Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-162/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı göndərişin natamam doldurulması, şəxsin yenidən müayinə olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X7 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin nümayəndəsi Nümayəndə, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanası, bundan sonra üçüncü şəxs) “cavabdehin imtinasının ləğv edilməsi və X4 yenidən müayinə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-382/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının qız ı X8 xx.xx.2003-cü ildə anadan olmuşdur. X8 “anadangəlmə hemipleqik spastik serebral iflic; sol tərəfli hemiparez; simptomatik epilepsiya" diaqnozu ilə "Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X21 dispanser qeydiyyatdadır. O, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsindən xx.xx.2004-cü ildən sosial müavinət almışdır. Sonuncu dəfə ona cavabdehin sonuncu müayinəsinə dair arayışına əsasən xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək sosial müavinət ödənilmişdir. Bundan sonra növbəti müayinə vaxtı çatdığı üçün X1 imkanlarının məhdudluğu vəziyyətinin qiymətləndirilməsi üçün “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X25 tərəfindən cavabdehə elektron qaydada göndəriş ünvanlanmışdır.
2. X9 xx.xx.2019-cu il tarixli 949 nömrəli rəyindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə X10 müayinədən keçirilmiş və ona hemipleqik spastik serebral iflic, sol tərəfli hemiparez və simptomatik epilepsiyası diaqnozu qoyulmuşdur.
3. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X1 imkanları məhdudluğu vəziyyəti dövlət səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərir ki, xəstəlik xx.xx.2003-cü ildə, yəni anadangəlmə başlamışdır. Həmin göndərişdə nevropatoloqun rəyi epilepsiyanı təsdiq etmir, həmçinin epilepsiya köməkçi diaqnostik müayinə ilə, yəni EEQ müayinəsi ilə təsdiq edilmir. Həmçinin, göndərişin "Funksional pozğunluğu" və "xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri" bölməsində sol tərəfli hemiparez təsdiq edən müayinələr sümüküstlüyü vətər refleksləri, əzələ gücü barədə məlumatlar qeyd edilməmişdir. Eləcə də göndərişdə son illərdə xəstənin hansı müayinə və müalicələr keçməsi barədə məlumatlar göstərilməmişdir. Buna görə də sağlamlıq imkanları məhdudluğu təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı x xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdehin imtinasının ləğv edilməsi və X4 yenidən müayinə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının qızı X6 həkim komissiyalarının rəyinə əsasən, sağlamlıq imkanları məhdud uşaq kimi müavinət təyin olunmuşdur. Lakin heç bir əsas və səbəb olmadan həmin müavinətin verilməsi dayandırılmışdır. X2 imkanları məhdudluğunun yenidən müəyyən edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan əsassız olaraq imtina etmişdir.
6. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli etirazlarında bildirmişdir ki, dövlət səhiyyə müəssisəsinin göndərişi natamam olduğuna görə göndəriş geri qaytarılmışdır. Səhiyyə müəssisəsi tərəfindən X8 müayinə edilərək keyfiyyətli və dolğun göndəriş rəsmiləşdiriləcəyi halda, sağlamlıq imkanları məhdudluğu onun iştirakı olmadan q iymətləndirilib müvafiq qərar veriləcək.
7. Üçüncü şəxs "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" X25 məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli məktubda bildirmişdir ki, göndərişdə heç bir natamamlıq yoxdur. Uşaq serebral iflici anadangəlmə xəstəlikdir, müasir təbabətdə tam müalicəsi mümkün deyil. İddiaçı iddiasında haqlıdır və onun övladı X3 imkanları məhdud uşaqdır.
8. Şəki İnzibati Məhkəməsinin (hakim X17, 2-1(116)-386/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının qızı X4 əlilliyinin müəyyən olunmasından imtina barədə cavabdehin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, X4 yenidən müayinə olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə" "İnz ibati icraat haqqında" Azərbaycan Respublikası Qanununa zidd olmamalıdır. Məhkəmə qeyd edir ki, belə olan halda, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidməti "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"də araşdırma aparmaq vəzifəsinin olmamasına istinad edə bilməz, inzibati orqan olduğuna görə "İnzibati icraat haqqında" Qanunun tələblərinə riayət etməli və inzibati icraatı həmin Qanunda nəzərdə tutulmuş qaydada aparmalıdır. Lakin cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, əlavə sübutlara zərurət olmasına baxmayaraq onları öz təşəbbüsü ilə toplamadan əlilliyi müəyyən etməkdən imtina etmişdir ki, bu imtina qanuni sayıla b ilməz. Hazırda qüvvədə olan normalarda da göndərişin natamam və ya yanlış doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirmiş komissiyaya göndərilməsinə əsas verir.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X18-məruzəçi, X5 və X19, 2-1(107)-382/2020 saylı iş) xx xxxxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlanmışdır.
12. Cava bdeh qərarın surətini x xxxxxxx 2020-ci tarixdə almış, x xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X13 Sosial Ekspertiza və X15 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı İlə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir.
14. Göründüyü kimi göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırıldığından məhkəmənin qər arda qeyd etdiyi kimi cavabdehin inzibati orqan kimi inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırması təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplaması mümkün deyil. Sübutlar toplanılması üçün şəxsin məlumatları bəlli olmalıdır. Əlilliyin qiymətləndirilməsi zamanı şəxsin kimliyi qeyrimüəyyən olur. Ona görə də Əsasnamənin 4.22-ci bəndinə əsasən, göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır.
15. Göründüyü kimi, göndərişin natamam və ya yanlış doldurulması sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasından imtina deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu ba rədə bildirişin göndərişi rəsmiləşdirmiş komissiyaya göndərilməsi deməkdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Üçüncü şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinə məktub göndərərək bildirmişdir ki, xx.xx.2003-cü il təvəllüdlü X8 “Anadangəlmə hemiplegik spastik serebral iflic,sol tərəfli hemiparez simptomatik epilepsiya” diaqnozu ilə Zaqatala RMX-sı PHŞ-də dispanser qeydiyyatındadır. Xəstə xx.xx.2019-cu il tarixdən SİMU kimi sosial müavinət almışdır xx.xx.2019-cu il tarixdə sənədləri onlayn şəkildə Əmək və Əhalinin Sosial müdafiəsi yanında Dövlət Tibbi Sosial Ekspertiza Komissiyasına göndərilmiş və imtina cavabı verilmişdir. Əlillik vəziyyətinin qiymətləndirilməsi X12 səlahiyyətləri çərçivəsində deyildir. Qeyd olunanların nəzərə alınması və prosesin üçüncü şəxsin iştirakı olmadan keçirilməsi xahiş olunur.
18. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
19. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (bundan sonra mətndə TSEK və göndərişə baxılan dövrdə qüvvədə olmuşdur): 1.2-ci bənd. TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidenti nin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. 1.3-cü bənd. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tab eliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4-cü bənd. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 1.5-ci bənd Əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının mə hdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir. 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.9-cu bənd. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş X13 So sial Ekspertiza və X15 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1-ci bənd. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. 4.16-cı bənd. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. 4.22-c i bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: (-); 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyi ni qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 22. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zama nı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
23. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfind ən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İşin hallarından görünür ki, iddiaçının xx.xx.2003-cü ildə anadan olmuş qızı “anadangəlmə hemipleqik spastik serebral iflic; sol tərəfli hemiparez; simptomatik epilepsiya” diaqnozu ilə dispanser qeydiyyatdadır. O, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsindən xx.xx.2004-cü ildən sosial müavinət almışdır. Sonuncu dəfə ona Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin sonuncu müay inəsinə dair arayışına əsasən xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək sosial müavinət ödənilmişdir. Bundan sonra növbəti müayinə vaxtı çatdığı üçün iddiaçının qızının sağlamlıq imkanlarının məhdudluğu vəziyyətinin qiymətləndirilməsi üçün Zaqatala Rayon Mərkəzi X16 Şəxsi tərəfindən cavabdehə elektron qaydada göndəriş ünvanlanmış, cavabdehin xx.xx.2019-cu il tarixli qərarına əsasən, əlilliyin müəyyən olunmasından imtina edilmiş və bunun səbəbi kimi, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulması göstərilmişdir.
28. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, göndəriş onlara daxil olduqdan sonra dərhal TSEK-ə göndərilir. Bu səbəbdən göndəriş daxil olduqdan sonra cavabdehin hər hansı araşdırma aparmaq səlahiyyəti olmamışdır.
29. Kasasiya şikayətinin dəlilin ə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
30. Yuxarıda sadalanan qaydalara görə əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət (cavabdeh) müəyyən edir.
31. Göründüyü kimi, şəxsin, hazırkı halda iddiaçının qızının reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını ya TSEK müəyyən etməli, ya da Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən cavabdeh müəyyən etməlidir.
32. Göndərişin icrası ilə bağlı hazırkı vəziyyətdə cavabdeh özünü səlahiyyətli hesab etmiş, bu səbəbdən Əsasnaməd ə vurğulandığı kimi cavabdeh TSEK-in funksiyalarını həyata keçirməli olmuşdur.
33. Belə olan halda, apelyasiya məhkəməsinin qeyd etdiyi kimi, TSEK-in vəzifələrini cavabdeh yerinə yetirərək iddiaçının qızı ilə bağlı tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə Zaqatala Rayon Mərkəzi X16 Şəxsə sorğu göndərmək vəzifəsi daşımış, lakin bu vəzifəsini yerinə yetirməmişdir.
34. Göndəriş onlara daxil olduqdan sonra dərhal TSEK-ə göndərilməsi və bu səbəbdən göndəriş daxil olduqdan sonra cavabdehin hər hansı araşdırma aparmaq səlahiyyəti olmaması barədə şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Əsasnamənin 4.9-1-ci bəndinə görə adsızlaşdırılmış göndərişləri dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə göndərilir.
35. Lakin cavabdeh şikayətində bildirdiyi kimi, ona daxil olan göndərişi dərhal TSEK-ə göndərməmiş, göndərişlə bağlı özü qərar qəbul etmişdir. Belə olan halda, yuxarıda qeyd edildiyi kimi, reabilitasiya imkanlarının qiymətləndirilməsində özünü səlahiyyətli hesab etmiş, lakin səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.
36. Odur ki, apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
37. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
38. Kasasiya şikayəti təmin e dilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-382/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.