Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-162/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) 04.04.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələb inə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul 2023-cü il tarixli, 2-1(103)-1956/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1961-ci il təvəllüdlü iddiaçının yaş, ümumi staj və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ilə bağlı şərtlərin ödənilməsi işin mübahisələndirilməyən hallarına aiddir. Eyni zamanda, iddiaçının güzəştli iş stajının 5 il 10 ay 14 gün (xx.xx.1980-xx.xx.1980; xx.xx.1983-xx.xx.1983; xx.xx.1983-xx.xx.1984; xx.xx.1993-xx.xx.1998) olması da işin mübahisəsiz hallarına aiddir.
2. Tərəflər arasında mübahisə məhz iddiaçının güzəştli iş stajının qanunvericilikdə nəzərdə tutulmuş hədd ən az olması və onun xx.xx.1998-ci il tarixdən xx.xx.2010-cu il tarixədək işlədiyi “motor vaqon hərəkət hissəsinin maşinist köməkçisi” və “motor vaqon hərəkət hissəsinin maşinisti” vəzifələrinin adının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmaması ilə bağlıdır.
3. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh güzəştli iş stajının az olduğunu əsas gətirərək onun müraciətinin təmin olunmasından imtina etmişdir. 4. "xxxx" QSC-nin Bakı Lokomotiv Deposu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1998-xx.xx.2010-cu il tarixləri arasında Bakı Lokomotiv Deposunda “motor vaqon h ərəkət hissəsinin maşinisti” və “motor vaqon hərəkət hissəsinin maşinist köməkçisi” vəzifələrində işləmişdir. Əvvəlki ştat cədvəllərində “elektrik qatarının maşinisti” və “elektrik qatarlarının maşinist köməkçisi” vəzifələri müvafiq olaraq “motor vaqon hərəkət hissəsinin maşinisti” və “motor vaqon hərəkət hissəsinin maşinist köməkçisi” adlandırıldığından həmin vəzifələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndində yer alan “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər” bölümündəki “elektrik qatarlarının (seksiyalarının) maşinistləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” vəzifələri ilə eynilik təşkil edir. İŞ ÜZ RƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı iddia ərizəsinə əlavə etdiyi sənədlərlə öz təsdiqini tapır. Cavabdehin imtinası qanunsuz və əsassızdır.
7. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, təqdim olunan əmək kitabçasında iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Bakı Lokomotiv Deposunda “motor vaqon hərəkət hissəsinin maşinist köməkçisi” və “motor vaqon hərəkət hissəsinin maşinisti” vəzifələrində işlədiyi qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Nəqliyyat bölməsində (21) “motor vaqon seksiyalarının maşinisti” vəzifəsi nəzərdə tutulmayıb. Eyni zamanda, “Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda “motor-vaqon maşinisti ” vəzifəsi qeyd edilməyib. Bundan başqa, xx.xx.1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSR Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli, 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli,10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirildiyi və “motor vaqon maşinisti” vəzifəsinin sözügedən siyahıların “Nəqliyyat” bölməsində nəzərdə tutulduğu qeyd edilmişdir. Göründüyü kimi, qanunvericilikdə yalnız xx.xx.1993-cü il tarixədək işlənilən “motor-vaqon maşinisti” vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Buna görə də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 10 ay 14 gün – (xx.xx.1980-xx.xx.1980; xx.xx.1983-xx.xx.1983; xx.xx.1983-xx.xx.1984; xx.xx.1993-xx.xx.1998)) təşkil edir. Qeyd olunan lara əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Orxan Həsənov) 16 dekabr 2022-ci il tarixli, 2-1(112)-11112/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun işlədiyi “motor-vaqon seksiyalarının maşinisti” vəzifəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Nəqliyyat bölm əsində nəzərdə tutulmadığını əsas gətirmişdir. Halbuki, iddiaçının işlədiyi vəzifənin müvafiq Siyahıda nəzərdə tutulmuş vəzifəyə uyğunluğu "xxxx" QSC Bakı Lokomotiv Deposu tərəfindən təqdim olunmuş güzəştli arayışda öz təsdiqini tapmışdır. Göründüyü kimi, "xxxx" QSC Bakı Lokomotiv Deposu iddiaçının xx.xx.1998xx.xx.2010-ci il dövrü üzrə işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olduğunu qəbul etmiş, “motor-vaqon seksiyalarının maşinisti” və “motorvaqon seksiyalarının maşinist köməkçisi” vəzifələrinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndində yer alan “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bölümün dəki “elektrik qatarlarının (seksiyalarının) maşinistləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” vəzifələri ilə funksional fəaliyyət baxımından eynilik təşkil etdiyini qəbul etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr, yəni “mоtоr-vaqоn hərəkət hissəsinin maşinisti və maşinist köməkçisi” vəzifələri konkret olaraq Siyahıda həmin adda qeyd olunmasa da, onların funksional fəaliyyət baxımından “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndində yer alan “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bölümündəki “elektrik qatarlarının (seksiyalarının) maşinistləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” vəzifəsi ilə eynilik təşkil etdiyi təsdiq olunmuşdur. Müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 11 iyul 2023-cü il tarixli, 2-1(103)-1956/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (iddiaçının cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olmuş redaksiyada) Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
21. Nəqliyyat 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: elektrik qatarlarının (seksiyalarının) maşinistləri elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri
18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilə r, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillər ini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməs inin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin iddiaçıya münasibətdə ödənilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. İddiaçının təq dim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsi ni, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
29. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
30. Hazır kı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
31. Yuxarıda istinad edilən, hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajı na, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.
32. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri, xüsusən də cavabdehin mübahisələndirdiyi güzəştli stajla bağlı şərt iddiaçıya münasibətdə mövcuddur.
33. Hazırkı mübahisəyə münasibətdə peşələrin uyğunluğunun müəyyən olunması zamanı iddiaçının işlədiyi peşələrin funksi onal təyinatı və məzmunu, habelə xarakteri nəzərə alınmalı və məhz bu baxımdan həmin peşələrin müvafiq siyahıda nəzərdə tutulmuş peşələrə uyğunluğuna qiymət verilməlidir. Qiymətləndirmə zamanı iddiaçının bilavasitə çalışdığı və onun həmin müəssisədə icra etdiyi vəzifə funksiyalarının və gördüyü işlərin məzmununu, eləcə də xarakterini müəyyən edən və daha dəqiq bilən müəssisələr tərəfindən verilmiş arayışlar da diqqətə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçının bilavasitə işlədiyi müəssisə tərəfindən verilmiş arayışı mötəbər hesab etməsini də əsaslı sayır.
34. İddiaçının işlədiyi peşələrin (“motor vaqon hərəkət hissəsinin maşinist köməkçisi” və “motor vaqon hərəkət hissəsinin maşinisti”) və sahənin dəmiryol nəqliyyatı sahəsinə aid və bağlı olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
35. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu d a nəzərə alınmalıdır. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddiaçının bilavasitə işlədiyi müəssisə tərəfindən verilmiş arayışı mötəbər hesab etməsini də əsaslı sayır.
36. İddiaçının işlədiyi peşələrin istinad olunan siyahılarda nəzərdə tutulmuş peşələrə uyğunluğu ilə bağlı məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, “motor vaqon” funksional anlayış olaraq motorlu vaqon hərəkət tərkibini (heyətini) ifadə edir və motorlu oxların quraşdırıldığı vaqonlara malik olan dəmiryolu hərəkət tərkibinin ümumi adı kimi istifadə olunur. Motorlu vaqon hərəkət tərkibinə elektrik qatarları, dizel qatarları, metro qatarları və sairə aiddir. Vaqonları motorlu oxa malik olan bütün sürət qatarları motorlu vaqon hərəkət tərkibinə aid olunur. Motorlu oxlar qatarların yüksək xüsusi gücə malik olmasını və bunun üzərindən onların yüksək sürətini təmin edir. SSRİ dövründə istehsal olunmuş elektrik qatarlarının əksəriyyətində aparıcı vaqonlar muxtar iş rejimində çalışmaq üçün zəruri olan avadanlıq komplekti ilə təchiz olunmurdu və buna görə də bir neçə vaqondan (o cümlədən motorlu) ibarət olan seksiyaların tərkibində istifadə edilə bilərdi. Başqa sözlə, “motor vaqon” anlayışı qatarların texnoloji qurğularla və güc avadanlıqları ilə təchiz olunmasına, habelə onların istismar imkanlarının optimallaşdırılmasına bağlıdır. Bu baxımdan “motor vaqon” anlayışı motorlu vaqon hərəkət tərkibi və elektrik qatarlarıseksiyaları anlamında təfsir olunmalı, “motor vaqon maşinisti və maşinist köməkçiləri” p eşələri müvafiq siyahılarda nəzərdə tutulmuş “elektrik qatarlarının (seksiyalarının) maşinistləri”, “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” peşələri kimi qiymətləndirilməlidir. Başqa sözlə, müvafiq siyahılarda nəzərdə tutulmuş “elektrik qatarlarının (seksiyalarının) maşinistləri”, “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” peşələrinin həm də “motor vaqon maşinisti və maşinist köməkçiləri” peşələrini ehtiva etdiyi qəbul olunmalıdır (bax: Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(102)972/2022 nömrəli qərarı).
37. Odur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabd ehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
39. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul 2023-cü il tarixli, 21(103)-1956/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.