Məhkəmə qərarları › İş №2-1(102)-162/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-162/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-162/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-162/2020 Bakı şəhəri xx xxxx 2020-ci il 10.03.2020 Açar sözlər: sosial sığorta borcu ilə bağlımmübahisə üzrə müvəqqəti xarakterli müdafiə tədbiri, bank hesabına sərəncamın qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı MMC-in vəkili Abdul Bağırovun, cavabdeh Azərbaycan Respublikası Ver gilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi nümayəndəun və vəkili Abil Bayramovun iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi xxx1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2511/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı MMM (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesablanmış 178.557,35 manat sosial sığorta borcunun onun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaç ı məhkəməyə həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən iddiaçının “xxxx” ASC-nin Bakı filialında olan AZ05TURA******************** saylı hesablaşma hesabına qoyulmuş xx xxxxx 2019-cu il tarixli, **********9AS saylı sərəncamın icrasının dayandırılması və mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçının hər hansı bank hesabına sərəncam qoyulmasının cavabdehə qadağan edilməsi, qoyulduğu təqdirdə icra edilməməsi və cari hesab üzrə əməliyyatların aparılmasının təmin edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyini üçüncü şəxs qismində clb edilməsi və əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyini yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti (bundan sonra mətndə cavabdeh) ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı ərizədə bildirmişdir ki, mübahisələndirilən vergi borcu ilə bağlı cavabdeh tərəfindən cəmiyyətin banklarda olan hesablaşma hesablarına sərəncam qoyulmuş, sərəncamın qoyulması onun dövriyyəsinin məhdudlaşdırılmasına, təsərrüfat subyekti kimi normal iqtisadi fəaliyyətlə məşğul olmasına, dövlət və digər təşkilatlar qarşısında öhdəliyinin yerinə yetirilməsinə mane olmaqla fəaliyyətini iflic vəziyyətinə salmışdır. İddiaçı ilkin tənzimləmənin zəruri olması əsası ilə hesab etmişdir ki, cavabdeh tərəfindən qoyulmuş sərəncamların icrası dayandırılmalı, bank hesabına sə rəncam qoyulması cavabdehə qadağan olunmalı, qoyulduğu təqdirdə isə icra edilməməli və cari hesab üzrə əməliyyatların aparılması təmin edilməlidir. Cavabdeh ərizəyə münasibət bildirməmiş, yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)2962/2018 saylı qərardadı ilə (hakim Miminat Hacıbəyova) ərizə təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının təmin və ya bərpa edilməsinin mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin həyata keçirilməsi zəruridir. Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edi lməməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2511/2019 saylı qərardadı ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi bildirmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad məhz müvəqqəti xarakter daşımaqla mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ərizəsinin təmin olunması prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1, 41.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadın qəbul edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar hazırki halda mövcud olmamışdır. İddiaçının cavabdehə qarşı maddi tələbinin olması müəyyən olunmamış və apellyasiya məhkəməsinin iddia tələbinin təmin olunacağı təqdirdə iddiaçının vəziyyətinin pisləşəcəyinə dair məhkəmənin mövqeyi düzgün olmamışdır. Belə ki, iddianın uğurlu olacağı təqdirdə iddiaçının hesabından alınmış və ya dondurulmuş vəsaitlər onun artıq hesablaması kimi tanına bilər və ya iddiaçının müraciəti əsasında 45 gün ərzində ona geri qaytarıla bilər. Bundan başqa bildirilmişdir ki, vregi qanunvericiliyi vergi orqanı tərəfindən kameral və ya səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətlərə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəsini alanadək əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasının təmin edilməsini vergi ödəyicilərinin vəzifələrinə aid etmişdir. Mübahisələndi rilən məsələ qanunvericiliklə tənzimlənməsinə baxmayaraq, məhkəmə qanunvericiliyin göstərişlərini nəzərə almadan və cavabdehin mənafelərinin pozulmasının qarşısını almadan ərizənin təmin olunması barədə qərardad qəbul etmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2, 87, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1, 43.1-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbu l etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı cavabdeh vergi orqanı tərəfindən müvafiq qərar əsasında hesablanmış 178.557,35 manat məbləğində vergi borcunun silinməsini xahiş etməklə yanaşı, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Kassasiya baxışının predmetini müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məsələ təşkil edir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin: - 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs izibati aktın (…) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonar – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər; - 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qa ldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Bu müddəaların tələblərindən göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbiri inzibati aktın mübahisələndirilməsinə dair iddia olduqda bilavasitə onun icrasının dayandırılmasına yönələ bilər, digər iddia növlərinə münasibətdə isə irəli sürülmüş iddia tələbinin mahiyyətindən asılı olaraq iddiaçının hüquqularının qorunması məqsədilə iddianın təmininə yönəlmiş tədbir kimi qiymətləndirilmişdir. Həmin Məcəllənin 41-ci maddəsi xüsusi olaraq inzibati aktın icrasının dayandırılması ilə bağlı qaydaları müəyyən etmiş, Məcəllənin 43-cü maddəsi isə digər iddia növlərinə münasibətdə müdafiə tədbirlərinin tətbiqinin əsaslarını müəyyən etmişdir. Lakin hər iki maddələrdə işin faktiki və hüquqi hallarının ilkin a raşdırılması (Məcəllənin 41.2 və 43.1.2-ci maddələri) müəyyən edilmişdir. Maddələrdən bəlli olur ki, ilk olaraq iddiaçının hansı növ və hansı mahiyyətli iddia qaldırdığı müəyyən olunmalıdır, çünki bu, hansı qaydaları rəhbər tutmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq olunacağını müəyyən edir və onun məqsədi iddianın təmin edilməsinə yönəlmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən tələb olunan sosial sığorta ödənişləri üzrə borcla bağlı mübahisə qaldırmışdır. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədən göründüyü kimi, iddiaçı bilavasitə iddia tələbinin mahiyyətini təşkil edən borc məbləği həddində onun bank hesabına qoyulmuş sərəncamın icrasının dayandırılmasını və digər sərəncamların qoyulmasının cavabdehə qadağan olunmasını xahiş etmişdir. B ank hesablarına sərəncamların qoyulması qaydası aşağıdakı kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə - Vergi Məcəlləsi): - 1.4-ci maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur; - 23.1.7-ci maddəsinə əsasən, vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanının hüququna aid edilmişdir; - 65.2-ci maddəsinə əsasən, (...) vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit t əşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. (...); - 65.2.1-ci maddəsinə əsasən isə, vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: - vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə (65.2.1.2); - məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; (65.2.1.3); Sadalanmış müddəalardan göründüyü kimi, vergi orqanı tərəfindən bank hesablarına iki növ sərəncamların qoyulması müəyyən edilmişdir: 1) borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması; 2) borc məbləğinin dövlət büdcəsinə alınması. İşin hallarına görə, iddiaçının bank hesabına borc məbləğinin alınması barədə sərəncam qoyulmuş, eyni zamanda iddiaçı tərəfindən həmin borc məbləğinin alınması məhkəmə qaydasında mübahisələndirilmişdir. Qeyd edilmiş hal isə artıq Vergi Məcəlləsinin 65.2.2-ci maddəsinin tələblərinin tətbiqini zəruri etmişdir. Vergi Məcəlləsinin: - 65.2.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfi ndən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir. Maddənin tələbləri belə izah olunur ki, vergi ödəyicisi tərəfindən müvafiq hesablaşma ilə bağlı məhkəməyə şikayət verildikdə, kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs vergi orqanı tərəfindən verilmiş sərəncamı yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda həmin qərara uyğun olaraq icra etməlidir. Qanunvericiliyin göstərilmiş tələbinə uyğun olaraq məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya məhkəməsi bu hissədə düzgün olan nəticəyə gəlmişdir. Belə ki, tətbiq edilməsi zəruri hesab olunan tədbirlə iddiaçının hüquqlarının qorunması ilə dövlət büdcəsinə ödənişlərin həyata keçirilməsi arasında tarazlığı apararkən, iddiaçının hüquqlarının qorunması daha üstün hesab edilməlidir. Çünki əgər iddia təmin edilməzsə, cavabdeh qanunvericiliklə ona verilmiş imkanlardan istifadə etməklə müvafiq məbləğlərin alınmasını təmin edə bilər. Lakin mübahisələndirilən məbləğlərlə bağlı məhkəmə araşdırmasının mövcudluğu anında cavabdeh tərəfindən borc məbləğlərinin alınması iddiaçının məhkəmə müdafiəsi hüququnu əhəmiyyətsiz edir. Kassasiya şikayətində bildirilmiş digər dəlilə münasibətdə məhkəmə kollegiaysı qeyd edir ki, Vergi Məcəlləsinin 65.2-ci maddəsində vergi üzrə borcların a lınması qaydasında vergi orqanına münasibətdə, habelə 16.1.11-2-ci maddədə vergi ödəyicisinə münasibətdə məhkəmə mübahisə predmetini təşkil edən məbləğlə bağlı hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasının təmin edilməsi nəzərdə tutulmuşdur. Vergi orqanının bu hüququnun təmin edilməsi iddianın təmin olunmadığı təqdirdə dövlət büdcəsinə müvafiq vəsaitin ödənilməsinə yönəldilmiş hərəkət kimi qiymətləndirilməli və bununla da həm iddiaçının hüquqularının qorunması, eyni zamanda həm iddiaçının, həm də vergi orqanının öz vəzifələrinin icrasının yerinə yetirilməsini mümkün edəcəkdir. Bu müddəalara əsaslanmaqla artıq formalaşmış məhkəmə təcrübəsində də mübahisələndirilən məbləğin105 faizi hə cmində məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla müvəqqəti xarakterli müdafiə tədbiri kimi digər sərəncamların qoyulması vergi orqanına qadağan edilir. Məhkəmə kollegiyası cavabdehin bu hissədə bildirdiyi dəlili ilə razılaşaraq hesab edir ki, apellasiya məhkəməsinin bu hissədə qərardadı dəyişdirilməklə, iddiaçının milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verirmək hüququ cavabdehdə saxlanılmaldıır. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllən in 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə qismən uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın dəyişdirilməsi üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İd arəsinin rəisi xxx1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2511/2019 saylı qərardadı dəyişdirilsin. İşə mahiyyəti üzrə baxılıb qurtaranadək vergi orqanı tərəfindən iddiaçının milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam vermək hüququ istisna olmaqla, Azərbaycan Respublikasının bütün banklarında olan hesablarına pul vəsaiti ilə bağlı sərəncamların qoyulması cavabdehə qadağan edilsin. Qərardad digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür”

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar