Məhkəmə qərarları › İş №2-1(102)-162/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-162/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-162/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin təyinat tarixinin dəyişdirilməsi barədə Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin təyinat tarixinin 19.07.2019-cu il tarixdən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1696/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mərkəzi Hərbi Klinik Hospitalı tərəfindən verilmiş xəstəlik haqqında 09 iyul 2008-ci il tarixli şəhadətnaməyə əsasən “iddiaçının müayinəsi zamanı “sol gözün qüzehli qişasının zədədən sonrakı koloboması və qeyri düzgün astiqmatizmi, oxlar Hm 1,0 D və M5,5 D nəticəsində görmə itiliyinin 0,08-ə qədər (korreksiya olunmur) azalması, sağ gözün görmə itiliyi 1,0 olmaqla”, travmadır, hərbi xidmət dövründə alınması q ərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 19.07.2019-cu il tarixli 586 nömrəli qərarından görünür ki, iddiaçının “sol gözün qüzehli qişasının zədədən sonrakı koloboması və qeyri düzgün astiqmatizmi, oxlar Hm 1,0 və M5,5 D nəticəsində görmə itiliyinin 0,08-ə qədər (korreksiya olunmur) azalması, sağ gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu travmanın səbəb əlaqəsi “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyən olunmuşdur. Həmin qərarla Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş travmanın səbəb əlaqəsi haqqında 09.07.2008-ci il tarixli qərarı ləğv edilmişdir. X6 Adına Milli Oftalmologiya Mərkəzinin 15.01.2020-ci il tarixli 240 saylı tibbi rəyindən görünür ki, iddiaçının müayinəsi zamanı gözündə xəstəliklər müəyyən edilmişdir. İddiaçıya məxsus olan AO seriyalı ******* nömrəli hərbi biletə əsasən iddiaçı 23 iyul 2008-ci il tarixdə Müdafiə Nazirliyinin 14.03.2008-ci il tarixli 123 nömrəli əsasında əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır.

2. Cavabdehin iddiaçıya ünvanladığı 07.05.2020-ci il tarixli və 22.05.2020-ci il tarixli məktublardan görünür ki, əlilliyin müəyyən edilməsi tarixinin dəyişdirilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 20 avqust 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar-gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyinin təyinat tarixinin 19.07.2019-cu il tarixdən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 15.10.2007-ci il tarixdə Sabirabad Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 08.03.2008-ci il tarixdə hərbi xidmət dövründə travma almışdır. 09.07.2008-ci il tarixdə MN Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profili hərbi-həkim komissiyası tərəfindən şəhadətnamə verilməsi zamanı təyin edilmiş travmanın nəticəsi-diaqnoz: “Sol gözün qüzehli qişasının zədədən sonrakı koloboması və qeyri düzgün astiqmatizmi, oxlar Hm 1.0 və M5.5 D nəticəsində görmə itiliyinin 0,08-ə qədər (korreksiya olunmur) azalması, sağ gözün görmə itil iyi 1,0 olmaqla” travmanın səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən olunmuşdur. Daha sonra 2019-cu ildə əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi üçün tərəfindən müraciət olunmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 19.07.2019-cu il tarixli, 586 nömrəli qərarı əsasında “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır.” Eyni zamanda MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş travmanın hərbi xidmətlə səbəb əlaqəsi haqqında 09.07.2008-ci il tarixli qərarı ləğv edilmişdir. Lakin əlilliyin səbəb əlaqəsi dəyişdirilsə də, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq əlilliyinin təyinat tarixi 22.01.2020-ci il tarixinə təyin edilmişdir. Halbuki, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş travmanın hərbi xidmətlə səbəb əlaqəsi haqqında 09.07.2008-ci il tarixli qərarı ləğv edilmişdir və əlillik səbəbinin dəyişdirilməsi Nazirlər Kabinetinin yuxarıdakı qərarında qeyd olunduğu kimi əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması olmuşdur. Daha sonra əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün müraciət etdiyində həmin iş daha da ətraflı araşdırılmış və Tərtər Hərbi Prokurorluğunun 20.06.2019-cu il tarixli məktubu, Sabirabad rayon SHXÇDX-nin 08.07.2019-cu il tarixli 725 nömrəli göndərişi, 08.07.2019-cu il tarixli 130 nömrəli arayışı və digər məlumatlar əsasında AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 19.07.2019-cu il tarixli 586 nömrəli Qərarı əsasında əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-1455/2021 saylı iş) 9 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyinat tarixinin 19.07.2019-cu il tarixdən hesab edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 16 yanvar 2020-ci i l tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3-məruzəçi, X1 və X5, 2-1(103)-1696/2021 saylı iş) 31 avqust 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 9 mart 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

9. Cavabdeh qərarın surətini 5 noyabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

10. İddiaçının əlillik vəziyyəti 15.08.2008-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə olunmuş və “hərbi xidmət dövrü ilə əlaqədar əlillik - gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əlillik səbəbi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən yenidən araşdırılmış və 19.07.2019-cu il tarixli 586 nömrəli qərar verilmişdir. Həmin qərarda “Sol gözün qüzehli qişasının zədədən sonrakı koloboması və qeyri düzgün astiqmatizmi, oxlar Hm 1,0 və M5,5 D nəticəsində görmə itiliyinin 0,08-ə qədər (korreksiya olunmur) azalması, sağ gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu travmanın səbəb əlaqəsi “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyən olunmuşdur. Eləcə də həmin qərarla MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş travmanın səbəb əlaqəsi haqqında 09.07.2008-ci il tarixli qərarı ləğv edilmişdir. 11. 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərar ı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və eləcə də hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasına müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. Əlillik səbəbinin dəyişdirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsasında iddiaçının əlillik vəziyyəti 02.12.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Sonuncu dəfə əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında 22.01.2020-ci il tarixdə qiymətləndirilmiş və “hərbi xidmət vəzifəsini yerinə yet irməklə əlaqədar-gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.

12. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.1.2-ci bəndinə görə “göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda” əlillik səbəbi Xidmət tərəfindən dəyişdirilir. 2008-ci ildə əlillik səbəbi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş “travmanın səbəb əlaqəsi haqqında” 09.07.2008-ci il tarixli qərarı əsasında düzgün təyin olunmuşdur. TSEK tərəfindən əlillik səbəbinin yanlış təyin olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması, həmçinin əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması halları olmamışdır. Buna görə də “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar-gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyinat tarixi 22.01.2020-ci ildən hesab edilir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (bundan sonra mətndə TSEK və göndərişə baxılan dövrdə qüvvədə olmuşdur): 1.2-ci bənd. TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. 1.3-cü bənd. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4-cü bənd. Əlilliyin və reabilitasiya imkanlarının qiymətl əndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 1.5-ci bənd Əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir. 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.3-cü bənd. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmi ş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. 4.9-cu bənd. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1-ci bənd. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış gönd ərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. 4.16-cı bənd. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiz a və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyi şdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata ke çirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 16. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hall arının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

17. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə t ərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

18. Cavabdehin kasasiya şikayəti vaxt ında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır. 21. 9 iyul 2008-ci il tarixli Mərkəzi Hərbi Klinik Hospitalı tə rəfindən verilmiş xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçının müayinəsi zamanı “sol gözün qüzehli qişasının zədədən sonrakı koloboması və qeyri düzgün astiqmatizmi, oxlar Hm 1,0 D və M5,5 D nəticəsində görmə itiliyinin 0,08-ə qədər (korreksiya olunmur) azalması, sağ gözün görmə itiliyi 1,0 olmaqla” travmadır, hərbi xidmət dövründə alınması qərara alınmışdır. 22. 9 iyul 2008-ci il tarixli şəhadətnamə əsasında tibbi-sosial ekspert komissiyasında iddiaçı ilkin müayinə olunmuş, 15 avqust 2008-ci il tarixdə “hərbi xidmət dövrü ilə əlaqədar əlillik-gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.

23. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 19 iyul 2019-cu il tarixli 586 nömrəli qərarı ilə iddiaçının aldığı travmanın səbəb əla qəsi dəyişdirilərək “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyən olunmuşdur. Həmin qərarla Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş travmanın səbəb əlaqəsi haqqında 9 iyul 2008ci il tarixli qərarı ləğv edilmişdir.

24. Cavabdeh 19 iyul 2019-cu il tarixli qərara əsasən 6 aydan sonra, 22 yanvar 2020-ci il tarixdə iddiaçının əlilliyini qiymətləndirmiş və “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar-gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin etmişdir.

25. Mübahisə əlilliyin səbəbinin dəyişdirilməsinin 22 yanvar 2020-ci il tarixdən deyil, 19 iyul 2019-cu il tarixdən müəyyən edilməsi ilə bağlıdır.

26. İddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi barədə 19 iyul 2019-cu il ta rixdə qərar qəbul edilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin tələblərinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir (4.1, 4.3, 4.16-cı bəndlər). 27. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbihəkim ekspertizasının sədri və üzvləri tərəfində n gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.

28. İddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi barədə 19 iyul 2019-cu il tarixdə qərar (göndəriş) verilməsinə baxmayaraq Əsasnamənin yuxarıda bəhs edilən tələbləri pozulmuş, düzgün olmayaraq göndərişin tərtibindən 6 ay sonra, yəni 22 yanvar 2020-ci il tarixdə əlilliyin təyini barədə cavabde h tərəfindən qərar qəbul edilmişdir.

29. Bəhs olunanlara əsasən iddiaçıya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar-gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyinat tarixinin hərbihəkim ekspertizasının qərara aldığı 19 iyul 2019-cu il tarixdən hesab edilməli olması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.

30. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1696/2021 saylı 31 avqust 2021-ci il

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar