Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1619/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 31.08.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-20/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qər arından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyətinə Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2016-cı il tarixli 0530003AAC6Z göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M24 Oynaqların digər spesifik zədələnmələri =>...; Diaqnozun mətni: Sağ qamış sümüyü köhnə bitişmiş sınığı. Sağ qamış sümüyü odlu silah yaralanmasından sonrakı xr.osteomieliti, remissiya fazasında, Oynaqların kontrakturası-Sağ diz oynağının postravmatik a rtrozu və kontrakturası, Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80- G80.9) səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
2. İddiaçının əlillik vəziyyətinə Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0530003AAF1G saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu...; Diaqnozun mətni: Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ qamış sümüyü yuxarı 1/3nin köhnə bitişmiş sınığı v ə yad cismi.(qəlpə) Sağ baldırın, sol budun orta 1/3 nin odlu silah yaralanmasından sonrakı çapıqları. Ağırlaşma M86.6 Digər xroniki osteomielit, Sağ qamış sümüyünün postravmatik xroniki osteomieliti, remissiya fazası. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ diz oynağının hərəkət məhdudluğu, artrozu, ağrı sindromu ilə, funksiyanın pozulması ilə. Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya. İİ mər; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması, Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir.
3. İddiaçının əlillik vəziyyətinə Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 053000 3AAF1G saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ qamış sümüyü yuxarı 1/3nin köhnə bitişmiş sınığı və yad cismi.(qəlpə)Sağ baldırın, sol budun orta 1/3 nin odlu silah yaralanmasından sonrakı çapıqları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması Səbəb: Tam reabilitasiya barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilm işdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməsinə müraciət edərək ona ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixdən etibarən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müəyyən olunan etiologiyasından asılı olmayaraq aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması meyarına əsasən, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əsası ilə ikinci dərəcə əlillik qrupuna daxil edilmişdir. Belə ki, xx.xx.2016-cı il tari xdən etibarən xx.xx.2021-ci il tarixədək maneəsiz ikinci dərəcə əlilliyə malik şəxslər üçün nəzərdə tutulan müavinəti almışdır. Lakin sözügedən tarixdən ona heç bir səbəb və əsas göstərilmədən müavinətin verilməsi dayandırılmışdır. Bununla bağlı dəfələrlə tərəfindən müraciət olunmasına baxmayaraq ona heç bir cavab verilməmişdir. Sonuncu dəfə iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və nazirliyin yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinə ərizə göndərilmiş, lakin 3 aydan çox müddət keçməsinə baxmayaraq yenə də heç bir cavab almamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-490/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edi lmiş, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq, əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-418/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərardadı ilə ş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertlər qarşısına aşağıdakı suallar qoyulmuşdur: 1). İddiaçı əlillik dərəcəsi təyin edilərkən onda olan xəstəliklər (Sağ qamış sümüyü köhnə bitişmiş sınığı. Sağ qamış sümüyü odlu silah yaralanmasından sonrakı xr.osteomieliti, remissiya fazasında. Oynaqların kontrakturası. Sağ diz oynağının postravmatik artrozu və kontrakturası.) hazırda müşahidə olunurmu? 2). İddiaçıda həmin xəstəlik mövcuddursa xəstəliyin müalicə alınmaqla reabilitasiyası mümkündürmü? 3). Müalicə olunmaqla reabilitasiyası mümkün olduğu təqdirdə iddiaçının əlavə müalicəyə ehtiyacı mövcuddurmu? 4). İddiaçı canlı müayinə olunmaqla, ona əlillik dərəcəsinin təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmış 0530003AAF1G nömrəli Forma 88 göndərişində qeyd olunmuş xəstəlikl ər (əsas diaqnoz və ağırlaşmalar) müəyyən olunurmu?
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin 938 nömrəli rəyində qeyd olunmuşdur ki, vətəndaş Y.Ə.Məmmədkərimovda hal-hazırda “Qamış sümüyünün yuxarı 1/3-də posttravmatik xarakterli sümük destruktiv dəyişikliyi, osteomielit sekvestrlərinin kölgəlikləri” müəyyən edildi. Sumqayıt 4 saylı xəstəxananın poliklinika şöbəsində tərtib edilmiş 0530003AAF1G saylı göndərişlə göndərilmiş 088 saylı arayışda qeyd edilən “Y36.4 hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ qamış sümüyünün yuxarı 1/3-nin köhnə bitişmiş sınığı və yad cismi (qəlpə) sağ baldırın, sol budun orta 1/3-nin odlu silah yaralanmasından sonrakı çapıqları” müəyyən ed ildi. Hal-hazırda onun diaqnozda göstərilənlərlə əlaqədar əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur. Belə ki, sümüklərdə olan sınıqlar bitişmiş, yara kanalının zədələnmiş yumşaq toxumaları isə sağalmışdır.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-20/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəyindən göründüyü kimi, iddiaçıda - sümüklərdə olan sınıqlar bitişmiş, yara kanalının zədələnmiş yumşaq toxumaları isə sağalmışdır. Onun göndərişdə qoyulmuş diaqnoz (Y36.4) üzrə hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur. Həmçinin, qoyulmuş diaqno z əlillik dərəcəsinin təyininə əsas vermir. Odur ki, cavabdeh tərəfindən iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsindən imtina edilməsi qanunsuz olmamışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində işin hallarını sadalanmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ilkin olaraq 5 il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur. Qeyd olunan müddətdə iddiaçı vaxtı-vaxtında müayinə və müalicədən keçmiş olmasına və müalicəni hal-hazırda da davam etdirməsinə baxmayaraq 2021-ci ildən etibarən əsassız olaraq və heç bir xəbərdarlıq olmadan ona əlilliyə görə müavinətın verilməsi dayandırılmışdır.
15. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Cavabdeh tərəfindən təqdim olunan arayışda qeyd olunan xəstəliklə əlaqədar diaqnoz təsdiq olunmuş lakin yekunda əlilliyin növbəti müddətə təyinindən imtina olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxı mdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
21. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya 2016-cı ildən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə əvvəlki təyinatın bitməsi səbəbindən 2021-ci ildə yenidən baxılmış və “tam reabilitasiya barədə qərar qəbul edilmişdir” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imti na verilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar məhkəmə tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin 938 nömrəli rəyində qeyd olunmuşdur ki, vətəndaş Y.Ə.Məmmədkərimovda hal-hazırda “Qamış sümüyünün yuxarı 1/3-də posttravmatik xarakterli sümük destruktiv dəyişikliyi, osteomielit sekvestrlərinin kölgəlikləri” müəyyən edildi. Sumqayıt 4 saylı xəstəxananın poliklinika şöbəsində tərtib edilmiş 0530003AAF1G saylı göndərişlə göndərilmiş 088 saylı arayışda qeyd edilən “Y36.4 hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ qamış sümüyünün yuxarı 1/3-nin köhnə bitişmiş sınığ ı və yad cismi (qəlpə) sağ baldırın, sol budun orta 1/3-nin odlu silah yaralanmasından sonrakı çapıqları” müəyyən edildi. Hal-hazırda onun diaqnozda göstərilənlərlə əlaqədar əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur. Belə ki, sümüklərdə olan sınıqlar bitişmiş, yara kanalının zədələnmiş yumşaq toxumaları isə sağalmışdır.
23. Beləliklə, iddiaçıya əlilliyin təyin edilməsindən imtinanın əsasları məhkəmə icraatı zamanı təsdiq olunmuşdur. Belə olan halda, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
24. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-20/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.