Məhkəmə qərarları › İş №2-1(102)-1619/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1619/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1619/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illəri sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması; əmək kitabçasındakı məlumatların mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1957-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı na qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-169/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada 272,31 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı xx.xx.2022-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 127,61 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesabla naraq xx.xx.2022-ci il tarixdən 273,23 manata çatdırılmışdır.

3. İddiaçı cavabdehə müraciət edərək xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin iş stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

4. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubla imtina verilmişdir. İddiaçıya ünvanlanmış imtina məktubuna əsasən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması z ərurəti yarandığı bildirilmişdir. Eyni zamanda Şabran rayon İstehlak Cəmiyyətinin xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, “Amal” müəssisəsinin xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək və Şabran rayon İstehsal-İstehlak kooperativinin xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan əməkhaqqı cədvəlləri və əmr kitabları Şabran rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün müvafiq dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasının mümkün hesab edilmədiyi qeyd olunmuşdur. Belə olan halda, müvafiq illərin daxil edilərək iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsi ndə icraat

5. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Dəvəçi rayon İstehlak Cəmiyyətində xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, “Amal” müəssisəsində xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək və X3 kooperativində xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi və həmin dövrlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6314/2023 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

7. Sonradan iddiaçı iddia tələbinə d əqiqləşdirmə verərək, Dəvəçi rayon İstehlak Cəmiyyətində xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və Dəvəçi İstehsalİstehlak kooperativində xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi və həmin dövrlər nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən ona avtomatlaşdırılmış qaydada 272.31 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, Dəvəçi rayon İstehlak Cəmiyyətində xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, “Amal” müəssisəsində xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək və Dəvəçi İstehsal-İstehlak kooperativində xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlər sığorta stajına daxil edilməmişdir. İddiaçı bununla bağlı aidiyyəti üzrə müraciət etmiş, cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubu ilə müraciətinin təmin edilməsi mümkün hesab edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:

9. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qayd ada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada 272,31 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.

10. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ ol an şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22- 1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçının müraciəti ilə əlaqədar olaraq bildirilir ki, xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan 18.882,46 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 272,35 manat müəyyən edilmişdir.

11. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək fa ktiki sığorta stajı 18 il 2 ay olduğu halda, iddiaçıya Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Həmçinin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir.

12. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu za man sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

13. Eyni zamanda, Qanunun 37.3.1-ci maddəsinə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 127,61 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 273,23 manata çatdırılmışdır.

14. İddiaçıya ünvanlanmış imtina məktubuna əsasən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yarandığı bildirilmişdir. Eyni zamanda, Şabran rayon İstehlak Cəmiyyətinin xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, “Amal” müəssisəsinin xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək və Şabran rayon İstehsal-İstehlak kooperativinin xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan əməkhaqqı cədvəlləri və əmr kitabları Şabran rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün müvafiq dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasının mümkün hesab edilmədiyi qeyd olunmuşdur. Belə olan halda müvafiq illə rin daxil edilərək iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2705/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Dəvəçi (Şabran) rayon İstehlak Cəmiyyətində xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və Dəvəçi (Şabran) İstehsal-İstehlak kooperativində xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi və həmin dövrlər nəzərə alınmaqla iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həva lə edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş **********180100 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Dəvəçi rayon İstehlak Cəmiyyəti dövlət qeydiyyatına alınmışdır. Həmçinin, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” tərəfindən təqdim edilmiş AAŞ-36-38/40 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, iddiaçı xx.xx.1998-ci ildən xx.xx.2010cu il tarixədək X3 Kooperativində müxtəlif vəzifələrdə işləmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasından da müəyyən olunur ki, iddiaçı qeyd edilən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının əmək kitabçasında qeyd edilən müəssisədə işlədiyi dövrlərə dair əməkhaqqı cədvəlləri və əmr kitablarının arxivə təhvil ve rilməməsi iddiaçının hərəkətləri nəticəsində olmamışdır. Bu amilin müəssisənin vəzifəli şəxslərinin səhlənkarlığı ucbatından olduğunu nəzərə alaraq iddiaçının pensiya təminatı hüququnun məhdudlaşdırılması yolverilməzdir.

17. Belə olan halda, iddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçası və arxiv arayışları ilə onun qeyd olunan müddətlər ərzində həmin müəssisələrdə işləməsi öz təsdiqini tapmış olur. Belə ki, qeyd edilən dövrlər üzrə arxiv sənədlərinin aşkar olunmaması, əmək haqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. Başqa sözlə desək cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlər və arxiv arayışında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır.

19. Cavabdeh həmin qərardan a pellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-169/2024 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2705/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri Maddi hüquq nor malarının pozulmasına dair dəlillər:

23. İddiaçıya ünvanlanmış imtina məktubuna əsasən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci İl tarixədək və xx.xx.1998-ci il tarixdə xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yarandığı bildirilmişdir. Eyni zamanda, Dəvəçi rayon İstehlak Cəmiyyətinin xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və Dəvəçi rayon İstehsal-İstehlak Kooperativinin xx.xx.1998- ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan əməkhaqqı cədvəlləri və əmr kitabları Şabran rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün müvafiq dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasının mü mkün hesab edilmədiyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara baxmayaraq həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozularaq müvafiq dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması qərara alınmışdır. Prosessual hüquq normalarının pozulmasına dair dəlillər:

24. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Dəvəçi rayon İstehlak Cəmiyyətində və xx.xx.1998- ci il tarixdən xx.xx.2005-ci il tarixədək Dəvəçi İstehsal-İstehlak kooperativində işlədiyi qeyd edilmişdir.

25. Lakin iş materiallarına əlavə edilmiş, eyni zamanda məhkəmə qərarında da istinad edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanın da Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********180100 nömrəli cavab məktubundan görünür ki, dövlət reyestrində Dəvəçi rayon İstehlak Cəmiyyətinin xx.xx.1996-cı il tarixdə, 620 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən halhazıradək həmin hüquqi şəxs adından yeni VOEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. X2-İstehlak Kooperativi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.

26. Göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasında onun müvafiq müəssisədə xx.xx.1992-ci il tarixdən işlədiyi qeyd edilsə də, Dövlət Vergi Xidmətinin məktubuna əsasən xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatından keçmişdir. Dövlət qeydiyyatına alınmamış müəssisənin fəaliyyətinin qanuni hesab edilmədiyi kimi, iddiaçıya məxsus əmək kitabçasında həmin müəssisədəki fəaliyyəti ilə bağlı qeydlər də mötəbər hesab edilə bilməz.

27. Eyni zamanda, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 321-3/2-9256/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, Dəvəçi rayon İstehlak Cəmiyyəti və Dəvəçi İstehsal-İstehlak Kooperativi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur.

28. Azərbaycan Respublikası Milli Arxiv idarəsi Şabran rayon İcra Hakimiyyəti Şabran rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli. 35 nömrəli sorğuya cavab məktubuna əsasən Dəvəçi rayon İstehlak Cəmiyyəti və Dəvəçi İstehsal-İstehlak Kooperativinin heç bir sənədi dövlət arxivinə təhvil verilməmişdir.

29. Həmçinin, məhkəm ə kollegiyası müvafiq Qərarında qeyd etmişdir ki, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” tərəfindən təqdim edilmiş AAŞ-36-38/40 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçı xx.xx.1998-ci ildən xx.xx.2010-cu il tarixədək X3 Kooperativində müxtəlif vəzifələrdə işləmişdir.

30. Müəssisə tərəfindən təqdim edilən arayışın məzmunundan da göründüyü kimi iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi dövrlərlə bağlı məlumat öz əksini tapmamışdır.

31. Halbuki heç bir mötəbər dəlil olmadan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-2705/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, Dəvəçi (Şabran) rayon İstehlak Cəmiyyətində xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və Dəvəçi (Şabran) İstehsal-İstehlak kooperati vində xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi dövrlər iddiaçının sosial sığorta stajına daxil edilmişdir.

32. Eyni zamanda, iddiaçıya ünvanlanan imtina məktubunda, məhkəməyə təqdim edilən etiraz və apellyasiya şikayətində də qeyd edildiyi kimi iddiaçının işlədiyi dövrlər üzrə əməkhaqqı cədvəlləri aşkar edilmədiyi üçün müvafiq dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə əsasən mümkün hesab edilə bilməz.

33. İddiaçının əməkhaqqı almadığı dövrlərin onun sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. Yuxarıda qeyd edilən halların heç biri nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış və nəzərə alınmışdır. Bunun əksinə olaraq iddiaçıya məxsus müvafiq sənədlərin aşkar olunmadığı, məlumatların əks olunmadığı dövrlərin onun sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün olmadığı halda məhkəmələr tərəfindən müvafiq sənədlərin aşkar olunmamasını iddiaçının ziyanına qiymətləndirilməməli olması qənaətinə gəlinərək yalnız iddiaçıya məxsus əmək kitabçası əsas götürülmüş və iddia tələbi təmin edilmişdir. Halbuki əmək kitabçasında hər hansı qeydin olması həmin müəssisənin müvafiq dövrlərdə mövcudluğuna əsas vermir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

34. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1996-cı il tarixinədək Dəvəçi rayon İstehlak Cəmiyyətində maldaşıyan, xx.xx.1996-cı il tarixindən xx.xx.1998 ci il tarixinədək “ Amal” müəssisəsində əmtəəşünas, xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Dəvəçi İstehsal-İstehlak kooperativində qapalı təşkilatları malla təmin etmək üçün anbar müdiri vəzifəsində işləmişdir.

35. Cavabdehin cavab məktubunda göstərdiyi əmək haqqı cədvəllərinin və əmr kitablarının Şabran rayon Dövlət Arxivinə təhvil verilmədiyi və bunun üçün iddiaçının həmin müəssisədən əmək haqqı alıb-almadığının müəyyən edilməsinin mümkün olmadığı fikrinə münasibət bildirərək iddiaçı qeyd edir ki, onun işlədiyi həmin təşkilatlarda əmək haqqı cədvəlləri və əmr kitabları mövcud olmuşdur. Dəvəçi rayon İstehlak Cəmiyyətində 1994-cü ilin may ayınadək iddiaçı əmək haqqını bank vasitəsilə almışdır. Sübut kimi iddiaçının bank vasitəsi ilə əmək haqqı almağı ilə əlaqədar bank sənədlərini iddia ərizə sinə əlavə edilmişdir. Cəmiyyətin fəaliyyəti zəiflədiyinə görə 1994-cü ilin may ayından cəmiyyətin işçiləri öz hesablarına məzuniyyətə buraxılmışdır. Həmin dövrdən xx.xx.1996-cı il tarixinədək cəmiyyətin fəaliyyəti olmadığı üçün iddiaçı əmək haqqı ala bilməmişdir. Cəmiyyətin fəaliyyəti olmadığına görə xx.xx.1996-cı il tarixində iddiaçı əmək kitabçanı götürərək cəmiyyətdən ayrılmışdır. xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək “Amal” müəssisəsində işlədiyi dövrlər ərzində də əmək haqqını bank vasitəsilə almışdır. xx.xx.1998-ci il tarixindən xx.xx.2005- ci il tarixinədək Dəvəçi İstehlal-İstehlak kooperativində işlədiyi dövrlər ərzində isə əmək haqqını əmək haqqı cədvəlinə imza etməklə almışdır. Bütün əmək haqlarından vergi və sosial ödənişlər tutulmuşdur. “Amal” müəssisəsi h al-hazırda fəaliyyət göstərməsə də, Şabran İstehsal-İstehlak kooperativi fəaliyyət göstərməkdədir, kooperativ ləğv olunmamışdır. Həmin kooperativin sənədləri arxivə təhvil verilməmişdir. Cavabdeh tərəfindən əmək haqqı cədvəlləri və əmr kitablarının əldə edilə bilməməsi iddiaçının günahı deyil, bu hal iddiaçının iş stajının nəzərə alınmamasına səbəb ola bilməz. Belə ki, DSMF-nin 2 saylı Quba-Xaçmaz Regional filialının əməkdaşları xx.xx.2022-ci il tarixində göstərilən məsələ ilə əlaqədar Şabran rayonu ərazisində olmuşlar. Şabran İstehlal-İstehlak kooperativinin sədri Teyyub Balabəyov həmin vaxt ağır xəstə olduğu üçün iddiaçı filialın əməkdaşları ilə birlikdə onun evində olmuşlar. Filialın əməkdaşları hətta iddiaçıya bildirmişlər ki, həmin kooperativə dair qeyd etdikləri dövrlər üzrə bir dənə məzuniyyət əmri barədə kitabda qeyd olsa onlara kifayət edir, əmək haqqı cədvəlləri lazım deyil. Hansı ki, xx.xx.2022-ci il tarixində tərtib edilmiş aktda xx.xx.1994-cü il tarixli 144 nömrəli əmrə əsasən xx.xx.1993-xx.xx.1994-cü il müddətində 18 iş günü növbəti məzuniyyətə buraxılması barədə sərəncama rast gəlindiyi qeyd olunur. Bu iddiaçının xeyrinə olan növbəti sübutdur. Lakin, həmin hallar cavabdeh tərəfindən nəzərə alınmamışdır.

36. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlər və arxiv arayışında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasın da yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. A li Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qər arı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir.

42. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbinin əsa slarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

44. Cavabdeh şikayətinin əsası kimi qeyd edir ki, müəssisə tərəfindən təqdim edilən arayışın məzmunundan da göründüyü kimi iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1996cı il tarixədək işlədiyi dövrlərlə bağlı məlumat öz əksini tapmamışdır.

45. İddiaçı öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kita bçasındakı məlumatlara əsaslanır.

46. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən dövrdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu əmək kitabçasının məlumatları ilə təsdiq olunur.

47. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

48. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasi ya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(105)-169/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar