Məhkəmə qərarları › İş №2-1(102)-1620/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1620/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1620/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı-nin cavabdeh Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv olunması, yoxlama müddətləri, müddətin artırılması qərarının qanuni və əsaslılığı Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, iddiaçının vəkili Abbasov Nəvaid Nov ruz oğlunun, cavabdehin nümayəndəsi X1 və vəkili Osmanov Firudun Abduləli oğlunun iştirakı ilə, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xx.xx.2018-ci il tarixli **********142806 nömrəli qərarın və həmin qərara əsasən hesablanmış borcun ləğv edilməsi tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-6/2020 saylı xx xxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı kommersiya hüquqi şəxs olmaqla, xx.xx.2004-cü ildən vergi ödəyicisi kimi qeydiyyatdadır. 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İdd iaçı-də xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi barədə xx.xx.2017-ci il tarixli **********123139 nömrəli qərar verilmişdir. Qərarda yoxlama müddəti 30 iş günü müəyyən edilmişdir. Yoxlamanın aparılması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə xx.xx.2017-ci il tarixdə qeydə alınaraq KY171205865 nömrəli çıxarış verilmiş, yoxlamanın başlanma tarixi xx.xx.2017-ci il, sona çatma tarixi isə xx.xx.2017-ci il müəyyən edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixdən yoxlamaya başlanmış, yoxlama xx.xx.2017-ci il tarixli qərarla xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək, xx.xx.2 018ci il tarixli qərarla xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək dayandırılmış, xx.xx.2018-ci il tarixli qərarla yoxlama xx.xx.2018-ci ildən bərpa edilmiş, xx.xx.2018-ci il tarixli qərarla yoxlama müddəti 15 iş günü artırılmışdır. Aparılmış yoxlama zamanı İddiaçı-də xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək olan dövrdə təqdim edilmiş vergi bəyannamələrində mənfəət vergisinin 2014-cü ildə 5221,40 manat, 2015-ci ildə 3179,24 manat, 2016-cı ildə 1019,68 manat, əlavə dəyər vergisinin 2014-cü ildə 174,93 manat, 2015-ci ildə 736,08 manat, 2016-cı ildə 71,45 manat, 2017-ci ildə 2829,21 manat, ödəmə mənbəyində tutulan verginin 2014-cü ildə 306,60 manat, 2015-ci ildə 554,40 manat, 2016-cı ildə 554,40 manat, 2017-ci ildə 277,20 manat olmaqla cəmi 14924,59 manat məbləğində azaldılması, eyni zamanda, əlavə dəyər vergisinin 2014-cü ildə 260,98 manat, 2015-ci ildə 740,96 manat, 2016-cı ildə 123,77 manat və 2017-ci ildə 3235,29 manat olmaqla cəmi 4361 manat məbləğdə artıq hesablandığı müəyyən edilmiş, yoxlamanın nəticələri barədə xx.xx.2018-ci il tarixli akt tərtib olunmuşdur. 10 saylı ƏVİ tərəfindən xx.xx.2018-ci ildə səyyar vergi yoxlaması materiallarına baxılaraq **********142806 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul olunmuş, İddiaçı-yə yoxlama ilə əhatə olunan dövr üçün 10563,59 manat vergi və 7381,54 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı ona hesablanmış vergi borcu və maliyyə sanksiyası ilə razılaşmamış, 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx. 2018-ci il tarixli **********142806 nömrəli qərarın və həmin qərara əsasən hesablanmış 10563,59 manat vergi və 7381,54 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 17945,13 manat məbləğində borcun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yoxlama zamanı 2014-cü il üzrə müəssisənin xərclərində 9015 manat vəsait nəzərə alınmamış və həmin vəsaitə görə mənfəət vergisi hesablanmışdır. Halbuki, xx.xx.2016-cı il tarixli **********344300 nömrəli qərarla qeyd edilən məbləğə bir dəfə hesablanma aparılmışdır. Bundan başqa, malın dəyərində 2014-cü ildə 20117 manat, 2015-ci ildə 20262,75 manat, 2016-cı ildə 10788 manat məbləğində yol vergisi nəzərə alınmamışdır. Baxmayaraq ki, 2015-ci ilin yanvar ayından etibarən ne ft məhsullarının satışına ƏDV-siz 1 litr neft məhsuluna 0,02 manat yol vergisi əlavə edilmişdir və bu da məhsulun maya dəyərinə daxildir. Bundan başqa, VM-nin 121.1-ci maddəsinə əsasən, müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. 2009-cu ildə 19677,77 manat, 2010-cu ildə 19193,78 manat, 2011-ci ildə 39560,23 manat, 2012-ci ildə 16822,60 manat olmaqla cəmi 95254,38 manat zərərin 41135,82 manatı 2013-cü ilin, 42162,07 manatı 2014-cü ilin mənfəətindən olmaqla cəmi 83297,89 manat azaldılmış, 11956,49 manat isə əvəzləşdirilməmişdir. Bütün bunlar vergi yoxlamasının qeyri-obyektiv aparılmasına və yoxlama nəticələrinin q eyri-mötəbər olmasına dəlalət edir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, İddiaçı-nin iddia ərizəsində yoxlama zamanı mənfəət vergisinin düzgün hesablanmadığı, 2014-cü il üzrə mənfəət vergisinin hesablanmasında reklam xərcləri və yanacaq doldurma kolonkaları üçün alınmış material xərclərinin nəzərə alınmadığı iddia edilmişdir. Halbuki, vergi ödəyicisinin təqdim etdiyi bəyannamədə reklam xərci 12500 manat göstərilmiş, yoxlama ilə də həmin məbləğ qədər xərc nəzərə alınmışdır. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamədə yanacaq kolonkalarında işlətmək üçün istifadə edilən yanacağın dəyəri 4416 manat göstərilmiş, yoxlama ilə də həmin məbləğ təsdiq edilmişdir. Yəni iddia ərizəsində qeyd edilən xərclər yoxlama ilə azaldılmamışdır. Bundan əlavə, iddiaçının məh kəməyə təqdim etdiyi illər üzrə gəlirlər və xərclər cədvəllərinin tərkibində təhrif edilmiş rəqəmlər mövcuddur. Belə ki, eyni cədvəllər yoxlama zamanı iddiaçı tərəfindən fərqli rəqəmlərlə cavabdehə təqdim edilmişdir. Həmçinin, 2015-2016-cı illər üzrə mənfəətin hesablanmasında yanacaq alınarkən yanacağın dəyərinə əlavə edilmiş yol vergisinin yoxlama ilə xərcə aid edilmədiyi iddia edilir. Bu iddia da əsassızdır. Belə ki, yoxlama zamanı alınmış yanacağın hər bir faktura üzrə siyahısı çıxarılmış, həmin siyahıda yol vergisi də ayrıca qeyd edilmişdir. Mənfəət vergisi hesablanarkən satılmış yanacağın dəyəri yol vergisi ilə birlikdə xərcə aid edilmişdir. Bundan başqa, yoxlama ilə mənfəət vergisinin 9420,33 manat azaldıldığı müəyyən edilmiş, fərqin yaranmasının səbəbi 2014, 2015 və 2016-cı illər üz rə bəyannamələrdə gəlirlərin və xərclərin düzgün göstərilməməsi olmuşdur. Belə ki, bəyannamələrdə yekun olaraq gəlirlərin 1671,07 manat və xərclərin 48772,77 manat artıq göstərilməsi nəticəsində mənfəətin 47101,70 manat və mənfəət vergisinin 9420,34 manat azaldıldığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən bəzi hallarda əvəzləşdirmənin vaxtının da Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun müəyyən etmədiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-748/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə (hakim V.Qasımov) iddia təmin edilərək, Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018-ci il tarixli **********142806 nömrəli qərarın və həmin qərara əsasən hesablanmış 10563,59 manat vergi, 7381,54 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 17945,13 manat məbləğində borcun ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh səyyar vergi yoxlamasını 30 təqvim günü ərzində aparmalı olduğu halda 30 iş günü ərzində aparmış, bununla vergi qanunvericiliyinin tələbini və iddiaçının hüququnu pozmuşdur. Ona görə də yoxlamanın nəticələri etibarsız hesab olunmalı, həmin yoxlama nəticəsində iddiaçının üzərinə hesablanmış vergilər və maliyyə sanksiyaları ləğv edilməlidir. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 2-1(107)-6/2020 saylı, 13 may 2020-ci il tarixli qərarı ilə (hakimlər M.Hüseynov (sədrlik edən və məruzəçi), R.Əliyev və İ.Şükürov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(84)-748/2018 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, İddiaçı-nə cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018-ci il tarixli **********142806 nömrəli qərarına əsasən hesablanmış 8870,99 manat vergi, 6535,24 manat maliyyə sanskiyası olmaqla ümumilikdə 15406,23 manat məbləğində tutma ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qərarın surəti cavabdehə xx.xx.2020-ci ildə çatdırılmış və cavabdehin nümayəndəsi və vəkili xx.xx.2020-ci ildə həmin qərardan kass asiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. Məhkəmə hesab etmişdir ki, vergi orqanı səyyar vergi yoxlamasının müddətini iş günü ilə hesablamaqla qanunsuz yoxlama keçirmişdir. Lakin işə əlavə olunmuş sənədlərdən də, məhkəmənin qərarından da görünür ki, vergi orqanının qərarı Ədliyyə Nazirliyinin çıxarışına (çıxarışda yoxlamanın 30 iş günü ərzində keçirilməsi göstərilmişdir) əsaslanmışdır. Digər tərəfdən, Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində həyata keçirilir. Lakin məhkəmə bununla raz ılaşmayaraq Vergi Məcəlləsinin 37.2-ci maddəsinə istinad etmiş və hesab etmişdir ki, səyyar vergi yoxlaması üçün müddətin təqvim günləri ilə hesablanması qanunvericinin iradəsindən irəli gəlmişdir. Hesab edir ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsi digər yoxlama növünə aiddir və konkret olaraq yoxlamanın müddətini müəyyən edir. Vergi Məcəlləsinin 38.2-ci maddəsi isə yoxlamanın müddətini deyil, yoxlama günlərinin sayını müəyyən edir. Məhz bu səbəbdən səyyar vergi yoxlaması üçün müddət müəyyən edilərkən Vergi Məcəlləsinin 38.4-cü maddəsi əsas götürülür. Bundan başqa, məhkəmə iddiaçının rəhbərinin xəstəliyi ilə əlaqədar cavabdehə etdiyi müraciətə əsasən sonuncunun xx.xx.2017-ci il tarixli qərarı ilə səyyar vergi yoxlamasını xx.xx.2018-ci il tarixədək dayandırmasını Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə zidd hesab etmişdir və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının rəhbərinin əmək qabiliyyətinin itirilməsini təsdiq edən sənədə istinad etməmişdir. Məhkəmənin bu mövqeyi əsassızdır. Çünki əmək qabiliyyətinin itirilməsini təsdiq edən sənəd müvafiq tibb müəssisəsi tərəfindən əmək qabiliyyətini itirmiş şəxsə dərhal təqdim edilmir. Eyni zamanda, iddiaçının xahişi ilə yoxlamanın dayandırılmasının iddiaçının hüquqlarına hansı formada təsir etməsi fikri aydın deyil. Bundan başqa, məhkəmə müddətlərin pozulması ilı bağlı nəticəyə gələrkən “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin avqust 2016-cı il tarixli Sərəncamına və həmin Sərəncamla təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin müddəalarına istinad etmişdir. Lakin məhkəmə bu müddəaların kameral vergi yoxlamalarına aid olmasını nəzərdən qaçırmışdır. Bundan başqa, məhkəmə qərar qəbul edərkən Vergi Məcəlləsinin 70.3-cü maddəsini düzgün şərh etməmişdir. Həmin normanın məzmunundan göründüyü kimi, iddiaçıda keçirilmiş səyyar vergi yoxlaması ilə aparılmış hesablamalar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs, yəni, hazırki vəziyyətdə iddiaçı, hamı üçün aydın şəkildə göstərilmişdirsə, bu hesablamalar prosessual pozuntularla aparılmış sayıla bilməz. Məhkəmə isə əsassız olaraq hesab etmişdir ki, Vergi Məcəlləsinin 70.3-cü maddəsində qeyd edilən “sən əddə göstərilən şəxs hamı üçün aydın olmalıdır” ifadəsi, həmin şəxsin tərtib edilən sənəddəki faktları etiraf etməsini, yəni həmin sənədi imzası ilə təsdiq etməsini nəzərdə tutur. Bundan başqa, məhkəmə “İnzibati icraat haqqında” Qanunun bir sıra maddələrinə istinad edərək səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən həmin qanunun tələblərinin pozulması qənaətinə gəlmişdir. Məhkəmənin bu mövqeyi ilə ona görə razılaşmaq mümkün deyil ki, həyata keçirilmiş yoxlama tədbiri inzibati icraat deyil, vergi qanunvericiliyi ilə tənzimlənən vergi nəzarəti tədbiridir. Bundan başqa, məhkəmə hesab etmişdir ki, cavabdeh Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş qiymətləndirmə üsullarından istifadə etmədən ekspert cəlb etmişdir. Halbuki, qeyd olunan maddənin məzmunundan göründüyü kimi, q iymətləndirmə üsullarından malın (işin, xidmətin) təqdim edilməsi zamanı istifadə edilir. İcarə haqqının məbləğinin müəyyən edilməsi üçün isə, qeyd edilən maddədə hər hansı qiymətləndirmə üsulları nəzərdə tutulmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 və vəkili Osmanov Firudun Abduləli oğlu kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili Abbasov Nəvaid Novruz oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə iddiaçı səyyar vergi yoxlamasının nəticələri ilə razılaşmadığına və həmin nəticələri mübahisələndirdiyinə görə apelyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını məqsədəuyğun hesab etmiş, xx xxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 15392 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, yoxlamanın əhatə etdiyi d övrdə İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilər (ÖMV üzrə) 1.692,60 manat məbləğində az hesablanmış və (ƏDV üzrə) 549,35 manat məbləğində artıq hesablanmışdır. Məhkəmə kollegiyası həmin rəyi tədqiq etmiş, rəyi sübut növü kimi qəbul etmiş, bununla bağlı gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, ekspert iş materiallarından əlavə, iddiaçı tərəfindən təqdim olunmuş İddiaçı-nin yoxlama dövrünə aid bütün mühasibat sənədlərini tədqiq etmiş və gəldiyi nəticəni rəydə şərh etmişdir. Ona görə də məhkəmə kollegiyası iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə daha çox etimad göstərilməli olmasını zənn edir. Apelyasiya instansiyası məhkəməsi ekspertin rəyinə əsasən bu qənaətə gəlmişdir ki, vergi yoxlamasının əhatə etdiyi dövrdə İddiaçı tərə findən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilər – ÖMV (ödəmə mənbəyində vergi) üzrə 1.692,60 manat məbləğində az, ƏDV (əlavə dəyər vergisi) üzrə isə 549,35 manat məbləğində artıq hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müvafiq olaraq, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin... 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi 1.692,60 manat vergi borcu və 846,30 manat maliyyə sanksiyası çıxılmaqla qalan hissədə əsaslıdır. Məhkəmənin eksper t rəyinin tədqiqi qaydaları aşadakı prosessual normalarla tənzimlənir. Azərbaycan Respublikası İPM: Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.... 58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi.... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyy ən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM: Maddə

101. Ekspertin rəyi 101.1. Ekspert yazılı formada rəy verir. 101.2. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.3. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə

102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Bu normaların baxılan işə tətbiqi o nəticəyə gəlməyə əsas verir ki, apelyasiya məhkəməsi iş materiallarında olan ekspert rəylərini qiymətləndirərkən İPM-nin 58.1-ci və MPM-nin 101.3-cü maddələrinə uyğun hərəkət etmiş, ekspert rəylərini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq etmişdir. Nəzərə alınmalıdır ki, işə bax an məhkəmə sübutlara qiymət verməyə borclu olsa da, qiymətvermə üzrə hər hansı nəticəyə gəlməkdə sərbəstdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur və yalnız sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Ekspert rəylərinin qiymətləndirilməsi zamanı kifayət qədər aydın və ya tam olmayan, əsassız və bir-birinə zidd ekspert rəyləri ilə qarşılaşan məhkəmədən mütləq şəkildə müvafiq olaraq əlavə və ya təkrar ekspertiza təyin olunmasını tələb edən norma yoxdur. Əlavə və ya təkrar ekspertiza təyin olunması məhkəmənin vəzifəsi deyil, hüququdur. Məhkəmə ekspert rəyini (rəylərini) tədqiq edərək, özünün mülahizəsinə əsasən əlavə və ya təkrar ekspertiza tə yin edə bilər. Əks yanaşma məhkəmənin müstəqilliyi prinsipinə zidd olardı. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası kassatorun ekspertiza rəyi ilə əlaqədar dəlillərini əsassız hesab edir. Bundan başqa, iş materiallarından görünür ki, cavabdeh tərəfindən yoxlama aparılması üçün qanunla müəyyən olunmuş müddətlər pozulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq verg i yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Hazırkı iş üzrə vergi orqanı qanunvericiliyin bu tələblərini pozaraq səyyar vergi yoxlamasını 30 gün, yəni 30 təqvim günü ərzində aparmalı olduğu halda yoxlamanı 30 iş günü ərzində həyata keçirmişdir. Hətta müstəsna hal kimi 15 iş günü müddətinə uzadılma aparmışdır. Halbuki, VM-nin 38.2-ci maddəsində səyyar vergi yoxlamasının 30 gün müddətində aparılması konkret olaraq göstərilmiş, yoxlamanın 30 iş günü ərzində aparılması nəzərdə tutulmamışdır. Qanunvericilik vergi yoxlamasının müddətini VM-nin 38.2-ci maddəsində dəqiq müəyyən etmişdir. VM-nin 38.4-cü maddəsində də vergi yoxlamasının məhz həmin 30 günlük zaman kəsiyində olan iş günləri ərzində keçirilməsi nəzərdə tutulmuşdur. Yəni həmin 30 günlük müddətə daxil olan və qeyri-iş günləri sayılan istirahət və bayram günlərində vergi yoxlamasının aparılması qadağan edilir, onun qanunla yolverilməz olduğu bildirilir. İşə baxmış birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə başlanmış səyyar vergi yoxlaması xx.xx.2017-ci il tarixdə başa çatdırılmalı olduğu halda, yoxlama müddəti yoxlama müddəti başa çatma müddətindən 49 gün sonra, yəni xx.xx.2018-ci il tarixli qərarla uzadılmışdır. Yəni yoxlamanın uzadılmasına dair qarar ilkin səyyar vergi yoxlamasının başa çatmasından 49 gün sonra qəbul edilmişdir. Belə olan halda vergü organının müddətin uzadılmasına dair xx.xx.2018-ci il tarixli qərarı 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Bundan başqa, VM-nin 38.7-ci maddəsində səyyar vergi yoxlamasının dayandırılması qaydaları və əsasları müəyyən olunmuşdur. Həmin normaya görə səyyar vergi yoxlaması, yoxlama barədə qərar qəbul etmiş vergi organının əsaslandırılmış qərarına əsasən dayandırılır. VM-nin 38.7.2-ci maddəsində yoxlamanın dayandırılmasının əsaslarından biri kimi səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi nəzərdə tutulmuşdur. Baxılan işdə yoxlamanın dayandırılmasının əsası kimi VM-nin 38.7.2-ci maddəsinə istinad olunmuşdur. Bu halda VM-nin 38.7.2-cu maddəsinin hazırki işə tətbiqi onu ehtiva edir ki, iş materiallarından vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi müəyyən olunmalıdır. Lakin bu hal iş materialları ılə müəyyən olunmur. Nəzərə alınmalıdır ki, inzibati icraatda müəyyən olunmuş müddətlərə riayət olunması məcburidir. “İnzibati icraat haqqında” Qanunun 67.1, 67.2 və 67.3-cü maddələrinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv olun a bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Buna görə də müddətlərlə bağlı yuxarıda yol verilmiş pozuntular cavabdeh tərəfindən qəbul olunmuş qərarın ləğv olunması üçün yetərlidir və kassasiya şikayətinin digər dəlillərinin araşdırılmasına ehtiyac qalmır. Beləliklə, Ali Məhkəmənin İnzibati-iqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyiş dirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-6/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar