Məhkəmə qərarları › İş №2-1(102)-162/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-162/2025

02.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-162/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi borcuna görə hesablanmış faizlərin silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarş ı “vergi borcu barəsində hesabatın qəbul edilməsi və əsassız hesablanmış faizlərin silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul 2024-cü il tarixli 2-1(103)-1444/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2015-ci il tarixli 550 saylı sərəncamı ilə İddiaçı MTK-ya yüksək mərtəbəli yaşayış binasının (18 mərtəbəli,1 bloklu) tikintisinə icazə verilmiş, İddiaçı MTK sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. 2. xx.xx.2016-cı il tarixdə Vergi ödəyicisi İddiaçı MTK tərəfindən 2016-cı ilin İİ rübü üzrə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” təqdim edilmiş və qeyd olunan bəyannaməyə əsasən 956.229,98 manat vergi hesablanmışdır.

3. Daha sonra ilkin layihədə nəzərdə tutulmuş tikinti sahəsinin ümumi ölçüsündə dəyişiklik (azalma) baş vermiş, buna müvafiq olaraq, iddiaçı xx.xx.2017-ci il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək, hər rüb üzrə xx.xx.2016-cı il tarixdə bəyan edilmiş vergi məbləğlərini 10.683,57 manat azaltmışdır.

4. Daha sonra, tikinti sahəsinin həcmində yenidən dəyişiklik yaranmış (artma), buna müvafiq olaraq, iddiaçı xx.xx.2019-cu il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək, hər rüb üzrə xx.xx.2016-cı il tarixdə bəyan edi lmiş vergi məbləğlərini 4.991,43 manat artırmışdır.

5. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə hesablanmış 49.914,43 manat əsas vergi məbləğinə cavabdeh tərəfindən faizlər hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki birinci icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK-nın mansard mərtəbəsinin tikintisi üçün Vergi Məcəlləsinin tələbinə uyğun bina tikinti fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə faktiki olaraq sonradan, 2019-cu il iyununda yaranan 49.914,22 manat məbləğində vergi borcu barəsində hesabatın cavabdeh tərəfindən qəbul edilməsi, 49.914,22 manat vergi ö hdəliyinə görə əsassız hesablanmış 37.689,60 manat faizin silinməsini xahiş etmişdir.

7. İddia ərizəsində işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, ilkin olaraq iddiaçıya hər rüb üzrə 95.623,00 manat olmaqla, ümumilikdə, 956.230,00 manat vergi hesablansa da, daha sonra binanın tikintisi zamanı Xüsusi Dövlət Mühafizə Xidmətinin göstəriş və tələblərinə əsasən, binanın 2 mərtəbəsi sökülmüşdür. Bununla bağlı olaraq, dəqiqləşmiş bəyannamə təqdim edilmiş və ödəniləcək vergi məbləği 106.835,62 manat (o cümlədən, hər rüb üzrə 10.683,10 manat) azaldılmışdır və bu fakt şirkətin şəxsi hesab vərəqəsində öz əksini tapmış, həmçinin, qalan 849.394,38 manat məbləğində hesablanmış vergi məbləği vaxtlı - vaxtında iddiaçı tərəfindən vergi orqanına tam məbləğdə ödənilmişdir. 2019-cu ilin iyun ayında isə Xüsusi Dövlət Mühafizə Xidməti ilə aparılan intensiv danışıqlar nəticəsində, yalnız səmaya baxmaq şərti ilə binanın dam örtüyünə pəncərələr quraşdırılmasına icazə verilmişdir. Məhz bu səbəbdən, yeni icazə verilmiş sahəyə görə 49.914,22 manat vergi hesablanıb ödənilməli idi. Bununla bağlı, iddiaçının mühasibi yeni sahə üzrə ayrıca dövr üzrə hesabat təqdim etməli olduğu halda, vergi əməkdaşlarının təkidi ilə texniki səhvi edərək xx.xx.2019-cu il tarixdən əvvəlki bəyannaməyə dəqiqləşmə vermişdir. Bu texniki səhv nəticəsində yeni yaranan borc şəxsi vərəqədə 3 il əvvəldən yaranmış borc kimi nəzərə alınaraq xeyli miqdarda faiz hesablanmışdır. İddiaçı səhvin aradan qaldırılması üçün yenidən dəqiqləşdirilmiş bəyannamə vermək istəsə də, texniki olaraq bunu etmək mümkün olmamışdır (3 il lik müddət ötdüyündən). İddiaçı təqdim olunmuş dəqiqləşdirilmiş bəyannamədə texniki səhvin düzəldilməsi ilə bağlı köməklik göstərilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu köməklik göstərilməsindən formal olaraq imtina etmişdir. Nəzərə alınmalıdır ki, binanın layihəsi faktiki 18 mərtəbə olsa da, tikintisi dəfələrlə XDMX tərəfindən dayandırılmış və tikilmiş iki mərtəbə tamamilə sökülmüşdür. Bu fakt vergi əməkdaşlarına məlumdur. Çünki, müvafiq vergi əməkdaşları monitorinq apararkən dəfələrlə bu halın şahidi olmuşlar.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə iddiaçıya ünvan 1 ünvanında 18 mərtəbəli 1 bloklu yaşayış binasının tikintisinə icazə verilmişdir. Əvvəlcə 17 mərtəbə və əlavə mansard sahəsindən ibarət olması nəzərdə tutulan binanın ümumi 13.664,92 kv.m. sahəsi üzrə iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə 2016-cı ilin İİ rübü üzrə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” təqdim edilmiş və qeyd olunan bəyannaməyə əsasən ona 956.229,98 manat vergi hesablanmışdır. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdə 2016-cı ilin İİ rübü üzrə dəqiqləşdirilmiş BTSV bəyannaməsi təqdim edilərək, bəyan edilmiş vergi məbləği 49.914,3 manat artırılmışdır. İddiaçı tərəfindən artırılmış sahə üzrə bəyannamə 2016-cı ilin İİ rübü üzrə təqdim olunmuş bəyannaməyə dəqiqləşmə şəklində təqdim olunduğundan gecikmə üçün faiz ümumi məbləğə münasibətdə hesablanmışdır. Başqa sözlə, mübahisə predmetini təşkil edən faiz məbləği nin yaranmasının əsası vergi ödəyicisinin özünün təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamədir. Digər tərəfdən, iddiaçı yenidən dəqiqləşmiş bəyannamə təqdim etmək istədiyini, lakin sistemin dəqiqləşmiş bəyannaməni qəbul etmədiyini və qeyd edilən halın aradan qaldırılması ilə bağlı vergi orqanına müraciət etsə də, vergi orqanı tərəfindən verilmiş cavab məktubunda da qeyd edildiyi kimi, dəqiqləşmiş vergi bəyannaməsinin təqdim olunması müddəti Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən ötmüşdür. Belə ki, 2016-cı ilin İİ rübü üzrə hesabat dövrü 2016-cı ilin iyul ayının 20-dən gec olmayaraq müəyyən edildiyindən və 2019-cu ilin iyul ayının 20-dən sonra həmin müddətdən 3 il keçdiyindən iddiaçı tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilməsinə qanunvericiliklə yol verilmir.

9. Bakı İnzibati Məhkəm əsinin 21 may 2021-ci il tarixli 2-1(112)- 374/2021 nömrəli qərarı ilə (hakim: M.Qarayeva) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan xx.xx.2019-cu il tarixdə 49.914,3 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini iddiaçı tərəfindən 2016-cı ilin İİ rübü üzrə dəqiqləşdirilmiş bəyannaməyə əsasən düzgün hesablamışdır. Vergi orqanı tərəfindən həmin məbləğin hesablanması iddiaçının iradə ifadəsinin nəticəsi olduğu üçün qanunvericiliyin tələbləri pozulmamışdır. Həmçinin, həmin məbləğə faizlərin hesablaması ilə bağlı cavabdehin hərəkətləri vergi qanunvericiliyinin müddəalarına uyğundur.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-30/2023 nömrəli qərarı ilə (hakimlər: S.Bəktaşi - sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsindəki icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 2-1(102)-1258/2023 nömrəli qərarı ilə (hakiml ər: K.Bədəlov - məruzəçi, N.Rəsulbəyova və İ.Hüseynov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-30/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. İşə baxmış məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində yeni mərtəbənin tikintisinə icazə verilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək, hər rüb üzrə xx.xx.2016-cı il tarixdə bəyan edilmiş vergi məbləğlərini 49.914,22 manat artırdığını qeyd etmişdir. İddiaçının bu dəlillərinin həqiqiliyi, o cümlədən, cari dəyişikliyin nə vaxt baş verməsi məsələsi aşağı instansiya məhkəmələrin in araşdırma predmeti olmamışdır. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi vergitutma obyekti olan binanın ümumi sahəsindəki cari dəyişikliyin nə vaxt baş verməsi istiqamətində araşdırma aparmalı, həmin dəyişikliyin (mərtəbənin tikintisinə icazə verilməsi) baş verməsindən sonra nə qədər müddətdə iddiaçı tərəfindən bəyannamə təqdim edilməsi məsələsi araşdırılmaqla faizlərin tam və ya qismən əsaslı hesablanıb hesablanmaması məsələsinə hüquqi qiymət verilməlidir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul 2024-cü il tarixli 21(103)-1444/2024 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, G.Abbasova və P.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsini n 21 may 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək İddiaçı MTK-nın xx.xx.2019-cu il tarixdə təqdim etdiyi BTFSV hesabatının, yeni tikili sahəsinin hesabatı kimi qəbul edilməsi və həmin tikili sahəsinə görə hesablanmış BTFSV üzrə 49.914,22 manat məbləğində verginin ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faizlərin MTK-nın şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə “... binanın ilkin layihəsinə münasibətdə mansard sahəsi artıq yaranmış yeni tikili sahəsidir ki, belə olan halda da həmin sahəyə görə iddiaçının ilkin hesabat təqdim etmək kimi vergi öhdəliyi yaranır. İddiaçı qabaqcadan son iki mərtəbənin sökülə biləcəyini görə bilməsi mümkünsüz olduğu halda, onun vergi orqanına xx.xx.2019-cü il tarixdə 2016-cı ilin 2-ci rübünə verdiyi dəqiqləşmə, əslində, faktiki olaraq binanın son iki mərtəbəsinin söküntüsından sonra, yeni yaranmış tikili sahəsinə (mansarda) dair hesablanmış 49.914,22 manat məbləğində BTFSV olduğu halda, hesablanmış həmin verginin ödənilməsinin gecikdirilməsinə görə ona Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən faizlər hesablanması əsassızdır. Çünki, ən azından, Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinin tələbinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur.”

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayə tinin dəlilləri aşağıdakılardan ibarətdir: - Verginin hesablanması və həmin vergi üzrə bəyannamənin təqdim edilməsi, tikinti sahəsinin hər hansı hissəsinə münasibətdə deyil, hər bir tikintinin ümumi sahəsi üzrə həyata keçirilir. Çoxmənzilli yaşayış binasının mansard mərtəbəsinin tikintisi ayrıca tikinti hesab edilmədiyi və tikinti sahəsinin müəyyən hissəsi hesab edildiyi üçün bu sahə üzrə ayrıca bəyannamə deyil, ümumi tikinti sahəsi üçün təqdim edilmiş bəyannaməyə dəqiqləşmə edilməklə bəyannamə verilməlidir. - Ekspert qarşısında tikilmiş çoxmənzilli yaşayış binasının mansard mərtəbəsinin tikintisi üçün hesablanmış vergi borcunun düzgünlüyü barədə sual qoyulsa da, ekspert Vergi Məcəlləsinin 12-ci maddəsinə istinad etməklə sonradan tikilmiş sahəyə görə vergilərin 2016-cı ilin 2-ci rübünə a id olmamasını vurğulamışdır. Halbuki ekspert qarşısında müvafiq vergilərin hesablanmasının hansı dövrə aid olması sualı qoyulmamışdır. Ekspert qarşısında hesablamalarla bağlı sual qoyulsa da, səlahiyyətlərindən kənara çıxaraq vergi orqanı tərəfindən vergi ödəyicisinə verilmiş cavab məktubuna hüquqi qiymət verilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə etiraz göndərilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır.... Maddə

59. Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi ag entindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.... Maddə

72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası... 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər....

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində ş ikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi borcuna görə hesablanmış faizlərin silinməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona gör ə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2015-ci il tarixli 550 saylı sərəncamı ilə iddiaçı MTK-ya yüksək mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmiş və iddiaçı sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə 2016-cı ilin İİ rübü üzrə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” təqdim edilmiş və qeyd olunan bəyannaməyə əsasən ona 956.229,98 manat vergi hesablanmışdır. Bundan sonra ilkin layihədə nəzərdə tutulmuş tikinti sahəsinin ümumi ölçüsündə dəyişiklik (azalma) baş vermiş, buna müvafiq olaraq, iddiaçı xx.xx.2017-ci il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək, hər rüb üzrə xx.xx.2016-cı il tarixdə bəyan edilmiş vergi məbləğlərini 10.683,57 manat azaltmışdır. Daha sonra, tikinti sahəsinin həcmində yenidən dəyişiklik yaranmış (artma), buna müvafiq olaraq, iddiaçı xx.xx.2019-cu il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək, hər rüb üzrə xx.xx.2016-cı il tarixdə bəyan edilmiş vergi məbləğlərini 4.991,43 manat artırmışdır. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə hesablanmış 49.914,22 manat əsas vergi məbləğinə cavabdeh tərəfindən faizlər hesablanmışdır.

29. Hazırda iddiaçının hüquqi marağı məhz 49.914,22 manat vergi öhdəliyinə görə hesablanmış 37.689,60 manat faizin silinməsinə yönəlmişdir.

30. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə görə, faiz yalnız vergi və ya cari vergi öhdəliyinin qanunla müəyyən olunmuş müddətdə ödənilmədiyi halda tətbiq edilə bilər. İşin hallarından müəyyən olunduğu kimi, iddiaçının vergi öhdəliyi 2019-cu ildə binanın mansard mərtəbəsinin tikintisinə icazə verildikdən sonra yaranmışdır. Bu tarixdən sonra vergi borcunun bəyannamə ilə bəyan edilməsi faktı faktiki yaranma tarixini müəyyən edir.

31. Başqa sözlə, mübahisəli yaşayış binasının son iki mərtəbəsinin sökülməsi nəticəsində əvvəlki layihədən fərqli olaraq dam örtüyü (mansard) formasında yeni tikili sahəsi mey dana çıxmışdır ki, bu da vergi ödəyicisinin həmin sahə üzrə ayrıca ilkin vergi bəyannaməsi təqdim etmək öhdəliyini yaratmışdır. Qeyd edilməlidir ki, vergi ödəyicisinin əvvəlcədən bu dəyişikliklərin baş verəcəyini proqnozlaşdırması obyektiv olaraq mümkün deyildi.

32. Bundan əlavə kollegiya qeyd edir ki, Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən, əvvəlki hesabat dövrünə dair təqdim olunmuş məlumatlar ilkin uçot sənədlərinə uyğun gəlmədikdə, həmin dövr üzrə dəqiqləşdirilmiş hesabat təqdim edilir. Göründüyü kimi, bu normada sonradan baş vermiş dəyişikliklərin əvvəlki tarixə sənədləşdirilməsi halı nəzərdə tutulmamışdır.

33. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı tərəfindən təqdim olunmuş sonuncu dəqiqləşdirilmiş bəyannamə əvvəlki dövrə aid edilməməli, BTFSV üzrə 49.914,22 manat məbl əğində verginin hesablanmasına dair hesabat Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələbi nəzərə alınmadan, 2019-cu ildə yeni inşa edilmiş mansard mərtəbəyə dair vergi öhdəliyinin hesabatı kimi qəbul olunmalı, onun 2016-cı ilə dair dəqiqləşdirmə formasında təqdim olunması isə texniki səhv kimi qiymətləndirilməlidir.

34. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul 2024-cü il tarixli 21(103)-1444/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar