Məhkəmə qərarları › İş №2-1(102)-162/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-162/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-162/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat ı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiya təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2276/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasına əsasən: xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixə qədər Mingəçevir şəhərində yerləşən "xxxx" X3 Cəmiyyətində (əvvəllər X2) müxtəlif vəzifələrdə işləmişdir: xx.xx.1979-cu ildən - xx.xx.1980-ci ilədək Tikinti sahəsinin təmir briqadası, 2-ci dərəcəli fəhlə, xx.xx.1980-cı ildən - xx.xx.1982-ci ilədək Təmir briqadası, 2-ci dərəcəli suvaqçı rəngsaz, xx.xx.1982-ci ildən - xx.xx.1984-cü ilədək Tıkinti sahəsinin Təmir briqadası, 3-cü dərəcəli suvaqçı rəngsaz, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək Baş mexaniki şöbə, 5-ci dərəcəli çilingər, xx.xx.1984-cü ildən - xx.xx.1985-ci ilədək Təmır briqadası, 4-cü dərəcəli suvaqçı rəngsaz, xx.xx.1985-ci ildən - xx.xx.1986-ci ilədək Tikinti təmir briqadası, usta, xx.xx.1986-cı ildən - xx.xx.1988-ci ilədək X4 Zavodunun taxta sexi, 6-cı dərəcəli təmir çilingəri, xx.xx.1988-ci ildən - 03.08 1992-ci ilədək Tikınti briqadası, usta, xx.xx.1992-ci ildən - xx.xx.1998-ci ilədək Tikinti sahəsinin təmir briqadası, 4-cü dərəcəli suvaqçı rəngsaz. xx.xx.1999-cu il tarixdən xx.xx.2005-cı il tarixə qədər KBE şirkətində plastik qapıpəncərə sexində usta vəzifəsində işləmişdir. xx.xx.2018-ci ildə "xxxx" MMC-yə mühafizəçi kimi işə qəbul olunmuş və hal hazırda da orada işləyir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yasa görə əmək pensiyasinin təyin olunmasını xahiş etmişdir.

3. Cavabdehin 27 sentyabr 2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, təqdim edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin arayışının surətinə və əmək kitabçasına əsasən iddiaçının sığorta stajı 15 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 12 il 5 ay sığorta stajına əsasən 9204,62 manat, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək 2501,64 manat olmaqla, ümumilikdə 11706,26 manat təşkil edir kı, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından az dır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən "xxxx" ASC xx.xx.1979-cu il tarixinə dair əmr kitabını təqdim etmədiyindən işə qəbul edilmə faktını yoxlamaq mümkün olmamışdır. Eyni zamanda "Akvilon” ATSC-nin xx.xx.2021-ci il tarixli № 01 saylı məktubuna əsasən "xxxx" ASC-nin xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək əmək haqqı cədvəlləri saxlanmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi imkan xari cindədir. Bununla yanaşı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın Monitorinq və araşdırma şöbəsinin xidməti məruzəsinə əsasən KBE şirkətinin rəhbərliyi xx.xx.1999-cu il tarixdən xx.xx.2008-ci il tarixədək olan arxiv sənədləri təqdim edə bilmədiyi üçün həmin dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

5. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşdirmə verər ək cavabdehin üzərinə ona pensiya almaq hüququ yarandığı xx.xx.2020-ci il tarixdən (64 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixə qədər Mingəçevir şəhərində yerləşən "xxxx" X3 Cəmiyyətində (əvvəllər X2) müxtəlif vəzifələrdə işləmişdir: xx.xx.1979-cu ildən - xx.xx.1980-ci ilədək Tikinti sahəsinin təmir briqadası, 2-ci dərəcəli fəhlə, xx.xx.1980-cı ildən - xx.xx.1982-ci ilədək Təmir briqadası, 2-ci dərəcəli suvaqçı rəngsaz, xx.xx.1982-ci ildən - xx.xx.1984-cü ilədək Tıkinti sahəsinin Təmir briqadası, 3-cü dərəcəli suvaqçı rəngsaz, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək Baş mexaniki şöbə, 5-ci dərəcəli çilingər, xx. xx.1984-cü ildən xx.xx.1985-ci ilədək Təmır briqadası, 4-cü dərəcəli suvaqçı rəngsaz, xx.xx.1985-ci ildən xx.xx.1986-ci ilədək Tikinti təmir briqadası, usta, xx.xx.1986-cı ildən - xx.xx.1988-ci ilədək X4 Zavodunun taxta sexi, 6-cı dərəcəli təmir çilingəri, xx.xx.1988-ci ildən - 03.08 1992-ci ilədək Tikınti briqadası, usta, xx.xx.1992-ci ildən - xx.xx.1998-ci ilədək Tikinti sahəsinin təmir briqadası, 4-cü dərəcəli suvaqçı rəngsaz. Daha sonra xx.xx.1999-cu il tarixdən xx.xx.2005-cı il tarixə qədər KBE şirkətində plastik qapı-pəncərə sexində usta vəzifəsində işləmişdir. xx.xx.2018-ci ildə "xxxx" MMC-yə mühafizəçi kimi işə qəbul olunmuşdur. Halhazırda həmin şirkətdə işini davam etdirir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Cavabdeh in imtinası əsassızdır. Çünki əmək stajı faktını təsdiq edən əsas sənəd əmək kitabçası hesab edilir. Əmək kitabçası üzrə ümumilikdə onun 26 ildən çox stajı vardır.

7. Cavabdeh iddiaya dair təqdim etdiyi etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının sığorta stajı 15 il olmaqla tələb olunan müddətdən, yəni 25 ildən azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 12 il 5 ay sığorta stajına əsasən 9204,62 manat, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək 2501,64 manat olmaqla, ümumilikdə 11706,26 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən "xxxx" ASC xx.xx.1979-cu il tarixinə dair əmr kitabını təqdim etmədiyindən iddiaçının işə qəbul edilmə faktını yoxlamaq mümkün olmamışdır. Eyni zamanda "xxxx" ATSC-nin xx.xx.2021-ci il tarixli № 01 saylı məktubuna əsasən "xxxx" ASC-nin xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək əmək haqqı cədvəlləri saxlanmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi imkan xaricindədir. Bununla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın Monitorinq və araşdırma şöbəs inin xidməti məruzəsinə əsasən KBE şirkətinin rəhbərliyi xx.xx.1999-cu il tarixdən xx.xx.2008-ci il tarixədək olan arxiv sənədləri təqdim edə bilmədiyi üçün həmin dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinin tələblərinə əsasən qanunvericilik xx.xx.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. Yəni əmək kitabçasında qeydə alınmış xx.xx.2006-cı il tarixə qədər olan dövr müvafiq qaydada yoxlanılmalıdır

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3274/2022 saylı iş üzrə 09 mart 2022-ci il tarixli (hakim P.Hüseynov) qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən (64 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1955-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 64 yaşı 6 ayının tamam olduğu vaxtdan - xx.xx.2020-cu il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.

10. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçı 25 ildən artıq sığorta stajına, yəni yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 2-1(103)-2276/2022 saylı 21 sentyabr 2022-ci il tarixli (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, C.Yusifov və R.Eyvazov) qərarı ilə Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinə görə, isin mübahisələndirilən halı İddiaçı xx.xx.1981 - xx.xx.1998-ci illər ərzində "xxxx" ASC və xx.xx.1999-xx.xx.2008-ci illər ərzində “KBE şirkətində işlədiyi dövrlərdir. Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən, "xxxx" ASC xx.xx.1979-cu il tarixinə dair əmr kitabını təqdim etmədiyindən işə qəbul edilmə faktını yoxlamaq mümkün olmamışdır. Eyni zamanda "xxxx" ATSC-nin xx.xx.2021-ci il tarixli № 01 saylı məktubuna əsasən "xxxx" ASC-nin xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövr ərzində əmək haqqı cədvəlləri saxlanmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir.

16. Həmçinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın Monitorinq və araşdırma şöbəsinin xidməti məruzəsinə əsasən “KBE şirkəti”nin rəhbərliyi xx.xx.1999-cu il tarixdən xx.xx.2008-ci i l tarixədək olan arxiv sənədləri təqdim edə bilmədiyi üçün həmin dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki hallan nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yasa görə əmək pensiyası hüququ yarandığı 64,5 yasda, yəni xx.xx.2020-ci il tarixdə qanunla ona yasa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 28800 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. b) kassasiya şikayətinə qarş ı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 31.1 Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1 Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Və təndaşların pensiya təminatı haqqında” Qanun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan R espublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə Bənd 1 Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3 İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmə k haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

21. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 4.112-ci bənd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr xx.xx.2019 - xx.xx.2020, kişilər üzrə pensiya yaşı 64 il 6 ay

22. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış v ə şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışı nın predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Məhkəmə kollegiyası cavabdehin kassas iya şikayətinin əsas dəlili kimi, iddiaçının "xxxx" QSC-də və “KBE” şirkətində işlədiyi dövrlərin sığorta stajına əlavə edilməsinin mümkün hesab olunmaması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə 10/24 nömrə ilə və KBE” Şirkətinin (VÖEN: **********) xx.xx.1999-cu il tarixdə 1988 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Bundan başqa, "xxxx" QTSC-nin 15 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixə qədər 11 saylı X1 işləmişdir.

29. Məhkəmə kollegiyası cavabdehin bu dəlili i lə bağlı aşağı instansiyası məhkəmələrinin qiymətləndirməsi ilə razılaşır ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.

30. İddiaçının Akvilon” ASC xx.xx.1979-cu il tarixinə dair əmr kitabını təqdim etmədiyindən işə qəbul edilmə faktını yoxlamaq mümkün olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə kollegiyası bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arx iv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

31. Cavabdehin imtinasının dəlilləri ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün m aneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçı 25 il sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Beləliklə, iddiaçıya pensiya hüququnun yarandığı 64 yaş 6 ayda, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2276/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar