Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1620/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünlük şərti, ilkin olaraq inzibati orqana müraciət edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Xarici İş lər Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1340/2021 nömrəli 10 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İV bəndi və Avropa Konvensiyasının 4 saylı Protokolunun 3-cü maddəsi ilə təminat verilən ölkəyə maneəsiz qayıtmaq hüququnun pozuntusunun tanınması, 5 ay ərzində keçirdiyi mənəvi psixoloji gərginliyə görə dəyən mənəvi zərərə görə 3.000 (üç min) AZN kompensasiyanın ödənilməsi, Rusiya Federasiyasından Türkiyə Respublikası vasitəsilə ödədiyi təyyarə xərclərininin (88 GBP + 237 ABŞ dolları) geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 13 mart 2020-ci il tarixdə iki həftəlik Rusiya Federasiyasına getmiş, 2020-ci il 18 mart tarixindən saat 00:00-dan etibarən Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul olunmuşdur. Həmin vaxtdan başlayaraq Azərbaycana qayıtmaq üçün Azərbaycanın Moskvadakı səfirliyinin konsulluq şöbəsi ilə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamışdır. Ölkəyə qayıtmaq üçün Rusiya-Azərbaycan sərhədinə getməmiş, belə ki, alınan məlumatlardan bunun mümkün olmamasını düşünmüşdür. 01 avq ust 2020-ci ildə 4 aylıq aradan sonra Türkiyə ilə Rusiya arasında uçuşlar bərpa edilmiş, 27 avqust 2020-ci il tarixdə Türkiyəyə qayıtmış, oradan isə 20 sentyabr 2020-ci il tarixdə Azərbaycana geri dönmüşdür.
3. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İV bəndi və Avropa Konvensiyasının 4 saylı Protokolunun 3-cü maddəsi ilə təminat verilən ölkəyə maneəsiz qayıtmaq hüququnun Dövlət Sərhəd Xidməti və Xarici İşlər Nazirliyi tərəfindən pozulduğunun tanınması, 5 ay ərzində keçirtdiyi mənəvi psixoloji gərginliyə görə dəyən mənəvi zərərə görə 3.000 (üç min) AZN, təyyarə b iletlərinə ödənilən məbləğ (88 GBP + 237 ABŞ dolları) və yaşayış xərcləri ilə əlaqədar məruz qaldığı maddi zərərə görə 3.000 (üç min) AZN-nin Dövlət Sərhəd Xidməti və Xarici İşlər Nazirliyindən tutularaq, ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş mülahizədə göstərılmişdir ki, iddiaçının iddia ərizəsində qeyd olunan məsələlərin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyin konsulluq şöbəsi ilə əlaqə saxlanılmışdır. Konsulluq şöbəsinin məsul əməkdaşının verdiyi məlumatdan aydın olmuşdur ki, vətəndaş İddiaçı tərəfindən Səfirliyə müraciət daxil olmamışdır. Koronavirus (COVİD-19) infeksiyasının dünyada sürətlə yayılması ilə əlaqədar Səfirlikdə işləyən əməkdaşların təhlükəsizliyi və sağlamlıqlarının qorunmasına dair müvafiq təlimata uyğun olaraq 19.03.2020-ci il tarixindən Səfirlik xüsusi iş rejimində fəaliyyət göstərmişdir. Eyni zamanda, vətəndaşların suallarını cavablandırmaq üçün 24 saat ərzində işləyən qaynar xətt telefonları fəaliyyət göstərmişdir. Bu barədə məlumat Səfirliyin internet səhifəsində və sosial şəbəkələrdə yerləşdirilmişdir. Qaynar xətt nömrələri fəaliyyət göstərdiyi 2020-ci ilin mart-iyul tarixlərində sərt karantin rejimi şəraitində əməkdaşların binada olmaması səbəbindən Səfirliyin stasionar iş telefonlarına daxil olan zənglərə cavab verilməmişdir. Səfirlikdə vətəndaş qəbulunun məhdudlaşdırılmasına baxmayaraq, karantin rejimi dövründə (mart-iyul) qaynar xətt nömrələrinə 155 mindən artıq tel efon zəngi daxil olmuş və hər bir müraciət cavablandırılmışdır. Bu zənglərin əksəriyyəti Azərbaycan və Rusiya arasında gediş-gəlişin bərpa edilib-edilməyəcəyi barədə olmuşdur. Vətəndaşlarımızın Rusiyadan Azərbaycana geri dönmələri məqsədi ilə 18.04.2020-ci il tarixində “evegedirəm.info” portalı fəaliyyətə başlamış və Səfirliyin heç bir müdaxiləsi olmadan həmyerlilərimiz fərdi şəkildə bu portaldan qeydiyyatdan keçməklə Azərbaycana geri dönüş tarixi barədə məlumatlar əldə etmişlər. Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqları fəaliyyət istiqaməti və mövcud imkanlar daxilində xarici ölkə ərazisində olan Azərbaycan vətəndaşlarına bu və digər hüquqi yardımın göstərilməsi səlahiyyətlərinə malikdirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-3485/2021 nömrəli qərardadı ilə (hakim: N.İ.Abıyev) iddia mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində göstərilən tələblərlə ilkin olaraq cavabdeh inzibati orqanlara müraciət etməmiş, bununla da hazırkı iddianın mümkünlük şərtinə əməl edilməmişdir.
7. İddiaçı həmin qərardadla razılaşmayaraq apelyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddianın baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1340/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: A.B.Nuriyeva və S.İ.Bəkt aşi) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-3485/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardaddan narazı qaldığı üçün kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:
11. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Apelyasiya instansiyası məhkəməsi mümkünlüklə bağlı qanunvericiliyin müddəalarını doğ ru qiymətləndirməmiş və çıxardığı qərardad İPM-ə uyğun şəkildə əsaslandırmamışdır. Belə ki, Azərbaycan qanunvericiliyi, xüsusilə, nə İnzibati İcraat haqqında Qanun, nə də İnzibati Prosessual Məcəllə müvafiq inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən məhkəməyə müraciət etmədən öncə müvafiq inzibati orqana müraciət etmək tələbini irəli sürməmişdir. Yalnız “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 9-cu bəndində qeyd edilib ki, məhkəmələr İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ə rizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğunu yoxlamalıdır. Amma qərarda bu halın iddianın mütləq şəkildə mümkün olmayan hesab edilməsinə səbəb olacağı qeyd edilmir. Digər tərəfdən, Ali Məhkəmənin Plenumunun qərarı tövsiyə xarakterlidir. Qeyd edilən səbəblər göstərir ki, məhkəmədən öncə inzibati orqana müraciət etmək kimi heç bir məcburi hüquqi tələb yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: Maddə 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi;...
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialar a baxılır:... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);... 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;... Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyan a görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilm iş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarı: Bənd
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxı mdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, kassasiya şikayəti mümkün hesab edilmişdir.
18. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır, ona görə də təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır. (İPM- in 2.2.3, 2.2.7, 34-cü maddələri). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliy in icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir.
21. Qeyd edilməlidir ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasının məqsədi inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməli olması ilə əlaqədardır. Belə ki, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparı lmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Bu baxımdan öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunu aradan qaldırmasını tələb edib-etməməsidir.
22. Odur ki, məhkəmə verilmiş iddiaya mahiyyəti üzrə baxmazdan əvvəl iddianın mümkünlük şərtlərini yoxlamaqda haqlı olmuşdur. Çünki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir və məhkəmə iddianın mümkünlük şərtləri nin mövcudluğunu tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Mümkünlük şərtlərinin araşdırılması çərçivəsində aparılan dəyərləndirmə, həm də verilmiş iddia növü üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğunun yoxlanılmasını tələb edir («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9-cu bəndi).
23. Əgər, qanunda verilmiş iddia növü üzrə iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqan onun müraciətinin təmin olunmasından imtina etdiyi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciəti cavablandırılmadığı halda məhkəməyə müraciət edilməsi müəyyən olunubsa və iddiaçı məhkəməyədək bu qaydaya riayət etməmişdirsə, iddia mümkün sayılmaya bilər. Çünki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılı r.
24. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də hazırki iddianın mümkün sayılmamasını iddiaçının məhkəməyə qədər əvvəlcə inzibati orqanlara – cavabdehlərə müraciət etməməsi ilə əsaslandırmaqla düzgün nəticəyə gəlmişdir.
25. İddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl eyni tələblə cavabdehlərə müraciət etməsi müəyyən olunmur, həmçinin iddiaçı özü də məhkəməyə müraciət etməmişdən əvvəl inzibati orqanlara müraciət etmədiyini etiraf edir. Beləliklə, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl eyni tələblə cavabdehlərə müraciət etməməsi işin mübahisəsiz halıdır. İddiaçının cavabdeh inzibati orqana ilkin müraciət edilməsinin vacib olmaması ilə bağlı dəlilinə isə bu qərarın yuxarıdakı bəndlərində hüquqi qiymət verilmişdir.
26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apelyasiya instansiaysı məhkəməsi tərəfindən hüquq normaları pozulmamışdır. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1340/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.