyektin tikintisinə icazə sənədinin və razılaşdırılmış eskiz layihəsinin olmadığı da müəyyən edilmişdir.

31. Xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçı özü də bu faktı etiraf edir.

32. Belə olan halda apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 434 nömrəli sərəncamına əsasən iddiaçıya Bakı-Aeroport yolu ətrafında yeni tikilmiş məktəbin şimal hissəsində ticarət obyektinin tikilməsi üçün 120,00 kv.metr torpaq sahəsi ayrılsa da, qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd olunan torpaq sahəsinin koordinatları müəyyən edilməməklə yanaşı, həmçinin iddiaçı tərəfindən məhkəməyə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə dair icazə barədə qərar və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir.

33. Həmçinin apelyasiya instansiyası məhkəməsi tər əfindən müəyyən edilmişdir ki, qeyd olunan ticarət obyektinin sahəsinin istinad olunan sərəncamda əks olunan 120,00 kv.metr deyil, 742.5 kv.metr sahəni əhatə etdiyi, o cümlədən elektron kadastr məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu müəyyən edilmiş, «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanununa və «Təhlükə potensiallı obyektlərin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlərin kateqoriyasına aid edilmişdir.

34. Beləliklə iddiaçının irəli sürdüyü iddiası ilə bağlı olan sübutlardan yalnız Suraxanı Rayon İcra Hakimi yyəti başçısının ticarət obyektinin tikilməsi üçün ayrılmış120,00 kv.metr torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli 434 nömrəli sərəncamı mövcuddur, həmin sərəncamdan irəli gəlməli olan digər hər hansı sənədlər isə (torpaq sahəsinin ayrıc aktı və ya planı, tikiliyə aid sənədlər) ümumiyyətlə yoxdur.

35. Belə olan halda iddiaçının kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(103)896/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Bununla Belə iddiaçıya izah olunur ki, o sözügedən sərəncamı vermiş inzibati orqana yuxarıda göstərilmiş sənədlərin alınması məqsədilə müraciət etmək hüququna malikdir.

37. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9 və 98.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 21(103)-896/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar